Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə34/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   30   31   32   33   34   35   36   37   ...   175

 

74 


danışmırlar,  Xusto  Suares    haqqında  da  danışmırlar,  Tiburon  de  Kil  haqqında  da  danışmırlar, 

Bonini  haqqında  da  danışmırlar,  Legisamo  haqqında  da  danışmırlar.  Bu  da  təbiidir.  Əngəl 

bundadır  ki,  təbii  və  həqiqi,  nədənsə,  birdən-birə  düşmənə  çevrilir,  vaxt  gəlir  və  təbii  olan  da 

dəhşətli saxtakarlıq kimi  səslənməyə  başlayır,  iyirmiyaşlıların  həqiqətilə qırxyaşlıların  həqiqəti 

bir-birini  dirsəkləriylə  itələməyə  başlayır  və  hər  bir  dirsəkdə  paltarı  cıran  ülgüc  var.  Mən  eyni 

zamanda  mövcud  olan  və  bir-birindən  fərqli  dünyalar  açıram,  hər  dəfə  də  daha  çox 

şübhələnirəm:  ən  pis  illüziya  uzlaşma  şəraitində  olmağın  mümkünlüyünü  düşünməkdir.  Hər 

zaman  hər  yerdə  olmağa,  zamanla  mücadilə  etməyə  nə  lüzum  var?  Mən  də  Natali  Sarrotu 

oxuyuram  və evli Gi Treberin  fotoşəkillərinə  baxıram, ancaq  bütün  bunlar

,

  sanki



,

  mənim  şəxsi 

iradəm və qərarım əsasında  baş verir, sanki

,

  keçmişdən  gəlir.  Kitabxananın  rəfindən  öz  əlimlə 



Kreveli  götürürəm,  Robert  Arltı  götürürəm,  Jarrini  götürürəm.  Bugünkü  gün  məni  öz  ağuşuna 

alır,  ancaq  mən  ona  dünəndən  baxıram  (mən  ağuşuna  alır  dedim?)  –  belə  çıxır  ki,  mənimçün 

keçmiş  indiyə,  indi  isə  trikotaj  köynək  geymiş  gənc  oğlanların  və  saçlarını  yanlarına  tökərək 

cafes  creme  içən  gənc  qızların  –  onların  yumşaq  və  ahəstə  nəvazişləri  pişiklərin  və  bitkilərin 

hərəkətlərini xatırladır – olduğu qəribə və dolaşıq gələcəyə çevrilir. 

Bununla mübarizə aparmaq lazımdır. 

Yenidən indiki zamana köklənmək lazımdır. 

Madam ki, mənim Mondrian ergo… olduğumu deyirlər.  

Hər halda, Mondrian öz indisini qırx il əvvəl çəkib. 

(Fotoşəkillərdən birində Mondrian eynən adi bir orkestrin dirijoruna bənzəyir (Xulio De 

Karo, ecco!), o, eynək taxıb, sərt yaxalıqlı frak geyinib, saçlarına tumar verib, tamamilə iyrənc 

və ucuz səhnədir, bayağı bir qızla rəqs edir. Bu rəqs edən Mondrianı hansı indiki zaman və necə 

hiss edə bilər? Onun kətana çəkdiyi rəsmlər də elə bu fotoşəkil kimidir… Keçilməz uçurum.) 

Sən, sadəcə, qocasan, Horasio. Hə, Horasio, sən Kvint Horasi Flakk deyilsən, miskin və 

acizsən. Sən qoca və miskin Oliveyrasan. 

«Il verse son vitriol entre les cuisses des faubougs»

1

, – Krevel rişxənd edir.  



Nə edəsən?  Bu  nəhəng  səliqəsizliyin ortasında  mən  özümü  yenə də  yelqovan kimi  hiss 

edirəm,  bu  qədər  fırlanandan  sonra,  nəhayət,  şimalla  cənubun  harada  olduğunu  göstərməyin 

vaxtıdır.  Kiməsə  yelqovan  deməkdən  ötrü  o  qədər  də  güclü  fantaziya  tələb  olunmur:  deməli, 

onun  fırlandığını  görürsən,  ancaq  milinin  yelkən  kimi  hava  axınına  qarışaraq  havayla  dolmaq 

istəməsini görmürsən. 

Metafizik  çaylar  da  var.  Hə,  əzizim,  əlbəttə,  var.  Ancaq  sən  öz  körpənə  baxacaqsan, 

hərdən  kövrələcəksən  və  birdən  hər  şey  təzələnəcək,  yeni  günəş  çıxacaq,  işıq  saçan  və  isidən 

qızılı günəş. 

J’habite a Saint-Germain-des-Pres, et chaque soir j’ai rendez-vous aves Verlaine. Ce 

                                                

1

 



 О,

 

саьрыларынын арасындакы йеря сулфат туршусу тюкцр. (фран.) 


 

75 


gros pierrot n’a pas change, et pour courir le guilledou…

2

 



Avtomata iyirmi frank sal, orada Leo 

Ferre  sənə  öz  məhəbbəti  haqqında  oxuyacaq,  o  olmasa  da  Jilber  Beko,  ya  da  Gi  Bear.  Mənim 

vətənimdə  isə:  «Həyatının  sənə  çəhrayı  rəngdə  görünməsini  istəyirsənsə,  avtomatın  yarığına 

iyirmi  sentavo  sal…»  Bəlkə,      radionu  qoşmusan  (bazar  ertəsi  prokatın  müddəti  bitir,  yada 

salmaq  lazımdır)  və  kamera  musiqisi  dinləyirsən,  məsələn  Motsartı,  yaxud  da  val  qoymusan, 

Rokamaduru  oyatmamaqçün  yavaş-yavaş  qulaq  asırsan.  Mənə  elə  gəlir  ki,  sən  Rokamadurun 

ağır xəstə olduğunu tam anlamırsan, o, çox zəifdir, odur ki, xəstəxanaya yatırsaydın, daha yaxşı 

olardı.  Ancaq  mən  bu  barədə daha  sənə  heç  nə  deyə  bilmərəm,  bir sözlə, hər  şey  bitib,  mənsə 

burada  boş-boş  avaralanıram,  fırlanır,  fırlanıram,  şimalın  harada,  cənubun  harada  olduğunu 

axtarıram, əgər ancaq bunları axtarıramsa. Əgər yalnız bunları axtarıramsa. Əgər bu deyilsə, bəs, 

əslində,  nədir?  Ah,  məhəbbətim  mənim,  mən  səninçün darıxıram, sənsiz  mənim  dərim  ağrıyır, 

sənsiz boğazım göynəyir, mən boğuluram və sanki

,

 köksüm boşluqla dolur, çünki artıq orada sən 



yoxsan.  

«Toi,  –  Krevel  deyir,  –    toujours  pret  a  grimper  les  cinq  etages  des  pythonisses 

faubouriennes, qui ouvrent grandes les portes du futur…»

1

  



Nədən  belə  olmasın,  nədən  Sibillanı  axtarmayım,  hər  dəfə  evdən  çıxıb  Sen  küçəsiylə 

gedərək  Kont  çayı  sahilboyuna  baxan  alaqapıya  çatanda  çayın  üzərindəki  zeytun  və  külrəngi 

havada konturlar seçilməyə başlayan kimi onun da incə qaməti Dez-ar körpüsündə peyda olurdu 

və  biz  gəzməyə  –  kölgələri  tutmağa,  Sen-Deni  yaxınlığında  kartof  qızartması  yeməyə,  Sen-

Marten kanalında donub qalmış barkasların yanında öpüşməyə gedirdik. (Onunla hər şeyi başqa 

cür hiss etməyə, düşməkdə olan axşamın qeyri-adi əlamətlərini duymağa başladım və ətrafda hər 

şey yenidən canlandı, Kur-de-Roan divarlarının üzərindəki avaralar isə şahidlərin və hakimlərin 

qorxunc və xəyali səltənətinə qalxırdılar…) Niyə də Sibillanı sevməyim, niyə mən qiyməti cəmi 

altı yüz frank olan onlarla açıq səma altında, süzülmüş və yağlı örtüklü yataqlarda onun bədəninə 

sahib  olmayım,  əgər  uşaqların  oynadığı  xana-xana  oyununa  bənzəyən  xəyali  xoşbəxtliyin 

arxasındakı bu başgicəlləndirici hop-hopda, çuvala bükülü ayaqlarla hoppananların arasında mən 

özümü də görürəmsə, iştirakçılar arasında mən də varamsa, onda nədən zamanın məngənəsindən, 

onun  yarlıklı  meymun  qəfəslərindən,  onun  bizi  vəzifələrlə  axtalayan  müqəddəslərin  saatını  və 

dəqiqəsini  ölçən 

«Omega  Electron  Girard  Perregaud  Vacheron  &  Constantin»

2

 



vitrinlərindən 

qurtulanadək oyunu davam etdirməyim, bütün yollardan xilas olduğum, ləzzətin,  yaxınlığın və 

anlayışın  aynası,  torağayların,  azad  quşcuğazların  aynası  olduğu  yerə  varanadək,  amma,  hər 

                                                

2

 

 Мян Сен-Жермендя йашайырам вя щяр ахшам Верленля гаршылашырам. Бу бюйцк Пйеро притонлары 

вейллянмяк хятриня

 

дя дяйишмяйиб. (фран.) 

1

 



 Сян шящяр кянарындакы бешинъи мяртябяйя, фалчынын йанына дырмашмаьа щямишя щазырсан ки, о

,

 сянин 

эяляъяйя олан гапыларыны тайбатай ачсын… (фран.)  

2

 



 Саат истещсал едян фирманын ады 


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə