Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə39/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   35   36   37   38   39   40   41   42   ...   175

 

84 


çıxışa doğru elə möhkəm addımladı ki, dabanları bəstəkarın növbəti pauza üçün nəzərdə tutduğu 

bütün səkkiz saniyəni əks etdirdi. İyirmi dördüncü akkorddan sonra pauzalar qısalmağa başladı, 

iyirmi səkkizincidən otuz ikinci akkorda qədər isə ümumi ideyadan yayınmamaqla matəm marşı 

akkordları səsləndi. Bert Trepa ayaqlarını pedallardan çəkərək sol əlini dizinin üstünə qoydu və 

ikinci hərəkətə başladı. Bu hərəkət cəmi-cümlətanı dörd taktdan, hər takt da eyni uzunluqda üç 

notdan ibarət idi. Üçüncü hərəkət əsas etibarilə klaviaturanın qıraq registrlərindən ortasına doğru 

xromatik  enmələrdən  və  qalxmalardan  ibarət  idi  və  bütün  bunlar  trel  və  triollarla  müşayiət 

olunurdu. Birdən pianoçu qadın gözlənilmədən passajları yarıda kəsərək dimdik ayağa qalxdı və 

bir neçə dəfə, demək olar ki, meydan oxurcasına baş endirdi, lakin bu meydan oxuma Oliveyraya 

özünə  inamsızlıq  və  hətta  qorxu  kimi  göründü.  Bir  cütlük  dəli  kimi  əl  çalmağa  başladı  və 

Oliveyra birdən hiss etdi ki, nədənsə, o da əl çalır, odur ki, özünə gəlib dayandı. Bert Trepa bir 

göz  qırpımında  yenidən  profilini  publikaya  tərəf  döndərərək  zal  sakitləşənədək  barmaqlarını 

etinasızcasına  klaviaturanın  üzərində  gəzdiridi.    Sonra  isə  «General  Leklerkin  şərəfinə 

«Pavana»ya başladı. 

Sonrakı  iki-üç  dəqiqəni  Oliveyra  özünə  əziyyət  verərək  həm  Bert  Trepanın  var 

qüvvəsiylə zala boşaltdığı qeyri-adi həftəbecəri, həm də qocaların və cavanların açıq və ya gizli 

şəkildə  aradan  çıxmalarını  izləməyə  çalışdı.  List  və  Raxmaninovun  qarışığından  ibarət 

«Pavana»da  iki-üç  mövzu  yorlulmadan,  sonsuz  variaysiyalarda  itərək,  yetərincə  makiyajlanmış 

qadın  ifaçıların  səs-küylü  və  gurultulu  frazalarında  təkrar  olunur,  təntənəli  parçalar  lafetdə 

aparılan cənazə kimi birdən-birə səs-küylü atəşfəşanlıqları xatırladan passajlarda təzahür edir və 

gizli Aliks də xüsusi ləzzət alırdı. İki dəfə Oliveyraya elə gəldi ki, pianoçunun Salambo sayağı 

vız  durmuş  saçı  bu  dəqiqə  dağılacaq,  ancaq  kim  bilir,  bu  vurhavura  və  «Pavana»nın  qəzəbli 

titrəyişlərinə  davam  gətirmək  üçün  bu  saça  nə  qədər  sancaq  və  daraq  taxılıb.  Budur,  finalın 

yaxınlaşdığını  bildirən  arpeciodan  orgiya  çalındı,  hər  üç  mövzu  səsləndi,  onlardan  biri  – 

Ştrausun  «Don  Juan»ından  bütöv  bir  parçaydı  və  Bert  Trepa  sonradan  birinci  mövzunun 

isterikasını söndürən daha gurultulu akkordlarla tufan qopardı və nəhayət, hər şey aşağı oktavada 

iki akkordla həll olundu, bu zaman ikinci akkordda sağ əlin səhv çaldığı bəlli oldu, ancaq belə 

şeylər hamıda ola bildiyi üçün Oliveyra ürəkdən əylənərək bərkdən əl çaldı.   

Pianoçu həncamaya keçirilmiş kimi üzünü zala döndərib təzim etdi. O, deyəsən, hələ də 

tamaşaçıları  saymaqdan  vaz  keçməmişdi,  ona  görə  də  zalda  uzaqbaşı  səkkiz-doqquz  adam 

qaldığını öz gözləriylə görə bilərdi. Bert Trepa əhvalını pozmayaraq sol kulisin arxasına keçdi və 

kapeldiner qadın pərdəni çəkərək oturan dinləyicilərə konfet təklif etməyə başladı.  

Əlbəttə,  artıq  getmək  lazım  idi,  ancaq  konsertin  baş  verdiyi  şəraitin  özündə  Oliveyranı 

cəzb  edən  nəsə  vardı.  Hər  halda,  zavallı  Trepa  öz  əsərlərini  ilk  dinləyicilərə  təqdim  etmək 

istəyirdi  və  bu  öz-özlüyündə  bayram  polonezi,  ay  sonatası  və  alov  rəqsi  kimi  bir  şey  idi.  Bu 



 

85 


sifətdə,  bu  yumşaq  tısbağada,  burnuqırıq  çaydanların,  divar  kağızlarıyla  bəzənmiş  və  aylıq 

dövriyyəsi  qırx  min  frank  olan  zallara  toplaşan  incəsənət  və  poeziya  həvəskarları  mühitində 

Rislerin  ifasına  dəfələrlə  qulaq  asan  qoca  kaftarların  üfunətli  aləminə  düşmüş  bu  həcmsiz 

gicbəsərdə yumşaq başlı gəlincik kimi riqqətdoğuran nəsə vardı, çünki  ayın axırında dostlara və 

yaxınlara  yalvarırdılar  ki,  Raymond  Dunkan  Akademiyası  üslubunda  ə-sil  in-cə-sə-nət  naminə 

ayda heç olmasa bircə dəfə bura gəlsinlər və bu zaman Aliks Aliksin və Roz Bobun sifətindəki 

ifadələri  təsəvvür  etmək  çətin  deyildi,  onlar  konsert  üçün  zalın  icarə  olunmasının  neçəyə  başa 

gələcəyini  hesablayır,  şagirdlərdən  birinin  könüllülük  əsasında  çap  edəcəyi  proqramı,  dəvət 

olunanların ümidləri doğrultmayan siyahısını tərtib edir, zalın  boş olduğunu görəndə kulislərin 

arxasında hansı ümidsizliyin olacağını nəzərə alırdılar, lakin bütün bunlara baxmayaraq o – qızıl 

medallı laureat səhnəyə çıxmalıydı, bütün hallarda çıxmalıydı. Eynilə Selinin əsərlərində olduğu 

kimi.  Oliveyra  hiss  etdi  ki,  artıq  hər  şeyi  əhatə  edən  iflasdan  və  bu  iflasa  uğrayan  azsaylı 

təbəqəyə  hesablanmış  çürüməkdə  olan  və  heç  kəsə  lazım  olmayan  artistlik  fəaliyyətinin 

gərəksizliyindən başqa heç bir şey haqqında düşünə bilmir. «Əlbəttə, bu toza batmış yelpik məhz 

mənim burnuma tıxanmalıydı, – Oliveyra əsəbiləşdi. – Əvvəlcə maşının altına düşən qoca, indi 

də  bu  Trepa.  Bayırdakı  axmaq  havadan  və  içimdə  baş  verənlərdən  danışmağa  belə  dəyməz. 

Xüsusən də, mənim içimdəkilərdən».  

Zalda cəmisi dörd nəfər qalmışdı  və o, ifaçının özünü  tənha  hiss etməməsi üçün qərara 

gəldi ki, keçib birinci cərgədə otursun. Həmrəyliyin bu şəkildə nümayişi, nədənsə, ona gülməli 

gəldi,  ancaq  buna  baxmayaraq  qabağa  keçdi  və  növbəti  ifanın  başlamasını  gözləyə-gözləyə 

siqaret yandırdı. Zalda qalan xanımlardan biri, nədənsə, tam Bert Trepa yenidən səhnəyə çıxdığı 

anda getmək qərarı verdi, odur ki, pianoçu demək olar ki boş qalmış parterin qarşısında ağır-ağır 

ikiqat  olmamışdan  öncə  pisniyyət  qadını  əyri-əyri  süzdü.  Oliveyra  gedən  qadının  arxadan 

vurulan yaxşı bir təpiyə layiq olduğunu düşündü. Birdən başa düşdü ki, bütün reaksiyaları, hətta 

Roz  Bobun  «Pavana»sına  baxmayaraq,  Bert  Trepaya  qarşı  açıq-aşkar  rəğbətindən  irəli  gəlir. 

«Çoxdandır ki, belə şeylər hiss etmirdim, – o düşündü, – yəni illər məni yumşaltmağa başlayıb?»  

Bu qədər metafizik çayları seyr etdikdən sonra birdən-birə qəribə şəkildə hiss edirsən ki, xəstə 

qocanı  yoluxmaq,  yaxud  korsetə  sarınmış  bu  gicbəsər  qarıya  alqışlarınla  ürək-dirək  vermək 

istəyirsən. Qəribədir. Yəqin, soyuqdandır, ayaqlarım islanıb – ondandır. 

Deliblə  Sen-Sansın  sintezi  artıq  üç  dəqiqəydi  ki,  davam  edirdi,  bu  zaman  yerdə  qalan 

publikanın  aparıcı  qüvvəsini  təşkil  edən  cütlük  ayağa  qalxdı  və  saymazyana  çıxdı.  Oliveyraya 

yenə də elə gəldi ki,  Bert Trepanın zala zillənən  baxışlarını tutdu; o, tamamilə royalın üzərinə 

əyilərək getdikcə elə gərginliklə çalırdı ki, elə bil, əllərini çəkib bağlayırdılar, arada pauzalardan 

istifadə  edib  Oliveyra  və  mülayim  bir  cənabın  öz  görünüşləriylə  intizam  və  diqqət  nümayiş 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə