Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə54/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   50   51   52   53   54   55   56   57   ...   175

 

11



– İnanılmazdır, – Osip qaranlıqda kanya şüşəsindən yapışaraq dedi. 

–  Şübhəsiz.  İnanılmazdır,  həm  də  danılmazdır.  Ancaq  matəm  nitqi  söyləməyə  gərək 

yoxdur, dostum. Bircə gün gəlməməyimlə gör nə baş verdi. Ancaq hər şeydə bir xeyir var. 

– Başa düşmürəm, – Qreqorovius dedi.  

– Sən məni çox gözəl başa düşürsən. 

Ça va, ça va

1

. Hətta təsəvvür də edə bilməzsən ki, 



bu məni çox az məyus edir. 

Qreqorovius  diqqət  etdi  ki,  Oliveyra  ona  «sən»  deyə  müraciət  edir,  bu  da  məsələnin 

mahiyyətini  dəyişir,  yəni  hələ  də  mümkündür  ki…  O,  Qırmızı  Xaç,  növbətçi  aptek  haqqında 

nəsə dedi. 

–  Nə  istəyirsən  elə,  mənə  dəxli  yoxdur,  –  Oliveyra  dedi.  –  Bu  gün  məndə  bir-birinin 

dalınca… Əcəb gündür. 

Kaş  ki  yatağa  girib  iki  il  yata  biləydi.  «Miskin  qorxaq»,  –  o  düşündü.  Onun 

hərəkətsizliyini  görən  Qreqorovius  da  qəlyanını  yandırdı.  Uzaqdan  danışıq  səsləri  eşidilirdi, 

Sibillanın səsi yağışın şırıltısına qarışmışdı, qoca isə cır-cır səsiylə çığırırdı. Başqa bir mərtəbədə 

qapı çırpıldı, səs-küydən rahatsız olan qonşular çıxdılar. 

–  Əslində,  sən  haqlısan,  –  Qreqorovius  etiraf  etdi.  –  Ancaq  mənə  elə  gəlir  ki,  belə 

hallarda qanun qarşısında hesabat vermək lazımdır. 

– Demək, indi biz əməlli-başlı cəncələ düşmüşük, – Oliveyra dedi. – Əsasən də siz ikiniz, 

mən hər şey bitdikdən sonra gəldiyimi hər zaman sübut elə bilərəm. Ana öz körpəsinin ölməsinə 

göz yumur, görürsünüz, o məşğuldur, xalçanın üzərində sevgilisini qəbul edir. 

– Əgər sən demək istəyirsənsə… 

– Bilirsən, bunun heç bir əhəmiyyəti yoxdur. 

– Bu yalandır, Horasio. 

– Şəxsən mənimçün bunun olub-olmamasının fərqi yoxdur, bu ikinci dərəcəli məsələdir. 

Bunun mənə qətiyyən dəxli yoxdur, mən evə ona görə qalxdım ki, islanmışdım və mate içmək 

istəyirdim. Yaxşı, gələn var. 

– Yəqin ki, şahidləri çağırmaq lazımdır, – Qreqorovius dedi.  

– Hə, çağır. Sənə elə gəlmir ki, bu, Ronaldın səsdir. 

–  Mən    burada  qala  bilmərəm,  –  Qreqorovius  ayağa  qalxaraq  dedi.  –  Nəsə  etmək 

lazımdır, sənə deyirəm ki, nəsə etmək lazımdır. 

– Mən səninlə razıyam, dostum, tamamilə və büsbütün. Hərəkət, hərəkət etmək lazımdır. 

Die Tatigkeit

1

, dostum. Əcəb işə düşdük, bircə bu çatmırdı. Sakit danışın, çe, uşağı oyadarsınız. 



– Salam, – Ronald dedi. 

                                                

1

 

 Щяр шей гайдасындадыр. (фран.) 

1

 



 Фяалиййят (алм.) 


 

11



– Salam, – Bəps açıq çətirlə içəri dürtülərək dedi. 

–  Yavaş  danışın,  –  onların  arxasınca  daxil  olan  Sibilla  dedi.  –  Bəlkə,      çətirini 

bağlayasan? 

– Haqlısan, – Bəps dedi. – Həmişə belə olur, hər dəfə onu yığmaq yadımdan çıxır. Səs 

salma, Ronald. Biz bircə dəqiqəliyə, Gi haqqında danışmağa gəlmişik, inana bilməzsiniz. Sizdə 

nə olub, probkalar yanıb?  

– Yox, Rokamadura görədir. 

– Yavaş danış, – Ronald dedi. – Bu cındır çətirini də bir yerə sox. 

– Zəhrimar elə çətin bağlanır ki, – Bəps dedi. – Asan açılır, amma çətin bağlanır. 

–  Qoca  polislə  hədələdi,  –  Sibilla  qapını  örtərək  dedi.  –  Az  qala  məni  döymüşdü,  dəli 

kimi  bağırırdı.  Osip,  kaş  onun  otağında  nə  baş  verdiyini  görəydiniz,  hətta  pilləkəndən  də 

görünür. Masanın üstü boş şüşələrlə doludur, ortada isə yel dəyirmanı var, elə yekədir ki, sanki

,

 

həqiqidir,  belələrini  Uruqvayda  çöllərdə  quraşdırırlar.  Dəyirman  yelçəkəndə  fır-fır  fırlanır, 



özümü saxlaya bilməyib qapının arasından baxdım, qoca hirsindən az qalır partlasın.  

– Bağlaya bilmirəm, – Bəps dedi. – Elə belə də küncə qoyaca

ğa

m. 


– Lap yarasaya oxşayır, – Sibilla dedi. – Ver mən bağlayım. Gördün necə asandır?  

– O, iki milini sındırdı, – Bəps Ronalda dedi. 

–  Bəsdir deyindin, – Ronald dedi. – Biz onsuz da gedirik, bir dəqiqəliyə gəldik deyək ki, 

Gi bir tübik qardenal atıb. 

– Bədbəxt mələk, – Giyə heç bir rəğbəti olmayan Oliveyra dedi.   

–  Etyen  onu  demək  olar  ki  ölümcül  vəziyyətdə  tapıb,  Bəpslə  mən  vernisaja  getmişdik 

(sonra danışaram, əla idi), Gi gəlib, yatağa uzanıb və özünü zəhərləyib, təsəvvür edirsiz? 

– 

He has no manners at all



, – Oliveyra dedi. – 

C’est regrettable

1

.

  



– Etyen bizdən sonra gəlib; xoşbəxtlikdən hamıda bizim mənzilin açarı var, – Bəps dedi. 

– Eşidib ki, kimsə öyüyür, içəri girib, görüb ki, Gidir. Əməlli-başlı ölürmüş. Etyen qaçıb kömək 

çağırıb. Onu ağır vəziyyətdə xəstəxanaya aparıblar. Bir yandan da bu yağış, – Bəps sonsuz kədər 

içində əlavə etdi. 

–  Oturun,  –  Sibilla  dedi.  –  Yox,  stulda  oturma,  Ronald,  onun  ayağı  yoxdur.  İlahi,  lap 

zülmətdir, Rokmadura görədir. Sakit danışın. 

– Bizə qəhvə dəmlə, – Oliveyra dedi. – Belə də hava olar?! 

– Mən getməliyəm, – Qreqorovius dedi. – Plaşımı bilmirəm hara qoymuşam. Yox, orada 

yoxdur. Lusia… 

– Qalın qəhvə için, – Sibilla dedi. – Onsuz da metro bağlanıb, bizsə bir yerdəyik, necə də 

yaxşıdır. Horasio, sən qəhvə üyüdərsən? 

                                                

1

 

 Юзцнц гятиййян апара билмир. (инэ.) Чох кядярлидир. (фран.) 



 

12



– Hava ağırdır, – Bəps dedi. 

–  Küçədə  də  ozona  təəccüblənir,  –  Ronald  hirslənərək  dedi.  –  At  kimidir,  hər  şeyin 

sadəsini xoşlayır, qatışıqsız. Əsas rəngləri, yeddi səsdən ibarət qammanı. Adam deyil ki, inanın. 

– İnsanlıq – idealdır, – Oliveyra qaranlıqda qəhvəüyüdəni axtararaq dedi. – Bilirsinizmi, 

ruhun  da  öz  tarixçəsi  var.  Ozonun  bol  olduğu  küçədən  yaş  vəziyyətdə  gəlib  əlli  əsr  ərzində 

hərarətin saxlanması baxımından təkmilləşən mühitə düşürsən… Bəps bizdə duyğu və hissiyyat 

məsələlərinə baxan Rip Van Vinkldir. 

– Oho, Rip Van Vinkl, – Bəps lovğalandı. – Nənəm mənə danışmışdı.  

– Aydahoda, bilirik, – Ronald dedi. – Hə, Etyen düz yarım saatdır bizə, bara zəng vurur, 

desin ki,  axşam evə gəlməsək  yaxşı olar, hər ehtimala qarşı, Ginin ölməyini,  ya da qardenalın 

hamısını qaytarmağını öyrənənə qədər. Fliklər birdən tökülüşüb gəlsələr və bizi orada tapsalar, 

əllərinə yaxşı bəhanə düşəcək, onsuz da son zamanlar Klubu görməyə gözləri yoxdur. 

– Klubun nəyi pisdir ki? – Sibilla fincanları dəsmalla silərək dedi. 

– Heç nəyi, elə ona görə də adam özünü  müdafiəsiz  hiss edir. Qonşular durmadan səs-

küydən,  gecələr  musiqi  səsindən,  kefimiz  istəyəndə  gəlib-getməyimizdən  şikayət  edir…  Hələ 

üstəlik  Bəps  də  qapıçı  qadınla,  ümumiyyətlə,  binanın  bütün  qadınlarıyla  dalaşıb,  onlarınsa 

hamısı əlli-yetmiş yaşlarındadır. 

– They are acful, – Bəps çantasından çıxardığı konfeti ağzında çeynəyərək dedi. – Daim 

elə bilirlər ki, marixuana iyi gəlir, lap qovurma bişirsən də.  

Oliveyra  qəhvə  üyütməkdən  təngə  gəlib  dəyirmanı  Ronalda  verdi.  Bəpslə  Sibilla  lap 

astaca  Ginin  intihar  etməsinin  səbəbini  müzakirə  edirdilər.  Plaşını  tapa  bilməyən  Qreqorovius 

kresloya  qayıdıb  sönmüş  qəlyanını  dişləriylə  sıxaraq  sakitləşdi.  Yağış  pəncərənin  şüşəsini 

döyəcləyirdi. «Şenberq və Brams, – Oliveyra siqaret çıxararaq düşündü. – O qədər də pis deyil, 

belə  hallarda,  bir  qayda  olaraq,  köməyə  Şopen,  ya  da  Ziqfridin 

«Todesmusik»

1

i



  gəlir.  Dünən 

Yaponiyada  tornado  iki-üç  min  insanın  həyatına  son  qoyub.  Statistika  dilinə  keçsək…»  Lakin 

statistika  siqaretin  yağlı  dadını  azaltmadı.  Kibriti  çəkib  siqaretin  hər  tərəfinə  baxdı.  «Qoluaz» 

əladır, qar kimi ağappaq, incə hərflər və nəmlənmiş uc tərəfdə bir-birinə yapışmış pırtlaşıq kağız 

tellər. «Əsəbiləşəndə  həmişə siqareti  yaşlayıram,  – o düşündü.  – Məsələn,  Roz Bob haqqında 

düşünəndə… Hə, əcəb gündür, hələ zırıltı qabaqdadır». Yaxşısı budur, Ronalda deyim, Ronaldsa 

öz  üsuluyla,  demək  olar  ki,  Periko  Romeronu  valeh  edən  telepatik  yolla  Bəpsə  desin. 

Kommunikasiya  nəzəriyyəsi  –  ədəbiyyatın  hələlik  öz  qarmağına  keçirə  bilmədiyi  ən  maraqlı 

mövzulardan  biri,  yeni Hakslilər  və Borxeslər ortaya çıxmayanadək  heç keçirə  bilməyəcək də. 

Ancaq Ronald Bəps və Sibillayla pıçıldaşmağa elə aludə olmuşdu ki, dəyirmanı güclə fırladırdı, 

görünən oydu ki, belə getsə, qəhvəni heç qiyamət gününədək də üyüdə bilməyəcək. Oliveyra son 

                                                

1

 

 Матям маршы, юлцм мусигиси (алм.) 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə