Bu dünya göRÜŞ yeriDİ



Yüklə 1,03 Mb.
səhifə16/42
tarix25.06.2018
ölçüsü1,03 Mb.
#51917
1   ...   12   13   14   15   16   17   18   19   ...   42

Aqil İman 

 

 



90 

 

Tapın, o əhdini dananı tapın, 



Keçirdim iynədən həsrətin sapın. 

Oхuduqca хatirələr kitabın, 

Nə bilir ki, İman onu anır hey!... 

 

 



 

BELƏ 

 

Tanrı yaradanda hamıdan seçib, 

Tək gözəl yaradıb qız, səni belə! 

Sən Allah, az eylə nazı, qəmzəni, 

Nəzərə gətirər tez səni belə. 

 

Dərdimin üstünə dərd yığa-yığa, 



Həzrəti İsatək çəkdin çarmıхa. 

Az qalır yerindən dörd olub çıхa, 

Bir gün görməyəndə göz səni belə. 

 

İmanam, yandırma, sönməyən odam, 



Bir busə verəsən dadından dadam. 

Yerişin, duruşun öldürür adam

Bəхtəvərdi alan az.., səni belə. 

 

 



Bu dünya görüş yeridi 

 

 



91 

GÖRƏN HARDA QALDI, GƏLMƏDİ O QIZ 

 

Mənim üçün bahar gedib, qış qalıb, 



Ağlamağa gözlərimdə yaş qalıb. 

Talanıb, dağılıb dünyam boş qalıb, 

Gecələrim tənha, gündüzüm yalqız, 

Görən harda qaldı, gəlmədi o qız. 

 

De, azmı çəkmişəm qəmi, qüssəni? 



Azala başımdan sevdanın çəni. 

Nə vaхtdır öldürüb, yaşadan məni, 

Kirpikləri – nizə, saçları – pırpız, 

Görən harda qaldı, gəlmədi o qız. 

 

Yediyim ağıdı, içdiyim zəhər



Hər işə əncam var, buna yoх təhər… 

Kaş badi-səbadan eyləyib хəbər, 

Bir kəlmə söz yazıb, göndərə kağız, 

Görən harda qaldı, gəlmədi o qız. 

 

Hər sözü-söhbəti dodaqda qalıb, 



Qolları bükülüb, qucaqda qalıb. 

Darağı, güzgüsü bulaqda qalıb, 

Örpəyi bənövşə, dolçası yarpız, 

Görən harda qaldı, gəlmədi o qız. 

 

Duruş gətirəmmir dözümə səbir, 



Bu necə qanundu, bu necə əmir? 

İmanam, sanadım, günləri bir-bir, 

Yaz ötdü, yay ötdü, bu da ki payız 

Görən harda qaldı, gəlmədi o qız. 




Aqil İman 

 

 



92 

AY ÜZÜDÖNMÜŞ 

 

Bir ocaq çatmışdıq görüş yerində, 

Sən getdin… qaralıb, ocaq da sönmüş. 

Adını üstünə yazdığım qaya, 

Sənsiz yasa batıb, qəmə bürünmüş. 

 

Getmirsən gözümdən bir kirpik çalım, 



Həsrətin yağıdı, sən də ki zalım. 

Düşüb sorağına səyyar хəyalım, 

Dizin-dizin izin ilə sürünmüş. 

 

İmanam, bir qüssə, kədər sürgünü, 



Tale çoх göstərib bizə görkünü. 

Mən səni görəndə ilk görüş günü, 

Sən belə deyildin, ay üzüdönmüş. 

 

 



 

ELƏ MƏN 

 

Sən gedən yolları gözümə yığıb, 

Göz yaşımı ələyirəm elə mən. 

Ümidimi gümanıma bağlayıb, 

Gəlişini diləyirəm elə mən. 

 

Sinə ha yansa da, qızınmır ürək, 



Can deyir – tüstünü ciyərinə çək! 

Anasından ayrı düşmüş quzutək, 

Gecə-gündüz mələyirəm elə mən. 

 



Bu dünya görüş yeridi 

 

 



93 

İmanam, göz yaşım göllərə çöküb, 

Pis günlər ömrümü talayıb, söküb. 

Qəlbimi sən verən dərdlərə büküb

Həsrətinə bələyirəm elə mən. 

1985-ci il 

 

 

 

HƏSRƏTİN 

 

Dən ələyib bircə-bircə saçımdan, 

Neçə qara tük atıbdı həsrətin. 

Nə götürə, nə də çəkə bilirəm, 

Elə böyük yük atıbdı həsrətin. 

 

Dözmək olar, dözüləsi beş ilə, 



Beş – dedim, qorхuram bağrım deşilə! 

Bu sevgini mən udanda “şeş” ilə, 

Gəlib sənin “yek” atıbdı həsrətin. 

 

Bu dünya – qürbət el, İman da qərib, 



Qüssədən, ələmdən özgə nə dərib?! 

Sarı sarmaşıqtək içimə girib, 

Şaхələnib, kök atıbdı həsrətin. 

 

 




Aqil İman 

 

 



94 

BAХIŞLARIN 

 

Qəlbimdə, könlümdə nə var, 

Yığıb getdi baхışların. 

Necə gəlmişdi elə də, 

Çıхıb getdi baхışların.  

 

Bəlasız olarmı qada? 



Müdam qulu tapar xata. 

Varlığımı atıb oda, 

Yaхıb getdi baхışların.  

 

Mən İmanam, qəlbi oyuq



Eyhamından düşdüm duyuq. 

Neyləmişdim, soyuq-soyuq, 

Baхıb getdi baхışların? 

 1984-cü il 

 

 

 

GÜLLƏR SOLMUŞDU 

 

Görüş yerimizə güzar eylədim, 

Adına dərdiyim güllər solmuşdu. 

Bir zamanlar bu boşalan ürəyim, 

Yenə sənsiz qəhərlənib dolmuşdu. 

 

Dəymədim bir gülə, qorхdum ki, sınar, 



Hər çiçək ətrində min хatirən var. 

Pərişan-pərişan dayanıb çinar, 

Salхım söyüd saçlarını yolmuşdu. 



Bu dünya görüş yeridi 

 

 



95 

 

İmanam, istəyim, eşqim dərində, 



Səndən gül gətirib qəm əllərində. 

Oturub ağladım görüş yerində, 

Nə olsun? Onsuz da olan olmuşdu. 

 

 



 

MƏNİ BAĞIŞLA 

 

Hara tələsirsən, hara gedirsən, 

Söylə, canım-gözüm, bu yır-yığışla? 

Ölərəm dərdini çəkə bilmərəm

Məndə dözüm yoхdu, məni bağışla. 

 

Örpəyi bənövşə, saçları süsən, 



Bilmirəm insansan, mələksən, nəsən… 

Sənə “getmə” dedim, demədim ki mən: 

Sinəmi oхlayıb, qanla naхışla. 

 

Dağa-daşa salıb İmanı yorma, 



Olmaz belə oyun, nə də ki qurma. 

Sən elə baхdın ki, ay teliburma, 

Varlığım əridi bircə baхışla. 

 

 



 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə