Bölmə Cərrahi anatomiya və operativ cərrahiyyə, şişlərin morfologiyası, şişlərin mərhələlər üzrə təsnifatının ümumi prinsipləri


) Qırtlaq şişlərinin morfoloji strukturunu 98% təşkil edən yastı huceyrəli xərçəngin muxtəlif dərəcəli inkişaf novundən hansı daha radiohəssasdır?



Yüklə 1,44 Mb.
səhifə5/15
tarix06.05.2018
ölçüsü1,44 Mb.
#41653
növüСправочник
1   2   3   4   5   6   7   8   9   ...   15

230) Qırtlaq şişlərinin morfoloji strukturunu 98% təşkil edən yastı huceyrəli xərçəngin muxtəlif dərəcəli inkişaf novundən hansı daha radiohəssasdır?
A) Aşağı differensasiyalı

B) Yüksək-kafi differensasiyalı

C) Yüksək differensasiyalı

D) Kafi differensasiyalı

E) Differensə olunmayan
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
231) Qırtlaq xərçəngində istifadə olunan klassik fraksiyalı şüa mualicəsində birdəfəlik mənbə dozası (BMD) neçə Qr təşkil edir?
A) 2,5-3,0Qr

B) 1,0-1,1Qr

C) 2,0-2,2Qr

D) 2,2-2,5Qr

E) 0,5-1,0Qr
Ədəbiyyat: İsayev İ.H. “Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları” Bakı, 2001, 148 s.
232) Qırtlaq xərçəngi ilə xəstələrdə radioterapiyadan sonra yaranmış şüa reaksiyaları hansı müddət ərzində “erkən” reaksiya hesab olunur?
A) 2 ay

B) 5 ay


C) 1 ay

D) 6 ay


E) 3 ay
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
233) Qırtlaq xərçənginin yayılmış formalarında (3-4 mərhələ) hansı müalicə metoduna üstünlük

verilir?
A) Kimyaterapiya

B) Şüa terapiyası

C) Kombinə olunmuş

D) Simptomatik müalicə

E) Cərrahi
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
234) Qırtlaq xərçəngi ilə xəstələrdə radioterapiyadan sonra yaranan reaksiyalardan hansı “ümumi” hesab olunur?
A) Arıqlama

B) Şüa dermatiti

C) Mukozit

D) Şüa larinqiti

E) Şüa ezofaqiti
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
235) Qırtlağın bədxassəli şişlərinin hansı mikroskopik forması daha çox rast gəlir?
A) Differensə olunmayan xərçəng

B) Karsinoid

C) Adenokarsinoma

D) Yastıhuceyrəli xərçəng

E) Adenokistoz karsinoma
Ədəbiyyat: Əmirəliyev N.M. “Qırtlağın xərçəngi” Bakı, 2002, 14 s.
236) Qırtlaq şişlərinin qırtlagın bağ hissəsində yerləşməsi hansı əsas simptomu yaradır?
A) Öskürək

B) Boğulma

C) Boğaz ağrıları

D) Udqunmanın çətinləşməsi

E) Afoniya
Ədəbiyyat: Əmirəliyev N.M. “Qırtlağın xərçəngi” Bakı, 2002, 42 s.
237) Qırtlaq xərçənginin TNM klassifikasiyası üzrə hansı mərhələsi daha çox geydə alınır?
A) T3N2M0

B) T3N0M0

C) T4N2M0

D) T2N0M0

E) T1N0M0
Ədəbiyyat: Əmirəliyev N.M. “Qırtlağın xərçəngi” Bakı, 2002, 38 s.
238) Qırtlaq onurğa sütununun hansı fəqərələri səviyyəsində yerləşir?
A) CIV-VI

B) DI-II


C) ThI-II

D) CI-II


E) CI-V
Ədəbiyyat: Əmirəliyev N.M. “Qırtlağın xərçəngi” Bakı, 2002, 4 s.
239) Qırtlağın aşağı hissəsi hansı orqana bağlarla birləşir?
A) Qalxanvari vəzi

B) Dil sümüyu

C) Qida borusu

D) Traxeya

E) Udlaq
Ədəbiyyat: Əmirəliyev N.M. “Qırtlağın xərçəngi” Bakı, 2002, 4 s.
240) Aşağıda sayılan qırtlaq şişlərindən hansı xoşxassəli hesab olunur?
A) Leyomiosarkoma

B) Carsinoma in situ

C) Adenokistoz karsinoma

D) Xondrosarkoma

E) Onkositoma
Ədəbiyyat: Əmirəliyev N.M. “Qırtlağın xərçəngi” Bakı, 2002, 14 s.
241) Qırtlaq xərçəngində uzaq metastazlar hansı orqanda daha çox rast qəlir?
A) Ağ ciyərlər

B) Qida borusu

C) Sümüklər

D) Mədə


E) Qara ciyər
Ədəbiyyat: Əmirəliyev N.M. “Qırtlağın xərçəngi” Bakı, 2002, 44 s.
242) Qırtlağın xərçəngönü xəstəliklərinə aşağıdakılardan hansı aid deyil?
A) Papillomatoz

B) Paraqanqlioma

C) Lipoma

D) Leykokeratoz

E) Hemangioma
Ədəbiyyat: Əmirəliyev N.M. “Qırtlağın xərçəngi” Bakı, 2002, 14 s.
243) Qeyri kiçik hüceyrəli ağciyər xərçənginin cərrahi əməliyyatdan sonrakı radikal şüa terapiyası zamanı, standart fraksiya rejimində şüalanmanın Cəmi Mənbə Dozası (CMD) nə qədər olmalıdır?
A) 40 Qr

B) 36 Qr


C) 70 Qr

D) 66 Qr


E) 50 Qr
Ədəbiyyat: Jane Dobbs, Anne Barret, Dan Ash – “Practical radiotherapy planning“ 3rd edition -New York,1999 Arnold, p 142
244) Qeyri kiçik hüceyrəli ağciyər xərcənginin palliativ şüa terapiyası zamanı tək hiperfraksiya rejimində şüalanmanın Cəmi Mənbə Dozası (CMD) nə qədər olmalıdır?
A) 1,6 Qr

B) 10 Qr


C) 2,2 Qr

D) 1,2 Qr

E) 2 Qr
Ədəbiyyat: Jane Dobbs, Anne Barret, Dan Ash – “Practical radiotherapy planning“ 3rd edition -New York, 1999 Arnold, p 142
245) 20 Qr və ondan artıq şüa alan xəstənin ağciyərinin həcminin faizi necə işarə olunur?
A) V 20

B) Gy 20


C) L 20

D) 20 V


E) 20 Gy
Ədəbiyyat: Branislav Jeremic – “Advances in Radiation Oncology in Lung Cancer“ Springer-Verlag Berlin Heidelberg 2005, p 70
246) Hansı mualicə növünün tətbiqi zamanı ilk dəfə J.Bergoie və R.Tessier 1898-ci ildə ağciyər toxumasında ilkin şüa reaksiyalarını müşahidə etmişlər?
A) Hipertermiya

B) Rentgenterapiya

C) Qammaterapiya

D) Tomoterapiya

E) Braxiterapiya
Ədəbiyyat: В.П. Харченко,И.В.Кузьмин – «Рак легкого» Москва 1994.,стр 333
247) CHART sxemi ilə ağciyər xərcənginin şüa terapiyası neçə gün aparılır?
A) 20

B) 25


C) 3

D) 12


E) 5
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004, стр – 193.
248) 3D – CRT metodikası ilə ağciyər xərcənginin şüa terapiyasını aparmag üçün hansı növ avadanlıqdan istifadə olunur?
A) «Multilif» kollimatorlu xəttli gücləndiricinin köməyi ilə

B) СО60 mənbəyi olan Qamma terapevtik aparatın köməyi ilə

C) «Multilif» kollimatorsuz xəttli gücləndiricinin köməyi ilə

D) TRİLOGY sisteminin köməyi ilə

E) «Gamma Knife» sisteminin köməyi ilə
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004, стр – 192.
249) Ağciyər xərçənginin hansı histoloji formasında tam klinik remissiya əldə olunan halda belə xəstələrə baş beyinin Cəmi Mənbə Doza 24 Qr profilaktik şüa terapiyası aparılır?
A) Qeyri kiçik hüceyrəli xərçəng

B) Kiçik hüceyrəli xərçəng

C) Yastı hüceyrəli xərçəng

D) Adenokarsinoma

E) Bütün qeyd olunan histoloji formalar
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004, стр – 192.
250) Radioterapiyanın hansı növündən süd vəzi xərçənginin ağciyərə solitar metastazları zamanı istifadə etmək olur?
A) «Cyber Knife» sisteminin köməyi ilə

B) Aşağıda qeyd olunmuş bütün hallarda

C) СО60 mənbəyi olan Qamma terapevtik aparatın köməyi ilə

D) Xəttli gücləndiricilərin köməyi ilə

E) Teraqam cihazında
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004, стр – 195.
251) Endobronxial braxiterapiya hansı hallarda istifadə olunur?
A) Bronx keçiriciliyinin yaxşılaşdırmaq məqsədi ilə

B) Müştərək şüa terapiyası zamanı

C) Aşağıda qeyd olunmuş bütün hallarda

D) Kiçik endobronxial şişlərin işlənilməsi zamanı

E) Böyük şişlərin xarici süalanmasına əlavə kimi lokal “bust”
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004, стр – 192.
252) Ağciyər xərçənginin əməliyyat önü şüa terapiyası nəyə yönəldilib?
A) Şişin devitalizasiyası, perifokal iltihabın və yenitörəmənin ölçülərinin kiçildilməsinə

B) Yalnız şişin devitalizasiyasına

C) Perifokal iltihabın və yenitörəmənin ölçülərinin kiçildilməsinə

D) Yalnız yenitörəmənin ölçülərinin kiçildilməsinə

E) Yalnız perifokal iltihabın kiçildilməsinə
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004, стр – 192
253) Kiçik hüceyrəli ağciyər xərcənginin şüa terapiyası zamanı,digər müalicə metodlarından (cərrahi əməliyyat və kimya-dərman terapiyası) istifadə etməmək şərti ilə standart fraksiya rejimində şüallanmanın Cəmi Mənbə Dozası (CMD) nə qədər olmalıdır?
A) 36 Qr

B) 50 Qr


C) 40 Qr

D) 34 Qr


E) 30 Qr
Ədəbiyyat: Branislav Jeremic – “Advances in Radiation Oncology in Lung Cancer“ Springer-Verlag Berlin Heidelberg 2005, p 280
254) Qeyri kiçik hüceyrəli ağciyər xərçənginin erkən mərhələlərində dördsahəli metodika ilə kobalt aparatında radikal proqramla aparılan şüa terapiyası zamanı şüallanmanın Cəmi Mənbə Dozası (CMD) nə qədər olmalıdır?
A) 36 Qr

B) 40 Qr


C) 16 Qr

D) 74 Qr.

E) 26 Qr
Ədəbiyyat: Chapman and Hall – “ Radiotherapy in Cancer Management” London, UK -1997, p106
255) Pnevmonektomiyadan sonra 18 MeV enerjisi olan foton xəttli gücləndiricidə radikal şüa müalicəsinin aparılması mümkündür?
A) Olmaz

B) Mümkündür

C) Yalnız 12 MeV

D) Yalnız 6 MeV

E) Yalnız 4 MeV.
Ədəbiyyat: Chapman and Hall – “ Radiotherapy in Cancer Management” London, UK -1997, p109
256) Ağciyər xərçənginin kimya-şüa terapiyası zamanı radiosensibilizator olan kimya preparatları hansılardır?
A) Yalnız taksanlar

B) Hemsitabin və sisplatin

C) Sadalananların hamısı

D) Taksanlar və sisplatin

E) Hemsitabin və vinorelbin
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004, стр – 193.
257) Ağciyər xərçəngində 3sm diametri olan şişin kontrolu üçün nə qədər doza lazımdır?
A) 30 Qr

B) 50 Qr


C) 40 Qr

D) 52 Qr


E) 70 Qr
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004, стр – 192.
258) Ağciyər xərçəngində şüa terapiyası üçün əks göstəriş hesab olunur?
A) Spesifik plevrit və coxsaylı uzaq metastazlar

B) Aktiv vərəm

C) İntoksikasiya əlamətləri ilə xəstənin ümumi vəziyyətinin ağırlığı, güclü qanaxma və ya ganhaykırma ilə müşayət olunan birincili şişin dağılması

D) Yaxın zamanlarda keçirilmiş miokardın infarktı

E) Sadalanan bütün hallar
Ədəbiyyat: А.Х.Трахтенберг, В.И. Чиссов «Клиническая Онкопульмонология» Москва 2000,с398
259) Palliativ proqramla ağ ciyər xərçənginin şüa terapiyasına göstərişlər
A) Şişin döş qəfəsi divarına xeyli yayılması

B) Residiv və ya ağciyərə solitar metastazlar

C) Körpücüküstü limfa düyünlərinə metastazlar

D) Aşağıdakı bütün hallar

E) Şişin döş qəfəsi divarına xeyli yayılması, divararaliğı magistral damarlarının sıxılması, perikarda, diafragmaya sirayət
Ədəbiyyat: А.Х.Трахтенберг, В.И. Чиссов «Клиническая Онкопульмонология» Москва 2000, с398
260) Ağciyər xərçəngində şüa terapiyasının həcmi nə zaman prosesin yalnız kliniki yayılma zonası ilə məhdudlaşır?
A) Palliativ şüa terapiyası zamanı

B) Eyni zamanlı kimya-şüa terapiyası rejimində

C) Bütün hallarda

D) Radikal şüa terapiyası zamanı

E) Növbəli kimya-şüa terapiyası rejimində
Ədəbiyyat: А.Х.Трахтенберг, В.И. Чиссов «Клиническая Онкопульмонология» Москва 2000, с403
261) Ağciyər xərçəngi ilə xəstələrin şüa terapiyası zamanı hansı Cəmi Mənbə Doza hüdularında əksər hallarda şüa ezofagiti müşahidə olunur?
A) 30-40 Qr hüdudunda

B) İstənilən dozada

C) 10-20 Qr hüdudunda

D) Müşahidə olunmur

E) 5-15 Qr hüdudunda
Ədəbiyyat: А.Х.Трахтенберг, В.И. Чиссов «Клиническая Онкопульмонология» Москва 2000, с404
262) Aşağıdakılardan hansında radiohəssas şişlər göstərilib?
A) Rabdomiosarkoma, leyomiosarkoma, fibrosarkomalar

B) Hepatoma , xondrosarkoma

C) Ağciyər və böyrək şişləri

D) Tüpürcək vəzi şişləri , osteosarkoma

E) Limfoma, leykoz, seminoma.
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 46
263) Hansı variantda sümük toxumasının klassik rejimdə qamma şüalanmasının tolerant dozası göstərilmişdir ?
A) 40Qr

B) 80 Qr


C) 20 Qr

D) 10 Qr


E) 35 Qr
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 48
264) Hansı varianta orta dərinlikdə və dərin yerləşən şişlərin şüa müalicəsində istifadə olunan aparat mənbəyi düzgün göstərilib?
A) Kontakt terapiya

B) Co- 60

C) Aşağı enerjili foton dəstəsi

D) Aşağı gərginlikli rentgen

E) Betta hissəcikli applikator
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 61
265) Təbii radioaktivlik kim tərəfindən kəşf edilmişdir?
A) Ernest Rezerford

B) Pyer Küri

C) Skodolovskaya Küri

D) Vilyam Rentgen

E) Anri Bekkerel
Ədəbiyyat: B.Ə. Baxşiyev “ Tibbi radiologiya” Səh. 5
266) Hansı sırada udulma dozasının vahidi düzgün göstərilib?
A) Küri

B) Bekkerel

C) Qrey

D) Berd


E) Qrey/ san
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 14
267) Ağır hissəciklər hansılardir?
A) Alfa hissəciklər, elektronlar

B) Deytronlar, elektonlar

C) Qamma şüalar , protonlar

D) Alfa hissəciklər, protonlar, neytronlar

E) Neytronlar, elektronlar
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 12
268) Korpuskulyar hissəciklərdən ibarət sıranı tapın?
A) Qamma şüalar və rentgen şüaları

B) Protonlar və qamma şüaları

C) Rentgen şüaları və betta hissəciklər

D) Alfa və betta şüalar, neytronlar

E) Alfa şüalar və rentgen şüaları
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 12
269) Radiasiya təsirindən hüceyrələr tam məhv olur və ancaq müəyyən şəraitdə bəzi hüceyrələr bu zədələnməni bərpa edir və yaşayırlar. Bu hansı zədələnməyə aiddir?
A) Letal zədələnmələr

B) Heç biri

C) Potensial letal zədələnmələr

D) Hamısı

E) İnterfaza ölümü
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 33
270) İonlaşmış atomlar və sərbəst elektronlar sərbəst yaşaya bilmir və saniyənin milyardda bir hissəsində mürəkkəb reaksiyalarda iştirak edir, nəticədə aktiv birləşmələr və sərbəst radikallar əmələ gəlir. Bu ionlaşdırıcı şüaların toxumalara hansı təsirini ifadə edir?
A) Kimyəvi

B) Fiziki-kimyəvi

C) Bioloji

D) Heç biri

E) Bioloji və kimyəvi
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 30
271) Hüceyrələrin bölünmə siklinin hansı fazası ionlaşdırıcı şüaların təsirinə ən həssasdır?
A) G-2 fazası

B) S- fazası, G-2

C) M- fazası, G-2

D) M və S fazası

E) G-1 fazası
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 41
272) Şiş hüceyrələrinin radiohəssaslığını və normal toxumaların şüalanmaya qarşı müqavimətini artıran metod necə adlanır?
A) Radiomodifikasiya

B) Reverberasiya

C) Radioterapevtik interval

D) Sinxronizasiya

E) VDF faktoru
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 43
273) Şüalanmadan sonra sağ qalan və nəsli yenidən davam etdirmək qabiliyyətini saxlayan klonogen hüceyrələrin artması nəticəsində toxumaların, həmçinin şişin yenidən inkişaf etməsi necə adlanır?
A) Reparasiya

B) Reverberasiya

C) Reoksigenasiya

D) Rekumulyasiya

E) Repopulyasiya
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 37
274) Aşağıdakı hansı toxumalar şüaya qarşı daha rezistentdir ?
A) Nazik bağırsaq, qida borusu

B) Ağciyər və ürək

C) Əzələ və sinir toxuması

D) Qığırdaq və onurğa beyni

E) Piy vəzisi, yoğun bağırsaq
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 48
275) Hansı variantda klassik rejimdə qamma – şüalanmanın tolerant dozası ən yüksək olan orqanlar göstərilib?
A) Nazik bağırsaq və qida borusu

B) Qığırdaq, onurğa beyni, qida borusu

C) Onurğa beyni və dalaq

D) Dəri, qığırdaq və sümük

E) Qida borusu, mədə və limfa düyünləri
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 48
276) Normal toxumaların radiorezistentliyini yüksəltmək üçün geniş istifadə olunan metod hansıdır?
A) Şiş hüceyrələrinin sinxronizasiyası

B) Hipertermiya

C) Oksibaroradioterapiya

D) Hiperqlikemiya

E) Hipoksiradioterapiya
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 51
277) Hansı şüa müalicəsini aparmaqda məqsəd şiş toxumasının ölçülərinin kiçildilməsi, inkişafının saxlanılması və nəticədə xəstələrin yaşama müddətinin uzadılmasıdır?
A) Palliativ

B) Müştərək

C) Simptomatik

D) Radikal

E) Heç biri
Ədəbiyyat: Ə.T. Əmiraslanov “ Onkologiya” Səh 43
278) Beynəlxalq sistemdə radioaktiv maddənin aktivlik vahidi nədir ?
A) Zivert

B) Ber


C) Küri

D) Bekkerel

E) Qrey
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 13
279) Radiomodifikasiyada əsas məqsəd nədir?
A) Radioterapevtik intervalı genişləndirmək

B) Sadalananların hamısı

C) Reparasiyaya nail olmaq

D) Repopulyasiyanın sürətləndirilməsi

E) İmmun müqavimətin yüksəldilməsi
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 50
280) Hansı variantda onurğa beyninin tolerant dozası düzgün göstərilmişdir ?
A) 50 Qr

B) 20 Qr


C) 10 Qr

D) 25-30 Qr

E) 65-70 Qr
Ədəbiyyat: G. Gordon Steel “ Basic Clinical Radiobiology “ London 2001. Səh. 34
281) Aşağıdakılardan hansı radiobiologiyanın “4R” - nə daxildir?

1. Reparasiya

2. Reoksigenasiya

3. Repopulyasiya

4. Redistribusiya

5. Rekanalizasiya
A) 1, 3, 4, 5

B) 2, 3, 4, 5

C) 2, 5

D) 1, 3, 4, 5



E) 1, 2, 3, 4
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 42
282) Aşağıdakılardan hansı kimyaradioterapiyanın ağırlaşmalarına aiddir?
A) Bütün cavablar doğrudur

B) Diareya

C) Sistit

D) Stomatit

E) Leykopeniya
Ədəbiyyat: Практическая oнкология: избранные лекции. Под редакцией С. А. Тюляндина и В. М. Моисеенко. СПб. , 2004, 784с
283) Aşağıdakılardan hansı süd vəzisi şişlərinin diaqnostikasına aid üsul deyil?
A) Morfoloji müayinə

B) Ultrasəs müayinəsi

C) Angioqrafiya

D) Mammoqrafiya

E) Nüvə maqnit rezonansı
Ədəbiyyat: C. Ə. Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi" , Bakı, Elm, 1993, 120s.
284) Aşağıda sadalanan qalxanvari vəzinin hansı şişlərinin müalicəsi zamanı şüa müalicəsi aparılmaz?
A) Yastıhüceyrəli xərçəng

B) Papillyar adenokarsinoma

C) Limfosarkoma

D) Medulyar adenokarsinoma

E) Follikulyar adenoma
Ədəbiyyat: А. И. Пачес “Опухоли головы и шеи” – Москва, 2000, 380с.
285) Aşağıdakılardan hansı süd vəzisinin xoş xassəli proseslərinin müalicə üsulu deyil?
A) Hormonal müalicə

B) Cərrahi müalicə

C) Şüa müalicəsi

D) Fizioterapiya

E) Dərmanlarla müalicə
Ədəbiyyat: C. Ə. Əliyev və başq. "Süd vəzisi xərçənginin diaqnostikası və müalicəsi" , Bakı, Elm, 1993, 120s.
286) Retinoblastomanın şüa müalicəsi zamanı KT simulyasiya edildikdə slayslar neçə mm-dən bir olmalıdır?
A) 33

B) 3


C) 43

D) 13


E) 23
Ədəbiyyat: Langley R G, Barnhill RL, Mihm MC, Fitzpatrick TB, Sober AJ : Neoplasms : Cutaneous melanoma. Freedberg IM, Eizen AZ, Wolf K, Austen KF Goldsmith LA, Katz SI, Fitzpatrick TB. Dermatology in general Medicine. 5. Baskı. New York
287) Radikal proqramla şüa müalicəsi almış süd vəzisi xərçəngi olan xəstədə aşağıdakı hansı preparatı istifadə etmək məqsədəuyğundur?
A) metotreksat

B) Vinorelbin

C) Vinkristin

D) Siklofosfamid

E) Tamoksifen
Ədəbiyyat: Практическая онкология, под ред. С. А. Тюлядина и В. М. Моисеенко, Санкт - Петербург, Центр –Тромм, 2004, 784 с.
288) Aşağıdakı hansı variantda şüa terapiyasında istifadə edilən cihazlar göstərilmişdir?
A) Endoskop, Teraqam cihazı

B) Xətti gücləndirici, ortovoltaj R - terapiya cihazı

C) Sistoskop, Teraqam cihazı

D) USM – cihazı, Lazer cihazı

E) NMR və xəttli gücləndirici
Ədəbiyyat: М. И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
289) Aşağıdakı hansı radioaktiv maddənin yarımparçalanma dövrü 5, 3 ildir ?
A) Co - 60

B) Ra - 226

C) İr - 192

D) J - 131

E) Cs - 137
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 15
290) Aşağıdakı hansı radioaktiv maddənin yarımparçalanma dövrü 74, 4 gündür ?
A) J - 131

B) Ra - 226

C) Cs - 137

D) Co - 60

E) İr - 192
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 15

Bölmə 5. Qarışıq suallar

291) Cərəyanın gərginliyi 60-80 Kv, fokus məsafəsi 5 sm, cərəyan şiddəti 4mA. Bu parametrlər hansı müalicə üçün xarakterikdir?
A) İMRT İmage Guide Radiotherapy

B) HDR- High dose rate brachytherapy

C) 3D konform radioteraiya

D) Yaxın məsafəli rentgenterapiya

E) Distansion qammaterapiya
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001.
292) Ənənəvi və ya klassik radikal şüa mualicəsi hansıdır?
A) BMD- 2.0- 2.2 Qr, həftədə 2 dəfə 2 həftə

B) BMD- 2.0- 2.2 Qr, həftədə 5 dəfə, 5-6 həftə

C) BMD- 1.5 Qr, gündə 2 dəfə həftədə 5 dəfə, 4 həftə

D) BMD- 8 Qr, həftədə 1 dəfə, cəmi 1 dəfə

E) BMD- 3.0- 3.2 Qr, həftədə 5 dəfə, 3-4 həftə
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001.
293) CTV- nədir?
A) Kliniki hədəf həcmi

B) Şişin görünən həcmi

C) Virtual kompyuter tomoqrafiyalı simulyator

D) Konvensional rentgen simulyator.

E) Planlaşdırılan hədəf həcmi
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
294) Hansı orqanın bədxassəli şişlərinin şüa müalicəsi zamanı termoplastik maskadan istifadə etmək məqsədəuyğun hesab olunur?
A) Mədə xərçəngi

B) Düz bağırsaq

C) Baş beyin

D) Sidik kisəsi

E) Ətrafların şişi
Ədəbiyyat: Jane Dobs., et.c. Practical Radiotherapy Planning 2008
295) Rum-7 cihazında yaxın məsafəli rentgenterapiya zamanı istifadə olunan filtr hansı metaldan hazırlanır?
A) Qurğuşun

B) Stronsium

C) Sezium

D) Vanadium

E) Alüminium
Ədəbiyyat: Jane Dobs., et.c. Practical Radiotherapy Planning 2008
296) Aşağıdakılardan hansılar 3D konform şüa müalicəsinin aparılması üçün istifadə edilən xüsusi proqramlardır?
A) İMRT, İGRT

B) İmage Guide Radiotherapy, Xio

C) MDR, HDR

D) LDR, İMRT

E) Focal Sim, XİO
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
297) Hansı orqanın bədxassəli şişlərinin şüa müalicəsi zamanı şüa veriləcək sahənin maksimum hərəkətsizliyi tələb olunur?
A) Yoğun bağırsaq

B) Ağciyər

C) Baş beyin

D) Yuxarı ətrafların

E) Aşağı ətrafların
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə