Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə37/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   33   34   35   36   37   38   39   40   ...   175

 

80 


O, artıq aydınlığını itirmiş düşüncələrdən yorulub tində dayandı (nədənsə, maşın vurmuş 

qoca bir dəqiqə də olsun yadından çıxmırdı, artıq o yəqin ki, xəstəxana çarpayısında uzanıb, onu 

gülərüz, eyni zamanda simasız həkimlər, praktikantlar və tibb bacıları dövrəyə alıb, çox  güman 

ki, adını, yaşını, peşəsini soruşurlar, onu qorxulu heç bir şey olmadığına inandırırlar və görünür, 

artıq  ona  yardım  da  göstəriblər  –  sarğı  bağlayıb,  iynə  vurublar).  Oliveyra  dayanıb  ətrafda  baş 

verənlərə baxdı; şəhərdəki bütün yolayrıcları kimi bu yolayrıcı da onun düşüncələrinə illüstrasiya 

idi, yəni, demək olar ki, özünə əziyyət verib düşünməyə ehtiyac yox idi, sadəcə, baxmaq kifayət 

edərdi.  Kafedə  soyuqdan  gizlənmiş  bir  neçə  bənna  piştaxtanın  yanında  sahiblə  boşboğazlıq 

edirdilər.  İçəri  girib  bir  stəkan  şərab  içməkdən  başqa  bir  işi  də  yox  idi.  İki  tələbə  masanın 

arxasında  nəsə  oxuyub  yazırdılar.  Oliveyra  onların  göz  qapaqlarını  qaldıraraq  bənnalara  necə 

baxdıqlarını,  sonra  yenidən  dəftər-kitablarına  qayıtdıqlarını  və  yenidən  bənnalara  baxdıqlarını 

gördü.  Sanki

,

  hərə  öz  şüşə  qutusundan  bir-birinə  baxır,  öz  içinə  çəkilir,  sonra  yenidən  baxır, 



vəssalam.  İkinci  mərtəbədə,  kafenin  qapalı  eyvanında  pəncərənin  qabağında  oturan  qadın, 

deyəsən, nəsə toxuyub-hörürdü. Onun vız durmuş saçları ritmik şəkildə pəncərəyə doğru hərəkət 

edirdi.  Oliveyra  indi  onun  nə  düşündüyünü,  əlində  qayçı  olduğunu,  bir  azdan  uşaqlarının 

məktəbdən,  bütün günü kontorda və  ya  bankda oturmuş ərinin  işdən gələcəyini   təsəvvür etdi. 

Bənnalar, tələbələr, bu qadın, bir də ki, elə indicə tində peyda olan kloşar. Bir şüşə çaxır onun 

cibindən başını çıxardıb baxır, qarşısında içərisində köhnə qəzetlər, boş konserv bankaları, kirli 

cır-cındır,  başı  qopmuş  kukla,  içindən  balıq  quyruğu  çıxmış  bağlama  olan  uşaq  arabası  var. 

Bənnalar, tələbələr, qadın, kloşar, balaca köşkdə  isə

,

  sanki


,

  məhkumlar  üçün  nəzərdə  tutulmuş 

LOTERIE  NATIONALE

1

  adlı  rüsvayçılıq  dirəyinə  bağlanmış  qarı  oturub,  yağlı  saçları  boz 



rəngli  ləçəyinin  altından  bayıra  çıxıb,  əllərində  göy  rəngli  barmaqsız  əlcəklər, 

TİRAGE 


MERCREDİ

2

  –  ümidsiz  halda  müştəri  gözləyir,  ayaqlarını  kürədə  isidərək  oturub,  bu  şaquli 



tabuta bağlanaraq sakitcə oturub soyuqdan dona-dona uğur təklif edir, qoca beynində isə xırdaca 

fikir topaları qaynaşır: uzaq uşaqlıq illərində ona konfet bağışlayan məktəb müəlliməsi, Sommda 

həlak  olan  əri,  kommivoyajer  oğlu,  axşamlar  suyu  gəlməyən  mansardadakı  otaq,  üç  gün  üçün 

birdən  bişirilən  şorba,  bifşteksdən  ucuz  olan 

boeuf  bourguignon

3

,  TİRAGE  MERCREDİ. 



Bənnalar,  tələbələr,  avara,  lotereya  bileti  satan  qadın  –  hər  kəs  öz  qrupcuğunda,  öz  şüşə 

qutucuğundadır; budur, qoca maşının altına düşür və dərhal hamı hadisə yerinə cumur, həyəcanla 

öz təəssüratlarını bölüşür, tənqid edir, razılaşır və razılaşmır, beləliklə, yenidən yağış yağan kimi 

bənnalar  bardakı  sütunun  yanına,  tələbələr  öz  masalarına,  ikslər  ikslərin,  iqreklər  də  iqreklərin 

yanına qayıdacaqlar. 

                                                

1

 

 Милли лотерейа (фран.) 

2

 



 Чяршянбя ахшамы ойнайаъаг. (фран.) 

3

 



 Бургундийа яти (фран.) 


 

81 


«Yalnız  mənasız  və  absurd  yaşamaqla  haçansa  bu  sonu  bilinməyən  absurdu  dağıtmaq 

olar, – Oliveyra yenidən düşündü. – İslanmış cücəyə dönəcəyəm, gərək özümü bir yerə salam». 

O,  Salle  de  Geographie

1

  elanını  gördü  və  vestibülə  girdi.  Naməlum  qitə  Avstraliya  haqqında 



mühazirə. «Kristo de Monfave» kolleci məzunlarının yığıncağı. Madam Bert Trepanın ifasında 

fortepiano musiqisi. Meteoritlər haqqında mühazirə kurslarına yazılmaq açıqdır. Beş aya cüdoçu 

olun.  Liop  şəhərinin  salınması  haqqında  mühazirə.  Fortepiano  musiqisi  konserti  başlamaq 

üzrəydi,  biletlər  də  ucuz.  Oliveyra  göyüzünə  baxdı,  çiyinlərini  çəkib  daxil  oldu.  Düşündü  ki, 

Ronaldın  yanına,  ya  da  Etyenin  emalatxanasına  getsin,  ancaq  bunu  axşama  saxlamağa  qərar 

verdi. Pianoçunun adının Bert Trepa olması

,

 nədənsə, ona gülməli göründü. Konsertə girmək bir 



tərəfdən əyləncəli oldu – qısamüddətli də olsa, öz-özündən uzaqlaşmaq, küçədə gəzdiyi zaman 

çeynədiyi  mövzuya  daha  bir  ironik  illüstrasiya.  «Biz  –  heç  nəyik»,  –  o,  yüz  iyirmi  frankı 

kassanın  pəncərəsindən  başını  çıxarmış  qarının  dişlərinin  qarşısına  qoyaraq  düşündü. 

Mərdimazar  qarının  sayəsində  ona  onuncu  cərgə  düşdü.  Artıq  konsert  başlasa  da,  bir  neçə 

saqqallı,  bir  neçə  keçəl,  iki  nəfər  də  həm  saqqallı,  həm  də  keçəl  qocanı,  qonşuları  və  ev 

adamlarını, qırx-qırx beş yaşlarında köhnə-nimdaş palto geyinmiş və dəlmə-deşik çətir götürmüş 

iki  qadını  nəzərə  almasaq,  tamaşaçı  olduqca  az  idi;  bərkdən  danışaraq  mübahisə  edən, 

ağızlarında şirni xırtıldadan və oturduqları Vyana stullarını cırıldadan bir neçə gənc də – əsasən 

cütlüklər – vardı. İyirmi adam həmin olardı. Yağışlı hava qoxusu gəlirdi, nəhəng zal rütubətli və 

soyuq  idi,  pərdənin  arxasındakı  dərinlikdən  anlaşılmaz  danışıq  səsləri  gəlirdi.  Qocaladan  biri 

qəlyanını  yandırdı,  Oliveyra  da  tələsik  siqaret  çıxartdı.  O,  özünü  narahat  hiss  edirdi, 

ayaqqabısının  biri  islanmışdı,  kif  və  yaş  paltar  iyi  gəlirdi.  Siqaretini  alışdıraraq  dərin  qullab 

vurdu, sonra söndürdü. Qapının arxasında zəif zəng çalındı və cavan bir oğlan ovuclarını bərk-

bərk  bir-birinə  vurdu.  Beretini  bərbad  şəkildə  əyri  qoymuş  üzü  qrimli  –  yəqin  ki,  bu  qrimi 

gecələr  də  yumurdu  –  kapeldiner  qarı  giriş  qapısının  pərdəsini  çəkdi.  Yalnız  bu  zaman 

Oliveyranın  yadına  düşdü  ki,  girişdə  ona  proqram  veriblər.  Pis  çap  olunmuş  vərəqdə  qızıl 

medallı  madam  Bert  Trepanın,    Roz  Bobun  «Üç  qeyri-müntəzəm  hərəkət»ni  (ilk  ifa),  Aliks 

Aliksin «General Leklerkin şərəfinə pavana»sını (ilk dünyəvi ifa) və Delibin, Sen-Sansın və Bert 

Trepanın müştərək əsəri «Sintez: Delib – Sen-Sans»ı ifa edəcəyi çətinliklə oxunurdu. 

«Kül başına, – Oliveyra düşündü. – Proaqrama bax». 

Haradansa royalın arxasında iri buxaqlı və ağ gur saçlı bir cənab peyda oldu. O, qapqara 

geyinmişdi, çəhrayı əliylə dəbdə olan jiletini bəzəyən zənciri nəvazişlə tumarladı. Oliveyraya elə 

gəldi ki,  jilet əməlli-başlı  yağa  batıb.  Zəif alqış sədaları  eşidildi  –  bənövşəyi plaş geyinmiş  və 

qızıl  sağanaqlı  eynək  taxmış  qız  buna  dözmədi.  Qoca  qeyri-adi  dərəcədə  tutuquşu  qığıltısını 

xatırladan  səsiylə  boğazını  qaynadıb  giriş  sözü  söyləyərək  bildirdi  ki,  Roz  Bob  madam  Bert 

                                                

1

 

 Сорбоннада ъоьрафийа аудиторийасы (фран.) 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə