Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə45/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   41   42   43   44   45   46   47   48   ...   175

 

97 


– İcazə verin yuxarı qalxım, – Oliveyra təkid etdi. – Siz tindəki kafedə gözləyin. Mən hər 

şeyi yoluna qoyacağam, bütün gecəni burada qala bilməzsiz ki. 

Bert  Trepa  kəskin  etirazını  bildirməyə  çalışırdı  ki,  dəhlizin  işığı  yandı.  Bert  Trepa 

Oliveyranı  buraxıb  kənara  sıçradı  və  tələsik  küçəyə  çıxdı,  Oliveyra  isə  nə  edəcəyini  bilməyib 

orada  qaldı.  Pilləkənlə  iki  nəfər  qaçaraq  ona  baxmadan  yanından  ötdülər  və  Tuen  küçəsinə 

yönəldilər. Bert Trepa əsəbi halda ətrafa baxaraq yenidən blokda gizləndi. Küçədə yağış, elə bil, 

vedrədən tökülürdü. 

Bunu  etməyə  zərrə  qədər  həvəsi  olmasa  da,  başqa  çıxış  yolunun  olmadığını  görən 

Oliveyra dəhlizin başındakı pilləkənə doğru getdi. Üç addım atmamışdı ki, Bert Trepa qolundan 

yapışıb  giriş  qapısına  doğru  dartdı.  Yalvarışlar,  qadağalar,  əmrlər,  sözlər  və  nidalar  bir-birinə 

qarışıb  anlaşılmaz  toyuq  qaqqıltısına  çevrildilər.  Oliveyra  pilləkəndən  geri  çəkildi,  təslim  olub 

etiraz  etmədi.  Sönmüş  işıq  yenidən  yandı  və  ikinci,  ya  da  üçüncü  mərtəbədə  səslər  eşidildi  – 

kimlərsə  sağollaşırdı.  Bert  Trepa  Oliveyranı  bayıra  çıxardı,  özüsə  qapının  çərçivəsinə  qısıldı, 

özünü elə göstərdi  ki, guya, plaşının düyməsini  bağlayıb küçəyə çıxmağa  hazırlaşır. Pilləkənlə 

aşağı düşən iki kişi onun yanından keçənədək tərpənmədi. Onlar laqeydcəsinə Oliveyraya baxıb 

hər tinbaşı 

pardon

1

 deyə-deyə uzaqlaşdılar. Oliveyra heç bir şeyə baxmadan pilləkənlə üzüyuxarı 



cummağı  düşündü,  ancaq  Bert  Trepanın  neçənci  mərtəbədə  yaşadığını  bilmirdi.  Yenidən 

qaranlıqda nəsə baş verəcəyini, yaxud da heç nə baş verməyəcəyini gözləyə-gözləyə əsəbi halda 

siqaretini sümürdü. Pianoçu qadının hıçqırıqlarının açıq-aşkar eşidilməsinə leysan yağışın səsi də 

mane ola bilmirdi. O yaxınlaşıb əlini qadının çiyninə qoydu. 

– Tanrı xətrinə, madam Trepa, qanınız qaralmasın. Deyin görüm, nə edə bilərəm, axı bir 

çıxış yolu olmalıdır. 

– Siz gedin, gedin, – o pıçıldadı. 

–  Siz  tamam  yorulub  əldən  düşmüsünüz,  sizə  yatmaq  lazımdır.  Gəlin  mehmanxanaya 

gedək,  mənim  də  pulum  yoxdur,  ancaq  mən  danışaram,  sabah  verərəm.  Mən  bu  yaxınlıqda, 

Valett küçəsində bir mehmanxana tanıyıram. 

– Mehmanxanaya, – Bert Trepa dönüb Oliveyraya baxdı. 

– Əlbəttə, bu yaxşı deyil, ancaq gecələmək də lazımdır. 

– Siz məni mehmanxanaya dartıb aparmaq istəyirsiniz. 

–  Mən  sizi  yalnız  mehmanxanayadək  aparacağam  və  sahibdən  xahiş  edəcəyəm  ki,  sizə 

otaq versinlər. 

– Mehmanxanaya, siz məni mehmanxanaya aparmaq istəyirsiniz.  

–  Mən  heç  nə  istəmirəm,  –  Oliveyranın  səbri  tükəndi.  –  Mən  sizə  öz  evimi  təklif  edə 

bilmərəm, ona görə ki, sadəcə olaraq,  evim yoxdur. Siz mənim yuxarı qalxıb Valentinə qapını 

                                                

1

 



 Баьышлайын. (фран.) 


 

98 


açmasını  deməmi  də  istəmirsiniz.  Siz  mənim  getməyimi  istəyirsiniz?  Elə  isə  –  gecəniz  xeyrə 

qalsın. 


Haradan bilək ki, o, bu sözləri dedi, yoxsa yalnız düşündü. O, bu cür sözləri deməkdən 

heç  vaxt  indiki  kimi  uzaq  olmamışdı,  başqa  yerdə  o,  bu  sözləri  çoxdan  demişdi.  O,  belə 

etməməliydi. O nə edəcəyini bilmirdi, ancaq belə də olmazdı. Bert Trepa isə qapıya sıxılaraq ona 

baxırdı. Yox, o heç bir söz demədi, o, qadının yanında hərəkətsiz dayanaraq hələ də ona kömək 

etmək  istəyir,  nə  qədər  təəccüblü  olsa  da,  ona  acıqlı  baxan  və  nə  üçünsə  əlini  yuxarı  qaldıran 

Bert  Trepa  üçün  nəsə  etmək  istəyirdi.  Birdən  yuxarı  qalxmış  əl  Oliveyranın  sifətinə  endi;  o 

karıxmış halda kənara çəkildi və demək olar ki, şillədən yayına bildi, yalnız nazik barmaqların 

dırnaqları sifətini çubuq ucu kimi cızdı. 

– Mehmanxanaya, – Bert Trepa təkrar etdi. – Eşitdiniz o, mənə nə təklif etdi? 

O,  gözlərini  dolandıraraq  üzünü  qaranlıq  dəhlizə  tərəf  döndərdi,  onun  qıpqırmızı 

boyanmış ağzı, sanki, öz-özünə hərəkət edir, öz həyatını yaşayırdı və özünü itirmiş Oliveyraya 

elə gəldi ki, Sibillanın Rokamadura şam qoymaq istəyən əllərini görür, o isə dəhşətli bağırtılarla 

qıvrılır  və  yumşaq  yerini  büzürdü;  Bert  Trepa  ağzını  tərpədir,  dəhlizin  zülmətini,  görünməz 

auditoriyanı gözləriylə dəlirdi və başını elə əsdirirdi ki, vız durmuş saçı havada rəqs eləyirdi. 

– Allah bəlanızı versin, – Oliveyra əlini azca qanamış üzündə gəzdirərək dedi. – Belə bir 

şey haradan ağlınıza gəldi. 

Amma  onun  belə  bir  şey  ağlına  gələ  bilərdi,  çünki  (o,  bunları  qışqıra-qışqıra  dedi  və 

koridorun  işığı  yenidən  yandı),  çünki  yaxşı  bilirdi  ki,  belə  əxlaqsızlar  küçədə  ona  və  bütün 

əxlaqlı  qadınlara  sataşırlar,  lakin  o  buna  yol  verməz  (bu  zaman  dalandarın  qapısı  açıldı  və 

Oliveyra  qapının  yarığından  bir  qarının  nəhəng  siçovul  kimi  vəhşi  gözlərini  ona  zillədiyini 

gördü), yol  verməz ki, sapığın  biri, ağzıtüpürcəkli satir evinin qapısı ağzında ona sataşsın,  bəs 

polis,  məhkəmə  nə  üçündür  (kimsə  sürətlə  yuxarıdan  aşağı  endi  və  qaraçı  balasına  oxşayan 

qıvrımsaç  oğlan  uşağı  məhəccərdən  sallanıb  sevinə-sevinə  baxmağa  başladı),  əgər  qonşular 

kömək etməsələr, o zaman o özü öz şərəfini qoruyar, əxlaqsızın, pozğun eksgibisonistin dərsini 

verər, birinci dəfə deyil ki … 

Turnefor küçəsinin tinində  Oliveyra  hiss  etdi ki,  yağışın  altında çoxdan  islanıb-sönərək 

yarısı ovxalanıb tökülən  siqareti  hələ də  barmaqlarının arasında sıxır.  Küçə  fənərinə söykəndi, 

üzünü  yağışın  suyunda  yumaq  üçün  başını  yuxarı  qaldırdı.  Belə  vəziyyətdə,  yəni  yağış  üzünü 

yuyanda  fikrini  cəmləyə  bilmirdi.  O,  başını  aşağı  salıb,  gödəkçəsini  xirtdəyinədək  düymələyib 

küçəylə  yavaş-yavaş  addımlayırdı;  yaxalığı  həmişəki  kimi  çürüntü  və  dabbaqxana  iyi  verirdi. 

Oliveyra heç bir şey haqqında düşünmürdü, o gedir və sanki, kənardan özünə baxırdı: yekə bir it 

yağışın  altında  ağır-ağır  yeriyir,  yöndəmsiz  ayaqlar  üzərində  gəzən  qara  məxluq,  keçəli 

çəkmələrin  içində  yağışın  altında  ayaqlarını  sürüyür.  Arabir  əlini  qaldırıb  üzünə  çəkirdi,  sonra 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə