Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   14   15   16   17   18   19   20   21   ...   61

Bu  Parsa  (
Pars,  Peres,  Persida,  Persiana,  Parsua,  Persiya,  Fars
  və  baĢqa  Ģəkilləri  də  var) 
haradır və necə yaranmıĢdır? 
Tarixə dərindən baxsaq aydın olar ki, Parsa 
"farsların yaĢadığı yer, fars ölkəsi"
 deməkdir. 
Pars
 
bir  toplumun  adıdır.  Yunanlar  onlara 
pers,  perse,  perses
  deyirdilər.  Ərəblərdə 
"p"
  səssizi 
(samiti)  olmadığına  və  ərəb  dilinin  səs  uyğunluğuna  görə  onu 
"f"
  səssizi  (samiti)  ilə  əvəz 
etmiĢ, 
parsa fars
 demiĢ və o cür də yazmıĢlar. Elə buradan da, ayrıca da olaraq ərəb-islam 
ağalığı dövründən (VII-XII yüzillər) farsların özləri də daxil olmaqla türklər, ərəblər və baĢqa 
xalqlar  da 
parsa
  sözünü 
fars
  sözü  ilə  əvəz  etmiĢlər.  Yunanlar  və  bizanslılar  öz  qədim 
ifadələrini dəyiĢdirməyərək parsları 
pers, persus
 deyə tanımaqda və yazmaqda davam etmiĢ, 
buradan  da Avropa dillərinə  və rus dilinə bu söz 
"pers"
  Ģəklində keçmiĢ və özünə  möhkəm 
yer  qazanmıĢdır.  Erməni  dilində 
"f"
  səssizi  (samiti)  olmadığına  görə  ermənilər 
"fars"
  yox, 
"pars"
 deyirlər. Əfqanıstan, Hindistan və Orta Asiyada 
"pars"
 və 
"fars"
 hər ikisi iĢlədilir. 
VII-IX  yüzillərdə  islam  dinini  qəbul  etməyən  yüz  minlərlə 
maqlar
  (zərdüĢtçülər)  köçüb 
Hindistana getdilər. Onların çoxu fars (pars) olduğu üçün onlara bu gün də 
parslar
 deyilir. Bir 
məlumata  görə,  onların  sayı  100  min,  baĢqasına  görə,  150  mindir.  Azərbaycan  və  Anadolu 
(Kiçik  Asiya)  türkləri  istər  danıĢıqda,  istər  yazıda  ərəb  dilinin  təsiri  altında  yalnız 
"fars"
 
sözcüyünü iĢlədirlər. 
Orta  çağlarda 
"pars"
dan  dönüb 
"fars"
  olan,  indi  də  özlərini  daha  çox 
"irani,  iranilər"
 
adlandıran parslar miladdan qabaq IX-VIII yüzillərdə Hind çayının aĢağı hövzəsindən - qədim 
ata-baba  yurdlarından  axın-axın  köç  edərək  Elam  dövlətinin  torpaqlarında  yerləĢmiĢlər. 
Hindistan  kökənli farslar türkdilli elamların  himayəsinə  sığınaraq  Ümman  dənizi  sahillərində, 
Bəsrə körfəzinin quzeyində məskunlaĢaraq buralarda özlərinə yeni vətən qazandılar. Eradan 
qabaq  VII  yüzildə  indiki  ġiraz  Ģəhəri  yaxınlığında,  daha  çox  bir  əraziyə  toplaĢan  parslar  bir 
böyük  tayfa  ittifaqı  halında  birləĢdilər.  Onların  bir  ərazidə  toplaĢıb  bir  inzibati  ərazi 
yaratmalarını  Elam  dövlətinin  siyasəti  tələb  edirdi.  Belə  ki,  elamlılar  indiki  ġirazdan  50  km 
quzey-doğuda  Ģəhər  saldırmıĢ,  onu  yeni  əyalətin  paytaxtı  etmiĢdilər.  Həmin  Ģəhər  və  onu 
əhatə  edən  əyalət  parslarla  məskunlaĢdırılmıĢdır.  Sonralar  hakimiyyətə  gələn  pars  sülaləsi 
Əhəmənilərin (HaxamaniĢi) nümayəndəsi I Dara (m.ö. 522-486) bu Ģəhər-qəsəbəni yenidən 
qurmuĢ  və  Əhəmənilərin  əsas  paytaxtına  çevirmiĢdir.  Bu  Ģəhər 
Parsa
  adlanırdı,  onu  əhatə 
edən  torpaqlara  da 
Pars  əyaləti
  deyilirdi.  Məhz  bu  Ģəhərə  yunanlar 
Persepolis
,  əyalətə  isə 
Persiada
, ya da 
Persiana
 deyirdilər, bu da 
"pars ölkəsi"
, yaxud 
"pars Ģəhər-dövləti"
 mənasına 
gəlirdi. Parsanın ilk özülünün qoyulmasında elamlılar əsas rol oynasalar da onun inkiĢafı və 
müstəqil  dövlətə  çevrilməsində  parslar  midiyalılara  minnətdardır.  Belə  ki,  dediyimiz  kimi, 
parslar elamlıların vassalı idilər.  
Elam  dövlətinin  tənəzzülə  uğramasında  Assuriya  ilkin  səbəb  olmuĢdur.  Assuriya  hökmdarı 
AĢĢurbanipal  miladdan  öncə  yeddi  kərə  (665,  655,  652,  648,  646,  645,  640-639-cu  illər) 
Elama  basqın  yapıb  onun  bir  çox  əyalət  və  Ģəhərlərini  xaraba  qoydu,  əhalisini  qılıncdan 
keçirib  var-yoxunu  taladı.  Assuriya  bütün  dörd  yanını  -  Elam,  Babil,  Urartu,  Suriya  və 
baĢqalarını  qorxu  və  zülm  altında  saxladığı  bir  dövrdə 
Azərbaycan-Midiya  dövləti
  meydana 
çıxdı. 
Midiya  dövləti  və  tarixi  haqda  müxtəlif  fikirlər  və  mübahisələr  vardır.  Ancaq  biz  qəti  bu 
fikirdəyik  ki,  Midiya  Azərbaycan-türk  dövlətidir.  Midiyanı  təĢkil  edən  altı  böyük  el  türk  elləri 
idi. 
"Midiya  ölkəsi"
  (Kur  Midiya)  ifadəsinə  miladdan  öncə  9-cu  yüzilin  baĢlarında  Assur 
yazılarında rast  gəlinir. Midiyalılar miladdan  öncə  14-13-cü  yüzillərdə,  bəlkə  də ondan daha 
qabaq  Ġkiçayarasında  tanınırdılar.  Bütün  tarix  qaynaqları  və  çağdaĢ  tarixçilər  m.ö.  birinci 
minilliyin  baĢlanğıcında  Azərbaycanda  mərkəzi  Urmiya  gölü  yaxınlığında  yerləĢən 
Manna 
dövlətinin
 olduğunu və bu dövlətin Azərbaycan-türk dövləti olduğunu qəbul edirlər. Bununla 


yanaĢı,  Midiya  ellərinin-tayfalarının  Ərdəbil-Qəzvin-Zəncan-Həmədan  boylarında  yaĢadığını, 
gah  Mannaya  daxil  olub,  gah  da  müstəqil  fəaliyyət  göstərdiklərini,  mannalılar  zəiflədikcə 
midiyalların gücləndiyini tarix mübahisəsiz qəbul edir. Sadəcə olaraq, Manna yüzillərlə Assur, 
Babil və Urartuya qarĢı daim müharibələrdə olmuĢ, m.ö. yeddinci yüzildə Babil, Elam, Manna, 
Assur və Urartu bir-biri ilə müharibələrdə tənəzzülə uğramıĢ, bu müharibə səhnələrindən bir 
qədər uzaqda qalmıĢ midiyalılar öz güclərini bir yerə toplamıĢ, tam müstəqil dövlət yaratmıĢ, 
Həmədanı  (Ekbatanı)  özlərinin  paytaxtı  edərək  Elam  və  Babili  məğlub  və  özlərinə  müttəfiq 
edərək  Assuriyanı  darmadağın  etmiĢlər.  "Hökmdarlar  hökmdarı"  adlanan  Midiya  hökmdarı 
Kiaksarın
 dövründə (m.ö. 625-585) Midiya sanki hər hansı bir olağanüstü gücün yardımı ilə 
Elamı,  Mannanı,  Babili,  Assuriyanı,  Urartunu  fəth  etdi,  Lidiyanı  özündən  asılı  duruma  saldı. 
Elamlıların bir caniĢini olan Əhəmənilər və onların idarəçiliyində olan 
Parsa Midiya dövlətinin 
tərkibinə qatıldı

Göstərdiyimiz  kimi,  Parsa  öncə  Elamın  bir  əyaləti  idi,  Əhəmən  də  oranın  caniĢini.  Bundan 
istifadə edən parslar ilk  öncə Elamın Ģərqinə və mərkəzinə yayılırdılar. M.ö. yeddinci yüzilin 
baĢlanğıcında Assuriya tərəfindən məğlubiyyətə uğrayan Elamın zəifliyindən yararlanaraq ona 
zərbələr vurur, öz nüfuzlarını artırırdılar. Ancaq bütün xəyanət və çabalamalara baxmayaraq 
Əhəmənin (sülalənin banisi) və onun oğlu ÇiĢpiĢin (m.ö. 675-640-cı illər) caniĢinliyi dövründə 
Elamın hakim nüfuzu Parsanın üzərində qalırdı. 
M.ö.  640-639-cu  illərdə  Elamla  Assuriya  arasında  olan  savaĢda  ÇiĢpiĢin  oğlu  və  varisi  I  Kir 
Elamın  vassalı  kimi  vuruĢurdu.  Bəlli  olduğu  kimi,  bu  müharibədə  Elam  tam  məğlub  olmuĢ, 
onunla yanaĢı "PersumaĢ hakimi" I Kir də məğlublar sırasında idi. I Kir (m.ö. 640-604-cü illər) 
oğlunu Assuriya hökmdarı AĢĢurbanipalın yanında girov qoyaraq keçmiĢ hamisi və ağası, indi 
məğlub Elama qarĢı çıxır, daha doğrusu, ona arxadan zərbə vuraraq Elamın AnĢan Ģəhərini 
və  AnĢan  vilayətini  öz  əlinə  keçirir.  Bu  zaman  Kiaksar  AnĢan  və  Parsanı  tutur,  Əhəmənilər 
nominal caniĢin hakimiyyətlərini itirir, öncə Elamın xidmətçiləri olan Əhəmənilər bundan sonra 
Midiya hökmdarına xidmət edirlər. 
Midiya  hökmdarı,  daha  doğrusu,  imperatoru  yenilməz  Kiaksar  öləndən  sonra  onun  yerinə 
oğlu 
Astiaq
  keçir  (hakimiyyət  illəri  m.ö.  585-550).  Astiaqın  hakimiyyəti  dövründə  də  Midiya 
Yaxın və Orta ġərqin ən güclü imperyiası idi. Ancaq 6-cı yüzilin ortasında Midiya imperiyasına 
qarĢı  xarici  güclər  mübarizəyə  baĢlayır.  Babilistan,  iskit,  kas  (qaz)  və  saklar  Midiyanın 
hüdudlarına müdaxilə edirdilər. Bundan istifadə edən parslar daxildən çevriliĢ hazırlayırdılar. 
Parslar  bu  anadək  Midiyanın  mərkəzi  Ekbatanda  özlərinə  müəyyən  yer  qazanmıĢ,  hətta 
Astiaqın  sarayında  mövqe  tutmuĢdular.  Əhəmənilərin  baĢçısı  II  Kir  sarayda  güclü  nüfuz 
qazanmıĢ, bir sıra əyanları müxtəlif yollarla ələ almıĢdı. 
Bu  zaman  Astiaqın  ordu  baĢçısı 
Harpaq
  da  hökmdara  qarĢı  gizli  mübarizə  aparırdı. 
Azərbaycanın  quzeyində  qədimdən  yaĢayan 
kaslar  (qazlar)
  Midiyaya  qarĢı  müharibəyə 
baĢlayır. Astiaq kaslara qarĢı II Kirin baĢçılığı altında güclü bir ordu göndərir. II Kir xəyanət 
edərək  kasların  tərəfinə  keçir,  onlarla  saziĢ  bağlayır,  birlikdə  Midiyaya  qarĢı  müharibə 
aparırlar.  Müharibə  m.ö.  553-cü  ildən  550-ci  ilədək,  3  il  davam  edir.  Bu  üç  il  ərzində  türk 
kaslarla  türk  midiyalılar  bir-birini  qılıncdan  keçirir.  Ancaq  midiyalılar  yenə  də 
məğlubedilməzliklərini  saxlayırdılar.  Bu  anda  ikinci  böyük  xəyanət  baĢ  verir.  Ordu  baĢçısı 
Harpaq  saray  çevriliĢi  edir.  M.ö.  550-ci  ildə  kas  və  pars  birləĢmələri  Həmədana  (Ekbatana) 
girir və Astiaq öldürülür. Herodot yazır ki, Astiaq ölüm ayağında Harpaqa deyir: 
"Əgər sənin 
mənimlə ədavətin var idisə baĢqa cür edəydin. Ancaq sən xəyanət edib hakimiyyəti bu əclaf 
parslara satdın!"
.  
Bəli,  bu,  çox  böyük  bir  tarixi  xəyanət  idi.  Harpaqın  və  Kirin  xəyanəti,  kas-sak  türklərinin 
hücumları  nəticəsində  Azərbaycan-türk  dövləti  Midiya  imperiyası  süqut  etdi,  parslar 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə