Bizim Dijital Matbaa 160x244 Şablon



Yüklə 3,2 Mb.
səhifə13/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   9   10   11   12   13   14   15   16   ...   97
Alimler EN SON tamversiya GUNEL

Aslanov Ramiz

Mütəllim oğlu

(1947)

26 mart 1947-ci ildə Daşkəsən rayonunun Muşavaq kən-dində anadan olmuşdur. 1964 ildə Dəstəfur kənd orta məktəbini əla qiymətlərlə bitirmiş və həmin ili H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (hazırda Gəncə Dövlət Univer-siteti) riyaziyyat fakültəsinə daxil olmuşdur. 1968 ildə institutu bitirib orta məktəbdə riyaziyyat müəllimi ixtisası almışdır.

4 noyabr 1981-ci ildə Bakı Dövlət Universitetinin Mexa-nika-riyaziyyat fakültəsinin dissertasiya şurasında "Abstrakt fəzalarda elliptik tip tənliklər üçün bəzi yüklənmiş sərhəd mə-sələləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə et-mişdir.

1995-1997–ci illərdə Moskva Dövlət Pedaqoji Universi-tetinin riyaziyyat fakültəsinin doktoranturasını bitirmişdir. 1997-ci ildə Moskva Dövlət Pedaqoji Universitetinin disser-tasiya şurasında universitetin professorları akademik V.L.Mat-rosov və RTA akademiki İ.İ.Bavrinin rəhbərliyi altında “Peda-qoji ali məktəblərdə diferensial tənliklərin tədrisinin metodik sistemi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş-dir.

R.M.Aslanovun əsas elmi nailiyyətləri: Ali məktəblərdə riyaziyyatın tədrisi metodikasına dair Pedaqoji Universitet və İnstitutlarda diferensial tənliklərin tədrisi və tətbiq məsələlərinə dair metodik işləmələr, Vyetnam Ali məktəblərində diferensial tənlik kursunun tədrisinin metodik konsepsiyası, İnformasiya texnoloqiyaların köməyi ilə diferensial tənliklər və riyazi analiz fənlərinin Pedaqoji İnstitutlarında tədris məsələlərinə dair meto-dik işləmələr olmuşdur.

R.M.Aslanovun çapdan çıxmış elmi əsərlərinin ümumi sayı- 185 (o cümlədən 6 monoqrafiya, 5 dərslik, 35 dərs vəsaiti, 139 məqalə və tezislər) ədəddir. Bu əsərlərdən 160 ədədi xaric-də çap edilmişdir.

R.M.Aslanovun 1968-1995-ci illərdə H.Zərdabi adına KDPİ-də əmək fəaliyyəti müddətində o, laborant, baş laborant, müəllim, V.İ.Lenin adına APİ-nin aspirantı, baş müəllim, Riya-zi analiz kafedrasının müdiri, qiyabi təhsil üzrə prorektor vəzi-fələrində çalışmışdır.

1980-1982- illərdə Kirovabad şəhəri (indiki Gəncə) rayon Sovetinin xalq deputatlar sovetinə deputat seçilmişdir.

1998-2000 illər ərzində o, Moskva Dövlət Pedaqoji Uni-versitetin nəzdində və Moskva Dövlət Vilayət Pedaqoji Univer-sitetlərində «Diferensial tənliklər» dərsliyin yazılması məqsədi ilə yaradıcılıq məzuniyyətində olmuş. 2000-2015-ci illər müd-dəti ərzində Moskva Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsinin riyazi analiz kafedrasının professoru işləmişdir. 2015-ci ilin noyabrın 1-dən AMEA-nın Riyaziyyat və Mexani-ka İnstitutunun «Elmi-texniki informasiya» şöbəsinin müdiri vəzifəsində çalışır.

R.M.Aslanov 2003-cü ildən sonra, 5 pedaqoji elmlər na-mizədi hazırlayıb, eyni zamanda 2 aspirant, və 2 doktoranta rəhbərlik edir. O, dəfələrlə müdafiyə şurasında opponent olmuş, dissertasiya, avtoreferatlara, monoqrafiya, dərsliklər, dərs vəsa-itlərinə ekspert kimi rəy vermişdir.

29 oktyabr 2013-cü ildə Beynəlxalq Pedaqoji Təh-sil üzrə Elmlər Akademiyasının akademiki seçilmişdir. 2007, 2008, 2010-cu illərdə Moskva Şəhər Pedaqoji Universiteti riyaziyyat fakültəsinin, 2009, 2010-cu illərdə isə M.V. Lomonosov adına Pomor Dövlət Universitetinin riyaziyyat fakültəsinin Dövlət Attestasiya Komisiyasının sədri olmuşdur.

2001-2015-ci illərdə Moskva Dövlət Pedaqoji Universi-tetinin riyaziyyat fakültəsində elmi işlərin məcmuəsinin məsul katibi olmuşdur, onun təşəbüsü ilə 8 elmi məcmuə nəşr edi-lmişdir.

R.M.Aslanovun Moskva Dövlət Pedaqoji Universitetində işlədiyi dövrdə səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdir;

1. 1998-ci ildə “Xüsusi törəməli diferensial tənliklər” və-saitinə görə Moskva Dövlət Pedaqoji Universitetinin Elmi və elmi metodik işlərin konkursun laureatı olmuşdur;

2. 2007-ci ildə “Женщины-математики” monoqrafiyası-na görə P.S.Novikov adına I dərəcəli Mükafat laureatı olmuş-dur;

3. 2013-ci ildə “Женщины-математики” monoqrafiya-sına görə P.S.Novikov adına III dərəcəli Mükafat laureatı ol-muşdur;

4. 2008-ci ildə "Əmək veteranı";

5. 2015-ci ildə Beynəlxalq Pedaqoji Təhsil Elmlər Akade-miyasının Prezidiumun qərarına əsasən yubiley medalı ilə təltif olunmuşdur «20 лет МАНПО».




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə