Bu dünya göRÜŞ yeriDİ



Yüklə 1,03 Mb.
səhifə25/42
tarix25.06.2018
ölçüsü1,03 Mb.
#51917
1   ...   21   22   23   24   25   26   27   28   ...   42

Aqil İman 

 

 



146 

dən  min  könülə  vurulmuşdu:  “Başın  haqqı,  eynən  mənim 

dilimdi  sənin  şeir  dilin,”–  deyib  o,  İmanı  özünə  bir  az  da 

doğmalaşdırdı.  Hətta  bir  neçə  şeirini  yazıb  götürdü  ki, 

Bakıda  çap  etdirsin.  Amma  sonralar  nədənsə  o  şeirlərdən 

bir səs-soraq çıxmadı... İmanın mühəndis olduğunu biləndə 

Hüseyn müəllim yenə öz zarafatından qalmadı: “Sən hazır 

alimsən,  şairsən,  oğul,  burax  o  tikintinin  başını,  səndən 

“injiner”  olmaz.  Gəl  Bakıya,  mən  də  kömək  edəcəm,  mü-

dafiə  elə,  alim  ol.  Özün  də  ki,  mənim  yaradıcılığımı  yaxşı 

bilirsən…” 

İndi xəyal burulğanında çabalaya-çabalaya ruhunun ətri 

hopmuş  saralmış  vərəqlərdə  və  yaddaşlarda  hifz  olunan 

şeirlərini oxuyuram İmanın. Allahın ona yazmış olduğu tale 

yazısı kimi… Səmimi hisslərdən, zərif düşüncədən, emosi-

yadan  yoğrulan  bu  misralar  zamanın  İmana  vermiş  olduğu 

suallara ən tutarlı cavabıdı. Şeirimizin ulu dədəsi Füzuliyə 

ünvanladığı  silsilə  şeirlərdə  günümüzün  bütün  təbəddülat-

larına  poetik  bir  rəng  qataraq  qaynar  ilhamı  sayəsində  ay-

dınlıq gətirib. Cahillik, cəhalət, haqsızlıq girdabında inildə-

yən bir xalqın dərdini onu sevənlər belə yaza bilər ancaq:  

 

Haqqı boğazından asdırıbdılar,  



Qəbrini dərindən qazdırıbdılar,  

Yalan ayağında basdırıbdılar,  

Can verib öləndə həqiqət, baba!  

 

Və yaxud:  



 

Salamını almayana,  

Salam da vermişəm, baba!  

 



Bu dünya görüş yeridi 

 

 



147 

Bu  səmimi  və  səmimi  olduğu  qədər  də  ağrılı  etiraf  – 

zamanın qovğaları ilə yaşayan həssas bir şair ürəyinin mü-

bariz döyüntüləridi.  

İman  təbiətin  kövrək  bir  vədəsində  doğulmuşdu  – 

1958-ci ilin dekabr ayında. Taleyi də, ömür yolu da elə pa-

yız  fəslinə  bənzəyirdi.  Adını  atamız  Həsən  Xəyallı  adlar 

içində  əzizlədiyi  könül  dostu,  nakam  taleli  böyük  Növrəs 

İmana  ehtiram  əlaməti  olaraq  İman  qoymuşdu.  İndi  Aqil 

İmanın şeirlərini oxuya-oxuya həm də Növrəs İmanı xatır-

ladım. Çünki, Növrəs İmanla Aqil İman poeziyası arasında 

coğrafi  bağlılıqla  bərabər,  bir  ruhi  bağlılıq  da  hiss  etdim. 

Nədənsə  taleyin  sərt  sınaqları  bu  iki  ömrügödək  şairi  se-

vincdən  qabaq  “muştuluqlayıb”  həmişə.  Bir  də  ki,  Aqil 

İmanın  poetik  yaddaşında,  nəfəsində  Miskin  Abdal,  Aşıq 

Alı,  Ələsgər,  Məmmədhüseyn,  Həsən  Xəyallıyla  bərabər 

Növrəs İmanın da təsirinin olması təbiidi. Çünki Aqil İman 

Göyçənin  milli  və  mənəvi  dəyərlərini  varlığında  yaşadan 

ənənəyə  bağlı  oğuz  türküydü.  Məzmun  və  mahiyyəti  yeni 

bir düşüncəyə modifikasiya etməklə əksər şeirlərində klas-

sik  ənənəni  –  formanı  qoruyub  –  saxlamağa  çalışmışdı. 

Növrəs  İmanla  Aqil  İman  poeziyasında  bir  oxşar  cəhət  də 

var ki, o da gələcəkdə olacaq hadisələri (xüsusən həyatdan 

tez köçmələri haqda!) təhtəlşüur olaraq yazmalarıdı. Yazıq-

lar  olsun  ki,  mən  də  daxil  olmaqla  İmanın  şeirlərindəki, 

gizli eyhamların sağlığında heç birimiz fərqində olmamışıq. 

Bilsək,  neyniyəcəydik  ki,  guya?  Şeirdi  də  yazmışam  –  de-

yib alovumuzun üstünə su ələyəcəkdi yəqin ki... Amma bir 

şeirinin iki misrasında özü hər şeyi nişan verib, mənim de-

mək istədiklərimi deyib: 

 

 



Aqil İman 

 

 



148 

İman çəkən zülüm təkdi, əzab tək,  

Bağlı qaldım oxunmamış kitabtək.  

 

Amma  mən  indi  demək  istəyirəm  ki,  yox,  Aqil  İman, 



sən  bağlı  qalmadın.  Qılman,  Araz  kimi  ocağının  od  qoru-

yanları  səni  sevən  könüllərdən  misralarını  ağız-ağız  topla-

yıb, saralmış vərəqlərdəki şeirlərini çinləyib, dəstələyib bağ-

lı qalan istedadını bacardıqları qədər açmağa nail oldular.  

29  avqust  1996-cı  il...  O  günü  xatırlamaq  istəməsəm 

də,  amma  nədənsə  hər  İman  adı  gələndə  tez-tez  xatır-

layıram. Həmin gün heç kimin yadına düşüb, ağlına gəlmə-

yəcək bir iş oldu – İmanın ürəyi qəfil susdu. Bir anın içində 

kabus kimi bütün el-obanı ağzına aldı bu qara xəbər. Hey-

rətindən  bu  xəbəri  eşidənlər  “kar”,  görənlər  isə  “kor”  ol-

muşdu.  Heç  kim  eşitdiyi  xəbərə  inanmaq  istəmir,  vaxtsız 

gələn  bu  əcəl  payını  İmana  yaraşdırmırdı.  Avqust  ayı  isti 

olmağına baxmayaraq, təbiət də İmanın bu vaxtsız itkisinə 

yas  saxlayırdı.  Günün  günorta  çağı  göy  üzü  qapqara  dol-

muşdu.  Külək  bağrını  yaran  bulud  az  qalırdı  ki,  hönkürüb 

leysan ələsin. Əsən xəfif meh qohumların, dostların çəkdiyi 

naləyə,  dediyi  ağılara  qoşulub  İmanın  vaxtından  tez  ağar-

mış  gümüşü  saçlarına  sığal  çəkirdi.  İndi  hər  o  günü  xatır-

layanda  İmansız  günlərimi  bayatıya  çevirib  öz-özümə  gü-

müldənirəm. Əgər buna gümüldənmək demək olarsa:  

 

Sərrafam, İman dərdi,  

Din dərdi, iman dərdi,  

Gözümnən suvardığım,  

Gülləri İman dərdi.  

 

 



Bu dünya görüş yeridi 

 

 



149 

Sərrafam, qardaşı yar,  

Yar olsun, qardaşı, yar!  

İman odumu görsə –  

Quzeydən qar daşıyar.  

 

İmansızlıq  əzabımı  nə  qədər  sözə  çevirməyə  çalışsam 



da, elə hallar olur ki,  söz də  bəzən əzaba  çevrilir. Həyatda 

axtarıb tapa bilmədiklərim kimi... 

Ürəyimdə o qədər dərdlər var, bilmirəm hansını yazım, 

hansını  yazmayım.  Haradan  başlayım,  harada  qurtarım. 

Dərd andır da ki, nə çəkməklə, nə də yazmaqla qurtarır. 

Hər dəfə dünyadan vaxtsız getmiş doğmalarımın – qar-

daşlarım  Nəbinin,  İmanın,  qoşalaşmış  məzarlarını  ziyarət 

edəndə  deyirəm:  Bezdinizmi  mənə  arxa-dayaq  olmaqdan? 

Ürəyimin infarktı, gözlərimin  yaşı olmağa nə tez tələsdiz? 

Bu suallar ətrafında daşa dönmüş şəkilləri ilə pərişan-pəri-

şan söhbət edib sonda ürəyimdə göyərən bu misralarıca ağ 

kağıza pıçıldaya bilirəm: 



 

Dərdinizi çəkəmmirəm, 

Dərdi daşan qardaşlarım. 

Qızılquştək qanad çalıb, 

Dağlar aşan qardaşlarım. 

 

Tez solan bostan oldunuz

Qohumdan, dostdan oldunuz. 

Dilimdə dastan oldunuz, 

Dastan qoşan qardaşlarım. 

 

Boğdu məni bu qəm, qəhər, 

Suyum zəhər, havam zəhər. 

Cazibəmdə axşam, səhər, 

Hey dolaşan qardaşlarım. 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə