Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə38/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   34   35   36   37   38   39   40   41   ...   175

 

82 


Trepanın keçmiş tələbəsidir, Aliks Aliksin «Pavana»sı isə təvazökarlıq edərək təxəllüs arxasında 

gizlənən  görkəmli  ordu  zabitinin  əsəridir  və  hər  iki  əsərdə  müasir  musiqi  elementlərindən 

istifadə olunmuşdur. O ki qaldı  «Sintez:  Delib  –  Sen-Sans»a (burada qoca nəşəylə  bəbəklərini 

fırlatdı), bu əsər müasir musiqi sahəsində ən böyük yeniliklərdən biridir və onun müəllifi madam 

Trepa  bu  novasiyanı  «dahiyanə  sinkretizm»  kimi  xarakterizə  etmişdir.  Bu  qiymətləndirmə 

musiqi  dühaları  Delib  və  Sen-Sansın  kosmosa,  interfuziyaya  və  interfoniyaya  cəzb  etmələri, 

madam  Trepanın  dahiyanə  intuisiyası  olmasaydı,  heç  vaxt  ali  və  sintetik  yaradıcılığa  yiyələnə 

bilməyəcək  individualizmin  Qərb  üçün  xarakterik  olan  sarsıdıcı  üstünlüyü  qədər  ədalətlidir. 

Doğrudan  da,  onun  qeyri-adi  hissiyyatı,  adətən,  dinləyicilərin  diqqətindən  yayınan  incəlikləri 

tutur və  bununla da o, Fransanın  iki  böyük oğlunun üzərində görüşə  biləcəyi  mediumik körpü 

olmaq kimi  xoşməramlı, lakin ağır bir missiyanın altına girirdi. Qeyd etmək lazımdır ki, madam 

Trepa musiqi sahəsi ilə yanaşı pedoqoji fəaliyyət də göstərirdi, tezliklə o, öz yaradıcığının gümüş 

toyunu  qeyd  edəcəkdi.  Natiq  öz  qısa  giriş  nitqində  madam  Trepanın  bundan  sonrakı  musiqi 

yaradıcılığının dərinliklərinə nüfuz etməyə risk etmədi, çünki publika, görünür, deyilənləri təhlil 

edərək konsertin  başlamasını  səbirsizliklə gözləyirdi. Hər  halda, Roz Bob  və  madam Trepanın 

əsərlərini  ilk  dəfə  dinləyənlərin  başa  düşməsi  üçün  ipucu  verərkən  onların    estetikasını    qısa 

şəkildə  antistruktur  konstruksiyalarla  izah  etmək  olardı,  başqa  sözlərlə,  söhbət  əlahiddə  səs 

xanalarından,  əsərin  ümumi  ideyası  ilə  bağlı  klassik,  dodekafonik  və  atonal  musiqi 

kanonlarından  tamamilə  azad  olan  təmiz  təbdən    gedir  (sonuncu  iki  tərifi  xüsusi  vurğulayaraq 

təkrar  etdi).  Məsələn,    madam  Trepanın  sevimli  tələbəsi  Roz  Bobun  «Üç  qeyri-müntəzəm 

hərəkət»  əsəri  olduqca  bərkdən  çırpılmış  qapının  musiqiçinin  sənətkar  ruhunda  oyatdığı 

təəssüratdan  yaranmışdır  və  hərəkətin  birinci  hissəsini  təşkil  edən  otuz  iki  akkord  həmin  qapı 

zərbinin  əks-sədasıdır;  əgər  auditoriya  bu  qədər  mədəni  olmasaydı,  natiq  «Sintez»in  əsasını 

təşkil  edən  kompozisiya  texnikasının  ən  primitiv  və  ezoterik  güclərə  yaxın  olduğu  sirrini 

açmazdı.  O heç  vaxt sintezin  fazalarından birinin  yaradılması  zamanı  bəxtinə düşən böyük  və 

şərəfli anları yaddan çıxarmaz – o zaman o, hər iki böyük sənətkarın 

partiturasına

8

 rabdomanik 



kəfkirlərin  tətbiq  olunmasında  madam  Trepaya  kömək  edibmiş  (madam  Trepanın  olduqca 

orijinal  bədii  intuisiyasının kəfkirə təsirini təsdiq  edən passajların  seçilməsi üçün). Deyilənlərə 

çox şey əlavə etmək olardı, ancaq natiq fransız ruhunun mayaklarından biri və geniş publikaya 

məlum olmayan dahilik nümunəsi madam Trepanı salamladıqdan sonra getməyi özünə borc bilir. 

Buxaq  titrədi  və  qoca  həyəcanından  yerə-göyə  sığmayaraq  öskürə-öskürə  soffitlərin 

arxasında qeyb oldu. İyirmi  cüt əl  seyrək şəkildə şappıldadı,  bir-birinin  ardınca  bir  neçə kibrit 

alışdı və Oliveyra kürsüdə mümkün olduğu qədər gərnəşərək özünü rahat hiss etdi. Maşın vuran 

qoca  da,  yəqin  ki,  indi  xəstəxana  çarpayısında  özünü  yaxşı  hiss  edirdi,  güman  ki,  indi  mürgü 

                                                

8

 



 Партитура – чохсясли мусиги ясяринин бцтцн ясас партийаларынын мяъмусу 


 

83 


döyürdü,  şokdan  sonra  həmişə  belə  olur,  insanın  özünü  idarə  edə  bilmədiyi  xoşbəxt  səltənət 

fasiləsi  və  çarpayı  – çarpayı deyil, Nuhun gəmisidir, özünsə,  sanki, ödənişli  məzuniyyətdəsən, 

hər  necə  olursa-olsun,  adət  etdiyin  gündəlik  həyat  qırılıb.  «Deyəsən,  ona  baş  çəkəcəyəm,  – 

Oliveyra  düşündü.  –  Hə,  onun  kimsəsiz  adasına  soxulacağam,  hamar  qumuna  öz  ləpirlərimi 

salacağam! Eh, səndən heç vaxt adam olmayacaq». 

Alqışlar onu gözünü açmağa və madam Trepanın çətinliklə əyilərək publikaya təşəkkür 

etdiyinə  şahid  olmağa  məcbur  etdi.  Onun  sifətinə  hələ  yaxşı  baxa  bilməmişdi,  ancaq  heç  bir 

yubkanın  üstünü  örtməyə  qadir  olmadığı  kişi  çəkmələrini  görəndə  quruyub  qaldı.  Kütburun, 

kabluksuz,  lentşəkilli  qadın  ipiylə  bağlansa  da,  vəziyyəti  zərrə  qədər  dəyişmirdi.  Ancaq  Bert 

Trepanı  şişman  adlandırmaq  olmazdı,  ona  olsa-olsa  yekəpər  demək  olardı.  O,  yəqin  ki, 

radikulitdən,  yaxud  lümbaqodan  əziyyət  çəkirdi,  çünki  yalnız  bütün  bədəniylə  hərəkət  edə 

bilirdi. Hazırda o, böyük çətinliklə əyilib təzim etdikdən sonra tamaşaçılarla üzbəüz dayanmışdı, 

sonra yanpörtü dönüb özünü kətillə royalın arasına pərçim etdi və düz bucaq şəklində qatlanaraq 

arxasını  kətilin  üzərinə  basdı.  Oturduğu  yerdən  başını  sərt  hərəkətlə  döndərərək  yenidən  təzim 

etsə də, artıq heç kəs əl çalmırdı. «Elə bil, yuxarıdan onu iplərlə hərəkət etdirirlər»,  – Oliveyra 

düşündü. Marionetlər və avtomatlar onun xoşuna gəlirdi və o, dahiyanə sinkretizmdən istənilən 

möcüzəni gözləyirdi. Bert Trepa bir də publikaya baxdı, onun, sanki, una bulaşmış yumru sifəti 

bütün  günahları  canına  hopmuş,  zəhərli  quşüzümü  rəngində  qırmızı  ağzına  isə  Misir  qayığı 

uzanmışdı.  Budur,  o,  yenə  də  profildən  görünür,  tutuquşu  dimdiyinə  oxşayan  kiçik  burunun 

yanlarındakı  gözlər  klavişlərə  zilləndi,  əllər  klaviaturanın  üzərində  do-dan  si-yədək  gəzdi, 

yumşaq  maral  dərisindən  olan  iki  əl  çantasıyla  birlikdə.  Üç  qeyri-müntəzəm  hərəkətdən 

birincisinin  otuz  iki  akkordu  səsləndi.  Birinciylə  ikinci  akkordun  arası  beş,  ikinciylə  üçüncü 

akkordun  arası  isə  on  beş  saniyə  çəkdi.  On  beşinci  akkordda  Roz  Bobun  iyirmi  beş  saniyəlik 

pauzası  verildi.  Əvvəlcə  Roz  Bobun  vebernsayağı  pauzalardan  asanlıqla  istifadə  etdiyini 

qiymətləndirən  Oliveyra  çox  keçmədən  bu  zəhlətökən  təkrarlamalardan  bezikdi.  Yeddinci  və 

səkkizinci akkordların arasında zalda öskürmələr başladı, on ikinci və on üçüncü arasında kimsə 

ürəkdən  bir kibrit çəkdi, on dördüncü  və on  beşinci akkordlar arasında artıq gənc sarışın qızın 

ağzından 

«Ah,  merde,  alors!»

1

  nidası  qopduğu  aydınca  eşidildi.  İyirminci  akkorddan  sonra 



qaxsımış  qalıq  qız  nümunəsi  olan  ən  yaşlı  xanımlardan  biri  çətirindən  yapışıb  nəsə  deməkçün 

ağzını  açmışdı  ki,  iyirmi  birinci  akkord  nəzakətlə  onun  səsini  batırdı.  Oliveyra  əylənərək  Bert 

Trepaya  baxdı  və  onun  gözünün  ucuyla  zalı  müşahidə  etdiyindən  şübhələndi.  Trepanın 

qarmaqşəkilli  xırda  burnunun  üzərində  güclə  sezilən  gözlərinin  uclarında  solğun  mavi  parıltı 

işarırdı,  Oliveyraya  elə  gəldi  ki,  uğursuz  pianoçu  satılmış  biletlərin  hesabını  aparır.  İyirmi 

üçüncü akkordda başının ortası keçəl cənab qəzəblənmiş halda ayağa qalxdı, fısıldadı, fınxırdı və 

                                                

1

 



 Бурада: лап зибилдир ки! (фран.) 


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə