24
İmam
Əbu Hənifə
öndəri, hədis elminin ustadı Əbu Davud əs-Sicistani üç
alimin imam olduğunu bildirir. İmam, alim, Xorasanın
ustadı Əbu Bəkr Əhməd ibn Hüseyn əl-Beyhəqinin
“Dəlailun-nübüvvə və mərifəti əhvəli sahibiş-şəria” kitabının
girişində imamlıq qavramının ətraflı açıqlamasını görə
bilərsiniz. Beyhəqi burada aşağıdakıları deməkdədir:
Beyhəqinin qənaəti:
“Bu məsələdə mütləq bilinməsi vacib olan məqamlardan
biri də budur: Uca Allah elçisi Həzrət Muhəmmədi haqq
din ilə bəşəriyyətə göndərmişdir. Son ilahi kitab olaraq da
Quranı nazil etmiş və onu qiyamətə qədər qoruduğunu
bildirmişdir:
“
Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz
də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən)
qoruyub saxlayacağıq!”.
28
Allah-Təala öz Rəsulunu dinini təbliğ, kitabını izah edən
şəxs olaraq göndərmişdir. Bu xüsus ayədə belə bildirilir:
“Sənə də Quranı nazil etdik ki, insanlara onlara
göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə,
onlar da düşünüb dərk edələr!”.
29
Uca Allah, Nəbisinə göndərdiyi kitabı insanlara tam
açıqlayana qədər ömür vermişdir. Həzrət Peyğəmbər
də ümmətinə doğru yolu göstərmişdir. Müsəlmanların
qarşılaşdığı hər hansı problemin izahı istər açıq bəyanla,
istərsə də dəlalət yolu ilə Quranda və Rəsulullahın (s. ə. s)
sünnəsində mövcuddur. Bununla yanaşı Uca Allah ümmətə
hər əsrdə dinin hökmlərini açıqlayan, etiqadı qoruyan və
dini bidətlərdən təmizləyən imamlar lütf etmişdir.
İbrahim ibn Əbdürrəhman əl-Uzri bu barədə Hz.
28.
Hicr surəsi, 15/9.
29. nəhl surəsi, 16/44.
25
İslam alimlərinin gözü ilə hədis elmində
Peyğəmbərdən bunları nəql edir:
“
Hər nəsildən ədalətli olanlar bu elmdən nəsibini alar. Həmin
elmdən nəsibini alanlar onu həddi aşanların təhrifi və cahillərin
yanlış təsəvvürlərindən qoruyarlar”.
Deyilən bu xəbərin doğruluğu ta səhabə dövründən
bu yana bütün əsrlərdə öz təsdiqini tapmışdır. Hər əsrdə
hədis ravilərini tanımaq üçün araşdırma aparanlar, cərh və
tədil elmini dərindən öyrənənlər olmuşdur. Araşdırdıqları
məlumatları istəyənlərin asanlıqla anlaya və istifadə edə
biləcəyi şəkildə kitablarında bir yerə toplamağa çalışmışlar.
Cərh və tədil elmi ilə sadəcə hədis alimləri yox, böyük elm
mərkəzi sayılan şəhərlərdəki fəqihlər də məşğul olmuş və
bu mövzuda fikirlər bəyan etmişlər.
Əbdülhəmid əl-Himməni Əbu Hənifənin belə dediyini
nəql edir: “Cabir əl-Cufidən daha yalançı, Atadan da daha
fəzilətli birini görmədim”.
Himməni nəqlinə belə davam edir:
“Əbu Səid əs-Səğani Əbu Hənifənin yanına gəlib,
− Sufyan əs-Sevridən hədis nəql etmək haqqında fikrin
nədir? − deyə soruşdu. O da belə cavab verdi:
− Ondan öyrəndiyin hədisləri yaz. Çünki o siqa ravidir.
Ancaq, İbn İshaqın Harisdən nəql etdiklərini və Cabir əl-
Cufinin rəvayətlərini yazma”.
Hərmələ də İmam Şafeidən belə dediyini nəql edir:
“Haram ibn Osmandan (hədis) rəvayət etmək haramdır”.
Yəhya ibn Səid əl-Kəttan isə belə demişdir: “Nəql
etdiyi hədislər səbəbilə ittiham edilən və rəvayətlərini
yaxşı əzbərləməyən şəxslər haqqında Şöbə, Süfyan əs-
Sevri, Malik ibn Ənəs və Süfyan ibn Üyeynəyə soruşdum.
Hamısıdan, “(Onların) vəziyyətindən insanları xəbərdar
et (yəni insanlar onların nəql etdikləri hədislərə tam etibar
etməsinlər. Red.)” − cavabını aldım”.