28
Buxovları qıran
Qərbdə təhsil almış insanlar üçün inkişaf etmiş texnologiya və
iqtisadi uğura əsaslanaraq Şərq dünyagörüşündən əhəmiyyətsiz
bir şey kimi imtina etmək asandır. Bəs onda yaxşı inkişaf etmiş
sənayedə cinayətin və pornoqrafik çirkinliklərin yayılması niyə ən
yüksək dərəcədədir? Nə Qərb, nə də Şərq dünyagörüşü Müqəddəs
Kitaba uyğun həqiqəti əks etdirmir.
İki mərtəbənin arasında Dr. Paul Hiebertin «kənarlaşdırılmış or-
talıq» adlandırdığı yer var. Bu ruhani qüvvələr yer üzündə fəal olan
gerçək aləmdir. Biz qaranlıq padşahlığını dünyagörüşümüzə daxil
etməliyik, çünki həqiqətdə kənarlaşdırılmış ortalıq yoxdur! Paul
göylərdəki ruhani döyüş haqqında danışanda o, Mars və Pluton
kimi uzaq yerlərdən danışmırdı. O, ruhani aləmdən, ətrafımızda
olan və bu dünyanın hökmdarı ilə idarə edilən qaranlıq padşahlı-
ğından danışırdı.
Bu dünyəvi, ikimərtəbəli təfəkkürün bəzi Qərb məsihçilərinin
düşüncəsinə necə təsir etdiyini təsvir etmək üçün gəlin sizə Die
adlı ağıllı cavan bir qadından, pastor qızından danışım. Diedə son-
ralar dağınıq skleroz diaqnozu qoyulan fiziki simptomlar əmələ
Allahın və ruhani qüvvələrin
fiziki hisslərimizdən kənar olan aləmi
Din
Hisslərlə təcrübədən keçirilə
bilən aləm
Elm
Kənarlaşdırılmış ortalıq
2a Diaqramı.
Dünyada öz yolunuzu tapmaq
29
gəlmişdi. Mən Dienin vəziyyəti və onu haldan salan bu xəstəlik
ilə həyatının gələcəyi haqqında eşidəndə valideynlərinin keçirdiyi
daxili ağrını hiss etdim. Mən Die üçün dua etdim, amma fikrimdən
onu çıxara bilmədim. Onu görmək imkanı yarananda bu fürsətdən
istifadə etdim.
«İlk dəfə simptomları nə vaxt hiss etdin?» — deyə, mən soruş-
dum.
«Mən Rəblə xüsusi vaxt keçirdikdən dərhal sonra qəribə hisslər
keçirməyə başladım» — deyə, Die cavab verdi.
«Həmin gün sənin dua vaxtında nə xüsusi bir şey var idi?»
«Mənim bir az özümə yazığım gəldi, çünki valideynlərimdə
olan ruhani artıma nail olmamışdım. Həmin gün 2 Korinflilərə
12-ci fəsli araşdırırdım və həmin hissədə Paula bədəninə tikan
verildiyi haqqında oxudum. Paul deyirdi ki, Allahın gücü onun
zəifliyində kamilləşir və mən də Allahın gücünün həyatımda olma-
sını istədim. Ona görə də bədəndə mənə tikan verməsini Allahdan
xahiş etdim.»
«Sən Allahdan bədəndə tikan istədin?»
«Bəli.»
«Sən Paulun bədənində tikanın nə olduğunu bilirsən?»
«Hansısa fiziki problem idi, elə deyilmi?»
«Bizə necə büruzə verdiyi haqqında deyilmir, amma 2 Kor.
12:7-də aydın yazılır ki, bu, «şeytanın elçisi», hərfi olaraq, şey-
tanın mələyi –cin idi! Paul onu heç vaxt istəməmişdi. Əslində,
onun çıxması üçün üç dəfə dua etmişdi. Die, mən səndən son
dərəcədə xahiş edirəm ki, bədəndə tikan istəyini inkar edəsən
və həyatından şeytanın bütün təsirlərinin götürülməsi üçün dua
edəsən.»
Die mənim məsləhətimi qəbul etdi və biz birlikdə dua etdik.
O, demək olar ki, dərhal özünü yaxşı hiss etməyə başladı. Simp-
tomlar yoxa çıxdı və o, normal həyata qayıtdı. Bir neçə ay son-
ra simptomlar yenə də baş qaldırdı. Həmin vaxtlar mən onu bu
kitabın üçüncü hissəsində təsvir edilən və 13-cü fəsildə yerləşən
Məsihdə Azadlıq Addımlarından keçirdim («Addımlar»). Bu gün
Die azaddır.
30
Buxovları qıran
Əksər həkimlər və psixoloqlar Dienin vəziyyətini heç ruhani
problem də hesab etməzdilər. Onlar Dienin «sağalmasını» şey-
tani hücumdan azadlığın əvəzinə fiziki xəstəliyin yüngülləşməsi
kimi sübut edərdilər. Buna baxmayaraq, hətta müasir tibb bəyan
edir ki, insanların əksəriyyəti psixosomatik səbəblər üzündən
xəstədirlər. Həmin psixosomatik səbəblər üçün ruhani əsasın ol-
madığını Müqəddəs Kitab təsdiqləmir. Psixosomatik problemlər
bizim düşüncəmizdə yaranır. Biz ilkin ruhani döyüşün ağılda get-
diyini sonra görəcəyik.
Bir çox məsihçilər fövqəltəbiiliyi dünyagörüşlərindən ya
tamamilə kənarlaşdırırlar, ya da bunu həyatlarında heç bir təsiri
olmayacaq hisslərlə təcrübədən keçirilə bilən mərtəbəyə aid
edirlər. Belə etməklə onlar nəinki Allahın gücünü teologiyaların-
dan və gündəlik həyatlarından kənarlaşdırırlar, eləcə də bütün
insan problemlərinin – hətta Dienin simptomları kimi şeytani
təsirlərdən yaranan problemlərin psixoloji və ya təbii səbəblərin
nəticəsi olduğunu izah edirlər.
K
ənarlaşdırılmış ortalıqda yaşamaq
Məsihçi dünyagörüşü mədəniyyət və ya həyat təcrübəsindən de-
yil, Kəlama əsasən yaranır. Kəlam dəqiq öyrədir ki, fövqəltəbii, ru-
hani qüvvələr bu dünyada iş görürlər. Məsələn, Mark Müjdəsində
qeydə alınan şəfalardan təqribən dörddə biri, əslində, cinlərdən
azad olmadır. Luka 13:11, 12-də İsanın şəfa verdiyi qadın 18 il
«xəstəlik ruhundan» əzab çəkmişdi.
İnsanlar çox vaxt məsləhət vaxtlarında fiziki simptomlar-
dan şikayətlənirlər, bunlar da şəxsi və ruhani münaqişələr həll
ediləndən və Məsihdə azadlıq əldə ediləndən sonra yoxa çıxır. Gör-
düyüm ən çox yayılmış simptomlar baş ağrısı, baş gicəllənməsi,
bütün bədəndə ümumi ağrıdır. Bəziləri qusmaq istəyirlər. Mən
Məsihdə addımlardan sonra azad olan dağınıq skleroz diaqnozu
qoyulmuş üç insana məsləhət vermişəm. Elə görünür ki, sklero-
zun iki növü var. Növlərdən biri tədricən həmişə ağırlaşan for-
Dünyada öz yolunuzu tapmaq
31
madır. Mənim fikrimcə, bu, fiziki problemdir. O biri növün isə
gəlib-gedən simptomları var. Yuxarıda qeyd edilən insanlar bu
formadan əzab çəkirdilər.
Bəzi problemlərin fiziki olduğu aydındır, məsələn, ayağın sın-
ması. Bu halda həkiminizə müraciət edin və o, sümüyü yerinə
qoyacaq. Sonra tez sağalması üçün məbədin dua etməsini xahiş
edin. Kin, günah və xəcalət kimi başqa problemlərin ruhani oldu-
ğu aydındır. Pastorunuza müraciət edin və Allahla münasibətinizi
düzəldin. Həkimlər fiziki simptomlar müşahidə edə biləndə,
amma xəstəliyiniz üçün fiziki səbəb tapa bilməyəndə çətinlik ya-
ranır. Məsələn, 20 il bundan əvvəl hər bir kəsin hipoqlikemiya-
dan
3
əzab çəkdiyi yadınızdadırmı? Mən də bir pastor kimi bu-
nunla üzləşdiyimi etiraf edirəm. Mən məsləhət verdiyim hər dörd
nəfərdən birinə qanda qlükoza miqdarının yoxlanılmasını məsləhət
görürdüm. Bu insanların hamısı qayıdıb onlarda bu xəstəliyin oldu-
ğunu söyləyirdilər. Hipoqlikemiyanın axırı nə oldu? Sonra xroniki
yorğunluq sindromu yarandı – indi hər uşaqda və böyük adamların
bəzilərində konsentrasiya pozğunluğu sindromu müşahidə edilir.
Mən əminəm ki, problemin məğzi və həlli psixoloji və ruhani
olanda bəzi məsihçilər fiziki simptomlara qarşı təbii vasitələrlə
uğursuz olaraq mübarizə aparırlar. Qərb dünyamızda bizə
öyrədiblər ki, öncə mümkün olan hər təbii və fiziki izahı axtarma-
ğa çalışaq və əgər bu, alınmasa, onda: «Dua etməkdən başqa heç
nə qalmayıb» — deyək. İsa bizə: «əvvəlcə Allahın Padşahlığını
və Onun salehliyini axtarın» — deyib (Matta 6:33). Bəs niyə
biz birinci Allaha tabe olub iblisə qarşı durmuruq (Yaqub 4:7)?
Məsihçinin etməli olduğu birinci iş duadır. Niyə bizdən xahiş edil-
diyi kimi bədənlərimizi Allaha diri qurbanlar kimi təqdim etməyək
(Rom. 12:1)? «Əgər İsanı ölülər arasından Dirildənin Ruhu sizdə
yaşayırsa, Məsihi ölülər arasından Dirildən, sizdə yaşayan Ruhu
ilə sizin də fani bədənlərinizə həyat verəcək.» (Rom. 8:11).
Bizim «səmadakı ruhani şər qüvvələrə qarşı» (Efes. 6:12) vu-
ruşmağımız üçün İsa bizi «dünyada» (Yəhya 17:11) qoyub getdi.
3 qanda şəkərin normadan az olmasıdır.
Dostları ilə paylaş: |