Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə36/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   32   33   34   35   36   37   38   39   ...   175

 

78 


– Bamper onun ayağından vurdu, ancaq maşın qabaqcadan tormozlamışdı. 

–  Onu  sinəsindən  vurdu,  –  oğlan  dedi.  –  Amma  qoca  zibil  topasının  üstünə  çıxıb 

sürüşmüşdü. 

– Ayaqlarından vurdu, – Oliveyra dedi. 

– Haradan baxmaqdan asılıdır, – olduqca alçaqboy cənab dedi. 

– Sinəsindən vurdu, – oğlan dedi. – Mən öz gözlərimlə gördüm. 

– Onda… Ailəsinə xəbər vermək lazımdır. 

– Onun ailəsi yoxdur, o yazıçıdır. 

– Həə, – Oliveyra dedi. 

– Onun yalnız pişiyi, bir də çoxlu kitabları var.  Bir dəfə ona bağlama aparmışdım, qapıçı 

qadın xahiş eləmişdi, o, məni içəri dəvət etdi. Evin hər tərəfi kitabla doluydu. Onun başına belə 

bir hadisə gəlməliydi, yazıçıların hamısı dalğın olur. Məni maşın vurması üçün isə… 

Yağışın  ilk  damcıları  düşdü  və  şahidlər  dəstəsi  bir  göz  qırpımında  dağıldı.  Oliveyra 

gödəkçəsinin yaxalığını soyuq külək ancaq burnunu tutacaq qədər qaldırıb, naməlum istiqamətdə 

addımladı.  O  əmindi  ki,  qoca  ciddi  xəsarət  almayıb,  ancaq  qocanın  mülayim,  hətta  bir  qədər 

həyəcanlı  sifəti  yadından  çıxmırdı.  Xərəyə  qoyanda  kürən  sanitar  ona  yəqin  ki,  hamıya  dediyi 

sözlərlə ürək-dirək verirdi: 

«Allez, pepere, c’est rien ça!»

1

 «Ünsiyyətin tam yoxluğu, – Oliveyra 



düşündü. – Yalnız ona görə yox ki, biz tənhayıq, bu öz yerində, heç kəs sənə doğma xala deyil. 

Tənha olmaq nəticə etibarilə elə bir müstəvidə tək olmaq deməkdir ki, orada başqa tənhalıqlar da 

bizimlə  ünsiyyət  saxlasın,  əgər  bu,  ümumiyyətlə,  mümkündürsə.  Lakin  istənilən  konflikt, 

məsələn, küçədəki bədbəxt hadisə, yaxud müharibə elan olunması zamanı müxtəlif müstəvilərin 

kəsişməsi  baş  verir  və  nəticədə  ola  bilsin  ki,  sanskrit  və  ya  kvant  fizikası  sahəsində  nəhəng 

mütəxəssis  olan  insan  onu  «təcili  yardım»  maşınına  qoyan  sanitar  üçün  pepere(atacan)  olur. 

Edqar Po  – xərəkdə, Verlen  –  ştatdankənar  həkimin əlində,  Nerval  və  Arto psixiatrla təkbətək. 

Kitsin qanını alan və acından öldürən italyan təbib onu necə dərk edə bilərdi?  Əgər bunlar, hər 

şeydən öncə, susqunluqlarını qorusalar, – bu daha çox ehtimal olunur – onda onlar, başqaları, söz 

yox  ki,  heç  bir  bəd  niyyətləri  olmadan,  əməliyyat  olunanın,  vərəm  xəstəsinin,  xəstəxana 

çarpayısına çılpaq uzadılmış əzabkeşin ikiqat tənhalığından xəbərləri olmadan kor-koranə şadlıq 

edərlər, çünki ətrafdakı insanlar, sanki, şüşə arxasında, sanki, başqa bir zamanda hərəkət edir…» 

O,  bloka  girib  siqaret  yandırdı.  Axşam  düşürdü,  qızlar  mağazalardan  sürüylə  çıxırdılar, 

onlara  heç  olmasa  on  beş  dəqiqə  gülmək,  çığırıb-bağırmaq,  bifşteksin  və  həftəliyin    üstünə 

cummazdan  qabaq  sağlamlıq  və  güc  artıqlığından  itələşmək  lazım  idi.  Oliveyra  yoluna  davam 

etdi.  Dramatikləşdirməyə  ehtiyac  yoxdur,  ciddi  obyektivlik  Parisin  adi,  absurd  həyatına 

itaətkarcasına  qarışmaqdan  ibarətdir.  Əgər  o,  şairləri  xatırladısa,  insanın  kütlə  içərisindəki 

                                                

1

 

 Щя, атаъан, наращат олма, бош шейдир. (фран.) 



 

79 


tənhalığını,  pilləkəndə  görüşərkən,  yaxud  metroda  qadınlara  yer  verərkən  (hələ  idmandakı  və 

siyasətdəki  qardaşlaşmanı  demirəm)  salamlaşma,  üzr  istəmə  və  təşəkkürlərdən  ibarət  gülünc 

komediyanı aşkar edənlərin hamısıyla asanlıqla razılaşacaq. Yalnız bioloji və seksual optimizm 

onların – o da yalnız bəzilərinin – adanı duymasını ört-basdır edə bilər, bu xəstəlik, deyəsən, Con 

Dona  əziyyət  verirdi.  İstənilən  fəaliyyət  zamanı  insanlarla  yaranan  əlaqələr  –  işdə,  yataqda, 

idman meydançasında – ayrı-ayrı ağacların budaqlarının və yarpaqlarının təmasına bənzəyir, elə 

olur  ki,  budaqlar  bir-birinə  dolaşır,  yarpaqlar  nəvazişlə  bir-birinə  toxunur,  bu  zaman  onların 

gövdələri  paralel  və  kəsişməyən  yollarla  lovğa-lovğa  yuxarı  qalxırlar.  «Daxilən  də  üzdə 

olduğumuz kimi ola bilərdik, – Oliveyra düşündü, – ancaq bununçün başqa cür yaşamaq lazım 

gələrdi. Bəs başqa cür yaşamaq nə deməkdir? Ola bilsin ki, absurda son qoymaq naminə absurd 

yaşamaqla, özünə elə amansızcasına qapılırsan ki, öz içinə etdiyin bu sıçrayışla özünü başqasının 

ağuşunda tapırsan. Bəli, yəqin ki, bu sevgidir, ancaq 

otherness

1

 qadına qarşı hisslərimizin davam 



etdiyi  qədər  olur  və  yalnız  həmin  qadına  dəxli  olanlara  aid  olur.  Əslində,  heç  bir  otherness 

yoxdur,  yalnız  xoş  olan

  togetherness

2

  var.    Doğrusu,  bu  o  qədər  də  pis  şey  deyil…»    Sevgi  – 



ontolojiləşdirən ənənədir, onun mahiyyətində verməyi bacarmaq var. Birdən onun ağlına elə bir 

fikir  gəldi  ki,  yəqin,  bu    lap  başda  gəlməliydi:  özünə  hakim  olmağı  bacarmadan  fərqliliyə  də 

sahib  olmaq  mümkün  deyil.  Bəs,  həqiqətən,  özünə  hakim  olan  varmı?  Mütləq  tənhalıqdan  öz 

içinə  qayıtmaq  indiyədək  kimə  nəsib  olub,  elə  bir  tənhalıqdan  ki,  sən  hətta  özün-özünə  də 

hesabat  verə  bilmirsən,  odur  ki,  uzaq  başı  başqalarının  arasında  tənha  qalmaq  üçün  məcburən 

başını  ya  kinoya,  ya  da  fahişəxanaya  soxursan,  yaxud  dostlara  qonaq  gedirsən,  ya  da  hər  şeyi 

unutduran  hansısa  bir  peşəyə  üz  tutursan,  ya  da  ki,  evlənirsən.  Beləliklə,  paradoks:  tənhalığın 

zirvəsi adiliyin ən üst nöqtəsinə, böyük illüziyaya gətirib çıxartdı, yəni cəmiyyət bir növ insana 

yaddır  və  insan,  ümumiyyətlə,  həyatda  tək  addımlayır,  yalnız  güzgülərin  və  ölü  əks-sədanın 

olduğu zalda addımladığı kimi. Lakin onun kimi insanlar və özlərini qəbul edən (ya da özlərini 

əməlli-başlı tanıyandan sonra qəbul etməyən) bir çox başqaları daha pis paradoksa tuş gəliblər: 

onlar  fərqliliyin  lap  kənarına  yaxınlaşıblar,  lakin  onu  adlayıb  keçə  bilməyiblər.  Zərif 

münasibətlər,  dünyayla  ecazkar  uzlaşma  üzərində  qurulan  əsl  fərqlilik  birtərəfli  istəklə 

məhdudlaşa bilməz, uzadılmış əl başqa bir əllə görüşəcək, başqa bir fərqli əllə. 

 

(– 62) 

 

23 

 

                                                



1

 

 Бурада: башга ъцр дцшцнмя, фярглилик (инэ.) 

2

 



 Бурада: бирликдя олма дуруму (тоэетщер – бирликдя сюзцндян йаранан сюз) (инэ.) 


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə