Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə46/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   42   43   44   45   46   47   48   49   ...   175

 

99 


bunu da dayandırdı, yağış gözlərinə dolur, o isə hərdənbir alt dodağını irəli uzadaraq üzüylə axan 

duzlu  suyu  içirdi.  Bir  xeyli  sonra  Botanika  bağının  yanından  keçəndə  bütün  yaddaşı  özünə 

qayıtdı, gün ərzində baş verənləri səylə və bütün təfərrüatı ilə xatırladı. Düşündü ki, qarını evinə 

ötürərkən  sevinməsi  elə  də  böyük  axmaqlıq  deyilmiş.  O,  öz  mənasız  sevincinin  bədəlini  necə 

lazımdırsa, ödəyib. İndi o, əlbəttə, etdiklərinə görə öz-özünü danlayacaq və baş verənləri yerdə 

qalan  həmişəki  şey  –  küləyin  daimi  və  qeyri-müəyyən,  dəqiq  sərhədləri  olmayan  zamanı 

sovurduğu dəlik qalanadək hissələrə ayıracaq. 

«

Bu qədər ədəbiyyat yetər, – o düşündü və əllərini 



şalvarının ciblərində bir az qurudaraq siqaret çıxarmağa başladı. – Oynamaq, hoqqabazlıq etmək 

kifayətdir, bu gözqamaşdırıcı vasitələrsiz keçinməyə çalışaq. Oldu keçdi. Bert Trepa… Əlbəttə, 

bu mənasız bir şeydir, ancaq yuxarı qalxıb onunla və Valentinlə bir qədəh içmək, sobaya yaxın 

oturub  çəkmələri  çıxarmaq  nə  yaxşı  olardı.  Əslində,  elə  sevinc  hissi  də  buna  görəydi  – 

çəkmələrimi soyunaca

ğa

m və corablarım quruyacaq. Və tam iflas, oğlum, heç nə edə bilməzsən. 



Nə etmək olar, bir halda ki, belə oldu, yatmağa getmək lazımdır. Başqa çıxış yolu yox idi və ola 

da bilməzdi. Bir halda ki, səninlə bu cür rəftar olunmasına yol verdin, demək evə dönə və dayə 

kimi  bütün  gecəni  uşağa  baxa  bilərsən.  Buradan,  indi  olduğu  yerdən  Somerrar  küçəsinədək 

yağışın  altında  ən  azı  iyirmi  dəqiqə  getmək  lazımdır,  yaxşısı  budur,  qabağına  çıxan  ilk 

mehmanxanada gecələsin. Kibritlər də artıq alışmır, bircə dənəsi də. Gülməlidir, vallah». 

 

(– 124) 

 

 

24 



 

–  Mən  bunu  sözlərlə  ifadə  edə  bilmirəm,  –  Sibilla  qaşığı  o  qədər  də  təmiz  olmayan 

əsgiylə silərək dedi. – Bəlkə də, başqaları daha yaxşı izah edə bilərlər, mənimçünsə sevindirici 

şeylərdənsə, kədərli şeylər haqqında danışmaq daha asandır. 

–  Bu  qanundur,  –  Qreqorovius  dedi.  –  Gözəl  deyilmiş  ağıllı  fikirdir.  Əgər  onu 

ədəbiyyatın dilinə çevirsək, deyə bilərik ki, gözəl duyğulardan axmaq ədəbiyyat meydana çıxır 

və  sairə.  Xoşbəxtliyin  tərifi  yoxdur,  Lusia,  bəlkə  də,  ona  görə  ki,  o,  Mayya  örtüyünün  ən 

mükəmməl anıdır. 

Sibilla çaşqın halda ona baxdı. Qreqorovius köks ötürdü. 

– Mayya örtüyü, – o təkrar etdi. – Ancaq biz hər şeyi bir yerə toplamayacağıq. Siz, yəqin 

ki, diqqət etmisiniz, bədbəxtlik, belə deyək, daha tez nəzərə çarpır, çünki onda, sanki, obyektlə 

subyekt arasındakı hüdud bəlli olur. Ona görə də yaddaşa həkk olunur və haqqında danışmaq da 

asan olur. 



 

10



–  Məsələ  burasındadır  ki,  –  Sibilla  qazançada  qızdırdığı  südü  qarışdıraraq  dedi,  – 

xoşbəxtlik bir adam üçündür, bədbəxtlik isə əksinə, sanki, hamı üçündür. 

– Çox ədalətli nəticədir, – Qreqorovius dedi. – Yəqin, fikir vermisiniz, mən sual verməyi 

o  qədər  də  xoşlamıram.  Amma  o  dəfə  Klubda…  Doğrudan  da,  Ronaldın  arağı  adamın  dilini 

yaman açır. Məni axsaq şeytan hesab etməyin, mən, sadəcə, dostlarımı yaxşı tanımaq istəyirdim. 

Sizinlə Horasio… Əlbəttə, izaholunmaz şeylər, hansısa böyük sirlər – sirlərin sirri var. Ronaldla 

Bəps  deyirlər  ki,  siz  mükəmməl  cütlüksünüz,  bir-birinizi  tamamlayırsınız.  Ancaq  mənə  elə 

gəlmir ki, siz bir-birinizi tamamlayırsınız. 

– Bu sizi niyə narahat edir?  

– Narahat etmir, ancaq siz dediniz ki, Horasio getdi. 

– Bunun dəxli yoxdur, – Sibilla dedi. – mənim xoşbəxtlik haqqında danışa bilməməm o 

demək deyil ki, heç vaxt xoşbəxt olmamışam. İstəyirsiniz, Horasionun niyə getdiyini sizə danışa 

bilərəm  və  əgər  Rokamadur  olmasaydı,  mən  özüm  də  gedə  bilərdim.  –  O,  şübhəli  baxışlarla 

otağa  səpələnmiş  əşyalara,  kağız  qalaqlarına  və  val  zərflərinə  baxdı.  Bunları  harasa  yığmaq 

lazımdır, hələ getməyə yer də tapmaq lazımdır… Burada qalmaq istəmirəm, çox kədərlidir. 

– Etyen sizə  yaxşı,  işıqlı otaq tapa bilər. Rokamaduru kəndə qaytarıb aparan kimi.  Ayı 

yeddi minə. Etiraz etməsəniz mən də bura köçərəm. Bu otaq mənim xoşuma gəlir, onda nəsə var. 

Adam burada yaxşı düşünə bilir, bir sözlə, çox gözəldir. 

–  Deməyin,  –  Sibilla  etiraz  etdi.  –  Saat  yeddi  olmamış  aşağı  mərtəbədəki  qız 

“Les 


Amants  du  Havre

1



ni  oxumağa  başlayır.  Mahnı  yaxşı  mahnıdır,  amma  hər  gün  çevir  tatı,  vur 

tatı… 


Puisque la terre est ronde, 

Mon amour t’en fais pas, 

Mon amour t’en fais pas.

2

 



– Çox gözəldir, – Qreqorovius laqeydcəsinə dedi. 

–  Mənası  da  dərindir,  Ledesma  belə  deyərdi.  Siz  onu  tanımırsınız.  O,  Horasioya  qədər 

olub, Uruqvayda. 

– Zəncini deyirsən? 

– Yox, zəncinin adı İreneo idi. 

– Demək, zənci əhvalatı doğrudur? 

Sibilla təəccüblə ona baxdı. Qreqorovius, doğrudan da, küt idi. Horasionu saymasaq (o da 

hərdənbir…),  onu  arzulayan  bütün  kişilər  özlərini  tam  başdanxarab  kimi  aparırdılar.  O,  südü 

                                                

1

 



 «Щаврлы севэилиляр» (фран.) 

2

 



 Билирсян йумрудур йер,  

 

  Галанлары бош шейдир. 

 

  Язизим, бил, бош шейдир. (фран.) 


 

10



qarışdırıb çarpayıya yaxınlaşdı və Rokamaduru qaşıqla içməyə məcbur etmək istədi. Rokamadur 

ağlayır və yemək istəmirdi, süd yanaqlarından aşağı axırdı. «Topi-topi-topi, – deyə Sibilla onu 

vədedici tonla hipnoz edirdi, bu tonda, adətən, udmuş biletlərin nömrələrini elan edirlər. – Topi-

topi-topi».  O,  qaşığı  Rokamadurun  ağzına  soxmağa  çalışır,  qıp-qırmızı  qızarmış  uşaq  isə  süd 

içmək istəmirdi, ancaq birdən, nədənsə, təslim oldu və çarpayının küncünə çəkilərək qaşığı qaşıq 

dalınca ötürməyə başladı. Oturub qəlyanını dolduran Qreqorovius bundan xeyli məmnun oldu və 

özünü bir az ata kimi hiss etdi.  

– Çok-çok, – Sibilla qazançanı çarpayının yanına qoyub yuxulayan Rokamaduru bələyə-

bələyə dedi.  – Hərarəti də otuz doqquz yarımdan aşağı düşmür.  

 



Siz ona termometr qoymursunuz? 

– Bu çox çətindir, termometri qoyandan sonra ən azı iyirmi dəqiqə ağlayır, Horasio onun 

ağlamağına dözmür. Mən onun alnına toxunmaqla nə qədər olduğunu bilirəm. Otuz doqquzdan 

aşağı deyil, niyə düşmür, bilmirəm. 

–  Qorxuram  ki,  siz  öz  hissiyyatınıza  həddən  artıq  güvənirsiniz,  –  Qreqorovius  dedi.  – 

Qızdırması olduğu halda süd ziyan deyil? 

– Bu hərarət uşaq üçün o qədər də yüksək sayılmır, – Sibilla siqaretini alışdıraraq dedi. – 

İşığı söndürsək, yaxşı olar, tez yuxuya gedər. Orada, qapının yanındadır. 

Sobadan  isti  vururdu,  onlar  üzbəüz  oturub  sakitcə  siqaret  çəkdikləri  vaxt  daha  da  isti 

oldu.  Qreqorovius  Sibillanın  siqaretinin  gah  aşağı,  gah  da  yuxarı,  üzünə  qalxdığına,  bu  zaman 

olduqca solğun üzünün sobadakı kömür kimi alışıb-yandığına, ona baxan gözlərinin parlamasına, 

sonra  isə  yenidən sönməsinə baxırdı. Otaqda  yalnız Rokamadurun  beşikdə qurdalanmasının  və 

hıçqırtısının getdikcə azalan səsi eşidilirdi, budur, o astadan hıçqırdı və  sakitləşdi, yenə hıçqırdı, 

bir də və yenə. Saat on biri vurdu.  

–  Gəlməyəcək,  –  Sibilla  dedi.  –  Şeylərinin  dalınca  olsa  da,  gələcək,  ancaq  bunun 

məsələyə dəxli yoxdur. Hər şey bitdi, 

Kaputt

1



– Bax mən öz-özümdən soruşuram, – Qreqorovius ehtiyatla sözə başladı. – Horasio çox 

həssas adamdır, odur ki, Parisdə onunçün çox çətindir. Ona elə gəlir ki, nə istəyirsə onu da edir, 

guya,  burada azaddır, əslindəsə, daim başı divara dəyir. Onun küçəylə necə yeridiyinə baxmaq 

kifayətdir, bir dəfə onu uzaqdan bir müddət izlədim. 

 

Güdürdün, – Sibilla, demək olar ki, nəzakətlə dedi.  



 

Yaxşısı budur, müşahidə edirdim deyək. 



– Əslində, siz məni izləyirdiniz, hətta mən onun yanında olmasam da. 

–  Ola  bilər,  ancaq  o  anda  bu  mənim  ağlıma  belə  gəlmirdi.  Mənimçün  tanışlarımın 

küçəylə  necə  getməsi  həmişə  olduqca  maraqlıdır,  əyləncəli  məşğuliyyətdir,  heç  bir  şahmatla 

                                                

1

 

 Гутарды. (алм.) 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə