Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə27/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   23   24   25   26   27   28   29   30   ...   175

 

57 


proobrazı kimi, hər şeyə qədər və hər şeyin altında olan bir şey kimi, meksikalıları norveçlilərlə, 

rusları ispanlarla barışdıran bir nəsnə kimi hər şeyi yenidən unudulmuş, bilinməyən, əxlaqsız və 

qəzəbli daxili bir yanğıya kökləyir, uzun müddətə olmasa da, onları xəyanət etdikləri qaynaqlara 

qaytarır, göstərir ki, bəlkə də, başqa yollar da varmış və onların seçdiyi yol, yeganə və yaxşı yol 

deyilmiş,  bəlkə,  başqa  imkanlar  da  varmış  və  onların  seçdiyi  yaxşı  olsa  da,  hər  halda,  başqa 

yollar  da  varmış  və  bu  yolları  keçmək  fərəhliymiş,  ancaq  onlar  bu  yolla  getməyiblər,  yaxud 

gediblərsə də, lazımi qaydada getməyiblər və insan olmaq həmişə, sadəcə, insan olmaqdan çox, 

insan olmaqdan azdır; çoxdur ona görə ki, canında cazın dediklərini, üstündən keçdiklərini, hətta 

sezdiklərini  gəzdirirsən,  azdır  ona  görə  ki,  insan  bu  azadlığı  estetik  və  mənəvi  oyuna,  özünün 

miskin  fil  və  ya  at  roluyla  məhdudlaşdığı  şahmat  oyununa  çevirib,  onu  məktəblərdə  öyrədilən 

azadlığın tərifinə bağlayıb, o məktəblərdə ki, orada heç vaxt uşaqlara reqtaymın birinci taktını, 

blyuzun birinci frazasını və sairəni və ilaxıranı öyrətməyiblər və öyrətməyəcəklər də. 

I could sit right here and sink a thousand miles acay,  

I could sit right here and sink a thousand miles acay, 

Since I had the blues this bad, I can’t remember the day…

1

 



 

(– 97) 

 

 



18 

 

Bu  adamlarla,  dünənədək  tanımadığı  və  sabah  da  tanımayacağı  mehriban  dostlarla, 



zaman  və  məkan  daxilində  sırf  təsadüfən  rastlaşdığı  insanlarla  bu  saatda,  burada  nə  etdiyini 

soruşmağın  heç  bir  mənası  yox  idi.  Bəps, Ronald, Osip, Celli  Roll, Exnaton  – nə  fərqi  var ki? 

Yaşıl  şamların  adət  olunmuş  işığında  adət  olunmuş  kölgələr.  İçki  məclisi  qızışıb.  Araqsa  nəsə 

çox tünddür.  

Əgər bunların  hamısını  ekstrapolyasiya edib,  Klubun,  “Cold  Cagon Blues”in  nə demək 

olduğunu  aydınlaşdırmaq,  Sibillanın  sevgisini  anlamaq,  bütün  incəliklərinədək  başa  düşmək, 

barmağının  uclarıyla  hər  bir  kuklaya,  onun  iplərindən  tutub  hərəkətə  gətirənə    toxunmaq, 

istənilən  möcüzənin  gizli  mexanizmini  başa  düşmək  və  onları,  bəlkə  də,  başqa,  əlçatmaz 

gerçəkliklərin  simvolları  kimi  deyil,  hansı  istiqamətə  qaçmağı  göstərən  stimulverici  başlanğıc 

(məsələn,  dil,  dəhşətdir)  kimi  qəbul  etmək  mümkün  olsaydı  –  əgər  bütün  bunlar  mümkün 

olsaydı,  yəqin  ki,  həmin  dəqiqə  bu  yola  atılmaq  lazım  gələrdi,  ancaq  bundan  ötrü  eskimos 

                                                

1

 

 Щарада олсам, йеня дя узаглары дцшцнцрям, 

 

  Щарада олсам, йеня дя узаглары дцшцнцрям, 

 

  Бурада эцнляр еля писдир, хатырлайа билмирям…  (Тяръ. Н.Гоъабяйлининдир) 



 

58 


dərisindən  aralanmaq  lazım  idi,  əla,  isti  və  demək  olar  ki,  ətirli,  xalis  eskimos  dərisindən  və 

pilləkən meydançasına çıxıb aşağı düşmək, tək düşmək, küçəyə çıxmaq, tək çıxmaq və getmək, 

tək  getmək,  tinədək  getmək,  tənha  tinədək,  Maksın  kafesinədək,  tənha  Maksın,  Belşaz 

küçəsindəki fənərədək, tənhalığa… tənha olduğun yerə. Ola bilsin ki, artıq bu dəqiqədən təksən.  

Ancaq  bunlar  hamısı  boş  me-ta-fi-zi-ka-dır.  Çünki  Horasio  və  söz…  Əlqərəz,  Horasio 

üçün  söz…  (Bu  məsələ  yuxusuz  gecələrdə  nə  qədər  çeynənib.)  Sibillanın  əlindən  yapışıb  onu 

yağışın altına çıxarasan, siqaret tüstüsü kimi arxanca aparasan, özünə aid ayrılmaz bir şey kimi 

yağışın altına aparasan. Və yenidən sevişəsən, ancaq elə edəsən ki, Sibillanın da xoşuna gəlsin, 

yalnız ona görə yox ki, birlikdə olub sonra heç bir şey olmamış kimi hərə bir tərəfə getsin, çünki 

münasibətlərin  bu cür səthi olması,  hər şeydən öncə,  həqiqətən,  yaxın olmağa  istənilən cəhdin 

faydasızlığını  ört-basdır  edir  –  belə  yaxınlığa  yalnız  alqoritmlər  əsasında  fəaliyyət  göstərən 

marionetlər,  kobud  desək,    öyrədilmiş  itlər  və  polkovnik  qızları  qadirdir.  Əgər  bütün  bunlar 

mansardanın  pəncərəsinə  suvaşan  dan  yeri  şehi  və  Sibillanın  Qreqoroviusa  baxan, 

Qreqoroviusun da Sibillaya baxan qəmgin üzüdürsə və yenidən için-için ağlayan Bəpsi Ronald 

görmürsə,  özüsə  ağlamırsa,  lakin  sanki

,

  siqaret  və  araq  dumanında  boğulubsa,  nifrət  və 



boşboğazlıq kətilinə dırmaşmış bu ispan həyuləsi Periko da – əgər bütün bunları ekstrapolyasiya 

etmək  mümkün  olsaydı,  əgər  bütün  bunlar  olmasaydı,  həqiqətən  olmasaydı,  ancaq  ona  görə 

olsaydı ki, kimsə (kim olur-olsun, ancaq hal-hazırda – o, çünki bu barədə məhz o düşünürdü və 

onun nə düşündüyünü yalnız o, dəqiqliyilə bilə bilərdi, bu da sənə əldən düşmüş qoca Kartezi!), 

buradakılardan kimsə necə lazımdırsa tər tökərək dişləriylə didişdirib qopararaq – bilmirəm nəyi, 

ancaq  kökündən  qopararaq  –  bunların  hamısının  içindən  bapbalaca  sakitlik  cırcıramasını,  lap 

xırdaca  sevinc  sisəyini  çəkib  çıxaraydı  və  hansı  qapıdan  olusra-olsun  hansı  bağa  olur-olsun 

çıxaydı (bütün yerdə qalanlar üçün mandalanın hamı üçün alleqorik olduğu qədər alleqorik) və 

bu bağçadakı yeganə gülü dərə biləydi və qoy bu gül də Sibilla olsun, yoxsa Bəps, ya da Vonq, 

təki onları dərk etmək, dərk edib Klubdan kənarda yenidən yaratmaq, bu divarlardan kənarda, bu 

kandarı adlayandan sonra necə olduqlarını təsəvvür etmək mümkün olsun, yəqin ki, bütün bunlar 

nəsə başqa bir şey olacaq, yerdəki cənnətdə, saflıq idealında qəm-kədər kimi, həm də bu saflıq 

mütləq sadələşdirmənin məhsulu olacaq; fil məğlub olur, toplar məğlub olurlar, piyadalar taxtanı 

tərk edirlər və antrasit şirlər kimi nəhəng krallar meydanın ortasında ən təmizlərin, ən safların, 

axıradək  döyüşənlərin  əhatəsində  tək  qalırlar;  dan  yeri  şəfəqində  həlledici  döyüşdə  iki  mizraq 

çarpazlaşır.  Hər  kəsin  aqibəti  bəlli  olacaq  və  sülh  və  əmin-amanlıq  bərqərar  olacaq.  Bəli, 

kaymanların  cütləşməsində  təmizlik  və  saflıq  idealı.  Ayaqları  kir  içində  olan  müqəddəs 

Məryəmdə,  tanrı  xətrinə,  hansı  təmizlikdən  danışmaq  olar;  tərtəmiz  şifer  damda  göyərçinlər 

oturub  və  təbii  ki,  ifrazatlarını  yuxarıdan  xanımların  başına  tökürlər,  onlarsa  qəzəbdən  və 

axmaqlıqdan özlərindən çıxırlar, təmizlik… Sən allah bəsdir, Horasio, tanrı xətrinə. 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə