Bp azərbaycanda Davamlı inkişaf haqqında hesabat



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə29/35
tarix07.04.2018
ölçüsü0,95 Mb.
#36498
1   ...   25   26   27   28   29   30   31   32   ...   35

46

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2011

təşəbbüsləri ilə tələbatın planlaşdırılması 

arasındakı artan əlaqələri əks etdirir. 

Xərclərin cəminə 77% artımla yerli kiçik və 

orta müəssisələr (KOM) vasitəsilə birbaşa 

çəkilmiş 255 milyon dollar

a

, 8% artımla 



birgə müəssisələr vasitəsilə çəkilmiş 285 

milyon dollar, 33% artımla ilə dövlət şirkətləri 

vasitəsilə çəkilmiş 36 milyon dollar daxil 

idi. 2011-ci ildə Azərbaycanda işləyən xarici 

təchizatçılar vasitəsilə dolayı yolla çəkilmiş 

davamlı xərclərimiz 2% azalaraq 368,5 milyon 

dollar oldu. 

Ümumilikdə, 2011-ci ildə tərəfdaşlarımızla 

birlikdə Azərbaycanda 265 şirkət və fiziki 

şəxslə iş gördük ki, bunların 204-ü (77%-i) 

KOM idi. 

BP və digər beynəlxalq və yerli şirkətlərlə 

işləməyin yolları barədə faydalı məlumatlar 

vermək üçün ecbaku.com biznes e-mərkəzi 

BP və tərəfdaşlarının Azərbaycanda həyata 

keçirdikləri layihələr haqqında ən son 

məlumatları onlayn çatdırmaqda davam edir. 

2012-ci il üçün perspektivlər

İnanırıq ki, davamlı, uzunmüddətli yerli təchizat 

zənciri yaratmaq üçün biz Azərbaycanda 

bacarıqların inkişafına dəstəyimizi davam 

etdirməli və əsas xarici podratçılarımızdan 

təşəbbüslərimizi dəstəkləməyi, yerli 

təchizat sistemlərini qoruyub saxlayaraq 

genişləndirməyi, mövcud yerli podratçılarımız 

üçün yeni rəqabət şəraiti yaratmağı davamlı 

tələb etməliyik. 

Kateqoriyaların planlaşdırılması, 

təchizatçıların inkişafı və seçim qaydalarımız 

vasitəsilə yerliləşdirmə proqramımızın yerinə 

yetirilməsini 2012-ci ildə də davam etdirmək 

niyyətindəyik. Bu dəfə hasilat əməliyyatları və 

istehsalatda böyük işçi qüvvəsinə ehtiyacı olan 

xidmət kateqoriyalarına diqqət yetiriləcək. 

Şahdəniz Mərhələ 2 layihəsi üçün 

müfəssəl planlaşdırma işləri başladığı 

zaman ölkədaxili istehsalatı maksimuma 

çatdırılmaq məqsədilə tikinti fazasında 

səriştə və bacarıqlara olan tələbatla təchizat 

imkanlarını əlaqələndirmək üçün yeni 

prespektivlər açılacaq. Bu, Azərbaycanın 

sənaye infrastrukturunu gücləndirəcək və işçi 

qüvvəsinin bacarıqlarını artıracaq.



Sahibkarlığın inkişafı və təlim proqramı 

Biz Azərbaycanda Sahibkarlığın inkişafı 

və təlim proqramını (SİTP) 2007-ci ildən 

həyata keçirməyə başladıq. Onun məqsədi 

neft və qaz sektorunda fəaliyyət göstərən 

yerli şirkətlərin beynəlxalq standartlara nail 

olmasına və beləliklə layihələrimizdə yerli 

ehtiyatların istifadəsini artırmağa kömək 

etməkdir. 2011-ci ildə SİTP fəaliyyətlərinə 

bazar tədqiqatları, potensial yerli təchizatçıların 

müəyyən edilməsi, çatışmazlıqların təhlili və 

müvafiq inkişaf planlarının hazırlanması və 

həyata keçirilməsi daxil idi. 

Alıcı ilə tanış ol

2011-ci ilin iyun ayında tərəfdaşlarımızla 

birlikdə Bakı Hyatt mehmanxanasının konfrans 

mərkəzində “Alıcı ilə tanış ol” sərgisini təşkil 

etdik. BP-nin əməliyyatçısı olduğu neft və qaz 

layihələrində yerli şirkətlərin iştirakını artırmaq 

məqsədi daşıyan bu tədbir ikitərəfli əlaqələrin 

möhkəmləndirilməsi, Azərbaycanın sənaye 

və xidmət sektoru arasında məlumatlılığın 

və biznes əlaqələrinin genişləndirilməsi üçün 

hazırlandı. 

Burada SİTP proqramına cəlb olunmuş 

90-a yaxın yerli şirkət iştirak etdi. Onlar 

Azərbaycan sənayesinin geniş sektorunu, o 

cümlədən biznes xidmətləri, əməliyyatlara 

dəstək, mühəndis-layihələşdirmə, tikinti, 

logistika və tullantıların idarə edilməsi kimi 

sahələri təmsil edirdi. 

Yerli şirkətlərə öz məhsul və xidmətlərini 

təqdim etmək, neft və qaz sənayesinin 

təchizat sahəsində fəal iştirak edən beynəlxalq 

və iri yerli şirkətlərlə tanış olmaq imkanı 

yaradıldı. Tədbir həmçinin potensial xarici 

alıcılara yerli bazarı qiymətləndirmək və nələrin 

təklif olunduğunu bilavasitə öyrənmək imkanı 

yaratdı. 

İştirakçı şirkətlərin rəyləri çox müsbət oldu. 

İnformasiya texnologiyalarının idarə olunması 

və dəstəklənməsi üzrə təminatçı “Seabak” 

şirkətinin meneceri Ağateyyub Cəfərova görə: 

“Tədbir yerli şirkətləri tanıtmaq üçün çox yaxşı 

bir vasitə oldu və şirkətimiz üçün əla nəticələr 

verdi. Biz bir neçə tenderdə iştirak etmək üçün 

dəvət aldıq, bir necə yeni müqavilə bağladıq, 

gələcəkdə yeni biznes qurmağımıza yol açan 

faydalı tərəfdaşlıq əlaqələri yaratdıq.”

SİTP-də iştirak edən yerli şirkətlər “Alıcı ilə tanış ol” tədbirində məhsul və xidmətlərini təqdim edir

Bu məbləğə fiziki şəxslərlə olan xərclər də daxildir.




47

Cəmiyyət


İl ərzində tərəfdaşlarımızla birlikdə bu 

proqrama ümumilikdə 806 min dollar xərclədik.

Təqribən 187 yerli şirkət proqramda 

iştirak etdi. İştirakçı şirkətlərin təlimlərinə 

dəstək vermək üçün 33 biznes inkişaf planı 

və boşluqların təhlili hazırlandı, 28 şirkət təlim 

proqramını müvəffəqiyyətlə başa vurdu. 

Bütövlükdə, 2007-ci ildən bəri proqramda 

iştirak edən minə yaxın şirkətdən 93-ü 

SİTP proqramını uğurla başa vurub. Təlim 

proqramında iştirak edən şirkətlərin inkişaf 

etməsi üçün 360-dan çox fəaliyyət planı 

və boşluqların təhlili hazırlanıb. 2011-ci ildə 

Azərbaycanda SİTP iştirakçısı olan şirkətlər 

BP ilə dəyəri 62 milyon dollardan çox olan 

müqavilələr bağladı. 

SİTP başlayandan bəri iştirakçı yerli 

şirkətlər yeni əsaslı avadanlıqlara təxminən 

8,8 milyon dollar sərmayə qoyub və təqribən 

527 nəfər, o cümlədən 2011-ci ildə 315 nəfər 

əməkdaşı işə götürüb. Proqram yerli şirkətlərə 

digər yerli və beynəlxalq şirkətlərlə dəyəri 

184 milyon dollardan çox olan müqavilələr 

bağlamaqda kömək edib ki, bunun 125 milyon 

dollardan çox hissəsi Azərbaycanda BP-nin 

payına düşüb.



Biznesə imkan yaradan mühit layihəsi

Biznesə imkan yaradan mühit (BİYM) 

icazə/lisenziyaların alınması və biznesin 

qeydiyyatdan keçirilməsi sahələrində 

qanunvericiliyin təkmilləşdirilməsi üçün 

Azərbaycan hökumətinə kömək etmək 

məqsədilə təsis edilib. Tərəfdaşlarımızla 

birgə maliyyələşdirdiyimiz BİYM layihəsini 

Beynəlxalq Maliyyə Korporasiyası həyata 

keçirir.


2010-cu ildə aparılmış “Vergi ödəyicilərinin 

məmnunluq sorğusu”nun nəticələri 2011-ci 

ilin birinci yarısında yekunlaşdırılaraq Vergilər 

Nazirliyinə təqdim edildi. Nəticələr əvvəl 

aparılmış vergi islahatlarının təsirini vurğuladı 

və onlayn vergi xidmətlərindən istifadənin 

artması ilə özəl sektorda qənaət edilmiş 

potensial xeyri nümayiş etdirdi. 

Biznes təftişlərinə yönəldilən diqqətin bir 

hissəsi kimi 2011-ci ildə BİYM layihəsi islahat 

prosesini rəsmi səviyyədə tanıtmaq üçün 

bir beynəlxalq seminar və beş dəyirmi masa 

təşkil etdi. Avropa İttifaqı Tvinninq Layihəsi 

ilə əməkdaşlıq çərçivəsində Litvada islahat 

prosesinin təftişi məqsədilə tanışlıq səfəri 

təşkil edildi. Səfərdə Azərbaycanı yeddi nazir, 

həmçinin Prezident Aparatı, Nazirlər Kabineti 

və Milli Məclisin nümayəndələri təmsil etdi. 

2011-ci ildə digər BİYM təşəbbüslərinə 

sahibkarlar arasında vergilərlə əlaqədar 

hüquqi biliklərin artırılması kampaniyasının 

keçirilməsi daxil idi. Layihənin bir hissəsi 

olaraq, Fövqəladə Hallar Nazirliyinin Dövlət 

Yanğın Nəzarəti Xidməti ilə birgə yanğınla bağlı 

təhlükəsizlik tələbləri və sorğu vərəqələrindən 

istifadə üzrə beş regional seminar keçirildi. 

Seminarlarda Azərbaycanın hər yerindən 

gələn 310 sahibkar və 145 müfəttiş iştirak 

etdi. Bundan əlavə, layihə çərçivəsində 

təftişlərin elektron qeydiyyat sisteminin işini 

təkmilləşdirmək və elektron qeydiyyatdan 

istifadə edən sahibkarlar üçün təlimat 

hazırlamaq məqsədilə Ədliyyə Nazirliyi ilə 

birgə işlədi. 

Bu il həmçinin biznesinfo.az ünvanında 

Azərbaycan və rus dillərində KOM-ların 

pilot veb-saytı açıldı. Bu saytda biznes 

üzrə normativ aktlar, uyğunluq tələbləri, 

özünütəlimləndirmə üçün vəsaitlər, analitik 

qiymətləndirmələr, bazar haqqında ümumi 

məlumat və investisiya ilə bağlı məlumatlar 

yerləşdirilib. Saytın 2012-ci ildə tam fəaliyyət 

göstərməsi gözlənilir.

Mikro və kiçik kreditlərin verilməsi və 

məsləhət proqramı

2006-cı ildə imzalanmış sazişə uyğun olaraq, 

BP və onun tərəfdaşları Avropa Yenidənqurma 

və İnkişaf Bankı vasitəsilə Azərbaycanda və 

Gürcüstanda özəl sektorun inkişafına kreditlər 

verilməsi və texniki yardım göstərilməsi 

üçün 6 milyon dollar ayırdı. Məqsəd hər iki 

ölkədə maliyyə mənbələrinə çıxış imkanlarını 

artırmaq və güclü mikro-maliyyə sektorunun 

inkişafına kömək etmək idi.

Proqramın bir hissəsi olaraq, 2011-ci ildə 

regional maliyyə müəssisələri üçün insan 

resurslarının inkişafı haqqında “əsas təlimat” 

kitabçası hazırlandı. Bu, müəssisələrə kredit 

verən heyətin seçilməsi, təlimi və keyfiyyətinə 

nəzarət kimi məsələləri həll etməkdə kömək 

edəcək. 

Apreldə Azərbaycan Mikro-Maliyyə 

Təşkilatı ilə birgə maliyyə müəssisələrinin 

bütün dünyada istifadə etdiyi informasiya idarə 

etmə sisteminin təqdimatı məqsədilə seminar 

keçirildi. Səkkiz maliyyə müəssisəsini təmsil 

edən 309 maliyyə mütəxəssisinin iştirakı ilə 

yeddi müxtəlif mövzu üzrə 22 seminar keçirildi. 

Əsas mövzu kredit verməyə məsul şəxslərin 

bacarıqlarının yaradılması ilə bağlı idi. 

İl ərzində hədəf qruplara mikro və kiçik 

kreditlərin verilməsi stabilləşdi. Beş kreditdən 

biri qadınlara verildi və kredit proqramının 

əhatə dairəsi uğurla genişlənərək paytaxtdan 

kənara çıxdı. 2011-ci ildə bütün kreditlərin 

dördə birinə qədəri (dəyəri 4 milyon dollardan 

çox) kənd təsərrüfatı müəssisələrinə verildi.

SİTP iştirakçısı “AZECOLAB” şirkəti ətraf mühitin qiymətləndirilməsi üçün 

kimyəvi və fiziki laboratoriya analizlərinin tam spektrini təqdim edir



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə