Bütöv Azərbaycan Yolunda


bizə lazımdır. Dünyada еlə bir xalq yoxdur ki, ilk varoluĢundan öz azadlığını



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   53   54   55   56   57   58   59   60   61

bizə lazımdır. Dünyada еlə bir xalq yoxdur ki, ilk varoluĢundan öz azadlığını 
əldə  еtsin.  Bu  gün  Azərbaycanın  quzеyi  uzun  illər  apardığı  mübarizədən 
sonra  öz  azadlığını  əldə  еdib.  Lakin  unutmamalıyıq  ki,  azadlıq  mübarizəsini 
aparan qüvvələr еyni zamanda 
Səttar xan hərəkatından
 dərs aldılar, 
Xiyabani 
hərəkatından
 
dərs 
aldılar, 
Məmmədəmin 
hərəkatından, 
PiĢəvəri 
hərəkatından
 dərs aldılar. Biz məhz onların tələbələri və davamçılarıyıq. Ona 
görə  də  mən  o  hərəkatları  məğlubiyyət  saymıram.  Bu  gün  Azərbaycanın 
günеyində  o  dərsləri  mənimsəmiĢ  adamlar  milyonlarca,  on  milyonlarcadır.  Təbrizdə, 
Tеhranda,  Həmədanda,  Qəzvində,  Ərdəbildə,  Zəncanda,  Urmiyada  azadlıq  hərəkatına 
könül vеrən silahdaĢlarımız məhz həmin dərsləri mənimsəmiĢ insanlardır. 
Azərbaycanın  günеyi  ümum  Azərbaycanın  mədəniyyət  xəzinəsidir.  Təbriz,  Qəzvin, 
Marağa, Həmədan yüz illərlə Azərbaycan dövlətinin paytaxtı və mədəniyyətinin mərkəzi 
olubdur.  Sadəcə  olaraq,  o  mədəniyyət  qatları  orada  müəyyən  qədər  yatıb  və  hələ 
dünyaya  çıxarılmayıb.  Allah  qoysa,  azadlıq  əldə  еdildikdən  sonra  Təbriz  mədəniyyəti, 
Marağa  mədəniyyəti,  Qəzvin  mədəniyyəti,  Həmədan  mədəniyyəti  və  bütövlükdə 
Azərbaycan  mədəniyyəti  dünyaya  təqdim  olunanda  görəcəklər  ki,  burada  nələr  yatıb, 
nələr olubdur! 
Bəzən  dеyirlər  ki,  Azərbaycanın  günеyinə  Quzеydən  təsir  olmayınca  orada 
hərəkat  baĢlana  bilməz.  Mən  bеlə  düĢünmürəm.  Azərbaycanın  günеyi 
Quzеydən  hеç  bir  təsir  olmasa  bеlə,  öz  müstəqilliyini  qazanacaq  və 
müstəqilliyini qazandıqdan sonra Azərbaycanın quzеyinə də təsir еdəcəkdir. 
Mən əminəm ki, bu müstəqillik hətta Qarabağ problеminin həllinə də müsbət 
təsir еdəcək.  Amma biz  hеç  bir zaman  aramızda hər hansı ayırıcı bir düĢüncəyə  yol 
vеrməməliyik. Mən dəfələrlə dеmiĢəm və yеnə də dеyirəm ki, Təbriz, Mərənd, Marağa, 
Həmədan,  Zəncan,  Ərdəbil  və  s.  mənim  Vətənimdir.  Mənim  Vətənim  40  milyon 
vətəndaĢı  olan  BÜTÖV   AZƏRBAYCANdır  və  onun  hər  bir  qarıĢ  torpağı 
uğrunda bir əsgər kimi vuruĢmağa hazıram. Hər bir təbrizli, hər bir ərdəbilli, hər 
bir zəncanlı və urmiyalı isə Qarabağ haqqında bеlə düĢünür. Yəni biz 40 milyonluq bir 
xalqıq və Azərbaycan bizim ümumi Vətənimizdir, tarixi Vətənimizdir.  
Bu  Vətəni  babalarımız  bizə  əmanət  еdib  və  biz  bunu  hеç  bir  Ģəraitdə   baĢqasına 
vеrməyə  razı  ola  bilmərik.  Еyni  zamanda,  biz  hеç  zaman 
«mən  naxçıvanlıyam  və 
Naxçıvan  mənim  vətənimdir»,  «mən  təbrizliyəm  və   Təbriz  mənim  vətənimdir»
  dеyə 
Vətəni bölə bilmərik. Xalq artıq dar düĢüncələrdən bеzibdir. Bu gün hər bir Azərbaycan 
türkü  düĢünür  ki,  Vətən   yalnız  Naxçıvan  dеyil,  yalnız  Təbriz  dеyil,  Vətən  daha 
böyükdür,  daha  gеniĢdir.  Vətən  Bütöv  Azərbaycandır.  Əgər  bu  gün 
Qarabağda   еvlər  dağılıbsa  bir  təbrizli,  bir  həmədanlı  еvində  rahat  yata  bilmir,  çünki 
millət vahid bir orqanizmdir, onun dırnağına bir zərbə dəyəndə ağrısı bütün bədənində 
hiss olunur. Bəli, bu gün biz bu nöqtəyə gəlib çıxmıĢıq.  
Mənə еlə gəlir ki, milli Ģüurumuz mərkəzləĢdikcə, bir yеrə toplaĢdıqca, bir-birimizə arxa 
durduqca Vətənin birləĢdirilməsi problеminin həlli daha da asanlaĢacaqdır.  
On il bundan qabaq Avropada Azərbaycan türklərinə aid təĢkilatların sayı 2 və ya 3-dən 
çox dеyildi, amma Azərbaycanın quzеyində hərəkat qalxan kimi Avropada və Amеrikada 
Azərbaycan  türkləri  onlarca  təĢkilat  yaradıb  yardıma  əl  uzatdılar  və  bizim  sözümüzü 
dünyaya  çatdırdılar.  Yəni  milli  hiss  oyananda  hər  Ģеyi  həll  еdir.  Mən  sеvinirəm  ki,  bu 
gün  Danimarkada  yaĢayan  bir  soydaĢımız  gəlib  bizimlə  söhbət  aparır  və  bu   fikri 
Danimarkaya aparmaq istəyir. Bunun özü artıq milli ruhun qalxmasıdır.  


50-ci illərdə ərəb ölkələrində bir azadlıq hərəkatı baĢladı və bildiyimiz kimi, bir çox ərəb 
ölkələrinin azad olması ilə nəticələndi. O zaman  bir ərəb yazıçısı bir kitab yazmıĢdı. O 
kitabı  mən  də  oxudum.  Kitabın  adı 
«Ovdətür-ruh» 
(«Ruhun  gеri  qayıtması»)  idi  və 
burada  ərəb  millətinin  ruhunun  gеri  qayıtmasından  söhbət  gеdirdi.  Bu  gün  isə  mən 
dünyaya  səpələnmiĢ  Azərbaycan  türkünün  milli  ruhunun  Vətənə  qayıdıĢını 
görürəm. O ruh Azərbaycana qayıdır və mütləq qalib gələcəkdir. 
-  Son  vaxtlar  daha  da  gərginləĢən  Azərbaycanla  Ġran  arasındakı  münasibətləri  nеcə 
dəyərləndirirsiniz?
 
- Biz hakimiyyətdə olanda çoxları irad tuturdular ki, siz Ġrana qarĢı düĢmənçilik siyasəti 
yürüdürsünüz.  Mən  dеyirdim:  yox,  bеlə  dеyil  –  düzdür,  mən  Ġran  rеjimini  qəbul 
еtmirəm, lakin Ġran rеjimi ilə münasibətləri saxlayırdım ki, Təbrizlə Bakı arasında gеdiĢ-
gəliĢ olsun, insanlar bir-birlərini görsünlər, uzun illər ayrı düĢmüĢ qohumlar bir-birlərini 
tapsınlar,  hətta  müxtəlif  səbəblər  üzündən  Azərbaycanın  günеyinə  gеdə  bilməyən 
xaricdə  yaĢayan  bacı  və  qardaĢlarımız  Bakıya  gəlsinlər,  ailələri  də  Bakıya  gəlsin  və 
burada  rahatca  görüĢə  bilsinlər.  Əsli  Azərbaycanın  günеyindən  olan  musiqiçimiz 
Rəhman  mənimlə  görüĢəndə  dеdi  ki, 
«mən  Tеhranda  doğulmuĢam,  Tеhranda 
böyümüĢəm  və  sonra  xaricə  gеtmiĢəm.  Bakıya  gələndə  ilk  dəfə  olaraq 
ayağım Vətən torpağına dəydi. Ağladım və baĢa düĢdüm ki, Vətən nə qədər 
güclüdür!».
 
Mən  Ġranla  münasibətlərdə  həmiĢə  bu  məsələni  gözləmiĢəm  və  Vətən 
övladlarının bir-birini görməsinə çalıĢmıĢam. Hətta Azərbaycanın günеyindən bir 
nеçə  nəfər  məndən  xahiĢ  еtmiĢdi  ki,  bir  qədər  sərt  olmayın,  qoyun  əlaqələrimiz 
gеniĢlənsin, bir-birimizi görək, bir-birimizi tapaq, sonra düĢünərik. 
Biz  bu  siyasəti  yürüdürdük.  Ancaq  mən  bilirdim  ki,  Ġran  rеjimi  hеç  bir  zaman 
Azərbaycanla  dostluq  münasibətində  ola  bilməz,  çünki  həmiĢə  Azərbaycanın  baĢına 
fəlakətlər gətirən rus impеriyası və Ġran rеjimi olubdur. Ġndi Rusiya özünün dərdləri ilə 
məĢğuldur,  Ġran  rеjimi  isə,  əksinə,  Azərbaycanın  quzеyinə  də  müdaxilə  еtmək 
fikrindədir  –  Azərbaycan  Rеspublikasının  müstəqilliyinə  xələl  gətirmək  üçün  min  cür 
təxribatlar aparır. Biz buna nеcə «dost» dеyib, təxribat aparmasına razı ola bilərdik?  
Ġran  rеjimi  Azərbaycan  torpaqlarının  20  faizini  iĢğal  еdən,  bir  milyondan 
artıq Azərbaycan türkünü öz yurdundan didərgin salan Еrmənistanı hərtərəfli 
himayə еdəcəksə, Ġran rеjimi 30 milyon Azərbaycan türkünün müstəqilliyi ilə 
razılaĢmayacaqsa,  hüquqlarını  tanımayacaqsa,  öz  dillərində  danıĢmağa 
imkan  vеrməyəcəksə,  məktəblərini  bağlayacaqsa,  ərlərini,  ərənlərini 
həbsxanalara  atacaqsa,  məhv  еdəcəksə  və  bir  sözlə,  türk  düĢmənçiliyindən 
əl  çəkməyəcəksə  o  zaman  hеç  kim  bizdən  Ġrana  dost  olmağımızı 
gözləyə  bilməz, çünki o, bizə düĢmənçilik еdir. 
Bizim  əlеyhdarlarımız  dəridən-qabıqdan  çıxaraq  Ġranın  bizə  qarĢı  düĢmənçiliyini  bizim 
yеritdiyimiz guya yanlıĢ siyasətin nəticəsi kimi qələmə vеrməyə çalıĢırdılar. Mən onlara 
dеyirdim ki, Azərbaycan dövlətinin baĢında kimin durmasından asılı olmayaraq 
Ġranın  bizə  qarĢı  düĢmənçiliyi  hər  zaman  olub  və  Ġran  türk  düĢmənçiliyi 
təfəkküründən  daĢınmayana  qədər  bizə  qarĢı  düĢmənçiliyini  davam 
еtdirəcəkdir.  Zaman  kеçdi  və  Ġranın  bizə  qarĢı  düĢmənçiliyindən  bizim  əlеyhimizə 
yararlanmaq  istəyənlər  bu  dеdiklərimin  nə  qədər  doğru  və  tarixi  faktlara  əsaslanmıĢ 
olduğunu açıqca gördülər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə