Bölmə Mamalıq 1 Xarici mamalıq müayinəsinin I üsulu ilə nə təyin edilir?


) Yeni doğulmuşa hansı hepatitə qarşı peyvənd vurulur?



Yüklə 2,08 Mb.
səhifə17/21
tarix08.01.2018
ölçüsü2,08 Mb.
#20044
1   ...   13   14   15   16   17   18   19   20   21

764) Yeni doğulmuşa hansı hepatitə qarşı peyvənd vurulur?
A) Hepatit E

B) Hepatit D

C) Hepatit B

D) Hepatit A

E) Hepatit C
Yeni doğulmuşlara doğuşdan sonrakı ilk 12 saat ərzində pepatit B-yə qarşı peyvənd budun ön səthinə dəri altına vurulur.
Ədəbiyyat: Təcrübədə immunlaşdırma Modul 2 Bakı 2008
765) Profilkatik peyvənd hansı otaqda vurula bilər?
A) Sarğı otağında

B) Peyvənd otağında

C) Prosedura otağında

D) Palatada

E) Qəbul otağında
Profilaktik peyvəndlər infeksion xəstəliklərin qarşısını almaq üçün,infeksiyanın yayılmaması üçün peyvənd ancaq peyvənd otağında vurulur.
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma “Modul 1 Bakı 2008,səh 15
766) Yenidoğulmuşlarda Apqar şkalası ilə nə qiymətləndirilir?
A) Reflekslər, tənəffüs fəaliyyəti

B) Uşağın ümumi vəziyyəti

C) Əzələ tonusu, ürək fəaliyyəti

D) Ürək fəaliyyəti, tənəffüs fəaliyyəti, dərinin rəngi, reflekslər,əzələ tonusu

E) Dərinin rəngi , reflekslər
Uşaq doğularkən onun vəziyyətini qiymətləndirmək üçün Apqar şkalasından istifadə olunur.Bu zaman uşaqda ürəyin fəaliyyətinə, tənəffüsün tezliyinə ,dərinin rənginə, əzələ tonusu və reflekslərə fikir verilir .Hər əlamətə 2 bal verilərək uşağın vəziyyəti qiymətləndirilir.
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” Bakı”2007 səh 48
767) Yenidoğulmuşda bişməcə bədənin hansı hissələrində müşahidə edilir?
A) Başın tüklü hissəsində

B) Bütün bədəndə

C) Əlin içində

D) Üzdə


E) Təbii büküşlərdə və sağrıda
Yeni doğulmuşun dərisi zərif və incə olub,piy vəziləri də yaxşı inkişaf etmiş olur. Dəri bişməcələri uşağı gec-gec çımizdirdikdə, isti saxladıqda əmələ gəlir .Ona görə də uşağa düzgün gigiyenik qulluq edilməlidir.
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 175
Bölmə 4. Terapiya
768) Təmizləyici imaləyə əks- göstəriş hansıdır?
A) Dərman imaləsindən əvvəl

B) Qarın boşluğundakı əməliyyatlardan əvvəl

C) Bağırsaq keçməməzliyi olduqda

D) Qanayan babasil olduqda

E) Doğuşdan əvvəl
İmalə zamanı 8-10 sm uzunluğunda ucluq düz bağırsağa yeridilir, qanayan babasil olduqda bu ucluq travmatik təsir göstərib, qanaxmanı daha artıra bilər, ona görə bu zaman təmizləyici imalə əks-göstəriş sayılır.
Ədəbiyyat: Ədəbiyyat: C.N.Hacıyev, R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.203 “Təhsil” Bakı 1998
769) Sidik ifrazının azalması necə adlanır?
A) Nikturiya

B) Anuriya

C) Oliquriya

D) Poliuriya

E) Opsouriya
Sutkalıq sidik miqdarının 500ml-dən az olması oliquriya, 2l və daha cox olması poliuriya, hec olmaması anuriya, gecikmiş sidiyin xaric olması opsouriya, gecə sidiyin çox ifraz edilməsi isə nikturiya adlanır.
Ədəbiyyat: Ədəbiyyat: C.N.Hacıyev, R.Y.Əliyev. Xəstələrə qulluq.Səh.223 “Təhsil”Bakı1998
770) Sidikdə qanın olması necə adlanır?
A) Hematuriya

B) Piuriya

C) Albuminuriya

D) Qlükozuriya

E) Nikturiya
Sidikdə qanın olması hematuriya adlanır və 3 növü olur: qan sidik aktının əvvəlində olur, sonunda olur və total hematuriya, yəni sidik başdan-başa qana boyanır.
Ədəbiyyat: Ədəbiyyat: C.N. Hacıyev, R.Y. Əliyev. Xəstələrə qulluq. Səh. 224 “Təhsil” Bakı1998
771) Qazçıxarıcı borunu bağırsaqda maksimum nə qədər saxlamaq olar?
A) 1 saat

B) 30 dəqiqə

C) 3 saat

D) 1,5 saat

E) 45 dəqiqə
Qazçıxarıcı borudan qarın boşluğu əməliyyatlarından sonra, körpə uşaqlarda isə köp olan zaman istifadə olunur. Qazçıxarıcı borunu bağırsaqda 1 saatdan çox saxlamaq olmaz, çünki bağırsağın divarı zədələnə bilər.
Ədəbiyyat: Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh.27” “Çıraq” 2008.
772) Sağrı əzələsinə əzələdaxili inyeksiya hansı bucaq altında aparılır?
A) 30°

B) 75°


C) 60°

D) 90°


E) 45°
90°-li bucaq altında inyeksiya aparıldıqda iynə yaxşı inkişaf etmiş dərialtı piy toxumasından keçib dərində yerləşmiş əzələ qatına çatır. Əks halda yeridilən dərman əzələyə çatmaz, sorulması pozular və bu da müxtəlif ağırlaşmalara - absesə, infiltrasiyaya səbəb olar.
Ədəbiyyat: Ədəbiyyat: C.N.Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq.Səh.152 “Təhsil” Bakı 1998.
773) Tibbi bankaları hansı nahiyəyə qoymaq olmaz?
A) Onurğaya

B) Onurğa ətrafı nahiyəyə

C) Döş qəfəsinin aşağı hissəsinə

D) Kürəkaltı nahiyəyə

E) Döş qəfəsinin yan tərəflərinə
Bankalar  əzələ və dərialtı piy qatı yaxşı inkişaf etmiş, sümük hündürlükləri olmayan nahiyələrə qoyulur. Onurğaya banka qoyulduqda banka onurğa beyni mayesinin hərəkətinə mənfi təsir etdiyindən bu nahiyəyə banka qoymaq məqsədə uyğun deyil.
Ədəbiyyat: Ədəbiyyat: C.N. Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.113. “Təhsil”. Bakı 1998
774) Dərman maddələrinin vena daxilinə yeridilməsinin əsas üstünlüyü nədən ibarətdir?
A) Təxirəsalınmaz yardım zamanı effektin tez əldə edilməsi

B) Allegik reaksiyanın olmaması

C) Müxtəlif dərman preparatlarının yeridilə bilməsi

D) Asan olması

E) Qaraciyərin baryer rolunun kənarda qalması
Orqanizmə yeridilmə yollarından asılı olmayaraq bütün dərman preparatları toxumalara qan vasitəsilə təsir göstərir. Dərman maddəsinin venadaxilinə yeridilməsi birbaşa toxumalara çatdığı üçün daha tez təsir göstərir.
Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 182-186. “Maarif” 1974
775) Tənəffüsün xüsusiyyətlərinə hansılar aiddir?
A) Yüksəklik

B) Gərginlik

C) Tonus

D) Dolğunluq

E) Tezlik
Tənəffüs sərbəst nəfəsalma və nəfəsvermə hərəkətlərinin ritmik növbələşməsidir. Normada bir dəqiqə ərzində böyüklərdə 16-20 tənəffüs hərəkəti qeydə alınır. Bu göstəricinin artıb-azalması tənəffüsün tezliyinin dəyişməsi deməkdir.
Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 190. “Maarif” 1974
776) Göstərilənlərdən hansı nəbzin xüsusiyyətlərindən biridir?
A) Ritm

B) Taxipnoe

C) Hipertoniya

D) Hipotoniya

E) Atoniya
Nəbz-(pulsus latın sözü olub, zərbə, təkan deməkdir) qanın sistolik dalğasının təsiri ilə arteriya divarının titrəməsidir. Normada nəbzin ritmi ürəyin fəaliyyətinə müvafiq olaraq düzgün ola bilər, bu zaman bütün nəbz dalğaları eyni olur.  
Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 223. “Maarif” 1974
777) 10 %-li kalsium-xlorid vena daxilinə düzgün vurulmadıqda hansı yerli fəsad baş verir?
A) Yağ emboliyası

B) Kvinke ödemi

C) Abses

D) Anafilaktik şok

E) Yumşaq toxumanın nekrozu
10 %-li kalsium xlorid güclü qıcıqlandırıcıdır, o səhvən dərialtına vurulduqda yumşaq toxumanın yerli ölümü- nekroz baş verir. Bu hal baş verdikdə yeridilən maddənin konsentrasiyasını azaltmaq məqsədilə həmin nahiyəyə

fizioloji məhlul yeridərək, soyuq qoyulur.


Ədəbiyyat: Ədəbiyyat: C.N. Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.160“Təhsil” Bakı1998
778) Yağlı məhlulun hansı üsulla yeridilməsi yağ emboliyasına səbəb olur?
A) Venadaxili

B) Dəriiçi

C) Əzələdaxili

D) Dərialtı

E) Daxilə qəbulu
Yağlı məhlulun səhvən venaya yeridilməsi zamanı yağ emboliyası baş verir. Bu zaman qəflətən ürək nahiyəsində ağrı, boğulma, dərinin göyərməsi olur.
Ədəbiyyat: Ədəbiyyat: C.N.Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.160 “Təhsil” Bakı1998
779) Havanın məhlulla birgə hara yeridilməsi hava emboliyasına səbəb ola bilər?
A) Vena daxili

B) Bronx daxili

C) Əzələ daxili

D) Dəri altina

E) Dəri içi
Şprisdən və ya qanköçürmə sistemindən havanın venaya keçməsi nəticəsində hava emboliyası baş verir.
Ədəbiyyat: Ədəbiyyat: C.N.Hacıyev. R.Y. Əliyev. Xəstələrə qulluq. Səh. 160 “Təhsil” Bakı 1998
780) Əzələdaxili inyeksiya üçün iynənin uzunluğu necə mm olmalıdır?
A) 50 mm

B) 80 mm


C) 60 mm

D) 40 mm


E) 30 mm
Əzələ daxilinə inyeksiya edilən zaman iynə yaxşı inkişaf etmiş dərialtı piy qatından keçib əzələyə çatmalıdır, ona görə də bu inyeksiya zamanı uzunluğu böyük olan iynə götürülür. Əgər dərman bundan qısa iynə ilə yeridilərsə sorulması çətinləşər, bu da infiltrasiya, absess kimi yerli ağırlaşmalara səbəb olar.
Ədəbiyyat: Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 49 “Çıraq” 2008
781) Anafilaktik şok zamanı təxirəsalınmaz yardım harada göstərilməlidir?
A) Təcili yardım maşınında

B) Hadisə baş verdiyi yerdə

C) Qəbul şöbəsində

D) Palatada

E) Prosedur otağında
Anafilaktik şok sürətlə baş verən allergik reaksiyadır.Bu zaman təxirəsalınmaz yardım dərhal hadisə baş verən yerdə başlanmalıdır. Dərhal allergenin orqanizmə daxil olma yolları kəsilməlidir. (Əgər arı sancıbsa onun iynəsi pinsetlə çıxarılmalıdır, iynə vurulan yerdən proksimal hissədə turna qoyulmalıdır).
Ədəbiyyat: Г.П.Матвейков «Справочник терапевта». Минск «Беларусь». Səh. 736
782) Sifon imaləsi üçün neçə litr su götürülməlidir?
A) 6 – 8 l

B) 10 – 12 l

C) 1- 2 l

D) 4 – 6 l

E) 5 – 7 l

Sifon imaləsi əsasən ağızdan qəbul edilmiş zəhərli maddələri kənar etmək üçün istifadə edilir,  zəhərli maddələri tamamilə kənar etmək üçün bağırsaq yaxşı yuyulmalıdaır, bunun üçün sifon imaləsi zamanı digər imalələrdən fərqli olraq daha çox  -  10-12 l su götürülür.


Ədəbiyyat: Ədəbiyyat: C.N.Hacıyev; R.Y. Əliyev. Xəstələrə qulluq. Səh.206. “Təhsil” Bakı 1998.
783) Spastik qəbizlik zamanı təmizləyici imalənin temperaturu necə dərəcə olmalıdır?
A) 30° - 32°

B) 45° - 50°

C) 38° – 40°

D) 15° – 20°

E) 20° – 25°
Spasitik qəbizliyə səbəb adından məlum olduğu kimi bağırsaqların spazmıdır, spazmı aradan qaldırmaq üçün temperaturu 40 dərəcədən artıq, 38 dərəcədən aşağı olmayan  su götürülür.
Ədəbiyyat: Ədəbiyyat: C.H. Hacıyev, R.Y. Əliyev. Xəstələrə qulluq. Səh.203“Təhsil”, Bakı 1998
784) BCJ(Basill Kalmet Jeren ) vaksininin yararlılıq müddəti nə qədərdir?
A) 6 ay

B) 2 il


C) 3 ay

D) 1 il


E) 1 il 6 ay
Vaksinin yararlılıq müddəti control nömrə vurulan gündən başlayaraq 2 ildir.

Vaksini işıq düşməyən yerdə +8  dərəcə Selsi temperaturda saxlamaq lazımdır.


Ədəbiyyat: Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısınn məlumat kitabı”. Səh. 167 “ Çıraq” 2008.
785) Anafilaktik şok dərman preparatlarının ən çox hansı yolla yeridilməsi zamanı baş verir?
A) İnhalyasion

B) Xaricə (məlhəm şəklində)

C) Sublinqval (dilaltına)

D) Daxilə

E) Parenteral (inyeksion)
Dərman maddələri parenteral yolla-vena daxilinə və ya əzələ daxilinə yeridildikdə qana daha tez daxil olur. Buna görə də anafilaktik şok dərman preparatlarını ən çox bu yolla yeridilməsi zamanı baş verir.
Ədəbiyyat: Г.П.Матвейков «Справочник терапевта». Минск «Беларусь». Səh. 735
786) Yağ imaləsini nə vaxt aparırlar?
A) Doğuşdan qabaq

B) Zəhərlənmələrdə

C) Qarın boşluğunda aparılacaq əməliyyatdan qabaq

D) Ağır xəstələri qidalandırmaq üçün

E) Uzun sürən qəbizlikdə
Yağlı imalələr aparıldıqda xəstədə defekasiya  10-12 saatdan sonra baş verir. İsidilmiş 50- 100 ml yağ bağırsağa yeridilir, yağ bağırsağın divarı ilə axıb, nəcisi bürüyür, bağırsaq əzələlərini boşaldır və nəcisin çıxmasına kömək edir, ona görə nəcis kütlələrinin yaxşı yumşalması üçün yağ imaləsini axşam aparmaq lazımdır.

Göstərilən digər hallarda isə təmizləyici və dərman imaləsindən istifadə edilir.


Ədəbiyyat: Ədəbiyyat: C.N.Hacıyev. R.Y..Əliyev. Xəstələrə qulluq. Səh.205 “Təhsil” Bakı 1998.
787) İnhalyasiya dərman maddələrinin hansı yolla orqanizmə daxil edilmə üsuludur.?
A) Əzələ daxili

B) Dəri altı

C) Vena daxili

D) Tənəffüs

E) Mədə-bağırsaq
İnhalyasiya aparmaq üçün xüsusi aparatdan istifadə edilir. Bu aparatda dərman məhlulları xüsusi toz halına salınır və xəstə bu tozla nəfəs alır, bəzən dərman maddələri buxar halında da udulur, bunun üçün xüsusi buxar inhalyatorundan istifadə edilir.
Ədəbiyyat: Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 50“ Çıraq” 2008.
788) Hansı vitamin suda həll olur?
A) K

B) D


C) A

D) E


E) C
Vitaminlər 2 qrupa bölünür: suda həll olanlar və yağda həll olanlar. A,D,E,K vitaminləri yağda,  C, B qrup vitaminləri, PP vtamini isə suda həll olan vitaminlərə aiddir.
Ədəbiyyat: Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.113. “ Çıraq ” 2008
789) Hansı vitamin çatışmadıqda xəstədə gecə və ya toyuq korluğu olur?
A) C

B) A


C) D

D) E


E) K
A vitamini süddə, qaymaqda, xamada, kərə yağında, yumurtanın sarısında, qaraciyərdə və s. olur. A hipovitaminozunun erkən əlaməti gecə korluğu, selikli qişanın və dərinin quruluğudur.
Ədəbiyyat: Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı ”. Səh. 116 “ Çıraq ” 2008
790) Sümüklərin normal inkişafı üçün hansı duzlar vacibdir?
A) Natrium

B) Barrium

C) Kalium

D) Kalsium

E) Maqnezium
Kalsium duzları orqanizmə sümüklərin normal böyüməsi üçün, bundan başqa qanın laxtalanması üçün, damar keçiriciliyini azaltmaq üçün lazımdır. Kalsiumun əsas mənbəyi süd, kəsmik, soya və göyərtidir. Kalsiuma gündəlik tələbat 1qr-dır.
Ədəbiyyat: Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh.117. “ Çıraq ” 2008
791) Nikturiya nədir?
A) Sidiyin xüsusi çəkisinin sabit qalması

B) Gecə sidiyinin miqdarının çox olması

C) Sidikdə irinin olması

D) Gecikmiş sidiyin xaric olması

E) Sidikdə qanın olması
Nikturiya sidiyin miqdar pozğunluqlarına aid olub, sutkalıq sidiyin miqdarının yarısının və ya daha çox  hissəsinin gecələr ifraz olunmasına deyilir, əsasən ürək –damar çatışmazlığınin gizli formasında və böyrəklərin xroniki çatışmazlığı zamanı müşahidə olunur.
Ədəbiyyat: Ədəbiyyat :C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.224. “Təhsil”.Bakı 1998.
792) Sidik kisəsinin kateterizasiyası nə zaman aparılmır?
A) Sidik kisəsindəki daşları kənarlaşdırmaq üçün

B) Sidik kisəsinə rentgenokontrast maddə yeritmək üçün

C) Sidik kisəsinə müxtəlif dərmanlar yeritmək üçün

D) Sidik kisəsindəki sidiyi boşaltmaq üçün

E) Sidik kisəsini antiseptik məhlullarla yumaq üçün
Sidik kisəsindən sidiyi boşaltmaq, ona müxtəlif dərmanlar yeritmək, sidik kisəsini rivanol, kalium - permanqanat və s. məhlullarla yumaq üçün kateterizasiyadan- sidik kisəsinə uretral kateterin salınmasından istifadə edirlər. Sidik kisəsinə yeridilmiş kateterdən rentgenokontrast maddə yeritməklə, onun rentgen şəklini də çəkmək mümkündür.
Ədəbiyyat: Ədəbiyyat : C.N. Hacıyev; R.Y. Əliyev. Xəstələrə qulluq. Səhə 229. “Təhsil ” Bakı 1998
793) Göstərilənlərdən hansı stasionar tipli müalicə müəssisəsidir?
A) Poliklinika

B) Xəstəxana

C) Qadın məsləhətxanası

D) Həkim məntəqəsi

E) Təcili yardım stansiyası
Stasionar tipli müalicə müəssisələrində müalicə xəstə bu müəssisədə yatdıqda aparılır,  bu baxımdan xəstəxana stasionar tipli müalicə müəssisəsi hesab edılır.
Ədəbiyyat: Ədəbiyyat : C.N.Hacıyev ; R.Y. Əliyev. Xəstələrə qulluq. Səh. 19. “ Təhsil ” Bakı 1998.
794) Xəstəlik tarixçəsində olan temperatur vərəqində aşağıda göstərilənlərdən hansıları qeyd olunmalıdır?
A) Nəbz və tənəffüsün sayı

B) Xəstənin hərarətinin dəyişməsi

C) Diurezin miqdarı

D) Arterial təzyiq



E) Hamısı
Xəstəlik tarixçəsi tibb bacısının postunda saxlanılır, onu xəstəyə vermək olmaz. Tibb bacısı xəstənin hərarətinin dəyişməsini, nəbz və tənəffüsün sayını, arterial təzyiqi, diurezin miqdarını qrafik şəkildə xəstəlik tarixçəsində olan temperatur vərəqində qeyd edir.
Ədəbiyyat: Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 52. “ Təhsil ” Bakı 1998.
795) Qızdırmanın üçüncü dövründə tətbiq edilməsi vacibdir:
A) Çoxlu miqdarda tünd şirin çay və ya kofe qəbulu

B) İsitqac

C) Yaş bürümə

D) Sərin vitaminli içkilərin qəbulu

E) Buz qovuğu

Temperatur yüksək olduqda orqanizm çoxlu maye itirdiyindən xəstə çoxlu miqdarda maye qəbul etməlidir. Qızdırmanın üçüncü dövründə temperatur endiyinə görə xəstədə arterial təzyiqin enməsi müşahidə edilir.Tünd şirin çayın və kofenin istifadəsi tərkibində kofeinin olmasına görə məqsədəuyğundur.


Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983. Səh. 47
796) Qızdırmanın inkişafında neçə dövr ayırd edilir?
A) 1

B) 2


C) 5

D) 4


E) 3
\Qızdırmanın inkişafında 3 dövr ayırd edilir. I dövr-qızdırmanın qalxan dövrü, II dövr-qızdırmanın maksimal yüksəliş dövrü, III dövr-qızdırmanın enmə dövrü. Hər dövrün öz klinik mənzərəsi vardır və xəstələrə qulluq, hər dövrdə öz xüsusiyyətləri ilə xarakterizə edilir.
Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 123. “Maarif” 1974
797) Hansı maddə dəri içinə yeridilir?
A) Tuberkulin

B) Ampisillin

C) Kordiamin

D) Klofellin

E) No-spa
Dəri daxili inyeksiyalardan diaqnostika, yerli keyitmə, sınaq və peyvənd məqsədi ilə istifadə olunur. Tuberkulinlə peyvənd aparılır. Ona görə də tuberculin dəri daxili inyeksiya edilir.
Ədəbiyyat: Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. “Azərnəşr” Bakı 1984. Səh.56-57.
798) Dəri altı inyeksiya hansı bucaq altında aparılır?
A) 90

B) 50


C) 70

D) 60


E) 45
Dəri altı inyeksiya 45 dərəcəli bucaq altında aparılır,çünki bu bucaq altında yeridilən iynə bilavasitə dəri altı nahiyyəyə düşür.
Ədəbiyyat: Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.57“Azərnəşr” Bakı 1984
799) Vena daxili inyeksiyadan əvvəl turnanın düzgün qoyulmasının göstəricisi nədir?
A) Turna qoyulan nahiyədə qansızmaların olması

B) Turnadan aşağı hissədə dərinin göyərməsi

C) Turnadan aşağı hissədə dəri örtüyünün avazıması

D) Turnadan aşağı hissədə dərinin qızarması

E) Mil arteriyasında nəbzin olmaması
Vena daxili inyeksiyadan əvvəl turna düzgün qoyulmalıdır. Yalnız səthi venalar sıxılmalı, arteriyada qan axını pozulmamalı, nəbz hiss olunmalıdır. Turna düzgün qoyulduqda turnadan aşağı hissədə qanın venoz axını ləngidiyinə görə dəri göyərir.
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983. Səh. 86
800) Meteorizm zamanı qaz çıxarıcı borunun yeridilmə dərinliyi nə qədər olmalıdır (sm-lə)?
A) 10-15

B) 50


C) 10-12

D) 20-30


E) 2-4
Meteorizm zamanı əgər digər tədbirlər effekt vermirsə qaz çıxarıcı borudan istifadə olunur. Bu rezin boru olub, 50-sm uzunluğunda və diametri 1 sm-dir. Bir ucu vazelin sürtüldükdən sonra 20-30 dərinlikdə düz bağırsağa yeridilir.
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983. Səh. 114
801) Yağ imaləsini aparmaq üçün bitki yağının miqdarı (ml-lə)?
A) 10

B) 50


C) 100

D) 500


E) 1000
Yağ imaləsini qəbizlik zamanı qoyurlar. Bunun üçün bitki yağları: günəbaxan, zeytun, vazilin yağları istifadə olunur. Bir imalə üçün 37-38 dərəcəyə qədər qızdırılmış 100 ml yağ götürülür.
Ədəbiyyat: Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.50“Azərnəşr” Bakı 1984
802) Göstərilən inyeksiyalardan hansını tibb bacısı aparmamalıdır?
A) Əzələ daxilinə

B) Dəri içinə

C) Arteriya daxilinə

D) Vena daxilinə

E) Dəri altına
Bir sıra inyeksiyaları mürəkkəb olduğuna görə həkim aparır. Məsələn: arteriya daxilinə , ürək daxilinə, limfa damarlarına, onurğa kanalına və s. Lakin tibb bacısı bu əməliyyatlarda iştirak edir ,lazımi alətləri hazırlayır , ona görə də tibb bacısı bu sahədə minimum biliyə malik olmalıdır.
Ədəbiyyat: Ədəbiyyat : C.N. Hacıyev ; R.Y. Əliyev. Xəstələrə qulluq. Səh. 137. “ Təhsil ” Bakı 1998.
803) Xəstəyə O2 (oksigen) verilməsi üçün ən çox hansı üsuldan istifadə olunur?
A) Mədə zondu

B) Burun kateteri

C) Burun kanyulası

D) O2 (oksigen) yastığının qıfı

E) Duodenal zond
Burun xarici tənəffüs orqanı olduğundan oksigen verilməsi xəstəyə burun kateteri vasitəsilə yerinə yetirilir. Bu proses xəstədə sərbəst tənəffüs aktı zamanı mümkündür. Əks hallarda (uzunsov beyin zədələnmələri, Kvinke ödemi (qırtlaq əzələlərinin spazmı), endotraxeal anesteziya və s.) həkim tərəfindən köməkçi tənəffüs tətbiq olunur. Bu üsul xəstədə narahatlıq yaratmır.
Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 223. “Maarif” 1974.
804) Xəstənin hərarətiyüksək olduqda( qızdırmanın II dövründə )tibb bacısı ona aşağıda sadalanan yardımlardan hansını göstərməlidir?
A) Xəstəyə isti çay verməlidir

B) Ayaqlarına isti vanna etməlidir

C) Xəstənin üstünü yorğanla örtməlidir

D) Xəstənin alnına soyuq kompres qoyub, içməyə maye verməlidir

E) Xəstənin ayaqlarına isitqac qoymalıdır
Xəstənin hərarəti çox yüksək olduqda ağzı quruyur, dodaqları çatlayır, halsız olur ona görə də verilən maye xəstəyə müsbət təsir göstərir,soyuq kompres isə genəlmiş damarlara büzücü təsir göstərərək istilik verməni azaldır.
Ədəbiyyat: Ədəbiyyat : C.N. Hacıyev ;.R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 105. “ Təhsil ” Bakı 1998.
805) 10 saatda 5 litr mayeni damara yeritmək üçün tibb bacısı 1 saatda damara neçə litr maye yeritməlidir?
A) 500 ml

B) 50 ml


C) 1000 ml

D) 150 ml

E) 100 ml
Tibb bacısı yeridiləcək mayenin miqdarını tənasüb yolu ilə hesablayıb tapa bilər.        10 saatda- 5 litr

1 saatda-  X litr          X = 5 l  x  1saat : 10saat =  0,5 l , yəni 500 ml


Ədəbiyyat: Ədəbiyyat : C.N Hacıyev ; R.Y. Əliyev. Xəstələrə qulliuq. Səh. 156 “ Təhsil” Bakı 1980.
806) Aşağıda göstərilən temperaturlardan hansı subfebril temperaturdur?
A) 36-36,5

B) 38-39


C) 40-41

D) 39-40


E) 37-38
Yüksəlmə dərəcəsinə görə temperaturun bu növləri var: subfebril temperatur – 37 -38 dərəcə; febril temperatur – 38-39 dərəcə; yüksək qızdırma- 39-41 dərəcə; çox yüksək qızdırma – 41 dərəcədən yüksək.
Ədəbiyyat: Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 103. “ Təhsil ” Bakı 1998.
807) Venepunksiya apararkən tibb bacısı aşağıda göstərilənlərdən nəyi düz etmir?
A) Xəstəyə əlini açıb-yummağı təklif edir

B) İnyeksiya nahiyəsini 2 dəfə spirtli tamponla silir

C) Iynə venaya düşən kimi turnanı açır

D) Bazunun ortasından turnanı elə bağlayır ki, mil arteriyasında pulsasiya kəsilsin

E) Xəstənin dirsəyi altına kiçik yastıq qoyur
Venepunksiya apararkən turnanın qoyulmasının başlıca şərti turnanın arterial axına mane olmamasıdır.Tibb bacısı bazunun ortasından turnanı elə bağlamalıdır ki, ancaq venalar sıxılsın, arteriyalar isə sıxılmasın. Arteriyalarda qan axınına mil arteriyasındakı nəbzə görə nəzarət edirlər, nəbz zəifdirsə və ya heç hiss olunmursa deməli turna çox sıxılmışdır.
Ədəbiyyat: Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 25 “ Çıraq”2008.
808) Aşağıdakı hansı dərman forması orqanizmə enteral yolla qəbul edilmir?
A) Tablet

B) Məlhəm

C) Draje

D) Mikstura

E) Kapsul
Dərmanların mədə-bağırsaq traktından orqanizmə yeridilməsi enteral yolla yeridilmə adlanır. Dərmanlar enteral olaraq üç yolla yeridilir: dilin altına qoymaqla, ağızdan(peros) və düz bağırsaqdan yeritməklə. Məlhəmlər isə dərmanların xaricə tətbiqinə aiddir.
Ədəbiyyat: Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 135. “ Təhsil ” Bakı 1998.
809) Stasionarda A və B siyahısına daxil olan, xüsusi seyflərdə saxlanılan dərmanlar hansılardır?
A) Antibiotiklər

B) Narkotik analgetiklər, trankvilizatorlar

C) Vaksinlər

D) Zərdablar

E) Hipotenziv dərmanlar
Stasionarda A (narkotik analgetik preparatlar) və B (yuxu dərmanları, kodein və s.) siyahısına daxil olan dərmanlar xüsusi seyflərdə saxlanılır. Seyfin qapısının daxili tərəfində saxlanılan dərmanların siyahısı asılır və bu dərmanların maksimal birdəfəlik və sutkalıq dozaları göstərilir. Şöbədə narkotik dərmanlar 5 günlük, digər güclü təsirli dərmanlar isə 10 günlük tələbatı ödəyəcək miqdarda saxlanılır.
Ədəbiyyat: Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq.Səh. 127. “ Təhsil ” Bakı 1998.
810) Hansı üsul dərmanların xaricə tətbiq edilməsinə aid deyil?

1. Kompress

2. Toz şəklində səpmək

3. Damcı şəklində damızdırmaq

4. Dilin altına qoymaq

5. Sürtmək

6. Dəri içinə yeritmək
A) 4,6

B) 3,5


C) 2,4

D) 1,4


E) 2,6
Dərmanların xarici tətbiqi dedikdə həmin maddələrin, selikli qişalar və yara səthində işlədilməsi nəzərdə tutulur. Dərmanın dilaltı qəbulu və dəriiçinə yeridilməsi dərmanların daxilə tətbiq üsuluna aiddir.
Ədəbiyyat: Ədəbiyyat : C.N. Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 131. “ Təhsil ” Bakı 1998.
811) Hansı halda tibb bacısı xəstəyə qızdırıcı kompress qoymalıdır?
A) Dərinin tamlığı pozulduqda

B) İnyeksiyadan sonra infiltrat olduqda

C) Dəridə allergik səpgilər olduqda

D) Yüksək qızdırma olduqda

E) Əzilmələr zamanı
İsidici kompresin təsiri nəticəsində onun qoyulduğu nahiyədəki səthi və dərin qan damarları uzun müddət genişlənməyə məruz qalaraq, həmin nahiyəyə qan axınını artırır, venoz stazı aradan qaldırır və nəticədə ağrı və şişkinlik aradan qalxır, ona görə inyeksiyadan sonrakı infiltratlar zamanı isidici kompresin qoyuluşu göstəriş, sadalanan digər hallarda isə əks- göstəriş sayılır.
Ədəbiyyat: Ədəbiyyat : C.N. Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 118. “ Təhsil ” Bakı 1998.
812) Stasionarda müalicə alan xəstəyə narkotik maddə tətbiq etdikdə tibb bacısının səhvi hansıdır?
A) Narkotikin boş ampulasını narkotik jurnaldakı dərmanlarla tutuşdurur.

B) İstifadə olunan və olunmayan ampulaların sayını narkotik jurnalda dəqiqləşdirir

C) Narkotikin boş ampulasını zibil qabına atır

D) Narkotnkin boş ampulasını baş tibb bacısına təhvil verir

E) Narkotik maddəni tibb bacısı yalnız həkimin xəstəlik tarixçəsindəki qeydiyyatından sonra vurur
Bütün istifadə edilən narkotiklərin boş ampulaları şöbənin baş tibb bacısına verilir, əvəzində yenisi alınır. Narkotik maddələrin boş ampulaları yalnız xəstəxananın baş həkiminin yaratdığı xüsusi komissiyanın iştirakı ilə məhv edilir.
Ədəbiyyat: Ədəbiyyat : C.N. Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 128. “ Təhsil ” Bakı 1998.
813) Bədən temperaturu 1 dərəcə artanda ürək döyüntüsü necə dəyişir?
A) 20 vurğu azalır

B) 20 vurğu artır

C) 10 vurğu artır

D) 10 vurğu azalır

E) Dəyişmir
Bədən temperaturu 1 dərəcə qalxanda ürək döyüntüsü 10 vurğu artır . Qızdırma zamanı ürək yığılmalarının artması və bədənin temperaturunun qalxması ilə yanaşı tənəffüs də tezləşir.
Ədəbiyyat: Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ” Səh. 29 “ Çıraq ” 2008.
814) Spastik qəbizlik zamanı xəstəyə hansı imalə edilir?
A) Hipertonik

B) Sifon


C) Qidalandırıcı

D) Yağlı


E) Adi təmizləyci
İmalə üçün istifadə olunan yağlar qızdırılır və axşamdan düz bağırsağa yeridilir.Qızdırılmış yağ məhlulu həm spazmı aradan qaldırır, eyni zamanda bərkimiş nəcisin yumşalıb xaric olmasını təmin edir.
Ədəbiyyat: Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.50“Azərnəşr” Bakı 1984
815) Sifon imaləsini aparmaq üçün hansı məhlulu hazırlamaq lazımdır?
A) 10 litr təmiz su

B) 100 ml natrium-hidrokarbonat məhlulu

C) 100 ml 25%-li maqnezium-sulfat məhlulu

D) 100 ml natrium-xlorid məhlulu

E) 1-2 litr təmiz su
Adi təmizləyici imalələr kömək etmədikdə zəhərlənmələrdə bağırsaqları yumaq üçün ən yaxşı üsül sifon imaləsidir. Sifon imaləsi üçün 10-12 litr 380 C-yə qədər isidilmiş qaynanmış su götürülür. Bu miqdarda maye bağırsaqların zəhərli maddələrdən təmizlənməsini təmin edir.
Ədəbiyyat: Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.49-50 “Azərnəşr” Bakı 1984
816) Yoğun bağırsaqda iltihabi proses olduqda yerli müalicə kimi hansı imalədən istifadə olunur?
A) Hipertonik imalədən

B) Təmizləyici imalədən

C) Dərman imaləsindən

D) Yağ imaləsindən

E) Sifon imaləsindən
Yoğun bağırsaqda iltihabi proses olduqda yerli iltihabəleyhinə və dezinfeksiya edici vasitə kimi dərman imalələri istifadə olunmalıdır.Digər növ imalələr adətən yoğun bağırsağın təmizlənməsi üçün istifadə olunur.
Ədəbiyyat: Ədəbiyyat : N.R.Paleyevi redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 43 “ Çıraq ” 2008.
817) Dərialtı inyeksiya zamanı ən çox nə qədər maye yeritmək olar?
A) 4 ml

B) 2 ml


C) 5 ml

D) 10 ml


E) 8 ml
Dərialtı inyeksiyalar zamanı dərman maddələri orqanizmin dərialtı piy təbəqəsi ilə zəngin, lakin magistral arteriya və venalar olmayan nahiyələrinə yeridilir. Məs, budun ön xarici səthinə, qarının ön yan səthinə və s. Bu nahiyələrdə qan damarları dərində olduğu üçün məhlul gec sorulur ,ona görə dərialtına maksimum 2 ml maye yeritmək olar.
Ədəbiyyat: Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə“ Tibb bacısının məlumat kitabı ”. Səh.63 “ Çıraq ” 2008
818) Damcı üsulu ilə venaya məhlul yeridilən zaman iynənin ucu trombla tutularsa tibb bacısı nə etməlidir?
A) Proseduranı tamamilə dayandırmalıdır

B) Sistemdə təzyiqi qaldırmalıdır

C) Kanyulanı təmizləməlidir

D) İynəni dəyişdirməlidir

E) Dərhal həkimi çağırmalıdır
İynənin ucundakı trombun venanın mənfəzinə düşməməsi üçün tibb bacısı iynəni dəyişməlidir.
Ədəbiyyat: Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 60 “ Çıraq ” 2008.
819) Göstərilənlərdən hansı dərmanların enteral yolla yeridilməsinə aiddir?
A) Həb şəklində qəbul etmək

B) Dəriiçi inyeksiya

C) Dəriyə sürtmək

D) Vena daxili inyeksiya

E) Gözə damızdırmaq
Dərmanlar orqanizmə 3 yolla daxil edilir: xaricə, enteral, parenteral. Enteral yolla dərmanlar dilin altına qoymaqla, ağızdan və düz bağırsaqdan yeridilir. Ağızdan dərmanlar həb, draje, mikstura şəklində yeridilir.Vena daxili və dəriicinə yeritmə dərmanların parenteral, yəni həzm traktından kənar,gözə damızdırmaq və dəriyə sürtmək isə xaricə işlədilməsidir.
Ədəbiyyat: Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.130. “ Təhsil ” Bakı 1998.
820) Əzələ daxili inyeksiya sağrının hansı nahiyəsində(kvadrantında) aparılır?
A) Yuxarı xarici

B) Aşağı xarici

C) Aşağı içəri

D) Sağrının orta hissəsində

E) Yuxarı içəri
Sağrı nahiyəsi gözəyarı 4 kvadranta bölünür və inyeksiya yalnız üst xarici kvadrantda aparılır. Bu kvadrantı tapmaq üçün xəyali olaraq V bel fəqərəsinin tinli çıxıntısını bud sümüyünün böyük burması ilə birləşdirən xətt çəkilir , bu xəyali xəttin yuxarısında sağrının üst xarici kvadrantı yerləşir və inyeksiya da həmin nahiyəyə edilir. Digər nahiyələrdən sinir-damar dəstələri keçdiyi üçün bu nahiyələrə inyeksiya edilmir.
Ədəbiyyat: Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 152. “ Təhsil ” Bakı 1998.
821) İnyeksiyadan dərhal sonra xəstədə təngnəfəslik, taxikardiya, huşun itməsi baş verərsə bu hansı ağırlaşmanın baş verdiyinigöstərir?
A) Anafilaktik şok

B) Tromboflebit

C) Abses

D) Sinir kötüklərinin zədələnməsi

E) Sepsis
Anafilaktik şok inyeksion ağırlaşmaların ən ağır formasıdır.Əsas əlamətləri: təngnəfəslik, arterial təzyiqin enməsi, taxikardiya, huşun itməsidir. Bu əlamətlər bir neçə saniyədən tutmuş 30-40 dəqiqə ərzində baş verir, əsasən antibiotiklər, zərdablar vurduqda yaranır Bu zaman dərhal dərmanın yeridilməsi dayandırılmalıdır və şok əleyhinə tədbirlərə başlanılmalıdır.
Ədəbiyyat: Ədəbiyyat : C.N.Hacıyev : R.Y.Əliyev. Xəstələrə qulluq.Səh. 162. “ Təhsil ” Bakı 1998.
822) Lipodistrofiya (inyeksiya yerində piy toxumasının itməsi ) əsasən hansı dərmanın yeridilməsindən sonra müşahidə olunur?
A) Antibiotiklər

B) Vaksinlər

C) İnsulin

D) Narkotiklər

E) Vitaminlər
Lipodistrofiya inyeksiya ağırlaşması olub, əsasən insulin vurulan xəstələrdə rast gəlinir və inyeksiya yerində piy toxumasının itməsi ilə xarakterizə olunur, səbəbi məlum deyil. Lipodistrofiyanın baş verməməsi üçün insulin vurulan yerlər tez-tez dəyişilməlidir. İnsulin inyeksiya olunan nahiyə spirtlə deyil su ilə silinməlidir.
Ədəbiyyat: Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.160. “ Təhsil ” Bakı 1998
823) Nəbzi hansı arteriyalarda saymaq mümkündür?
A) Bud arteriyasnda

B) Yuxu arteriyasında

C) Mil arteriyasında

D) Sadalanan bütün arteriyalarda

E) Gicgah arteriyasında
Nəbzi səthi arteriyalarda və bilavasitə əllə tutmaq mümkün olan yerlərdə sayırlar. Nəbzi adətən mil arteriyasında tuturlar, əgər bu nahiyədə nəbzi tutmaq mümkün olmasa gicgah, yuxu və bud arteriyalarında da saymaq olar.
Ədəbiyyat: Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.64 Bakı 2008.
824) Ödemli xəstəyə qulluq edərkən tibb bacısı hansı qaydalara əməl etməlidir?
A) Xəstənin ayağında ödem varsa isitqacı ayağa qoyarkən dəsmala bükməlidir

B) Nəzarət etməlidir ki, sutkalıq sidik ayaq yolunda qoyulmuş 3 litrlik balona yığılsın

C) Xəstənin yataqda vəziyyətini tez-tez dəyişməlidir

D) Ödemli xəstəni hər gün tərəzidə çəkməlidir

E) Sadalananların hamısına
Ödem su mübadiləsinin pozulması nəticəsində bədən boşluqlarına və toxumalara suyun toplanmasıdır. Aydın görünən ödemlərdən əvvəl mayenin gizli ləngiməsi olur, bunu bilmək üçün tibb bacısı hər gün xəstəni tərəzidə çəkir. Ağır hallarda xəstənin ayaqları çox şişir, bu zaman dərinin hissiyyatı azalır, ona görə isitqac qoyarkən yanıqlar baş verməsin deyə tibb bacısı isitqacı dəsmala bükür, ödemli xəstədə yataq yaraları tez əmələ gəlir, ona görə tibb bacısı ödemli xəstənin vəziyyətini yataqda tez-tez dəyişməlidir.
Ədəbiyyat: Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 72 “ Çıraq ” 2008.
825) Böyük adamda sakit halda tənəffüs hərəkətlərinin sayı 1 dəqiqədə neçə olur?

1. 16

2. 10

3. 20

4. 40

5. 50
A) 1; 2

B) 2; 3


C) 2; 4

D) 1; 4


E) 1 ; 3
Böyük adam sakit halda dəqiqədə orta hesbla 16-20 dəqiqəyə qədər nəfəs alır. İş zamanı, hərəkət etdikdə, qızdırma zamanı mübadilə yüksək olduğu üçün 1 dəqiqədə tənəffüsün sayı artır.
Ədəbiyyat: Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 83 “ Çıraq ” 2008.
826) Palata tibb bacısı müayinə üçün xəstədən hansı materialı götürə bilməz?
A) Selik

B) Plevral maye

C) Sidik

D) Nəcis


E) Bəlğəm
Palata tibb bacısı həkimin təyinatı ilə xəstədən analiz üçün material yığır ( sidik, nəcis, bəlğəm, selik və s.), bunları laboratoriyaya göndərir, analizin cavablarını vaxtında alıb, xəstəlik tarixinə yapışdırır. Plevral maye isə yalnız plevranın punksiyası zamanı həkim tərəfindən götürülür.
Ədəbiyyat: Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 87 “ Çıraq ” 2008.
827) Xəstəxanada aşağıda göstərilən dərman maddələrindən hansını soyuducuda saxlamağa ehtiyac yoxdur?
A) Zərdabları

B) Narkotikləri

C) Məlhəmləri

D) Vaksinləri

E) Dərman şamlarını
Tez xarab olan dərmanlar, məsələn zərdablar, vaksinlər, məlhəmlər, şamlar söbədə olan soyuducuda 2-10 dərəcə temperaturda saxlanılmalıdır. Narkotik maddələr isə tez xarab olmadığına görə onları soyuducuda saxlamağa ehtiyac yoxdur.
Ədəbiyyat: Ədəbiyyat : C.N.Hacıyev ; R.Y. Əliyev. Xəstələrə qulluq. Səh.128. “ Təhsil ” Bakı 1998.
828) Əzələ daxilinə inyeksiya zamanı ən çox nə qədər məhlul yeritmək olar?
A) 20 ml

B) 10 ml


C) 2 ml

D) 3 ml


E) 5 ml
Əzələlər daha geniş qan və limfa damarları şəbəkəsinə malikdir ki, bu da dərmanların tez və tam sorulmasına şərait yaradır, bununla belə əzələ daxilinə 10 ml-dən çox məhlul yeritdikdə dərmanın sorulması ləngiyir, bu da infiltrat, absess, fleqmona kimi inyeksiya ağırlaşmalarına səbəb olur.
Ədəbiyyat: Ədəbiyyat : C.N. Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq.Səh.152. “ Təhsil ” Bakı 1998.
829) Sadalananlardan hansı inyeksiyanın ağırlaşması deyil?
A) İnfiltrat

B) Dəridə damar ulduzcuqlarının olması

C) Hematoma

D) Abses


E) Fleqmona
Dəridə damar ulduzcuqlarının olması inyeksiya ağırlaşması deyil, qara ciyər sirrozu olan xəstələrdə dərinin üzərində kapilyarların genişlənib, ulduz şəklində görünməsidir. Digər variantlarda sadalananlar inyeksiya ağırlaşmaları olub, inyeksiya zamanı qaydalara düzgün riayət olunmaması nəticəsində baş verir.
Ədəbiyyat: Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 160. “ Təhsil ” Bakı 1998.
830) Xəstəni nəcisdə gizli qana görə müayinəyə hazırlayarkən qidadan hansı ərzaq çıxarılmalıdır?
A) Çörək

B) Yağ


C) Süd

D) Ət


E) Südlü sıyıq
Nəcisdə gizli qanı aşkar etmək üçün xəstə üç gün əvvəldən hazırlanır. Belə ki, xəstələr bu üç gün ərzində ət, balıq və onlardan hazırlanan qida qəbul etməməlidirlər. Əks halda müayinənin nəticəsi düzgün olmaya bilər.
Ədəbiyyat: Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.78“Azərnəşr” Bakı 1984
831) Poliuriya nədir?
A) Tez-tez az miqdarda sidik ifrazının olması

B) Sidik ifrazının olmaması

C) Gün ərzində ifraz olunan sidiyin miqdarının azalması

D) Sidik kisəsinin boşalmasının mümkün olmaması

E) Gün ərzində ifraz olunan sidiyin miqdarının artması
Gün ərzində normada insan 1,5 litrə qədər sidik ifraz edir. Poliuriya- bir gün ərzində ifraz olunan sidiyin miqdarının atrmasıdır. Bu ən çox şəkərli diabet xəstələrində müşahidə olunur.Poli-lat.çox,uro-sidik.
Ədəbiyyat: Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.90“Azərnəşr” Bakı 1984 В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983. Səh. 122
832) Hipertonik imalə hansı məhlullarla aparılır?

1. 10 % - li natrium-xloridlə

2. 20-30 %- li maqnezium sulfat məhlulu

3. Çobanyastığı dəmləməsi ilə

4. Nişasta ilə

5. Xloral-hidrat ilə

6. Bitki yağı ilə
A) 1,2

B) 2,5


C) 5,6

D) 1,6


E) 3,4
Hipertonik imalənin təsir mexanizmi : Hipertonik məhlullar bağırsağın selikli qişasını qıcıqlandıraraq qəbizlik zamanı duru nəcis ifrazına səbəb olur. Hipertonik imalə aparmaq üçün 50 – 100 ml 10 % - li natrium – xlorid və ya 20 – 30 % - li maqnezium – sulfat məhlulunu 37 -38 dərəcə qızdırıb, düz bağırsağa yeridirlər. Lakin hipertonik imalə bağırsağın selikli qişasını qıcıqlandırdığı üçün mümkün qədər az istifadə olunur.
Ədəbiyyat: Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.206. “ Təhsil ” Bakı 1998.
833) Anuriya nədir?
A) Sidik ifrazının olmaması

B) Sidik ifrazının ağrılı olması

C) Tez-tez az miqdarda sidik ifrazının olması

D) Gün ərzində sidik ifrazının azalması

E) Gün ərzində sidik ifrazının artması
Anuriya sidik ifrazının tam kəsilmədir. Ən çox XBÇ (xroniki böyrək çatışmazlığı)-da şişlərdə, daş xəstəliklərində rast gəlinir.
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983. Səh. 122
834) Işuriya nədir?
A) Tez-tez az miqdarda sidik ifrazının olması

B) Gün ərzində sidik ifrazının azalması

C) Sidik ifrazının tam olmaması

D) Gün ərzində sidik ifrazının artması

E) Sidik kisəsinin boşalmasının mümkün olmaması
İşuriya-sidik kisəsinin boşalmasının mümkün olmamasıdır. Bu vəziyyət ən çox sidik çıxarıcı kanalda mexaniki maneə olduqda (daş, şiş, çapıq və s.) baş verir.
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983. Səh. 123
835) Sidiyin ümumi kliniki müayinəsi zamanı tibb bacısı sidiyi laboratoriyaya hansı müddətdə çatdırmalıdır?
A) 5 saata

B) 3 saata

C) 7 saata

D) 4 saata

E) 1 saata
Adətən sidiyi müayinə üçün səhərlər, xəstə yuxudan duran kimi toplayırlar. Təmiz qaba toplanmış sidik 1 saat ərzində analiz üçün laboratoriyaya göndərilir.
Ədəbiyyat: Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstərə qulluq. Səh. 225. “ Təhsil” Bakı 1998
836) Dərman maddələrinin sublinqval qəbulu hansı üsuldur?
A) Düzbağırsağa

B) Dilaltı

C) Uşaqlıq yoluna

D) Dəriyə

E) Tənəffüs yoluna
Dərman maddələrinin subliqval qəbulu latın dilindən tərcümədə dilaltı deməkdir. “Linqva”- dil, “sub”- alt deməkdir və bu dərmanların enteral yolla qəbuluna aiddir.
Ədəbiyyat: Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998.
837) Dərman maddələrinin xaricə işlənmə üsulu hansıdır?
A) Ağızdan

B) Dərialtı

C) Dəriyə, selikli qişaya

D) Dəriiçi

E) Düz bağırsaqdan
Dərmanların xaricə tətbiqi dedikdə həmin maddələrin dəri , selikli qişalar ( göz, burun, qulaq və s.) və yara səthində işlədilməsi nəzərdə tutulur. Xaricə tətbiq edilən dərmanlar əsasən yerli, qismən isə rezorbtiv və reflektor təsir göstərir.
Ədəbiyyat: Ədəbiyyat : C.N. Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 131. “ Təhsil”Bakı 1998.
838) Qazçıxarıcı borunu nə üçün bağırsaqda çox saxlamaq olmaz?
A) Qeyri-iradi nəcis ifraz olunur

B) Bağırsaq divarında yara əmələ gələ bilər

C) Xəstəni narahat edir

D) Müalicə effekti olmur

E) Sterilliyi pozulur
Qazçıxarıcı borunu ən çoxu 2 saatdan artıq bağırsaqda saxlamaq olmaz, əks halda düz bağırsağın selikli qişasında uzun müddət qıcıqlanma nəticəsində yara əmələ gələ bilər.
Ədəbiyyat: Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 202. “ Təhsil” Bakı 1998.
839) Kateterizasiyadan əvvəl kateterə nə sürtülür?
A) Bitki yağı

B) Qliserin

C) Steril vazelin yağı

D) Təmiz su

E) Antiseptik məhlul
Sidik kisəsindəki sidiyi boşaltmaq, yaxud ora müxtəlif dərmanlar yeritmək üçün kateterizasiyadan- sidik kisəsinə uretral kateterin salınmasından istifadə edirlər, lakin kateteri yeritməkdən qabaq mütləq onu steril vazelin yağı ilə silirlər, belə etdikdə kateter rahat salınır, onun keçdiyi nahiyələr zədələnmir.
Ədəbiyyat: Ədəbiyyat : C.N. hac.yev; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 229. “ Təhsil”Bakı 1998.
840) İnhalyasion üsulla hansı dərman maddələri yeridilir?
A) Qaz halında olan

B) Suspenziyalar

C) Maye halda olan

D) Bərk halda olan

E) Məlhəmlər
İnhalyasiya dərman maddələrinin nəfəslə bədənə daxil edilməsi yoludur.Nəfəs aldıqda qaz halında olan ( oksigen, karbon qazı), tez buxarlanan ( efir, xloroform), habelə narın toz halında olam maddələr ( aerozollar) udulur. İnhalyasiya zamanı çox vaxt dərman maddələrini buxar halında udurlar, bunun üçün xüsusu aparatdan- buxar inhalyatorundan istifadə edilir.
Ədəbiyyat: Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 50 “Çıraq”2008.
841) Kapsula daxilə necə qəbul olunmalıdır?
A) Dəyişilməmiş halda

B) Xırda hissələrə bölərək

C) Çeynənmiş halda

D) Dilin üzərinə səpilmiş

E) Suda həll edərək içmək
Bir sıra dərmanlar enteral yolla qəbul edildikdə həzm fermentləri tərəfindən parçalanır, bəzi dərmanlar mədənin selikli qişasını çox qıcıqlandırır və s. Bu kimi halları ardan qaldırmaq üçün bəzi dərmanlar daxilə kapsula şəklində verilir.Kapsula daxilə bütöv şəkildə qəbul olunmalıdır.
Ədəbiyyat: Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.135. “ Təhsil” Bakı 1998.
842) “Acqarnına” təyin olunmuş dərmanlar nə vaxt qəbul edilir?
A) Yeməkdən 10 dəqiqə əvvəl

B) Yeməkdən 30 dəqiqə əvvəl

C) Bilavasitə yeməkdən əvvəl

D) Yeməkdən 15-20 dəqiqə əvvəl

E) Yeməkdən 1 saat əvvəl
“Acqarına “ təyin olunmuş dərmanlar yeməkdən 30 dəqiqə əvvəl qurtum-qurtum su və ya südlə qəbul edilir, əsasən həzm traktını qıcıqlandırmayan dərmanlar belə verilir, həzm traktını qıcıqlqndıran dərmanlar isə ( məs. indometasin, dəmir preparatları və s.) yeməkdən sonra verilməlidir.
Ədəbiyyat: Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998.
843) Dərman maddələri hansı yolla yeridilməsi inhalyasiya adlanır?
A) Dilaltına

B) Qarın boşluğuna

C) Tənəffüs yoluna

D) Selikli qişalara

E) Toxumalara
İnhalyasiya dərman maddələrinin nəfəslə (yəni tənəffüs yolu ilə)bədənə daxil edilməsi yoludur.
Ədəbiyyat: Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 50 “Çıraq “ 2008.
844) “B” siyahısına aid dərman maddələri hansıdır?
A) Antibiotiklər

B) Yuxugətirici

C) Zəhərli

D) Güclü təsir göstərən

E) Bahalı
“ B” siyahısına çox güclü dərmanlar daxildirlər və bu dərmanlar stasionarda taxtadan qayrılmış ayrıca şkafda, qıfıl altda saxlanılır. Çox güclü dərmanların ehtiyatı 10 günlük tələbatdan çox olmamalıdır.
Ədəbiyyat: Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 108. “Çıraq “ 2008
845) “A” siyahısına aid dərman maddələri hansıdır?
A) Hipotenziv

B) Desensibilizasiyaedici

C) Yuxugətirici

D) Zəhərli

E) Güclü təsir göstərən
Stasionarda xüsusi şkafın qapısının içəri tərəfinə “ A” hərfi yazılır və şkafda saxlanılan zəhərli dərmanların siyahısı vurulur və həmçinin burada onların birdəfəlik ən yüksək dozası və sutkalıq dozası göstərilir.Burada saxlanılan zəhərli dərmanların ehtiyatı 5 günlük tələbatdan artıq olmamalıdır.
Ədəbiyyat: Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 108. “Çıraq”2008
846) Dəriiçi inyeksiya hansı nahiyədə aparılır?
A) Saidin içəri səthi

B) Göbək ətrafı nahiyyəyə

C) Bazunun içəri səthi

D) Budun bayır səthi

E) Sağrı
Dəriiçi inyeksiya əsasən diaqnostik məqsədlə,antibiotiklərə orqanizmin həssaslığını təyin etmək məqsədilə aparılır. Diaqnostik məqsədlə dəriiçi inyeksiya saidin ön səthinin aşağı hissəsində aparılır.
Ədəbiyyat: Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 150. “ Təhsil”Bakı 1998.
847) Əzələdaxili inyeksiya zamanı baş verə biləcək yerli ağırlaşma hansıdır?
A) Tromboflebit

B) Qanaxma

C) İnfiltrat

D) Hava emboliyası

E) Yağ emboliyası
Əzələdaxili inyeksiyalar zamanı rast gəlinən əsas ağırlaşma infiltratdır. Bu ağırlaşma əsasən əzələyə dərmanı qısa iynə ilə vurduqda dərmanın əzləyə çatmaması, dərialtına yeriməsi və burada da çətin sorulması nəticəsində əmələ gəlir.İnfiltrat zamanı inyeksiya nahiyəsində ağrılı ,bərk törəmə əllənir.
Ədəbiyyat: Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 160. “ Təhsil” Bakı 1998
848) Əzələdaxili inyeksiya zamanı iynənin uzunluğu nə qədər olmalıdır (mm-lə)?
A) 10

B) 80


C) 20

D) 40


E) 30
Əzələdaxili inyeksiya zamanı iynə yaxşı inkişaf etmiş dərialtı piy qatından keçərək əzələyə çatmalıdır, ona görə bu zaman uzunluğu 80 mm olan iynə götürülməlidir, əks halda inyeksiya ağırlaşması olan infiltrat ,abses əmələ gələr.
Ədəbiyyat: Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 49. “Çıraq” 2008
849) İnsulinlə müalicə zamanı baş verə biləcək ağırlaşma hansıdır?
A) Lipodistrofiya

B) Qanaxma

C) Hepatit

D) Nekroz

E) Tromboflebit
Lipodistrofiya insulin yeridilməsi zamanı rast gəlinir və inyeksiya yerində piy toxumasının itməsi ilə xarakterizə olunur, səbəbi məlum deyil. Lipodistrofiyanın baş verməməsi üçün insulin vurulan yerlər tez-tez dəyişilməlidir.
Ədəbiyyat: Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 160. “ Təhsil “ Bakı 1998
850) İnyeksiya yerini işləmək üçün neçə dərəcəli spirtdən istifadə edilir?
A) 60

B) 70


C) 96

D) 75


E) 80
İnyeksiya vurulacaq yeri 70 dərəcəli spirtdə isladılmış steril tamponla silirlər, belə etməkdə başlıca məqsəd aseptika qaydalarına əməl olunmasıdır.
Ədəbiyyat: Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 48. “Çıraq” 2008
851) Venadaxili inyeksiyanın ani ölümlə nəticələnən ağırlaşması hansıdır?
A) Nekroz

B) Sepsis

C) Qanaxma

D) Hava emboliyası

E) Hematoma
Şpris, yaxud qanköçürmə sistemindən havanın qan damarlarına keçməsi nəticəsində hava emboliyası baş verir ki, bu da ani olaraq xəstənin ölümünə səbəb olur.
Ədəbiyyat: Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 162. “ Təhsil” Bakı 1998
852) Mədə-bağırsağı qıcıqlandıran dərman maddələrini nə vaxt qəbul etmək lazımdır?
A) Yeməkdən 20-30 dəq sonra, su ilə

B) Yeməkdən əvvəl

C) Yeməkdən 2 saat sonra

D) Yemək vaxtı

E) Yeməkdən 4 saat sonra
Həzm traktını qıcıqlandıran dərmanlar ( məs. indometasin, dəmir preparatları və s.) yeməkdən 20-30 dəq sonra həkimin göstərişindən asılı olaraq su ilə qəbul edilir.
Ədəbiyyat: Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998
853) İnyeksiya (dərialtı, əzələdaxili) yerində infiltrat əmələ gələrsə nə etmək vacibdir?
A) İnyeksiya yerindən yuxarıda turna qoymaq

B) Buz qovuğu

C) Yerli isidici kompress

D) İnyeksiya yerindən aşağıda turna qoymaq

E) Aseptik sarğı
İnfiltrat zamanı inyeksiya nahiyəsində ağrılı,bərk törəmə əllənir, bu yeridilən dərmanın yaxşı sorulmaması nəticəsində baş verir. İnfiltrat zamanı müalicəyə tez başladıqda müsbət nəticə alınır. Əsas müalicə infiltratın sorulmasını sürətləndirən isidici proseduralar – yerli isidici kompreslər,ultrabənövşəyi şüalarla şüalanma, ultrayüksək cərəyanın tətbiqi olmalıdır.
Ədəbiyyat: Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 160. “ Təhsil” Bakı 1998
854) Yağlı steril məhlulları hansı üsulla yeritmək olmaz?
A) Əzələdaxili

B) Düzbağırsağa

C) Venadaxili və əzələdaxili

D) Venadaxili

E) Dərialtı
Yağlı məhlulları ( məs. kamfora ) səhvən venaya yeridilməsi zamanı ağciyər damarlarında yağ emboliyası baş verə bilər.Bu zaman xəstədə ürək nahiyəsində qəflətən ağrı, boğulma,öskürək, döş qəfəsinin yuxarı hissəsində dərinin göyərməsi baş verir.
Ədəbiyyat: Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 162. “ Təhsil” Bakı 1998
855) Dərman maddələrinin parenteral yeridilməsinə aiddir:
A) Dilaltı

B) Əzələdaxili, venadaxili

C) Tənəffüs yolları ilə

D) Düz bağırsağa

E) Uşaqlıq yolu ilə
Parenteral ,yəni həzm traktından kənar yolla dərmanlar inyeksiya yolu ilə yeridilir. Yuxarıda sadalananlardan əzələdaxili və venadaxilinə dərmanların yeridilməsi inyeksiya yolu iə baş verdiyindən bunlar parenteral yeridilmə sayılır.
Ədəbiyyat: Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 137. “ Təhsil” Bakı 1998
856) Havanın damar mənfəzinə keçməsi hansı ağırlaşmaya səbəb olur?
A) Nekroz

B) Hava emboliyası

C) İnfiltrat

D) Tromboflebit

E) Ödem
Şpris, yaxud qanköçürmə sistemindən havanın qan damarlarına keçməsi nəticəsində hava emboliyası baş verir, bu da xəstənin qəfləti ölümünə səbəb olur.
Ədəbiyyat: Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 162. “ Təhsil” Bakı 1998
857) Təmizləyici imalənin aparılması üçün nədən istifadə olunur?
A) Ucunda qıf olan zonddan

B) Esmarx parçından

C) Jane şprisindən

D) Qazçıxarıcı borudan

E) Armudabənzər balondan
Təmizləyici imalə zamanı istifadə olunan ləvazimatlar bunlardır : tutumu 1-2 litr olan Esmarx parçı, şüşə,plastmas və ya ebonit ucluq, vazelin, müşəmbə və nəcis qabı.
Ədəbiyyat: Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 203. “ Təhsil” Bakı 1998
858) Təmizləyici imalə qoyulan zaman xəstə hansı vəziyyətdə olmalıdır?
A) Qarnı üstə

B) Arxası üstə

C) Sol tərəfi üstə

D) Sağ tərəfi üstə

E) Dizləri və dirsəkələri yerə dyanmış vəziyyətdə halda
Təmizləyici imalə aparmaq üçün xəstəni sol böyrü üstə kuşetkaya və ya çarpayıyının kənarına yaxın uzadırlar, o ayaqlqrını qarnına sıxıb dizdən qatlayır.
Ədəbiyyat: Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 41. “Çıraq “ 2008
859) Soyuq kompres neçə dəqiqədən bir dəyişilməlidir?
A) 30

B) 60


C) 40

D) 2-3


E) 10
Soyuq kompresləri əzilmə ,travma və qanaxmalar zamanı qoyurlar.Bu cür kompreslər yerli soyuma əmələ gətirir və həmin yerdəki qan damarlarının daralmasına və bura az qan gəlməsinə səbəb olur, ağrını azaldır. Soyuq kompres zamanı tənzifi soyuq suda isladıb sıxır və lazım olan yerə qoyurlar, 2-3 dəqiqədən sonra tənzif isinir, ona görə onu təzədən isladıb qoyurlar.
Ədəbiyyat: Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 56. “Çıraq “ 2008
860) İsti kompresi neçə dəqiqədən bir dəyişilməlidir?
A) 30

B) 10 -15

C) 60

D) 2-3


E) 50
İsti kompresləri qoymaq üçün qalın parçanı isti suda isladıb sıxır və bədənə qoyurlar, üstündən müşəmbə və qalın yun parça qoyulur. Bu prosedura iltihab ocaqlarının tez sorulmasına kömək edir və ağrını kəsir. İsti kompres hər 10-15 dəqəqədən bir, soyuduqca dəyişilir.
Ədəbiyyat: Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 56. “Çıraq “ 2008
861) Gün ərzində bədən temperaturu hansı həddə dəyişir (C0)?
A) 0,1-0,3

B) 0,8-1,0

C) 1,5-2,0

D) 0,3-0,8

E) 1,0-1,5
Sağlam adamda bədənin temperaturu sabit olub səhər və axşam temperaturları arasındakı fərq az olur. Səhərlər temperatur 0,3- 0,8 dərəcə aşağı, axşam isə bir o qədər yuxarı olur, temperaturlar arasındakı bu fərq istiliyin əmələ gəlməsi və verilməsindən asılı olub , normada bu həddi aşmamalıdır.
Ədəbiyyat: Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 82. “Çıraq “ 2008
862) Febril bədən temperaturu hansı həddə dəyişir (C0)?
A) 36,0-37,0

B) 38,1-39,0

C) 37,1-38,0

D) 36,5-37,5

E) 39,0-41,0
Yüksəlmə dərəcəsinə görə zəif qızdırma, yəni febril temperatur 38,1- 39,0 həddində dəyişilir.Bu həddən yuxarı qızdırma piretik,aşağı isə subfebril qızdırma adlanır.
Ədəbiyyat: Ədəbiyyat: C.N Hacıyev; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 103. “ Təhsil” Bakı 1998
863) Dərman maddələrinin hansı üsulla yeridilməsi enteral qəbul adlanır?
A) İntraspinal (onurğa kanalına)

B) Dərialtı

C) Əzələdaxili

D) Venadaxili

E) Peroral (ağızdan)
Dərmanlar enteral olraq 3 yolla yeridilir : dilin altına qoymaqla , ağızdan mədə-bağırsağa ötürülməklə, yəni peroral və düz bağırsaqdan yeritməklə.
Ədəbiyyat: Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998
864) Bir xörək qaşığının tutumu nə qədərdir (ml-lə)?
A) 20

B) 15


C) 10

D) 5


E) 30
Dəmləmələr, miksturalar və sulu məhlullar bölgülü menzurkalarla və ya qaşıqla verilir. Xörək qaşığının tutumu 15 ml – dir.
Ədəbiyyat: Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998
865) Bir desert qaşığının tutumu nə qədərdir (ml-lə)?
A) 30

B) 10


C) 5

D) 15


E) 20
Dəmləmələr, miksturalar və sulu məhlullar bölgülü menzurkalarla və ya qaşıqla verilir. Desert qaşığının tutumu 10 ml – dir.
Ədəbiyyat: Ədəbiyyat : C.N Hacıyev; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998
866) Bir çay qaşığının tutumu nə qədərdir (ml-lə)?
A) 20

B) 5


C) 10

D) 15


E) 30
Dəmləmələr, miksturalar və sulu məhlullar bölgülü menzurkalarla və ya qaşıqla verilir. Bir çay qaşığının tutumu 5 ml – dir.
Ədəbiyyat: Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 135. “ Təhsil”Bakı 1998
867) Həzmi asanlaşdıran ferment preparatlarını nə vaxt qəbul etmək lazımdır?
A) Yemək arasında

B) Yeməkdən 2 saat sonra

C) Yeməkdən əvvəl

D) Yeməkdən 1 saat sonra

E) Yemək vaxtı
Həzmi yaxşılaşdıran dərmanları, məsələn panzinorm, festal, mədə şirəsi yemək zamanı qəbul edilməlidir.
Ədəbiyyat: Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 135. “ Təhsil “ Bakı 1998
868) Yuxugətirici dərman maddələrini yatmazdan neçə dəqiqə əvvəl qəbul etmək lazımdır?
A) 50

B) 60


C) 30

D) 15


E) 40
Yuxugətici dərmanlar yatmazdan 30 dəqiqə əvvəl, yaxşı olar ki, südlə qəbul edilsin, çünki süd özü də yuxugətirici təsirə malik olub, dərmanın effektini daha da artırır.
Ədəbiyyat: Ədəbiyyat: C.N Hacıyev; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998
869) Sidikdə zülalın olması necə adlanır?
A) Piuriya

B) Hipoproteinemiya

C) Bakteriemiya

D) Proteinuriya

E) Disproteinemiya
Sidikdə zülalın olması proteinuriya adlanır. “Protein”- zülal , “ uriya “ isə sidik deməkdir. Normada bir sutka ərzində insan 50 mq zülal ifraz edir.
Ədəbiyyat: Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 224. “ Təhsil” Bakı 1998
870) Böyrək sancısı zamanı bağırsağın peristaltikası necə dəyişir?
A) Kəskin artır.

B) Tədricən artır

C) Artır

D) Dəyişmir

E) Azalır
Böyrək sancısı adətən böyrək daşı xəstəliyi, sidik axarlarının daşı, irinli xəstəliklər, sidikdə olan duzlar, axarların kəskin iltihabı, ödemi zamanı rast gəlinir. Böyrək sancısı zamanı bağırsaqlarda da ağrıdan spazm olur və nəticədə peristaltika zəifləyir.
Ədəbiyyat: Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 220. “ Təhsil”Bakı 1998
871) Sistit hansı orqanın iltihabıdır?
A) Sidik axarlarının

B) Böyrəklərin

C) Sidik kisəsinin

D) Sidik kanalının

E) Böyrək ləyəninin
Sistit sidik kisəsinin iltihabı deməkdir. “ Sistis” latınca sidik kisəsi, “ it” isə iltihabı bildirən şəkilçidir.
Ədəbiyyat: Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 232. “ Təhsil” Bakı 1998
872) Hansı bağırsağın qanaxması zamanı nəcisin rəngi qara olur?
A) Düz

B) Siqmayabənzər

C) Köndələn çənbər

D) Enən çənbər

E) 12 barmaq bağırsağın
12 barmaq bağırsağın xorası zamanı qanaxma nəticəsində nəcisin rəngi qara olur . Qan bağırsağın aşağı şöbələrinə gələnədək fermentlərinin təsirindən parçalanır və tündləşir.Bağırsağın yuxarıda sadalanan digər şöbələrindən qanaxma oldiqda isə qan öz rəngini dəyişmir.
Ədəbiyyat: Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 148. “Çıraq “ 2008
873) Nəcisdə gizli qanın müayinəsinə xəstəni hazırlayarkən hansı preparatların qəbulu dayandırılmalıdır?
A) Natrium

B) Kalium

C) Maqnezium

D) Kalsium

E) Dəmir
Nəcisdə gizli qanın müayinəsinə xəstəni hazırlayarkən nəcisin rəngini dəyişən preparatların qəbulu dayandırılır. Məs. dəmir preparatları , barium və s. ,əks halda bu analizin göstəricisini dəyişə bilər.
Ədəbiyyat: Ədəbiyyat : В.М.Боголюбов. Внутренние болезни. Стр.195.Москва. «Медицина « 1983.
874) Sutkalıq diurezin 350 ml-ə qədər azalması necə adlanır?
A) Poliuriya

B) Oliquriya

C) Anuriya

D) Nikturiya

E) Nollakiuriya
Sidiyin kəmiyyət pozğunluqları 4 yerə bölünür : poliuriya, oliquriya, opsouriya, anuriya. Oliquriya sutkalıq sidiyin miqdarının 500 ml-dən az olmasına deyilir.
Ədəbiyyat: Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 223. “ Təhsil” Bakı 1998
875) Sutkalıq diurezin 2000 ml-dən çox olması necə adlanır?
A) Pollakiuriya

B) Poliuriya

C) Anuriya

D) Oliquriya

E) Nikturiya
Sidiyin kəmiyyət pozğunluqları 4 yerə bölünür : poliuriya, oliquriya, opsouriya, anuriya. Poliuriya sutkalıq sidiyin miqdarının 2000 ml-dən çox olmasına deyilir.
Ədəbiyyat: Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 223. “ Təhsil “ Bakı 1998
876) Dəriiçi inyeksiyanı aparmaq üçün iynə hansı dərinlikdə yeridilir?
A) İynənin 1/3 hissəsi

B) Damarın yerləşməsindən asılıdır

C) İynənin ucu- kəsik hissəsi

D) İynənin bütün uzunluğu

E) İynənin 2/3 hissəsi
Dəriiçi inyeksiya aparmaq üçün diametri 0,4 mm, uzunluğu isə 15 mm olan 1 ml-lik şpris götürülür, iynənin kəsiyi 40-45 dərəcə olur. İnyeksiya zamanı yalnız iynənin ucu- kəsik hissəsi dəriiçinə yeridilir.Əks halda iynə dəri altına düşür.
Ədəbiyyat: Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 150. “ Təhsil “ Bakı 1998
877) Steril yağlı məhlulu bədənə yeritmək üçün necə dərəcəyə qədər qızdırmaq lazımdır?
A) 38

B) 34


C) 25

D) 40


E) 28
Steril yağlı məhlulu bədənə yeritmək üçün onu 38 dərəcəyədək, yəni bədən temperaturuna uyğıun qızdırmaq lazımdır, çünki isidilmiş məhlul yaxşı sorulur, infiltrat, abses əmələ gəlmə riski azalır.
Ədəbiyyat: Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 152. “ Təhsil “ Bakı 1998
878) Dəriiçi inyeksiyanı aparmaq üçün hansı uzunluqda iynədən istifadə olunur (mm-lə)?
A) 10

B) 15


C) 25

D) 30


E) 20
Dəriiçi inyeksiya aparmaq üçün diametri 0,4 mm, uzunluğu isə 15 mm olan 1 ml-lik şpris götürülür, iynənin kəsiyi 40-45 dərəcə olur. İnyeksiya zamanı yalnız iynənin ucu- kəsik hissəsi dəriiçinə yeridilir.
Ədəbiyyat: Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 150. “ Təhsil “ Bakı 1998
879) Dərialtına nə qədər yağlı məhlul yeritmək olar (ml-lə)?
A) 6

B) 3


C) 5

D) 2


E) 4
Yağlı məhlullar adətən dəri altına yeridilir. Məs. kamfora, retobolil, E vitamini və s., lakin dərialtına yeridilən yağlı məhlulun miqdarı 2 ml – dən çox olmamalıdır.Əks halda məhlulun sorulması cətinləşir.
Ədəbiyyat: Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 151. “ Təhsil “ Bakı 1998
880) Dərman maddələrinin yeridilməsi zamanı baş verən allergik reaksiyanın ən ağır forması hansıdır?
A) Ekzema

B) Anafilaktik şok

C) Qızartı

D) Məxmərək

E) Kvinke ödemi
Dərman maddələrinin yeridilməsi zamanı baş verən allergik reaksiyanın ən ağır forması anafilaktik şokdur. Anafilaktik şokun əlamətləri: dəri qızarır, qaşınır, öskürək tutmaları, təngnəfəslik,qusma, arterial təzyiqin enməsi, taxikardiya, aritmiya, huşun itməsi.
Ədəbiyyat: Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 162. “ Təhsil” Bakı 1998
881) Parenteral yeritmək üçün dərman maddələrinin hansı formasından istifadə olunur?
A) Kopsulalardan

B) Poroşoklardan

C) Steril məhlullardan

D) Həblərdən

E) Drajelərdən
Parenteral ,yəni həzm traktından kənar yolla dərmanlar orqanizmə inyeksiya vasitəsilə ,steril məhlul şəklində yeridilir.Əks halda orqanizmə infeksiya kecmə təhlükəsi yarana bilər.
Ədəbiyyat: Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 137. “ Təhsil” Bakı 1998
882) Hipertonik krizə şübhə olduqda tibb bacısı ilk növbədə nə etməlidir?
A) Xəstəni sakitləşdirməlidir

B) Xəstənin mədəsini yumalıdır

C) Xəstəni uzatmalıdır

D) Dərhal xəstənin arterial təzyiqini ölcməlidir

E) Xəstəyə ağrıkəsici verməlidir

Hipertonik kriz arterial təzyiqin kəskin qalxması deməkdir.Buna görə də yalnız arterial təzyiqi ölcməklə hipertonik krizin olub-olmamasını təsdiq etmək olar.


Ədəbiyyat: Ədəbiyyat; В. М.Боголюбов, Внутренние болезни, стр.303. Москва,’’Медицина ‘’ 1983
883) Süni qidalanma üçün lazım olan qulluq aləti hansıdır?
A) Qazçıxarıcı boru

B) Qaşıq


C) Kateter

D) Nazik zond

E) Ucluqlu qab
Sərbəst qida qəbul edə bilməyən,yaxud qida qəbulundan qəti imtina edən xəstələri süni yolla qidalandırırlar. Bunun üçün ən cox istifadə olunan qidalanma üsulu burun boşluğundan salınmış nazik zondun köməyi ilə qidalanmadır.
Ədəbiyyat: Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 74. “ Təhsil” Bakı 1998
884) Qanburaxma zamanı turna nə zaman açılır?
A) İstənilən vaxt

B) Lazımi miqdarda qan götürüldükdən sonra, lakin iynə venadan çıxarılmazdan əvvəl

C) İynə venaya yeridildikdən sonra

D) Lazımi miqdarda qan götürüb iynə çıxarıldıqdan sonra

E) İynə venadan çıxarıldıqdan sonra
Qanburaxma zamanı venepunksiyadan istifadə edirlər. Bu əməliyyat zamanı turna qan alınıb qurtardıqdan sonra açılır.İynə sonra çıxarılaraq dərhal yerinə tampon qoyulur və sıxılır.
Ədəbiyyat: Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 156 “ Təhsil”
Bölmə 5. Cərrahiyyə
885) Əməliyyatdan sonra alətləri yuyucu məhlulda neçə dəqiqə saxlamaq lazımdır?
A) 5

B) 45


C) 15

D) 60


E) 30
Əməliyyatdan sonra bütün alətlər yuyucu məhlulda 15 dəq saxlanılır sonra mexaniki üsulla təmizlənərək sterilizasiyaya verilir.
Ədəbiyyat: Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 284) N.P.Paleyev Bakı-1991
886) Qanköçürmədən sonra tibb bacısı hansı göstəricilərə fikir verməlidir?
A) A/T və temperatura

B) Nəbz və temperatura

C) Nəbz və arterial təzyiqə

D) Nəbzə, A/T, diurezə və temperatura

E) Diurez və temperatura
Qan köçürmə qurtardıqdan sonra xəstə 2 saat uzanmalı,A/T, nəbz, diurezə və tempratura nəzarət ilk 4 saatda ciddi aparılmalıdır.
Ədəbiyyat: Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 352)N.P.Paleyev Bakı-1991
887) Bağ gərilməsi,cırılması(burxulmalarda) və dərin qançırlarda hansı müddət ərzində soyuq qoymaq lazımdır?
A) 5 gün

B) 4 gün


C) 1 gün

D) 3 gün


E) 7 gün


Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə