Bu "Nağıllar" kitabının digər nağıllar kitabından fəqrli gözəl cəhəti



Yüklə 496,42 Kb.
Pdf görüntüsü
səhifə10/15
tarix18.06.2018
ölçüsü496,42 Kb.
#49584
1   ...   7   8   9   10   11   12   13   14   15

ona cəmi bir gün vaxt verər, özünə də əlli şallaq vurdurardı. Hamının ondan 

zəhləsi gedərdi.

 

        


Günlərin  bir  günü  Mustafa  Dərcuyə  məhəlləsinə  gəlib  vergi  yığmağa 

başladı. Bir neçə həyətdən vergi yığandan sonra Nargilə 

 

nənənin həyətinə də 



girdi  ki,  xalça  toxuyub  satdığına  görə  ondan  sənətkarlıq  vergisi  alsın.  Nənə 

vergi yığanı görən kimi zülüm

-zü

lüm ağladı:



 

       -


Ay nainsaf, mənim nəyim  var ki, hər gün gəlib  məndən  vergi istəyirsən, 

günümü qara edirsən?

 

      Mustafa dedi: 



       -

Xalça  toxuyub satırsansa, sənətkarlıq  vergisi verməlisən. Bu  nə  mənim, 

nə  də  Allahqulu  bəyin  əmridir.  Bu  hamımızın  başımızın  ağası,  mötəbər 

Təhmasib şahın əmridir. Bütün əhli

-

təbriz əmri yerinə yetirməyə borcludur.



 

       -


Şaha  da  qurban  olum,  onun  əmrinə  də.  Amma  heç  olmasa  aman  verin 

toxuduğum xalçanı dəyər

-

dəyməzinə satım, sonra vergisini verim, 



deyə nənə 

mulazimə yalvarmağa başladı.

 

       



Mustafa isə heç vaxt, heç kəsin yalvarışına qulaq asmağı sevməzdi, dedi:

 

      -



Qarı bu saat, ya beş qızıl vergi verməlisən, ya xalçanı, ya da...

 

      



Qarı başa düşmədi ki, kişinin səsi birdən

-

birə niyə kəsildi:



 

      -


Ay kişi, gerisini de görüm, sonra nə istəyirsən, niyə səsini kəsdin?

 

      Mustafa udquna-



udquna danışsa da həyasızcasına istəyini qarıya bildirdi:

 

     -



Ya da o gözəl qızını mənə verməlisən ki, səninlə işim olmasın!

 

      



Qarının hirs təpəsinə vurdu, ağzından çıxanı Mustafaya dedi:

 

      -



Mənim  heç  kor  pişiyim  də  olsa,  onu  qıyıb  sənin  kimi  murdar  adama 

vermərəm. Beş

-

altı gümüş sikkəm qalıb, onları  verim, rədd ol burdan, bir də 



qapımı döymə, xalçanı satan kimi özüm gətirib vergini verərəm.

 

      



Mustafanın qəddar üzü

 

bir az da qəddarlaşdı:



 

      -


Qarı, görək kim peşman olacaq? Sən, yoxsa mən? Baxarıq!

 

      



Sonra həyasız mulazim gümüş sikkələri nənədən alıb getdi. 

      


       

Nargilə nənə dul arvaddı. Çox kasıb dolanırdı. Hamı da bilirdi ki, Nargilə 

nənənin şah xəzinəsinə

  

verəsi bir quruşu da yoxdur.



 

     


Amma Mustafa hər gün qoca arvadın həyətinə gəlir, vergini ödəməyəcəyi 

təqdirdə onu zirzəmiyə salacağı ilə hədələyirdi. Nargilə nənə nə illah eləyirdisə 

də,  Mustafa  ondan  əl  çəkmirdi.  Nənə  ağlayıb  yalvarsa  da,  nainsaf

  mulazim 

insafa gəlmirdi ki, gəlmirdi. 

      


      

Nargilə 


 

nənə  qoca  olsa  da,  yaxşı  xalça  toxuyandı.  Amma  çox  qoca 

olduğundan  beş

-

altı  aya  bir  xalça  toxuyardı.  Cavanlıqda  övladı  olmadığına 



görə  əri  onu  boşamışdı.  Sonralar  isə 

 

tək  arvad  kimsəsiz  bir  qızı  övladlığa 



götürüb  böyütmüşdü.  Qızın  adı  Nərgiz  idi.  Nərgizin  on  üç  yaşı  vardı.  Çox 

gözəl  qız  idi.  İri,  qara  gözləri,  ağappaq  üzü,  az  qala  yerə  dəyən,  gur saçları 

vardı.  Nənəsi  qıza  saçlarını  yumurtanın  sarısı  ilə  yumağı  öyrətmişdi.  O  da 

nənəsi deyəni edir,

 

ona görə də qızın saçları uzanır, elə hey uzanırdı.



 

     


Nərgiz  nənəsini  çox  istəyirdi.  Nənə  təkcə  xalça  toxuyur,  qalan  bütün  ev 

işlərini, biş

-

düş işini, həyət



-

baca işini, üstəlik meşədən odun gətirib, doğramaq 

işlərini Nərgiz eləyirdi.

 



      

Onların qonşuluğunda Həbib adlı altı yaşlı bir oğlan uşağı var idi. Hərdən 

Nərgizə  köməyə  gəlirdi.  Deyirdi  ki,  ver  odunları  mən  doğrayım,  sənə  kömək 

edim. 


       -

Əlini  dəhrə  kəsər,  sən  odun  doğrayan  deyilsən, 

qız  deyər,  uşağa 



firnidən

-

şirnidən verib yola salardı.



  

      


Qız  onu  öpüb  yola  salanda,  Həbib  sevinər  və  qaçıb  bütün  qonşulara 

yayardı ki, «nisanlım məni öpdü».

 

     


Dərcuyə  məhəlləsində  bütün  subay  oğlanların  Nərgizdən  xoşu  gəlirdi. 

Amma Nərgiz nənəsini tək qoymaq istəmir, hələ «tezdir» deyə, ərə getmirdi. 

Ög

ey qız nənəsinə bu cür mehriban olduğuna görə,



  

məhəllə camaatı da qızı 

çox istəyirdi.

 

      



Günlərin bir günü mulazim Mustafa yenə də vergi yığmaqdan ötəri Nargilə 

nənənin  darvazasını  döydü.  Nənə  evdə  yox  idi.  Çaya  getmişdi  ki,  rənglədiyi 

yun sapları çayın suyunda bir əl yusun. Nərgiz darvazanı açdı. Mustafa irişə

-

irişə qıza dedi:



 

     -


Nə oldu, fikirləşdin, mənə gələcəksən, yoxsa nənəndən zorla vergini alım?

 

      



Nərgizin bu kişidən zəhləsi gedirdi. Eşitmişdi ki, onun iki arvadı, beş uşağı 

var.  Özü  də  hər  dəfə  gələndə  ona  şorgöz

-

şorgöz  baxdığı  bəs  deyil,  hələ  bir 



əlinə  fürsət  düşən  kimi  həyasız

-

həyasız  subay  qıza  evlənmək  istəyini  də 



bildirirdi. 

      


Nərgiz  yumruğunu  düydü  ki,  kişinin  daz  başına  ilişdirsin.  Amma  «lənət 

sənə, kor şeytan» deyib, özünü saxladı. Belə eləsəydi, Mustafa onu zirzəmiyə 

salmaq adı ilə özü ilə apara bilərdi. Birtəhər sakitləşib dedi:

 

       -



Ay  kişi,  nə  qədər  sənə  demək  olar,  nənəm  toxuduğu  xalçanı  hanadan 

kəsməyib.  Kəsən  kimi  satacaq,  satan  kimi  də  vergini  verəcək.  O  ki  qaldı 

mənim

 

ərə  getməyimə,  mən  nənəmi  bu  qoca  yaşında  tək  qoyub,  heç  yerə 



gedən deyiləm. Bir də bu sözü mənə demə. 

   


      

Kişi dişlərini ağartdı. Şit

-

şit qızın üzünə hırıldadı:



 

       -


Onda  nənən  də  evdə  yoxdur,  qoy  bircə  kərə  üzündən  öpüm,  sonra  bir 

müddət siznən işim olmayacaq, dedi və qızın üstünə yeridi. 

  

        


Nərgiz qorxdu, geri çəkilmək istədi. Qolu Mustafanın əlinə keçdi. Mustafa 

onun qolundan möhkəm tutdu ki, qız qaça bilməsin.

 

        


Nərgiz  kişidən  canını  qurtarmaq  üçün  çapaladı,  amma  gücü  çatmadı. 

Hirs


ləndi. Dirsəyi ilə boğazının hulqumundan elə vurdu ki, kişi yerə yıxıldı. Qız 

özünü  itirmədi.  Uzun,  qalın  saçlarını  kişinin  boğazına  dolayıb,  onu  boğmağa 

başladı.

 

       



Bu vaxt həyətdə oynayan Həbib səsə gəldi. Balaca oğlan gördü ki, Nərgiz 

bir  kişini  uzadıb  yerə,  onu  boğur.  Fikirləşdi  ki,  bu  yəqin  tilsimkardır.  Qaçıb 

yerdən dəhrəni götürdü. Onun küt tərəfi ilə Mustafanın daz başından elə vurdu 

ki, kişinin huşu getdi. Qız onun boynuna doladığı saçlarını açdı. Həbibə dedi:

 

      -


Sağ ol, dostum, sən olmasaydın mən bu murdarı öldürüb 

 

qatil olardım.



 

        


Həbib dedi:

 

      -



Mən sənin dostun yox, nisanlınam!

 

       



Nərgiz güldü, uşağı bağrına basıb, öpdü. Həbib isə yenə də şadlığından 

 

düz  məhəllənin  ortasına  qaçdı.  Gördüklərini  məhəllə  kişilərinə  danışdı. 



S

evinə


-

sevinə dedi ki, «nisanlım məni öpdü».

 



Yüklə 496,42 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə