Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə58/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   54   55   56   57   58   59   60   61   ...   67

 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
179 
İnsanın  özünü    kamilləşdirməsi  prinsipinin  Nəsirəddin 
Tusi  tərəfindən  izahı    peripatetik  fəlsəfi  müddəaların  sufi  
əxlaqının  təbliği    kimi    səslənir.  Lakin,  mütəfəkkir  mistik  
əhval-ruhiyyədən uzaq olub, rassionalist mövqe  tutur.  
Mütəfəkkir  bu  barədə  qeyd  edirdi  ki,  insan  «əgər 
düzgün, ardıcıl məqsədə  uyğun, müstəqim xətlə (ən qısa yol 
ilə) hərəkət  etsə tədrislə  elm, mədəniyyət, bilik və  hikmətə  
yiyələnsə, təkamülə  qadir olan  fitri istedadı  hədləri aşaraq  
onu  bir  mərtəbədən  başqa  bir  mərtəbəyə,  bu  dərəcədən    o 
biri    dərəcəyə  yüksəldər,  birbaşa    gətirib  arzu  edildiyi 
məqsədə,  ilahi  şüurun  şəfəq  saldığı  ali  məqama  çatdırır  və  
Allahın  yaxın  adamları    cərgəsinə    daxil    edər,  lakin 
yaradıldığı  fitri  dərəcədə  oturub  qalsa,  cilovu    öz    nəfsinin 
ixtiyarına    versə,  nəfsi  onu    aşağıya-  heyvani    mərtəbəyə  
sövq    edər  şəhvani  hazır  şəkildə  almır,  həmin  şeyləri  ağıl, 
bilik, əmək, sənətə layiq hərəkətlərin  artmasına səbəb olar, 
günbəgün,  anbaan  alçaldar,  düşkünlük  və  naqisliyi  artırar, 
yuxarıdan    aşağıya  yuvarladılan  daş    kimi  az  bir  müddət  
ərzində onu  rəzalət  çirkabının ən dərin yerinə  salır və bu 
onun ən  dəhşətli sonu  olar». 
Nəsirəddin  Tusi  öyrədir  ki,  fəzilətin  daxili    qüvvədə 
konkret  fəaliyyətə  keçməsi üçün insan öz  nəfsini rəzalət 
və    kəsafətdən  təmizləməlidir.  O,  nəfsini  onu    korlayan 
zəiflədən  şeylərdən  saxlasa,  zəruri  olaraq  nəfsin  daxili  
qüvvəsi hərəkətə  gələr, məhz ona  xas olan elm öyrənmək, 
həqiqəti dərk etmək, maarifə  yiyələnmək kimi  fəaliyyətlər 
başlar, xoşbəxtlik və səadətə  çatar.  
İnsani  nəfsi  kamilləşdirməyin  məqsədi  onun  xeyir  və  
səadətidir. Alimlər mütləq və nisbi xeyiri fərqləndirmişlər: 
mütləq  xeyir  bütün    mövcudatın  və  bütün    arzuların  son 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
180        
məqsədidir.  Nisbi    xeyir  isə  müəyyən  cəhətdən    faydası 
olan  şeylərdir.  
Nəsirəddin  Tusinin  geniş  mündəricəli  əsərləri  sonrakı 
təbiətşünas,  məntiqçi  filosoflar  üçün    örnək  olmuş, 
peripatetik ənənələrin əsrlər boyu  qorunub saxlanılmasında 
fəal  rol oynamışdır. 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
181 
Xoşbəxtlik doğru və gözəl düşüncələrlə 
 düşünə bilməyi bilməkdir. 
 Aristotel  
 
3.5. Tusi tədris prosesi haqqında 
 
Nəsirəddin  Tusinin  qələmə  aldığı  «Əxlaqi-Nasiri», 
«Adabul-mütəəllim»,  «Təlimül-mütəəllim»,  «Övsaful-
əşraf»,  «Kitabe-mədarik»,  «Cəvahirnamə»,  «Dər-mərifəte-
üstürlab»,    «Dər  mərufəte-təqvim»,  «Etiqadat»,  «Kitabül-
lükr-limələnvüyün»,  «Risaleyi-müxtəsər»,  «Si  fəsil»  və  s. 
kimi  dərslik  və  risalələrində  tədris  və  təlimin  orta  əsr 
məktəb  və  mədrəsələrinə  dair    hər  tərəfli  tərənnüm  
edilmişdir.  
Nəsirəddin  Tusi  «Əllamə»,  «Filosofların  və  alimlərin 
rəhbəri»,  «əsərin    yeganəsi»,  «əvəzsiz  müəllim  və  təbib», 
«Şərq və  Qərb alimlərinin başçısı» və s. kimi adlar  almış  
tədris,  təhsil  və  təlim  sahəsində  də,  öz  dövründə 
pedaqogika  tarixinin  ən  görkəmli  və  yüksək  pilləsində 
bərqərar olmuşdur. 
Nəsirəddin  Tusinin  dünya  şöhrətli  «Əxlaqi-Nasiri» 
əsəri 20 dəfə,  «Adabul-müəllim», «Təlimül-mütəəllim» və 
s.  kitabları  10  dəfələrlə,  bəlkə  də  çox,  digər  əsərləri  və 
risalələri  isə,  dönə-dönə  ərəb,  fars,  osmanlı,  monqol,  çin, 
alman,  fransız,  ingilis,  yəhudi  və  s.  dillərin  tərcümə 
edilərək,  təkrar-təkrar  nəşr  olunmuş  və  bunların 
bəzilərindən  məktəblərdə  dərslik  kimi  geniş  istifadə  
edilmişdir. 
Nəsirəddin  Tusi  XIII  əsrdə  elmin,  təhsilin,  tədris  və 
təlimin  güman  etdiyi  səviyyədə  aparılması    üçün    əlindən 
gələni  əsirgəməmiş,  25-dən  çox  ədəbiyyat,  dil, 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
182        
leksikoqrafiya, riyaziyyat, həndəsə, triqonometriya, fəlsəfə, 
təbabət,  mineralogiya,  təlim,  tərbiyə,  coğrafiya,  musiqi, 
ictimai-siyasi 
xəttatlıq, 
nəqqaşlıq, 
ticarət, 
təbiət, 
pedaqogikaya dair əsər və dərsliklərini tərtib  etmişdir. 
Bu  dövrdə  davam  edən  məktəb,  mədrəsələrlə  bərabər, 
müxtəlif  musiqi,  xəttatlıq,  ticarət  və  s.  kimi  tədris 
müəssisələrinə  Tusi  böyük  önəm  verirdi.  Həmin  tədris 
müəssisələrində  mütəəllim  və  müəllim,  tələbə  və 
mütəkəllimlərin də vəziyyətini görür və bunları  götür-qoy  
edərək,  elə  bir  çıxış  edirdi  ki,  onun  qeyd  etdiyi  və 
arzuladığı  elmlər  özünəqədərki,  tədris  müəssisələrindən 
fərqli  olaraq əsaslı verilə bilsin.  
Bunun üçün dərslik və digər tədris ləvazimatları barədə 
fikirləşir  və  bunları  dəyişdirmək  haqqında  öz  tövsiyə  və 
təkliflərini  verirdi.  Bu  sahədə  onun  «Təlimül-mütəəllim» 
və  «Adabul-mütəəllim»  kimi  sırf  pedaqoji  kitabları  
müstəsna əhəmiyyət kəsb  edir. Həmin  kitablarda  Tusinin 
təhsil,    təlim  tədris  haqqındakı  fikirlər  ətraflı  şərh  
edilmişdir.  
Təlimin, tədrisin əsl mahiyyətini düzgün göstərən Tusi, 
onun    yollarını,  üsullarını  və  vasitələrini  öz  dövrünə  görə 
düzgün  başa  düşmüş  və  şərh    etmişdir.  Tusi  təlimin  nə 
üsulları  və  nə  də  prinsipləri  adı  ilə  heç  bir  fəsil 
verməmişdir. Lakin o, «Təlimin yolları» adı altında həmin 
üsul  və    prinsiplərindən  çox  ətraflı  və  praktik  olaraq  
danışmışdır.  
Tusinin tədris və təlimə verdiyi təhlil bunu deməyə əsas 
verirdi  ki,  pedaqoq  alim  uzun  müddət    müəllimlik  etmiş, 
çox uzun  müşahidə və təcrübələr apararaq təhsil, tədris və 
təlim  məsələlərini  incəliyinə  kimi  şərh  etmişdir.  Tusinin 
fikrincə    «Qeyd  edilmiş  bu  və  ya  digər  bir  elm  fəqət  


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə