Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə95/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   92   93   94   95   96   97   98   99   100

 
290 
Mən dedim: 
–Ya Rəsuləllah, istəyirsinizsə mən gedim. 
Həzrət (s) buyurdu:  
–Allahın adı ilə get. 
Mən  içəri  getdim.  Birdən  bir  tabağın  içində  təzə  xurma  və  bir  yekə 
kasa xörək  gördüm.  Onu  həzrət Rəsulun  (s)  qarşısına  gətirdim.  Həzrət 
(s) buyurdu:  
–Ey Əli, bu yeməyi gətirən bir kəsi gördünmü? 
Dedim: 
–Bəli. 
Buyurdu: 
–Necə idi? 
Dedim: 
–Qırmızı, yaşıl və sarı idi. 
Buyurdu:  
–Bunlar  Cəbrailin  dürr  və  yaqutla  bəzənmiş  qanadlarında  olan 
xətlərin rəngidir. 
Biz  hamımız  xörəkdən  doyunca  yedik.  Lakin,  ondan  azacıq  da  olsa 
azalmadı. Mütəal Allah bununla bizə o həzrətin (s) səhabələri arasında 
kəramət və şərəf nəsib etdi. 
49.  Mütəal  Allah  Öz  Peyğəmbərinə  (s)  peyğəmbərlik    bəxş  etməklə 
ona kəramət əta etdi. Peyğəmbər (s) də özünün vəsi və canişini etməklə 
mənə  kəramət  bəxş  etdi.  Deməli,  məni  sevib  mənimlə  dost  olan  kəs 
Qiyamət günü peyğəmbərlərlə məhşur olacaq. 
50.  Həzrət  Rəsul  (s)  “Bəraət”  ayəsini  (Məkkə  müşriklərinə  çatacaq 
xəbər) Əbubəkrin vasitəsi ilə göndərmişdi. Əbubəkr gedən kimi Cəbrail 
nazil  olub  dedi:  “Ey  Məhəmməd,  bu  işi  yalnız  ya  sən  özün,  ya  da 
özündən  olan  bir  nəfər  yerinə  yetirməlidir.”  O  həzrət  də  (s)  məni  öz 
dəvəsinə  mindirib  Əbubəkrin  dalınca  göndərdi.  Mən  “Zülhüleyfə” 
adlanan yerdə Əbubəkrə çatdım. “Bəraət” ayələrini ondan aldım. Allah 
mənə bu fəziləti də əta etmişdir. 
51.  Peyğəmbər  (s)  məni  Qədir  günü  bütün  insanlardan  ötrü  imam 
təyin  edərək  buyurdu:  “Mən  hər  kəsin  mövlasıyamsa,  Əli  də  onun 
mövlasıdır.” 
52. Bir gün Peyğəmbər (s) mənə belə buyurdu: “Ey Əli, istəyirsənmi 
Cəbrailin mənə öyrətdiyi sözləri sənə də öyrədim?” Dedim: “Bəli.” 
Buyurdu: 

Ey heç bir şeyi olmayanlara ruzi bəxş edən, ey yoxsullara rəhm edən, 
ey  eşidənlərin  ən  yaxşısı,  ey  görənlərin  ən  yaxşısı,  ey  mehribanların 
mehribanı, mənə rəhm et və mənə ruzi əta et

 


 
291 
53.  Bizdən  olan  Qaim  (ə)  zühur  etməyincə  Allah-təala  dünyanı  sona 
çatdırmaz.  Qaim  (ə)  zühur  edib  bizim  düşmənlərimizi  qətlə  yetirər, 
bütləri və səlibləri sındırar, döyüş sona  yetər, camaat arasında bərabər 
bölgü aparar, onlarla ədalət əsasında rəftar edər. 
54.  Həzrət  Peyğəmbərin  (s)  belə  buyurduğunu  eşitdim:  “Ey  Əli, 
tezliklə Bəni-Üməyyə nəsli sənə lənət göndərəcək və mələklər onların 
hər bir lənətinə görə özlərinə min lənət göndərər. Qaim (ə) zühur edən 
zaman isə onlara qırx il lənət göndərər.” 
55.  Allahın  Rəsulu  (s)  mənə  buyurdu:  “Tezliklə  mənim  ümmətin 
sənin  barəndə  fitnəyə  düşər  və  deyərlər:  “Allahın  Rəsulu  (s)  özündən 
sonra  heç  bir  mal  qoyub  getməyib.  Bəs  onda  Əliyə  (ə)  nə  barədə 
vəsiyyət  edib?” Məgər,  Allahın nazil etdiyi kitab onun özündən sonra 
hər şeydən üstün deyilmi? And olsun məni haqq olaraq  göndərənə ki, 
əgər, ya Əli, bu kitabı sən səhih və doğru-düzgün şəkildə cəm etməsən, 
səndən başqa heç kəs bu işi yerinə yetirə bilməz.” 
56.  Allah  mənə  elə  bir  xüsusiyyət  əta  etmişdir  ki,  bunu  yalnız  Öz 
övliyalarına və müti bəndələrinə əta edir. Məni Məhəmmədin (s) varisi 
qərar verdi. (Əlini Mədinəyə tərəf uzadıb işarə edib buyurur:) Hər kəsin 
xoşu gəlir gəlsin, hər kəsin də xoşu gəlmir gəlməsin. 
57.  Döyüşlərin  birində  Həzrət  Peyğəmbər  (s)  susuz  qalmışdı.  Mənə 
dedi: “Ey Əli! O qayanın yanına get və ona de ki, məni Allahın rəsulu 
göndərib,  mənim  üçün  su  axıt.”  And  olsun  onu  peyğəmbər  olaraq 
göndərən  Allaha!  Elə  ki  Peyğəmbərin  (s)  sözünü  daşa  çatdırdım,  daş 
üzərində  inək  döşünə  bənzər  çıxıntılar  əmələ  gəldi  və  onlardan  su 
axmağa  başladı.  Bunu  görüb  tez  Peyğəmbərin  (s)  yanına  gəlib  onu 
məsələdən agah etdim. Həzrət (s) buyurdu: “Ey Əli, get o sudan gətir.” 
Hamı  gəlib  qabını  su  ilə  doldurdu.  Heyvanlarını  suladılar,  özləri  də 
doyunca  içdilər  və  dəstəmaz  aldılar.  Mütəal  Allah  bu  işi  mənim 
vasitəmlə həyata keçirdi. 
58.  Döyüşlərin  birində  həzrət  Rəsul  (s)  susuz  qalmışdı.  Məndən  bir 
qab  gətirməyimi istədi. Mən qabı  gətirəndən sonra Həzrət  (s) sağ  əlini 
və  mənim  əlimi  qabın  içinə  saldı  və  dedi:  “Qayna!”  Bu  zaman 
barmaqlarımızın arasından su axmağa başladı və qab doldu. 
59.  Həzrət  Rəsul  (s)  məni  “Xeybər”  qalasına  tərəf  göndərdi.  Ora 
çatanda  qalanın  divarlarının  bağlı  olduğunu  gördüm.  Onu  şiddətlə 
tərpədib  yerindən  qopardım  və  qırx  addımlıq  məsafəyə  tulladım. 
Qalaya  daxil  oldum.  Mərhəb  (yəhudi  pəhləvanı  –  red.)  mənimlə 
döyüşmək üçün üzərimə cümdu. Mən ona həmlə edib yeri onun qanı ilə 
suvardım. Məndən öncə Peyğəmbər (s) özünün iki səhabəsini (Əbubəkr 
və  Öməri)  Xeybərin  fəthindən  ötrü  göndərmişdi.  Lakin  o  iki  nəfər 
başaşağı və utana- utana bir halda qayıtmışdı. 


 
292 
60.  Mən  min  nəfər  döyüşçüyə  bərabər  olan  Əmr  ibn  Əbdəvədi 
öldürmüşəm. 
61.  Həzrət  Rəsulun  (s)  belə  buyurduğunu  eşitdim:  “Sənin  ümmətim 
arasındakı  məsəlin  “Qul  huvəllahu  əhəd”  kimidir.  Səni  səmimi  qəlblə 
sevən  kəs  Quranın  üçdə  birini  oxuyan  şəxs  kimidir.  Hər  kəs  səni 
səmimi qəlbdən sevərək dili ilə də sənə kömək yetirərsə, Quranın ikidə 
birini oxumuş şəxs kimidir. Hər kəs də səni səmimi qəlbdən sevib dili 
və əli ilə sənə kömək etsə, bütün Quranı oxumuş şəxs kimidir. 
62. Mən baş verən bütün mühüm hadisələr və döyüşlər zamanı həzrət 
Peyğəmbərlə (s) bir yerdə olmuşam. 
63.  Mən  heç  vaxt  döyüşdən  qaçmamışam,  döyüşdə  heç  vaxt  məğlub 
olmamışam və mənimlə döyüşə girən hər kəsi qanına qəltan etmişəm. 
64.  Həzrət  Peyğəmbərə  (s)  Behiştin  qızardılmış  toyuğu  gətiriləndə 
mən Allahdan istədim ki, Həzrətin (s) yanında ən sevimli məxluqlarına 
da  həmin  təamdan  yeməyi  nəsib  etsin.  Həmin  toyuqdan  yemək  mənə 
nəsib oldu. 
65.  Bir  gün  məsciddə  namaz  qılırdım.  Bir  fəqir  gəlib  ona  bir  şey 
verməyimi istədi. Mən rüku halında idim. Barmağımda olan üzüyü ona 
uzatdım. Mütəal-Allah da mənim barəmdə bu ayəni nazil etdi: 

Həqiqətən,  sizin  vəliniz  Allah,  Onun  Rəsulu  və  namaz  qılıb  rüku 
halında zəkat verən möminlərdir.

 
66. Allah-təala Məhəmməd (s) ümmətindən yalnız məndən ötrü günəş 
batdıqdan sonra onu təkrarən geriyə qaytarıb. 
67. Peyğəmbər (s) göstəriş vermişdir ki, mən həm sağlığımda, həm də 
dünyadan  göçəndən  sonra  “əmirəlmöminin”  ləqəbi  ilə  çağrılım.  Bu 
xüsusiyyət məndən başqa heç kəsə aid edilməmişdir. 
68.  Peyğəmbər  (s)  buyurub:  ”  Ey  Əli,  Qiyamət  günü  ilahi  ərşin 
altından  bir  səs  yayılar  ki,  “Peyğəmbərlərin  sərvəri  haradadır?”  O 
zaman mən ayağa qalxaram. Bu zaman  yenidən səs gələr:  “Canişin və 
övsiyaların sərvəri haradadır? “ Bu dəfə sən ayağa qalxarsan. Behiştin 
və  Behişt  xəzinələrinin  nəzarətçisi  olan  Rizvan  adlı  mələk  Behitşin 
açarlarını,  Cəhənnəmin  nəzarətçisi  olan  Malik  adlı  mələk  də 
Cəhənnəmin açarlarını mənim yanıma gətirər və deyərlər: “Allah-təala 
bizə göstəriş verib ki, bu açarları sənə təhvil verək və onu da çatdıraq 
ki, bu açarları Əliyə (ə) verəsən. Sən isə, ey Əli, Cənnət və Cəhənnəm 
əhlini təyin edəcəksən.” 
69.  Həzrət  Rəsul  (s)  mənə  belə  buyurdu:  “Əgər  sən  olmasaydın 
möminlər münafiqlərdən seçilməzdi.” 
70. Peyğəmbər (s) oturdu. Məni, Fatiməni (ə) Həsəni (ə) və Hüseyni 
(ə)  çağırıb  yanında  əyləşdirdi.  Sonra  öz  əbasını  beşimizin  də  üzərinə 
saldı. Allah-təala bu ayəni nazil etdi: 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə