Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə35/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   31   32   33   34   35   36   37   38   ...   175

 

76 


halda,  güzgüdür  də,  iki  məxluqun  hansısa  sirri,  xəzinə  ətrafındakı  rəqs,  dodaqlarımız  hələ  bir-

birini buraxmayanda yumşalsaq da, hələ bir-birimizdən aralanmayanda, əllərimiz və ayaqlarımız 

liana  kimi  sarmaşıb  açılmayanda  və  hələ  də  nəvazişlə  bir-birimizin  budunu,  boynunu 

tumarlayanda yuxuya və arzuya çevrilən rəqs…  

«Tu t’accroches a des histories, – Krevel deyir, – Tu etreins des mots…»

1

 



«Yox, dostum, bu ən  yaxşı halda okeanın o tayına çıxır, sənin tanımadığın  yerlərə. Mən 

bəzi yerlərə sözlə fitnə-fəsad buraxmışam. Mən onlardan istifadə edirəm, sizin kimi, hamı kimi, 

fərqi bundadır ki, mən hər hansı sözü geyinməzdən əvvəl, fırçayla yaxşı-yaxşı təmizləyirəm».  

Krevel  mənə  o  qədər  də  inanmır,  amma  mən  onu  anlayıram.  Mənimlə  Sibilla  arasında 

böyük bir söz kolluğu uzanırdı və bizi bir-birimizdən bir neçə saat və bir neçə küçə ayıran kimi 

mənim  bədbəxtliyim  yalnızca  bədbəxtlik  adlanmağa  başladı,  məhəbbətim  isə  yalnız  mənim 

məhəbbətim adlanmağa başladı… Və hər dəqiqə mən daha az hiss edir, daha çox xatırlayıram, 

bu  xatirələr  duyğuların  dili  deyilsə,  bizə  fellərlə,  sifətlərlə,  nitq  hissələriylə  qayıdan  şəxslərin, 

günlərin, qoxuların lüğəti deyilsə, bəs nədir? Və sakitcə xalis həqiqi olana yaxınlaşdıqca tədricən 

özləri  də  əşyalaşırlar  və  zaman  keçdikcə  onlar,    həmin  sözlər  keçmiş  duyğuların  əvəzinə  bizə 

qəm-qüssə  gətirir,  yaxud  dərs  verir,  bizim  mövcudluğumuzun  özü  keçmişi  əvəz  edənə  qədər. 

Üzümüz isə bərəlmiş gözlərini arxaya tuşlayaraq, yavaş-yavaş solur, pozulur, əsl sifətimiz köhnə 

fotoşəkillərdəki üzlər pozulan kimi və biz hamımız birdən-birə Yanusa çevrilirik. Bütün bunları 

mən  Krevelə  deyirəm,  əslində  isə,  Sibilla  ilə  danışırdım,  indi  bir-birimizdən  uzaqda  olsaq  da. 

Mən bunu ona yalnız bir-birimizi başa düşməməyimizə yarayan sözlərlə demirəm; indi artıq gec 

olsa  da,  mən  başqa  sözlər  –  onun  sözlərini  seçirəm,  elə  cildə  girmiş  sözlər  ki,  ona  aydındır, 

aurası və elastikliyi yoxdur, onlardan iki bədən arasında qığılcım çıxır, qızılı işartıları otağa dolur 

və sönür. Məgər biz həmişə belə yaşamamışıq və bir-birimizi sevərək yaralamamışıq? Yox, biz 

belə  yaşamamışıq, o belə  yaşamaq  istəyərdi, ancaq neçə dəfə  mən ancaq  xaosu ört-basdır edən 

yalançı  qayda-qanun  qoymuşam,  görüntü  yaratmışam  ki,  guya,  həyatı  dərindən  dərk  edirəm, 

əslində  isə  onun  burulğanlarının  səthinə  ayağımın  ucuyla  güclə  toxunmuşam.  Bəli,  metafizik 

çaylar  var  və  o,  bu  çaylarda  asanlıqla  üzür,  qaranquş  havada  süzən  kimi,  o,  zəng  qülləsinin 

üzərində ovsunlanmış kimi dövrə vurur, daş kimi aşağı düşür və yenidən ox kimi yuxarı süzür. 

Mən  bu  çayları  təsvir,  tərif  edirəm,  o  isə  onlarda  üzür.  Mən  onları  axtarıram,  onları  tapıram, 

onlara körpüdən  baxıram, o  isə onlarda üzür.  Eynilə qaranquşa  bənzədiyini  heç özü də  bilmir. 

Bunu  bilmək ona  mənə  lazım olan kimi  lazım da deyil, o, xaosda da yaşaya  bilər, onu heç bir 

nizam-intizam zehniyyəti saxlaya bilməz. Bu nizamsızlıq elə onun gizli qayda-qanunudur, bütün 

həqiqi  qapıları  onun  önündə  taybatay  açan  bədənin  və  ruhun  həminki  boheması.  Onun  həyatı 

yalnız mövhumatla qandallanmış mənə nizamsız görünür, halbuki bu mövhumata mən özüm də 

                                                

1

 

 Сян даим юз хатиряляринлясян, еля щей сюзлярдян йапышырсан… (фран.) 



 

77 


eyni  zamanda  nifrət  və  hörmət  edirəm.  Mən  qəti  surətdə  Sibillanın  məni  bağışlamasına 

məhkumam,  o özü  də  bilmədən  mənə  məhkəmə  quracaq.  Ah,  məni  də  öz  dünyana  burax,  heç 

olmasa bircə gün hər şeyi öz gözlərimlə görməmə izin ver.  

Xeyri  yoxdur.  Mən  bağışlanmağa  məhkumam.  Evə  qayıt  və  Spinozanı  oxu.  Sibilla 

Spinozanı tanımır. Sibilla Peres Haldosun sicilləmə romanını oxuyur, rus və alman romanlarını 

oxuyub,  dərhal  da  unudur.  Onun  ağlına  da  gəlmir  ki,  məni  Spinozaya  məhkum  edir.  

Görünməmiş mühakimə,  elə bir mühakimə ki, öz əlinlə məhkəmə quracaqsan, elə bir mühakimə 

ki, səninçün universitet küçələr olub, elə bir mühakimə ki, mənə baxmağın kifayətdir ki, qarşında 

olum, özü də çılpaq, elə bir mühakimə ki, sən belə yöndəmsizsən, belə uğursuzsan və fərsizsən, 

tayı-bərabəri olamayan gicbəsərsən. Bütün bunlara görə mən bütün biliyimlə, universitet təlim-

tərbiyəsi  görmüş  bütün  çürümüş  və  axtalanmış  içalatımla  bu  acı  həqiqəti  dərk  edirəm  –  bütün 

bunlar  –  mühakimədir.  Odur  ki,  aşağı  doğru  süz,  qaranquşum,  Sen-Jermen-de-Pre  üzərindəki 

göyüzünü  biçdiyin  qayçı  kimi  iti  quyruğunla  baxan,  ancaq  görməyən  gözləri  oy,  çünki  mənə 

hökm çıxarılıb və şikayət də verə bilmərəm, artıq mavi eşafot gözləyir, məni ora körpələrə laylay 

çalan  qadın  əlləri  aparacaq,  cəza  gözləyir,  saxta  qayda-qanun  gözləyir,  orada  mən  təkbaşıma 

özündənrazılıq elmini, özünüdərketmə elmini, şüur elmini dərk edəcə

m. Bütün bu elm və bilik 



kütləsini anlayandan sonra  nədən ötrüsə bərk  darxacağam,  məsələn,   yağışdan ötrü, burada, bu 

kiçik dünyada yağacaq yağışdan, ən nəhayət, yağacaq o yağışdan ötrü ki, torpaq qoxusu gəlsin, 

canlı, axır ki, nəsə canlı bir şeyin ətri duyulsun. 

 

(– 79) 

 

22 

 

Fikirlər  olduqca  müxtəlif  idi:  nə  bilim,  qoca  büdrədi,  avtomobil  qırmızı  işıqda  keçdi, 



görünür, qoca özünü  maşının altına  atmaq  istəyirmiş,  nədir, Parisdə  vəziyyət getdikcə pisləşir, 

dəhşətli hərəkət var, nə bilim, qocanın günahı yoxdur, maşının əyləcləri qaydasında deyildi, qoca 

son  dərəcə  ehtiyatsız  olub,  ay  nə  bilim,  həyat  günü-gündən  bahalaşır  və  Parisdə  yol  hərəkəti 

qaydalarını bilməyən və fransızların işini əlindən alan çoxlu xarici peyda olub və s.  

Qoca, deyəsən, o qədər də zərər çəkməmişdi. O elə hey nəyəsə gülümsəyir və bığlarını 

tumarlayırdı. «Təcili yardım» maşını gəldi, qocanı xərəyə qoydular, başıbəlalı maşının sürücüsü 

isə hələ də əl-qolunu ölçərək polislərə və avaralara hadisənin necə baş verdiyini danışırdı. 

–  O,  Madam  küçəsindəki  otuz  ikinci  evdə  yaşayır,  –  artıq  Oliveyra  və  başqa 

maraqlananlarla  fikir  mübadiləsi  etməyə  macal  tapmış  sarışın  oğlan  dedi.  –  O,  yazıçıdır,  mən 

onu tanıyıram, kitab yazır. 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə