Bmt-nin 822 və 853 saylı qətnamələrindən əvvəl işğal olunmuş Azərbaycan ərazisi



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə62/86
tarix08.03.2018
ölçüsü104 Kb.
#30952
1   ...   58   59   60   61   62   63   64   65   ...   86

Bir  m əsələyə  də  diqqətin  cəlb  olunmasmı  zəruri  hesab 
edirəm.  Baş  nazirin müavini  və prezidentin  səlahiyyətli  nü- 
m ayəndəsi  təyin  olunarkən  Dağlıq  Qarabağın  bütün  ərazi- 
si,  Şuşa  şəhərindən  başqa,  erm ənilər tərəfm dən  işğal  olun- 
muşdur.  Şuşa  şəhəri  də  düşmənin  silahlı  qüvvələri  tərəfm- 
dən  mühasirəyə  almmışdı.  Belə  bir  vəziyyətdə  həmin  və~ 
zifəyə  getməkdə  tərəddüd  etmədən  razılıq  verdirn  ki,  t.or- 
paqlarımızm  düşməndən  azad  olunması  üçün  iş  görə  bilə- 
cəyim ə  ümid  bəslədim.  Lakin  respublikaya  o  vaxt  rəhbər- 
lik  edənlərin  xəyanəti,  yalanı  və  səriştəsizliyi  ilə  rastlaş- 
dım.  Səlahiyyətli  nümayəndə  işlədiyim  iki  ay  iyirnıi  iki 
gündə  respublikada  dörd  dəfə  rəhbərlik  dəyişdi,  demək 
olar  ki,  güc  strukturlarmm  hər biri,  dövlət  daxidlində  özlə- 
ri  üçün  dövlət  yaratmışdılar.  Y.M əmmədov  məni  səlahiy- 
yətli  nümayəndə  təyin  etdi,  sonra  A.M ütəllibov  qayıtdı, 
sonra İİ.Qəmbəröv  gəldi  və  Əbülfəz  Əliyevin  dövründə  və- 
zifəmdən  azad  olundum.  Fikrimi  onunla  tamamlayıram  ki, 
bu  m əsələnin  ədalətli  həllm də  sözün  əsl  mənasmda  tərəf- 
darımız  yoxdur,  iş  qalır  yalnız  özümüzə.
Tanrı  köməyimiz  olsun!
QARABAĞDAKI  MÜHARİBƏ  MEYDANI 
MOSKVA  KREMLİNDƏ
Etnoslar  və  etnik  davramş  stereotipləri  barədə  xeyli 
orijinal  konsepsiyanm  yaradıcısı  Lev  Nikolayeviç  Qumilev 
özünün  «Drevnyaya  Rus  i  Velikaya  Step»  kitabında  inan- 
dırıcı  şəkildə  sübut  edir  ki,  qədim  ruslar  (rusiçlər)  və  kö- 
çəri  qıpçaqlar  arasmdakı  konfliktlər  təsadüfı  idi;  məsələn, 
Çemiqov  və  Kiyev  arasındakı  konfliktlər  daha  ciddi  idi. 
Başqa  sözlə,  alim  qədim  Rus  ilə  Böyük  Səhraya bir  sistem
-  slavyan-türk  sistemi  kimi  baxırdı.
Lev  Nikolayeviç  Qumiİev Azərbaycanın gənc  alimlə- 
rinə  öz  arzularmdan  birini  belə  bildirmişdi:  «Öz xalqını- 
zı  tərifləməyə  çalışmayın,  o,  onsuz da böyükdür,  bir şey ki,  gö- 
zəldir,  onun  tərifə  ehtiyacı yoxdur».
V ə  davranış  stereotiplərini  öyrənəndə  də  istifadə  et- 
diyi  özünün  zəngin  keçmişindən  bir  epizod  danışmışdı. 
Bu  tarixcə  belə  idi:
«Bizim  düşərgədə  olan  Rzaqulu  adlı  bir  azərbaycanlı 
ilə  bağlı  belə  bir  hadisə  olmuşdu.  0   indi  Bakıda  yaşayır. 
Kimyaçı,  sakit,  təvazökar  adam  idi.  O  özü  üçün  yeməyə 
sala  kəsirdi,  bir  nəfər  isə  onun  başı  üstə  dayanıb  qışqırır, 
zibili  dəstərxanm  üzərine  tökürdü.  Rzaqulu  dedi:  «aralaş», 
o  bütün  əli  ilə  Rzaqulunun  üzüne  vurmaq  istədi,  Rzaqulu 
sonra  m əne  damşırdı:  « 0   məni  vursaydı  m en  ya  vurmalı, 
ya  da  ölməli  idim».  Buna  görə  de  Rzaqulu  onun  elinin  içi-


ni  bıçaqladı.  O,  dərhal  harasa  qaçdı.  Rzaqulu  deyir:  «otur- 
m uşam   və  fikirləşirəm:  m ən  öləcəyəm,  ya  yox».  O,  geri 
qayıtdı,  əli  sarınmışdı,  əlini  uzadır  və  deyir:  «Sənə  afə- 
rin»...
Azərbaycanlmı  polyakdan,  almandan,  qərb  slovya- 
nından  nə  fərqləndirir?  Axı  onlar  mənliyi  qoruyub  sax- 
lamaq  xatirinə  həyatları  ilə  risk  etməzdilər.  Bu  isə  faeç  fi- 
kirləşm ədi  də,  o  başqa  davranış  stereotipinə  malikdir.  Və 
bundan  sonra  mən  stereotipləri  öyrənməyə  başladım»,
Rus  alimi  öz  müşahidəsində  haqlıdır.  Bu  başqa  məsə- 
lədir  ki,  Azərbaycan  xalqı  da,  istisnasız  olaraq  bütün  sovet 
xalqları  kimi,  m ücərrədliyə  çevrilmişdir,  o  cür  də  qalır.
Biz  azərbaycanlıları  həm işə  o  qədər  yalançı  aqillər 
idarə  edib  və  edirlər  ki,  hətta  onların  dediyi  həqiqət  də 
dönüb  yalan  olur.
Belə  görünür  ki,  bizdə  və  Qərbdəki  ernıəni  millətçilik 
hərəkatmm  təşəbbüskarları  əmin  idilər  ki,  Dağlıq  Qaraba- 
ğm  Ermənistana  birləşdirilməsi  elə  bir  çətinliklə  qarşılaş- 
mayacaqdır.  Hər  şey hesaba almmışdı.  Yalnız  bir  faktordan
-  Azərbaycan  xalqmın  iradəsindən  savayı. 
Onu  partiya 
«şirvanşahları»  iflic  edə  bilməmişdi.
Qarabağ  konflikti  başlananda  demək  olar  ki,  hökumə- 
tin  bütün  üzvləri  və  MK-nm  bütün  m əsul  işçilərinin  çoxu 
bir-birinə  qohum  idi.
Açıq  danışdığı  məqamlardan  birində  Azərbaycan  Yazı- 
çılar İİttifaqınm  katibi  Çingiz  Abdullayev  deyirdi  ki,  bu  cür 
əlbirlik  içərisindən  keçmək  asan  deyildi.  Ən  yaxşı  halda 
bu,  əlverişli  evlənmək  hesabma  mümkün  olurdu.  Vaxtilə
xanlıqlara parçalanmış  Azərbaycan  şəraitində  dəhşetli  «ha- 
ralısan»  sualı  millətı parçalayır,  adamları  bakılılara  və  nax- 
çıvanlılara,  qarabağlılara  və  lənkəranlılara  ayırırdı.
Çingiz Abdullayev yazırdı:  «Yapışqanlı pis  «rüşvət»  sö- 
zünü  biz  «hörrhət»lə  əvəz  edərək  bir-birimizə  hörmət  etməvə 
başladıq,  başa  düşmədik ki,  içindən  çıxa  bilməyəcəyimiz  qanlı 
dairə yaratmışıq».
«Hörmət»  uşaq  bağçalan  və  körpələr  evinin  işçilərin- 
dən  başlayır,  milislər,  hakimlər,  prokurorluq,  partiya  haki- 
miyyət  orqanları  ilə  rastlaşdıqda  isə  astronomik  rəqəm lərə 
çatırdı.  Azərbaycanda  pul  hər  şeyi  həll  edirdi.
Əvəzində  Moskvada  kütləvi  informasiya  vasitələri  var 
gücü  ilə  aranı  qızışdırır,  millətlərarası  ədavətin  sərt rentgen 
şüalanmalarım  Azərbaycana  yaymağa  çalışırdı.  Haqqmda 
verilən  xəbərin  iki  xalq  arasmda  yığılıb  qalmış  bütün  xır- 
da  və  kinli  nə  varsa hamısını  arxa plana keçirdiyi  Ermənis- 
tandakı  zəlzələ  günlərinə  qayıdım.
Bakıda  könüllülər  donor  məntəqəsi  qarşısında  qan  ver- 
mək  üçün  növbəyə  dayanan  vaxt  «Vremya»  proqrammm 
şərhçisi  elan  edirdi  ki,  Azərbaycan  paytaxtmda  Ermənis- 
tandakı  zəlzələ  münasibətilə  atəşfəşanlıq  olmuş,  indi  xalq 
gəzintisi  gedir.  Və  bu,  Moskvanm  tətbiq  etdiyi  hərbi  və- 
ziyyət  və  komendant  saatı  nəticəsinde  gecələr  qaranlığa 
qərq  olan,  hər  iki  m əhəllədən  bir  tank  və  zirehli 
transportyor  dayanan,  təsadüfen buraxılış  vəsiqəsi  olmadan 
küçədə  qalmış  adamları  seherecən  milisde  saxlanılan  şə- 
hər  haqqında  deyilirdi.


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə