Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə97/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   92   93   94   95   96   97   98   99   100

 
296 
Allah-təala  Qiyamət  günün  onu  elə  bir  amanda  saxlayar  ki,  bunun 
ləzzətini hiss edər. 
◘Ey Əli! Hər kəs ölən zaman gözəl və ədalətli vəsiyyət etməzsə, onun 
mürüvvət  və  comərdliyi  naqis  hesab  edilər.  Qiyamət  günü  isə  şəfaətə 
nail olmaz. 
◘Ey  Əli!  Ən  üstün  cihad  odur  ki,  insan  səhər  tezdən  durarkən  heç 
kəsə zülm və sitəm etmək fikrində olmasın. 
◘Ey  Əli!  Kimin  ki  dilindən  camaat  qorxur,  həmin  adam 
Cəhənnəmlikdir. 
◘Ey  Əli!  İnsanların ən pisi odur ki,  camaat ona ağzının pisliyinə və 
acıdilliyinə görə hörmət edir. 
◘Ey Əli! İnsanların ən pisi odur ki, axirəti dünyasına satır, ondan da 
pisi odur ki, öz axirətini başqasının dünyasına satır. 
◘Ey  Əli!  Hər  kəs  üzrxahlıq  edən  bir  kəsin  üzrünü  yalan  və  düz 
danışmasından  asılı  olmayaraq  qəbul  etməzsə,  mənim  şəfaətimə  nail 
olmaz. 
◘Ey  Əli!  Allah-təala  insanların  arasını  islah  etməkdən  ötrü  yalan 
danışığı  sevir,  lakin  insanlar  arasında  fitnə-fəsad  törənməsinə  səbəb 
olan doğru danışığı və düz sözü əsla sevmir. 
◘Ey Əli! Hər kəs şərabı, hətta Allahdan başqasına görə də tərk etsə, 
Allah onu Cənnət şərbətləri ilə doyuzdurar. 
–Allahdan başqasına görə? 
–Bəli!  And  olsun  Allaha  ki,  əgər  şərabı  hətta,  sağlamlığını 
qorumaqdan ötrü də tərk etsə, Allah onun bu işinə xüsusi dəyər verər. 
◘Ey Əli! Şərabxor, eynilə bütpərəst kimidir. 
◘Ey  Əli!  Allah  şərab  içən  adamın  namazını  qırx  gün  müddətində 
qəbul etməz və əgər həmin qırx gün müddətində ölsə, kafir hökmündə 
olar. 
◘Ey Əli! Hər bir məstedici haramdır. Bütün məstedicilərdən hətta bir 
qurtumluq da olsa istifadə etmək haramdır.  
◘Ey Əli! Bütün günahlar bir evdə cəm olunub, həmin bu evin də açarı 
şərabxorluqdur. 
◘Ey Əli! Şərabxorun elə bir anı olur ki, Allahı tanımır. 
◘Ey  Əli!  Dünya  və  axirətindən  bəhrələnə  bilməyən  adamla  oturub-
durmaq  sənə  heç  bir  fayda  verməz.  Sənə  hörmət  etməyən  kəsə  sən  də 
hörmət etmə. 
◘Ey  Əli!  Allah-təala  Behişti  söyüş  söyən,  nə  deyib  nə  eşidəcəyinin 
fərqinə varmayan hər kobud danışana haram etmişdir. 
◘Ey Əli! Xoş o kəsin halına ki, ömrü uzun və əməli salehdir. 
◘Ey  Əli!  Zarafat  etməkdən  çəkin,  çünki    o,  insanın  əzəmət  və 
nuraniliyini aradan aparar. 


 
297 
◘Ey Əli! Bədxasiyyətli olmaqdan başqa bütün günahlardan ötrü tövbə 
var. Çünki bəd xasiyyətə malik olan insan bir günahdan qurtaran kimi, 
digərinə mübtəla olur. 
◘Ey  Əli!  Bir  kəsə  ürək  sıxıntısı  və  məlal  üz  versə,  rahatlıq  onun 
yanından köçər. 
◘Ey  Əli!  Allah-təala  Behişti  iki  cür–qızıl  və  gümüş  kərpicdən 
divarlarını  yaqutdan,  tavanını  zəbərcəddən,  qumunu  mirvaridən, 
torpağını müşk və zəfərandan  yaratmışdır. Allah-təala Behişti  yaradan 
zaman  ona  belə  buyurdu:  “Danış.”  Behişt  dedi:  “Əbədi  olan  Allahdan 
başqa məbud yoxdur. Həqiqi xoşbəxt odur ki, mənə daxil olar.” Allah-
təala  buyurdu:  “And  olsun  öz  izzət  və  cəlalıma,  heç  bir  şərabxoru 
(məqsəd şəraba qurşanıb onu tərk etməyəndir), sözgəzdirəni, qeyrətsizi, 
(ədalətsiz)  darğanı,  arvadsifəti  (zənən  adlı  kişini),  kəfən  (yaxud  qəbir) 
oğrusunu, bac alanı, qohumları ilə əlaqəni kəsəni, “cəbərk”
 
məzhəbində 
olanları Behiştə daxil etmərəm.” 
◘Ey Əli! Şərəf və şəxsiyyətin afəti yersiz fəxr etməkdir. 
◘Ey Əli! Hər kəs Mütəal Allahdan qorxsa, hər şey ondan qorxar, hər 
kəs də Allahdan qorxmazsa, Allah onu hər şeydən qorxudar. 
◘Ey Əli! Büluğ həddinə çatdıqdan sonra yetimlik yoxdur. 
◘Ey  Əli!  Ata-anaya  yaxşılıq  etməkdən  ötrü  iki  illik  yol  qət  et. 
Qohum-əqrəbaya  yaxşılıq  etməkdən  ötrü  bir  illik  yol  qət  et.  Xəstəni 
yoluxmaqdan ötrü bir millik  yol  get. Cənazəni müşayət etməkdən ötrü 
iki millik yol get. Dəvəti qəbul etməkdən ötrü üç millik yol get. Mömin 
qardaşını ziyarət etməkdən ötrü dörd millik  yol get. Çətinliyə düşənin 
əlindən  tutmaq  üçün  beş  millik  yol  get.  Zülm  görmüş  insana  kömək 
etməkdən ötrü altı millik yol get. Sənə çoxlu istiğfar etməyi tapşırıram. 
◘Ey  Əli!  Hər  kəs  fəhlənin  muzdunu  verməsə,  qətl  hadisəsi  yerinə 
yetirsə,  yaxud  onda  iştirak  etsə,  yaxud  bu  işdə  iştirak  edəni  qorusa, 
onun tərəfini saxlasa, onu gizlətsə, ona Allahın lənəti gələr. 
◘Ey  Əli!  Mömin  o  kəsdir  ki,  müsəlmanlar  öz  mallarını  və  canlarını 
onun  tərəfindən  amanda  hiss  etsinlər,  mömin  o  kəsdir  ki,  başqa 
müsəlmanlar  onun  əlindən  və  dilindən  salamat  qalsınlar.  Əsl  mühacir 
odur ki, günahlardan hicrət edib uzaqlaşsın. 
◘Ey  Əli!  İman  əldə  etməkdən  ötrü  ən  güclü  vasitə  Allaha  xatir 
dostluq və Ona xatir düşmənçilikdir. 
◘Ey  Əli!  Mütəal  Allah  İslamın  vasitəsi  ilə  cahiliyyətin  lovğalıq  və 
təkəbbürünü, onların öz ata-babaları ilə fəxr etməyini aradan apardı. Bil 
ki,  insanların  hamısı  həzrət  Adəmdən  (ə)  vücuda  gəlmişdir.  Həzrət 
Adəm (ə) isə torpaqdan. Allah yanında insanların ən üstünü ən təqvalı 
olanıdır. 


 
298 
◘Ey  Əli!  Ölü  heyvandan,  itdən,  şərabdan  qazanılan  pul,  zinakar 
qadının  mehriyyəsi,  qəzavət  işlərində  verilən  (yaxud,  alınan)  rüşvət, 
falçı və gələcəkdən xəbər verənlərə verilən pul – bunların hamısı haram 
pullardır. 
◘Ey  Əli!  Elə  ki,  bir  bəndə  ölür,  camaat  deyir:  “Görəsən,  özündən 
sonra  nə  qoyub  getdi?“  Lakin,  mələklərsə  deyir:  “Görəsən,  özündən 
əvvəl nə göndərib?” 
◘Ey Əli! Dünya möminin zindanı, kafirinsə behiştidir. 
◘Ey  Əli!  Qəfil  ölüm  mömin  üçün  rahatlıq,  kafir  üçünsə  həsrət  və 
təəssüfdür. 
◘Ey Əli! Mütəal Allah dünyaya belə vəhy etdi: “Mənə xidmət edənə 
xidmət et, sənə xidmət edəni isə məşəqqətə sal!” 
◘Ey Əli! Allah yanında dünyanın ağcaqanadın qanadı qədər də olsa, 
dəyəri  olsaydı ondan kafirlərə bir qurtum su da verməzdi. 
◘Ey  Əli!  Keçmişdə  yaşamış  və  gələcəkdə  yaşayacaq  elə  bir  insan 
olmayacaq  ki,  Qiyamət  günü  belə  desin:  “Kaş  dünya  malından  mənə 
yalnız zəruri ehtiyaclarımı ödəyəcək qədər verilərdi.” 
◘Ey Əli!  İnsanların ən pisi odur ki, ilahi qəza-qədərə etiraz etsin və 
bu barədə Allahı müttəhim etsin. 
◘Ey  Əli!  Mömin  xəstə  olarkən  etdiyi  nalələrə  “Sübhanallah”, 
fəryadlarına  isə  “La  ilahə  illəllah”  savabı  yazılar.  Xəstəlik  yatağında 
uzanmağı ibadət, o tərəf-bu tərəfə dönməyi cihad hesab olunar. Sağalıb 
camaat  arasında  gəzərkən  isə  bütün  günahlardan  təmizlənmiş  halda 
olar. 
◘Ey  Əli!  Əgər  mənə  (heç  bir  dəyəri  olmayan)  qoyun  ayağını 
(bişirməkdən  ötrü)  hədiyyə  etsələr  qəbul  edərəm  və  əgər,  məni  qoyun 
ayağından  hazırlanmış  xörəyə  dəvət  etsələr,  həmin  dəvəti  qəbul 
edərəm. 
◘Ey Əli! İslam çılpaqdır, onun libası isə həya və utanmaqdır. Zinəti 
vəfa,  comərdliyi  saleh  əməl,  sütunu  təqvadır.  Hər  bir  şeyin  əsası  və 
təməli vardır. İslamın da əsası və təməli biz əhli-beytlə birgə olmaqdır. 
◘Ey Əli! Bədxasiyyətlik eyib və namübarəklikdir. Qadına itaət etmək 
peşmançılığa səbəb olar. 
◘Ey  Əli!  Hər  kəs  mənə  yalan  bir  şey  nisbət  versə,  bilsin  ki,  yeri 
cəhənnəmdir. 
◘Ey  Əli!  Misvak  etmək  sünnədir.  Misvak  ağızı  təmizləyir,  gözün 
nurunu artırır, Rəhman Allahı sevindirir, dişləri ağardır, dişin sarılığını 
və çürüklərini aradan aparır, dişin ətini möhkəmləndirir, iştahanı artırır, 
bəlğəmi aradan aparır, hafizəni gücləndirir, yaxşı işlərin savabını ikiqat 
edir və mələklərin məhəbbətinə səbəb olur. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə