Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə98/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   92   93   94   95   96   97   98   99   100

 
299 
◘Ey  Əli!  Allah-təala  bütün  peyğəmbərlərin  nəslini  onların  öz 
sülbündən  yaratmışdır.  Mənim  nəslimi  isə  sənin  sülbündən  olmasını 
istəmişdir. Ey Əli, əgər sən olmasaydın mənim nəslim davam etməzdi. 
◘Ey Əli! İman cəhətdən insanların ən təəccüblüsü və yəqin cəhətdən 
onların  ən  əzəmətlisi  axirəzzamanda  yaşayıb  heç  bir  peyğəmbər 
görmədən imamları, onlar qeybdə olduğu halda ağ (kağızlar) üzərindən 
qara (yazılar) oxumaqla iman gətirərlər. 
◘Ey Əli! Allah qəlbi qafil olan kəsin duasını qəbul etməz. 
◘Ey Əli! Alimin yuxusu abidin ibadətindən üstündür. 
◘Ey  Əli!  Alimin  iki  rəkət  namazı  abidin  min  rəkət  namazından 
üstündür. 
◘Ey Əli! Ribanın (faizə pul verib-almağın) ən kiçik günahı budur ki, 
elə bil həmin adam Kəbədə öz anası ilə zina edib. 
◘Ey  Əli!  Bir  dirhəm  riba  Allah  yanında  öz  məhrəmi  (yəni,  anası, 
bacısı) ilə Kəbə evində yetmiş dəfə zina etməkdən qat-qat pisdir. 
◘Ey Əli! Hər kəs bir karat da olsa (bir qirat dinar və dirhəmin iyirmi 
dörddə bir hissəsinə bərabərdir) zəkat verməkdən boyun qaçırarsa onun 
nə imanı var, nə müsəlmandır. Belə bir kəsin hörməti də yoxdur. (Yəni, 
hörmətə layiq deyil.) 
◘Ey Əli! Qüdrət və imkanı olduğu halda vacib həcci tərk edən insan 
kafirdir. 
◘Ey  Əli!  Hər  kəs  Həcci  təxirə  salsa  və  bu  halda  dünyadan  getsə 
Allah-təala  Qiyamət  günü  onu  yəhudi,  yaxud  məsihi  olaraq  məhşur 
edər. 
◘Ey  Əli!  Sədəqə  mütləq  yetişəcək  və  baş  verəcək  qəza  və  qədəri 
dəyişdirər. 
◘Ey Əli! Sileyi-rəhm ömrü uzadar. 
◘Ey Əli! Yeməyi duzla başlayıb duzla da bitirmək insanın yetmiş iki 
xəstəlikdən şəfa tapmasına səbəb olar. 
◘Ey Əli! Məhmud məqamında olacağım zaman atam, anam, əmim və 
cahiliyyət dövründəki qardaşıma şəfaət edəcəyəm. 
◘Ey Əli! Əql odur ki, onunla  Behişt əldə olunsun və onun vasitəsi ilə 
Rəhman Allahın razılığına can atılsın. 
◘Ey Əli! Allahın ilk yaratdığı şey əqldir. Allah onu yaratdığı zaman 
belə  buyurdu:  “Dön  və  geri  qayıt!”  O,  qayıtdı.  O  zaman  Allah-təala 
buyurdu:  “And  olsun  izzət  və  cəlalıma  ki,  Mənim  üçün  səndən  də 
sevimli olacaq bir məxluq yaratmamışam. Yalnız sənə görə qət edib və 
yalnız da sənə görə əta edərəm. Sənin vasitənlə mükafatlandıraram və 
sənin vasitənlə cəzalandıraram.” 
◘Ey  Əli!  Qohumların  ehtiyaclı  olduğu  halda  sədəqəni  başqalarına 
vermək caiz deyil. 


 
300 
◘Ey Əli! Əməl olmasa danışıqda heç bir xeyir və fayda olmaz. Əgər  
batində  olmasa  zahirdə  də  fayda  olmaz.  Səxavət  və  bəxşişi  olmazsa 
var-dövlətin  də  faydası  olmaz.  Vəfa  olmasa  doğruçulluq  da  olmaz. 
Zahidlik olmasa fəqihliyin də faydası olmaz. Məqsəd və niyyət düzgün 
olmasa  sədəqənin  də  faydası  olmaz.  Salamatlıq  və  sağlamlıq  olmazsa 
yaşamaqda da xeyir olmaz. Əgər əmniyyət və xoşluq olmazsa vətənə də 
xeyir olmaz. 
◘Ey Əli! Sizin  əxlaqca mənə ən  yaxın olanınız ən xoş xasiyyət, ən 
təmkinli, qohum-əqrəbasına ən çox yaxşılıq edəninizdir. 
◘Ey Əli! Övladın öz atasının boynunda olan haqqı budur ki ata ona 
yaxşı ad qoysun, onu gözəl tərbiyələndirsin, onu yaxşı bir şeyə (sənətə, 
peşəyə)  yiyələndirsin.  Atanın  övlad  boynunda  olan  haqqı  budur  ki, 
övlad  öz  atasını  onun  adı  ilə  çağırmasın,  yol  gedərkən  ondan  qabağa 
düşməsin, ondan qabaqda oturmasın və hamama onunla birgə getməsin. 
Ey  Əli!  Allah  lənət etsin  o  valideynlərə  ki,  övladlarını  özlərinə  qarşı 
ehtiramsızlığa vadar edirlər. 
◘Ey  Əli!  Valideynin  övladına  qarşı  ehtiramsızlığı  övladın  valideynə 
qarşı ehtiramsızlığına gətirib çıxarar və bu iki işin günahı da eynidir. 
◘Ey  Əli!  Allahın  rəhməti  olsun  o  valideynə  ki,  övladlarının  onlara 
qarşı ehtiram və yaxşılıq etmələrinə bais olurlar. 
◘Ey Əli! Ata və anasını qəmgin edən şəxs onlara ağ olub və onların 
haqlarını pozub. 
◘Ey  Əli!  Hər  kəsin  yanında  mömin  qardaşının  qeybəti  olunarsa  və 
həmin  şəxs  də  qüdrəti  çatdığı  halda  bunun  qarşısını  almazsa,  Allah-
təala onu dünyada da, axirətdə də xar edər. 
◘Ey Əli! Bir şəxs öz pulu ilə bir yetimi büluğ həddinə çatana qədər 
saxlasa, mütləq Cənnətə gedər. 
◘Ey  Əli!  Hər  kəs  mehr  və  məhəbbətlə  əlini  bir  yetimin  başına 
çəkərsə,  Allah-təala  Qiyamət  günü  ona  sığal  çəkərkən  əlinə  dəyən 
tüklərin sayı qədər nur əta edər. 
◘Ey Əli! Nadanlıqdan da çətin fəqirlik  yoxdur.  Əqldən faydalı mal-
dövlət  yoxdur.  Xudpəsəndlikdən  (özünübəyənməkdən)  də  dəhşətli  və 
qorxulu  tənhalıq  yoxdur.  Tədbirli  və  çarə  düşünməyi  bacarmaqdan  da 
üstün əql yoxdur. Allahın haram buyurduğu şeylərdən çəkinməkdən də 
gözəl  zahidlik  yoxdur.  Gözəl  əxlaq  kimi  üstün  şərafət  yoxdur. 
Təfəkkürdən də üstün ibadət yoxdur. 
◘Ey Əli! Danışığın afəti yalandır. Elmin afəti unutqanlıqdır. İbadətin 
afəti onu tərk etməkdir. Gözəlliyin afəti təkəbbür və lovğalıqdır, əməlin 
də afəti paxıllıqdır. 
◘Ey  Əli!  Hər  kəs  mənə  salavat  göndərməyi  unutsa  Behiştin  yolunu 
itirib. 


 
301 
◘Ey  Əli!  Əlimi  dirsəyə  qədər  əjdahanın  boğazına  salmağa  razı 
olaram, lakin heç bir malı-pulu olmayan və birdən əlinə mal-pul keçən 
adamdan bir şey istəməkdən ötrü əlimi uzatmağa əsla razı olmaram. 
◘Ey  Əli!  Allah  qarşısında  ən  dikbaş  və  ən  itaətsiz  adam  odur  ki, 
onunla heç bir qan davası olmayan adamı nahaq  yerə öldürsün və onu 
vurmayan bir kəsi nahaq yerə vursun. 
◘Ey Əli! Sağ əlinə qaşı qırmızı əqiqdən olan üzük tax ki, bu Allah-
təalanın Özünün müqərrəblərindən ötrü qərar verdiyi bir fəzilətdir. 
◘Ey Əli! Həqiqətən, Mütəal Allah dünyanın bütün insanlarına nəzər 
saldı və kişilərin içindən məni seçdi. İkinci dəfə nəzər saldı səni seçdi. 
Üçüncü  dəfə  nəzər  salıb  sənin  nəslindən  olan  imamları  seçdi.  Sonra 
dördüncü dəfə nəzər salıb qadınlar içindən Fatiməni seçdi. 
◘Ey  Əli!  Həqiqətən  mən  sənin  adını  üç  yerdə  öz  adımla  birgə 
gördüm: 
1.  Merac  zamanı  Beytül-müqəddəsə  çatan  zaman  orada  böyük  bir 
qaya  parçasının  üzərində  belə  yazıldığını  gördüm:  “Allahdan  başqa 
məbud yoxdur. Məhəmməd (s) Onun rəsuludur. Mən (yəni, Allah) onu 
vəziri  vasitəsi  ilə  qüvvətləndirib  vəziri  vasitəsi  ilə  də  ona  kömək 
etdim.”  O  zaman  mən  Cəbrailə  (ə)  dedim:  “Mənim  vəzirim  kimdir?” 
Dedi: “Əli ibn Əbutalib (ə). 
2.  “Sidrətül-müntəha”ya  çatan  zaman  gördüm  ki  orada  belə  yazılıb: 
“Mənəm Allah. Məndən başqa məbud  yoxdur.  Məhəmməd (s) mənim 
seçilmiş  bəndəmdir.  Mən  ona  vəziri  vasitəsi  ilə  də  köməklik 
göstərdim.”  Cəbraildən  (ə)  soruşdum:  “Mənim  vəzirim  kimdir?  “ 
Buyurdu:  “Əli  ibn  Əbutalib  (ə).”  Elə  ki,  “Sidrətül-müntəha”dan  keçib 
Cəlal  sahibi  olan  Allahın  ərşinə  çatdım,  orada  da  belə  yazıldığını 
gördüm:  “Mənəm  Allah.  Məndən  başqa  heç  bir  məbud  yoxdur. 
Məhəmməd (s) mənim həbibimdir (sevimli dostumdur). Mən onu vəziri 
vasitəsi ilə qüvvətləndirib, ona vəziri vasitəsi ilə də kömək etdim.” 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə