Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə49/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   45   46   47   48   49   50   51   52   ...   175

 

10



–  Ola  bilsin  ki,  başqa  nəsə  və  kimsə  var.  Niyə  getdiyini  o  özü  də  bilmir,  siz  də  onun 

gedişinin səbəbini bilə bilməzsiniz, buna cürətiniz çatmaz, inanın mənə. 

–  İnanmaram,  –  Sibilla  stuldan  sürüşüb  döşəmədə  yerini  rahatlayaraq  dedi.  –  Mən, 

ümumiyyətlə,  heç  nə  anlamıram.  Pola  barədə  isə  lazım  deyil.  Mən  onun  haqqında  danışmaq 

istəmirəm. 

–  Onda  qaranlıqda  gözlərinizə  nə  göründüyünə  baxın,  –  Qreqorovius  mülayim  tərzdə 

dedi.  –  Təbii  ki,  biz  başqa  şeylər  haqqında  da  danışa  bilərik.  Siz  bilirsiniz  ki,  Çeroki  hindli 

tayfasından  olanlar  missionerlərdən  daim  bıçaq  istəyirmişlər,  ona  görə  də  o  qədər  bıçaq 

toplayıblar ki, indi dünyada adambaşına düşən bıçaq sayına görə birinci yerdədirlər? Bu barədə 

Alfred Metronun məqaləsindən oxumuşam. Dünyada qəribə şeylər çoxdur. 

 

Hər halda, niyə Paris nəhəng metaforadır?  



–  Mən  uşaqkən,  –  Qreqorovius  dedi,  –  dayələrimiz  Bostok  rayonunda  kirayə  qalan 

ulanlarla  eşqbazlıq  edirdilər.  Onlara  mane  olmamam  üçün  məni  Malte  Laurdis  Briqqeni  belə 

heyərətə  gətirəcək  xalılar  və  qobelenlərlə  başdan-başa  bəzədilmiş  böyük  salona  oynamağa 

buraxırdılar.  Xalçaların  birində  Ofir  şəhərinin  nağıllardakı  kimi  Qərbə  qədər  uzanan  planı  əks 

olunmuşdu.  Mən  iməkləyə-iməkləyə  sarı  şarımı  burnumla  və  əllərimlə  Şan-Ten  çayı  axarı 

boyunca itələyir, nizələrlə silahlanmış qaradərili əsgərlərin qoruduğu şəhər divarlarından keçirir, 

başımı  xalının  mərkəzindəki  qırmızı  ağacdan  qayrılmış  masanın  ayağına  vurmadan  bütün 

təhlükələri  adlayaraq  çariça  Savskinin  iqamətgahına  gəlib  çıxır  və  kəpənək  qurdu  kimi  düz 

yeməkxana təsvirinin üzərində yuxuya gedirdim. Hə, Paris – metaforadır. Mənə elə gəlir ki, indi 

də  siz  xalçanın  üzərinə  atılmısınız.  Bu  xalının  üzərindəki  nə  şəklidir?  Ah,  oğurlanmış  uşaqlıq 

illəri, bəs daha nə var, daha nə var? Mən bu otaqda azı iyirmi dəfə olmuşam, ancaq  bu xalçanın 

üzərindəki şəkli qətiyyən yadımda saxlaya bilmirəm… 

–  O  elə  kirli  və  köhnədir  ki,  şəkil,  demək  olar  ki,  görünmür,  –  Sibilla  dedi.  –  Onun 

üzərində, deyəsən, iki tovuzquşu dimdikləriylə öpüşürlər və bu kifayət qədər ədəbsiz görünür. 

Onlar pilləkəndə addım səsləri eşidib susdular: kimsə yuxarı qalxırdı. 

 

(–109) 



 

27 

 

– Ah, Pola, – Sibilla dedi. – Mən onun haqqında Horasiodan çox bilirəm. 



– Ancaq onu heç vaxt görməmisiz? 


 

10



–  Görmüşəm,  özü  də  necə  görmüşəm,  –  Sibilla  tələsik  dedi.  –  Horasio  onu  bura 

saçlarında,  paltosunun  üzərində  gətirmişdi,  onun  ucbatından  titrəyir,  onu  üzərindən  yuyub 

təmizləyirdi. 

– Etyenlə Vonq  mənə  bu qadın  haqqında danışıblar,  – Qreqorovius dedi.  –  Onları Sen-

Kludakı  kafenin  eyvanında  bir  yerdə  görüblər.  Onların  hamısına  Sen-Kluda  nə  lazım  olduğu 

təkcə ulduzlara bəlli olsa da, bu belə olub. Deyirlər ki, Horasio ona qarışqa yuvasına baxan kimi 

tilsimlənmişcəsinə  baxırmış.  Vonq  sonradan  bundan  istifadə  edərək  özünün  seksual  təminat 

haqqında növbəti mürəkkəb nəzəriyyəsini yaratdı; onun fikrincə, əgər ayrı-ayrı anlarda sevginin 

bu  tipli  əmsalını  qorumaq  mümkün  olsa  (bunlar  onun  sözləridir,  çinlinin  savadına  görə  məni 

bağışlayın),  idrakda  çox  irəli  getmək  olar,  bu  zaman  ruhumuz  kristallaşıb  başqa  şəklə  düşər, 

sürrellığa çevrilər. Siz buna inanırsınız, Lusia?   

–  Mənə  elə  gəlir  ki,  biz  hamımız  bunabənzər  bir  şey  axtarırıq,  ancaq  demək  olar  ki, 

həmişə aldanırıq, yaxud bizi aldadırlar. Paris – nəhəng, kor-koranə bir sevgidir, biz hamımız bu 

sevgi uğrunda ölməyə hazırıq, ancaq biz nəsə yaşıl, nəsə mamırabənzər bir şeyin içində batırıq. 

Montevideo da belədir, orada da gerçək sevgi yoxdur, vurulmağa macal tapmamış, nəsə qəribə 

bir şey başlanır, mələfələrlə, saçlarla bağlı əhvalatlar, qadınlarda  isə daha çox şeylər olur, Osip, 

abortlar, məsələn. Vəssalam. 

– Məhəbbət, seksual həyat deməkdir. Biz hamımız eyni şey haqqında danışırıq. 

–  Əlbəttə,  –  Sibilla  dedi.  –  Əgər  sevgi  haqqında  danışırıqsa,  demək  seksual  həyat 

haqqında danışırıq. Əksini düşünəndə isə vacib deyil. Ancaq mənə elə gəlir ki, seksual həyat və 

seks – eyni şey deyil. 

–  Bu  qədər  nəzəriyyə  yetər,  –  Osip  birdən  dedi.  –  Bunlar  hamısı  dixotomiya, 

sinkretizmdir…  Görünür,  Horasio  Polada  bizim  ona  vermədiklərimizi  axtarırmış.  Belə  deyək, 

praktik relslər üzərinə çıxaraq. 

– Horasio həmişə  nəsə axtarır,  – Sibilla dedi.  –  O,  məndən  yorulur, çünki  mən düşünə 

bilmirəm, vəssalam. Pola isə yəqin ki, daim düşünür, dayanmadan. 

– Fikirlə qidalanan sevgi yoxsuldur, – Osip sitat gətirdi.  

–  Gəl  ədalətli  olaq,  –  Sibilla  dedi.  –  Pola  çox  gözəldir,  mən  bunu  Horasionun 

gözlərindən, onun yanından gələndən sonra mənə baxmağından anlamışam; o, kibritə bənzəyir, 

onu çəkən kimi parlaq alovla alışır, bunun bircə an davam etməsi önəmli deyil, bu çox gözəldir; 

çirk!  Kükürd  qoxusu  gəlir  və  parlaq  alov,  sonra  isə  sönür.  O  bax  belə  gəlirdi,  çünki  Pola  onu 

gözəlliklə doldururdu. Mən bunu da ona demişəm, Osip və düz də eləmişəm. Son zamanlar biz 

bir  az  uzaqlaşmışıq,  ancaq  yenə  də  bir-birimizi  sevirik.  Belə  şey  bir  dəfəyə  bitmir,  Pola  bizə 

pəncərədən  düşən  gün  işığı  kimi  gəldi  –  mən  həmişə  belə  düşünməliyəm,  düz  danışdığımı 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə