Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə47/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   43   44   45   46   47   48   49   50   ...   175

 

10



müqayisə etmək olmaz. Bu yolla mən Vonqun onanizmlə məşğul olduğunu kəşf etmişəm, Bəps 

isə yansenist üslubunda xeyriyyəçiliklə məşğuldur: ovcunda bir parça çörək üzünü divara çevirir, 

çörəyin  içində  də  nəsə  olur.  Bir  vaxtlar  hətta  doğma  anamı  da  tədqiq  etmişəm.  Lap  çoxdan 

Hersoqovinada. Mən Adgüldən ötrü dəli-divanəydim, o, sarışın parik geyinirdi, ancaq mən onun 

saçlarının  qara  olduğunu  bilirdim.  Qəsrdə  heç  kəs  bunu  bilmirdi,  biz  ora  qraf  Rosslerin 

ölümündən sonra yerləşmişdik. Mən soruşanda (mənim cəmisi on yaşım vardı, xoşbəxt cütlük) 

anam güldü və məni həqiqəti söyləməyəcəyimə and içməyə məcbur etdi. Ancaq açmalı olduğum 

və sarışın parikdən daha sadə  və gözəl olan bu  həqiqət  mənə rahatlıq  vermirdi. Parik əsl sənət 

əsəriydi,  anam  qulluqçunun  yanında  çəkinmədən  saçlarını  daraya  bilər,  o  isə  heç  bir  şey  hiss 

etməzdi.  Anam  otaqda  tək  qalanda,  heç  özüm  də  bilmirəm  niyə,  çox  istəyirdim  ki,  divanın 

altında, ya da bənövşəyi pərdələrin arxasında olum. Qərara gəldim ki, kitabxana ilə anamın tualet 

otağını ayıran divarda deşik açım, bunu gecələr hamı yatdığımı zənn edəndən sonra edirdim. Və 

bir  dəfə  dəlikdən  gördüm  ki,  Adgül  sarışın  parikini  çıxarıb  qara  saçlarını  yanına  tökdü  və 

tamamilə başqa cür, son dərəcə gözəl oldu, sonra bu pariki də çıxardı və başı bilyard şarı kimi 

ham-hamar oldu, elə iyrəncdi ki, iyrəndiyimdən o gecə yastığın üstünə qusdum. 

– Sizin uşaqlığınız bir az Zenda məhbusunu xatırladır, – Sibilla dalğın halda dedi. 

–  Bu,  pariklər  aləmi  idi,  –  Qreqorovius  dedi.  –  Maraqlıdır,  görəsən,  Horasio  mənim 

yerimdə olsaydı, neylərdi. Biz Horasio haqqında danışırdıq və siz mənə nəsə demək istəyirdiniz.  

– O necə də qəribə hıçqırır, – Sibilla Rokamadurun beşiyinə baxıb dedi. – İlk dəfədir ki, 

belə edir.  

– Yəqin

,

 mədəsinə nəsə olub. 



– Niyə onlar onu xəstəxanaya qoymağımı bu qədər istəyirlər? Bu gün yenə o qarışqasifət 

həkim.  Mən  istəmirəm,  xəstəxana  onun  xoşuna  gəlmir.  Mən  evdə  də  nə  lazımdırsa,  edirəm. 

Səhər Bəps gəlmişdi, dedi ki, qorxulu heç nə yoxdur. Horasio da ciddi bir şey olmadığını deyirdi.  

– Horasio gəlməyəcək? 

– Yox, o, şeylərinin ardınca gələcək. 

– Ağlamayın, Lusia. 

– Mən burnumu silirəm. Hıçqırmağı kəsdi. 

– Bir şey danışın, Lusia, əgər istəyirsinizsə. 

– Mən artıq heç nə xatırlamıram, eybi yoxdur. Yox, yadımdadır. Niyə ki? Nə qəribə addır 

– Adgül. 

– Hə, ancaq bilmirəm, əsl adıdır, yoxsa yox. Mənə deyiblər… 

– Sarışın və qara parik kimi, – Sibilla dedi. 

–  Hamı  kimi,  –  Qreqorovius  dedi.  –  Doğrudan  da,  hıçqırmağı  kəsdi.  İndi  sabaha  kimi 

yatacaq. Siz Horasio ilə nə vaxt tanış olmusunuz? 




 

10



(–134) 

 

25 

 

Yaxşı  olardı  ki,  Qreqorovius  susaydı,  ya  da  Adgül  haqqında  danışaydı,  onda  o, 



qaranlıqda  sakitcə  siqaretini  tüstülədər,  otaqdakı  səliqəsizliyi,  Horasionun  otaq  tapan  kimi 

aparması üçün  qablaşdırılacaq  valları  və kitabları  bir an unudardı.  Amma  yox, o, Sibillanın  nə 

deyəcəyini  gözləyərək  bir  dəqiqə  susdu  və  yeni  sual  verdi,  elə  hey  nəsə  soruşur,  elə  bil,

 

qızın 



«Mon p’tit voyou»

1

 oxumaq, yaxud yanmış kibritlərlə nəsə çəkmək,  ya da Somerrar küçəsindəki 



ən yoluq pişikləri tumarlamaq və ya Rokamaduru yedizdirmək istəməsi ona mane olur. 

– 

«



Alors mon p’tit voyou», – Sibilla oxuyurdu, – 

la vie, qu’est qu’on s’en fout…”

2

 

– Mən də akvariumları çox sevirdim, – Qreqorovius xatirələrə dalaraq dedi. – Ancaq mən 



öz cinsimə xas işlərlə məşğul olmağa başlayanda bu məhəbbət tükəndi. Bu, Dubrovnikdə oldu, 

fahişəxanada,  məni  ora  danimarkalı  bir  matros  aparmışdı,  anamın  Oddessadan  olan  ozamankı 

sevgilisi.  Yatağın  ayaq  tərəfində    gözəl  bir  akvarium  vardı,  yataq  özü  də  göyüzü  kimi  mavi 

örtüklə  örtülmüşdü,  sarışın  gonbul  fahişə  dovşan  kimi  qulağımdan  tutmamışdan  öncə  örtüyü 

səliqəylə  qaldırdı.  Təsəvvür  edirsiniz,  Lusia,  necə  qorxuluydu,  bunlar  hamısı  necə  dəhşətliydi. 

Biz  arxası  üstə  uzanmışdıq,  o  tamamilə  avtomatik  şəkildə  məni  sığallayırdı,  məni  əsməcə 

tutmuşdu, o isə nədən gəldi danışırdı: elə indicə barda düşən davadan, martda olan tufanlardan… 

Balıqlar isə ora-bura vurnuxurdular, aralarında yekə bir qara balıq vardı, ən böyüyü oydu. Ora-

bura, ora-bura, gonbulun əli qıçlarımla aşağı-yuxarı… Bax məhəbbət bu imiş, qara balıq inadla 

ora-bura  vurnuxur.  Obraz  obraza  bənzəyir,  yeri  gəlmişkən,  yetərincə  dəqiq.  Sonsuzluğadək 

təkrarlanan qəribə qaçış, şüşədən keçib başqa bir mahiyyətə daxil olmaq istəyi. 

– Kim bilir, – Sibilla dedi. – Mənə elə gəlir ki, artıq balıqlar akvariumdan çıxmaq istəmir, 

onlar, demək olar ki, heç vaxt burunlarını şüşəyə toxundurmurlar. 

Qreqorovius  xatırladı  ki,  çıxarılan  arakəsməsi  olan  akvariumlar  haqqında  haradasa 

Şestovdan oxuyub; bu arakəsməni bir müddətdən sonra çıxarsalar da, öz bölməsində üzən balıq o 

biri tərəfə üzməyə heç səy də göstərmir. Bəlli yerədək üzdükdən sonra maneənin götürüldüyünü 

və bir az da irəli üzməyin mümkün olduğunu bilmədən dönüb yenidən geri üzür… 

– Bəlkə,   məhəbbət də elədir, – Qreqorovius dedi. – Necə də qəribədir, sən akvariumdakı 

balıqlara  heyran  olduğun  halda  onlar  birdən-birə  havaya  qalxır  və  göyərçinlər  kimi  uçurlar. 

Axmaq arzudur, təbii ki. Biz burnumuzun nəsə xoşagəlməz bir şeyə toxunacağından qorxaraq elə 

hey geri çəkilirik. Burnumuz, elə bil, dünyanın o başıdır – dissertasiya mövzusu. Yəqin ki, pişiyə 

                                                

1

 

 «Мяним балаъа дяъялим» (фран.) 

2

 



 «Мяним балаъа дяъялим, щяйат еля бир шейдир ки, эяряк щяр шейя тцпцрясян…» (фран.) 


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə