gün
336
BÖYÜK
SADİQLİK
-cı
Ay Allah, mənim bütün əzablarımı, mənim
yorğunluğumu, mənim alçalmamı, mənim
göz yaşlarımı, vətən həsrətimi, mənim
ac olmağımı, mənim soyuqdan əziyyət
çəkməyimi, ruhumda yığılan bütün kədəri
qəbul et. Əziz Allah, bizi təqib edən və
gecə-gündüz bizə işgəncə verənlərə rəhm
et. Onlara da ilahi lütfünü ver ki, Sənin
məhəbbətinin şirinliyini və xoşbəxtliyini
tanısınlar.
Sibirdə, Vorkutada islah əmək koloniyasında cəza
çəkən məsihçi qadından.
337
gün
-ci
BÖYÜK
SADİQLİK
Böyük islahatçı
ALMANİYA: MARTİN LÜTER
31 oktyabr 1517-ci il, Martin Lüter Almaniyada Vittenberq kilsəsinin qapısına Müqəddəs Kita-
ba əsaslanan imanın doxsan beş bəyanatını vurmuşdu və ömrünün qalan hissəsini edamdan bir
addım kənarda keçirmişdi. Bu təhlükəyə baxmayaraq, Lüter onun vaxtında kilsənin yeritdiyi
təlimə qarşı, ruhani təlimin gerçəkliyi haqda mübahisə etmək fürsətindən heç vaxt qorxub
kənara çəkilmirdi.
Baxmayaraq ki, ona Vormsda olan top-
lantılara qosulmaması barədə dəfələrlə
xəbərdarlıq edilmişdi, o dedi: “Madam ki,
mən göndərilmişəm, Rəbbimiz İsa Məsihin
adı ilə mən
qərara gəldim və mən iştirak
etmək niyyətindəyəm; baxmayaraq ki, orada
Vormsun evlərini örtən kirəmitlər qədər şey-
tanların mənə qarşı duracağını bilirəm.”
Ona öz təlimlərini ləğv etmək barədə
deyiləndə, Lüter dedi: “Mənim vicdanım
müqəddəs yazı və Allahın kəlamı ilə elə bağ-
lanıb
və zəbt edilib ki, mən heç bir sözümü
geri götürməyəcəyəm; mən vicdanıma qar-
şı getməyi mömin və qanunauyğun hesab
etmirəm. Mən bunun tərəfdarıyam və buna
əsaslanıram. Başqa sözüm yoxdur. Allah özü
mənə mərhəmət etsin!”
O, onu öldürmək istəyənlərdən qaçıb canı-
nı qurtardı – və gizli yaşayaraq – müqəddəs
yazıları alman dilinə tərcümə etdi. Daim
təhlükə altında olmasına baxmayaraq, o, altmış
altı yaşına qədər yaşadı və öz əcəli ilə öldü.
Bu və ya başqa şeyə görə insanlar
məbədi cəld tənqid edirlər. Brodvey teat-
rı üçün tənqidi rəy yazmaq kimi, eynilə
məbəd üzvləri də ibadəti bir tamaşa kimi
qiymətləndirməyə can atırlar. Musiqinin
səsi çox yüksəkdir. Vəz çox qısadır. Bina
soyuqdur. Oturacaqlar narahatdır. Am-
ma Lüter tənqidçi deyildi, baxmayaraq
ki, o, təsis olunmuş kilsəni dəstəkləmədi.
O, onu məzəmmət etdi. Məzəmmət etmək
tənqid etməkdən fərqlənir, çünki məzəmmət
müqəddəs yazıdan ayrı düşmüş məbədi
geriyə, Allahın kəlamına çağırır. Bun-
dan fərqli olaraq, tənqid, sadəcə, insanın
fikrinə və nəyi üstün tutmasına olan ça-
ğırışdır. Sən Lüter kimi ehtiyatla Məsihin
cəmiyyətinə xidmət edirsən, yoxsa, sadəcə,
Allahın məbədini tənqid edirsən?
Allahın kəlamını vəz edəsən,
hansı vaxt olursa-olsun hazır
olasan, insanlara tam səbirlə təlim
öyrədərək məzəmmət, xəbərdarlıq
və nəsihət verəsən.
2 Timotey 4:2
338-ci
gün
BÖYÜK
SADİQLİK
Böyük daşıyıcı
ROMA: İQNATİUS
“Əgər Məsih onda yaşamırsa, insanın həyatı davamlı bir ölümdür.”
- İqnatius
İqnatius həvari Yəhyanın şagirdi idi və
imperator Antakyalı Trayanı bütlərə sitayiş
etdiyinə görə cəmiyyət içində məzəmmət
etmişdi. Lakin Trayan onun xəcalətli
məzəmmətinə görə əvəzində İqnatiusdan ic-
timai qisası alacağına and içdi.
İqnatius həbs edilib Romaya gətirildi.
Şirlər olan quyuya aparılarkən o, başqa bir
imanlıya dedi: “Mənim əziz Məsihim, Xilas-
karım, mənim ürəyimin dərinliyində yazılıb
və
məndə əminlik var ki, əgər mənim ürəyim
kəsilsəydi və hissələrə bölünsəydi, hər bir
hissədə İsa adı tapılardı.
Çoxlu insanlar onun ölümünə şahid ol-
maq üçün yığılanda, İqnatius çığıran izdiha-
ma cəsarətlə müraciət etdi. “Mən Allahın
taxılıyam. Mən heyvanın dişlərinin altında
üyüdülürəm ki,
mənim üçün Həyat Çörəyi
olan Məsih üçün pak bir çörək olum.”
Bu sözləri deyən kimi iki ac şir onu qa-
pıb yedi. O, öz soyadının mənasını həyatda
yaşadı, Seoforus, “Allahı daşıyan” deməkdir.
Axıra qədər o, Allahın və Xilaskarının adını
öz dilində daşıdı. O, tez-tez deyirdi: “Çar-
mıxa çəkilmiş Məsih mənim yeganə və tam
bir məhəbbətimdir.” Sonda isə o, bu sadə
həqiqətdə təsəlli tapdı: “Dünya məsihçilərə
nifrət etdikcə, Allah onları sevir.”
Nikah ənənəsinə əsasən qadın ərinin
soyadını, onların birliyinin bir rəmzi kimi
daşımalıdır. Onlar artıq iki insan deyillər,
birdirlər. Cütlük birgə yaşa dolduqca,
onlar soyadlarından daha çox şeyləri
bölüşməyə başlayırlar. Onlar eyni dostları
və maraqları bölüşürlər. Onlar bir-birinin
cümlələrini tamamlamağa başlayırlar. On-
ların bəziləri hətta qəribə olaraq bir-birinə
bənzəməyə başlayırlar…məsələn, onla-
rın uzun müddətli yaxın olmaları. Eynilə
“məsihçi”, ya da “balaca məsih” adını
daşıya insan eyni yaxınlığı – Xilaskar
ilə birliyi inkişaf etdirir. Məsih adını yax-
şı daşıyırsan? İqnatius kimi, İsanın adını
bölüşmək, səni onun əziyyətləri, xidməti və
həyatı ilə bölüşməyə ruhlandırır?
Çünki
Sənə məxsusam, Ey Ordular
Allahı Rəbb!
Yeremya 15:16