Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə51/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   47   48   49   50   51   52   53   54   ...   175

 

11



– Musiqi həmişə zamana uyğun olur, – Sibilla donquldandı. – Bu mənzildən gedəcəyəm. 

Səsini  almaq  mümkün  deyil,  belə  də  heç  nə  eşidilmir.  Dayanın,  gəlin  axırıncı  parçanı  bir  də 

dinləyək. Fikir verməyin. 

Taqqıltı kəsildi və kvartet sakitcə uzaqlaşdı, bir müddət hətta Rokamadurun fısıltısı belə 

eşidilmədi. Sibilla qulağını dinamikə yapışdıraraq dərindən nəfəs aldı. Taqqıltı yenidən eşidildi.  

– Axmağın biri, – Sibilla dedi. – Həmişə belə edir. 

– Tərslik etməyin, Lusia. 

– Dayanın görüm. Onlar məni boğaza yığıblar, hamısını boynunun ardından tutub bayıra 

atardım. Həyatında ilk dəfə Şenberqi dinləmək istəyirsən, ilk dəfə istəyirsən ki… 

O ağladı, kəskin  hərəkətlə  adapteri  valın üzərindən  son akkordlarla  birlikdə götürdü və 

patefonu söndürmək üçün onun üzərinə əyildi; o çox yaxında idi və Qreqoroviusa onun belindən 

yapışıb  qucaqlamaq  və  dizi  üzərində  oturtmaq  elə  də  çətin  deyildi.  O,  Sibillanın  saçlarını 

tumarlayıb üzünü sildi. Sibilla isə ağlayır, tütün qoxusuyla  hıçqırır və öskürürdü.  

– Zavallı qızcığaz, zavallı qızcığaz  – Qreqorovius onu sığallayaraq təkrarlayırdı.  – Heç 

kəs onu sevmir, heç kəs. Hamı zavallı Lusiaya murdarcasına yanaşır. 

–  Sarsaq,  –  Sibilla  burnunu  çəkərək  və  göz  yaşlarını  udaraq  dedi.  –  Mən  ona  görə 

ağlayıram ki, bunu istəyirəm, ona görə ağlamıram ki, mənə təskinlik versinlər. İlahi, belə də iti 

diz olar, elə bil, qayçıdır. 

– Bir az da oturun, nolar, – Qreqorovius yalvardı. 

– İstəmirəm, – Sibilla dedi. – Bu sarsaq da döyməkdən yorulmadı. 

– Fikir verməyin, Lusia. Yazıq… 

– Elə hey döyür, döyür, başa düşə bilmirəm, bu nə deməkdir. 

– Qoy döysün, fikir verməyin, – Qreqorovius yersiz məsləhət verdi. 

–  Bir  az  öncə  siz  özünüz  də  narahat  olurdunuz,  –  Sibilla  dedi  və  düz  onun  sifətinə 

hırıldadı. 

– Tanrı xətrinə, əgər siz bilsəniz… 

–  Lazım  deyil,  lazım  deyil,  mən  hər  şeyi  bilirəm,  bir  dəqiqə,  Osip,  –  Sibilla  dedi  və 

birdən  başa  düşdü  ki,  o,  musiqiyə  görə  taqqıldadır.  –  İstəyirsizsə,  biz  dinləməyə  davam  edə 

bilərik. 

– Tanrı xətrinə, yox, yox. 

– Məgər eşitmirsiz, o elə hey döyür? 

– Mən indi onun yanına qalxıb ağız-burnunu əzəcəyəm, – Qreqorovius dedi.  

– Yaxşı, – Sibilla onu dəstəklədi və yerindən sıçrayaraq ona yol verdi. – Deyin ki, onun 

gecə  saat  birdə  insanları  oyatmağa  haqqı  yoxdur.  Gedək,  qalxın,  onun  qapısı  soldadır,  üzərinə 

çəkmə vurulub. 



 

11



– Qapının üzərində çəkmə? 

–  Hə,  başdanxarab  qocanın  biridir.  Çəkmə  və  yaşıl  akkordeon  qırığı.  Nə  oldu,  niyə 

getmirsiniz? 

–  Məncə,  lazım  deyil,  –  Qreqorovius  yorğun  halda  dedi.  –  Hər  şey  biz  düşündüyümüz 

kimi  deyil,  heç  bir  mənası  yoxdur.  Lusia,  siz  başa  düşmədiniz  ki…  Axı  bu  nə  deməkdir,  o 

taqqıldatmağı kəsməlidir axı. 

Sibilla  küncə  çəkildi,  qaranlıqda  şotkaya  oxşayan  nəyisə  mismardan  götürüdü  və 

Qreqorovius onu tavana necə döyəclədiyini eşitdi. Yuxarıda susdular. 

– İndi kefimiz nəyə istəyirsə, ona da qulaq asarıq, – Sibilla dedi. 

«Maraqlıdır», – Qreqorovius düşündü. 

–  Heç  olmasa,  –  Sibilla  dedi,  –  Bramsın  sonatasına.  Nə  yaxşı  oldu,  o taqqıldatmaqdan 

yoruldu. Dayanın, indi mən valı tapacağam, o, buralarda olmalıdır. Heç nə görünmür. 

«Horasio orada, qapının dalındadır, – Qreqorovius düşündü. – Pilləkənin üstündə oturub, 

arxasını da qapıya söykəyib, hər şeyi eşidir. Taro kartlarındakı fiqur kimi, indicə doğacaq bir şey 

kimi,  hər  tərəfinin  və  hər  üzünün  bilavasitə  öz  mənası  olan  çoxüzlü  kimi,  hər  şey  vasitəli  bir 

mənayla uyğun gələnə və kəşf olunana qədər yalan. Beləliklə, Brams, mən, tavanın taqqıldaması, 

Horasio  –  bütün  bunlar  birlikdə  yavaş-yavaş  hansısa  izahata  doğru  hərəkət  edir.  Buna 

baxmayaraq,  heç  bir  şeyin  əhəmiyyəti  yoxdur».  O,  özündən  soruşdu:  görəsən,  qaranlıqda 

Sibillanı yenidən qucaqlamaq istəsəm, nə olar? «Axı, o, buradadır və qulaq asır. Yəqin ki, o bizi 

eşitməyindən  ləzzət  almağa  da  qadirdir,  bəzən  o,  sadəcə,  iyrənc  olur».  O  nəinki  Horasiodan 

qorxur, hətta bunu özlüyündə çətinliklə boynuna alırdı. 

– Yəqin, budur,  – Sibilla dedi.  – Hə, gümüşü etiketi  var, üstündə də iki quş. Kimdir o, 

qapının dalında danışan? 

«Hə,  şüşə  çoxüzlü  və  qaranlıqda  o,  yavaş-yavaş  kristallardan  yığılır,  –  Qreqorovius 

düşündü.  –  İndi  Sibilla  bunu  deyəcək,  orada  isə,  qapının  arxasında  o  baş  verəcək  və  mən… 

Ancaq mən bunun və onun nə olduğunu bilmirəm

»



– Bu Horasiodur, – Sibilla dedi. 



– Horasio bir qadınladır. 

– Yox, bu

,

 yəqin ki, yuxarıdakı qocadır. 



– Qapısına çəkmə mıxlanan? 

– Hə, onun səsi qarı səsinə, sağsağan səsinə oxşayır, həmişə də qoyun dərisindən papaq 

qoyur. 

– Yaxşısı budur, val qoymayaq, – Qreqorovius məsləhət verdi. – Baxaq görək nə olur. 



– Sonra isə Bramsın sonatasına qulaq asa bilərik, – Sibilla əsəbi tərzdə dedi.  


 

11



«Qədim  dəyər  şkalası,  –  Qreqorovius  düşündü.  –  Onlar  orada,  pilləkən 

meydançasındadırlar,  zülmət  qaranlıqda  indi  bir-birinə  girəcəklər,  bu  isə  sonata  dinləməyi 

ağlından çıxara bilmir». Ancaq Sibilla həmişəki kimi  haqlı çıxdı, təkcə o haqlı çıxdı. «Deyəsən, 

mən xurafata düşündüyümdən daha çox inanırammış, – Qreqorovius qət etdi. – Düşünmək olar 

ki,  əgər 

affranchi

1

  həyat  tərzi  keçirirsənsə,  Lütesiyanın  maddi  və  mənəvi  parazitizmini  qəbul 



edirsən, ya da Adəməqədərki insan kimi xurafatdan azadsan. Axmağın biri». 

– 

«The rest is silence»



2

, – Qreqorovius ah çəkərək dedi.  

– Silence my foot

3

, – ingiliscə kifayət qədər çox söz bilən Sibilla dedi. – İndi görəcəksiz, 



onlar  yeni  üsulla  başlayacaqlar.  Birinci  də  qoca  ağzını  açacaq.  Budur,  buyur

.  «Mais  qu’est-ce 

que  vous  foutez?»

4

  –  Sibilla  ağzını  əyərək  burnunda  danışdı.  –  Görək,  Horasio  necə  cavab 



verəcək.  Mənə  elə  gəlir  ki,  o,  xısın-xısın  gülür,  o  gülməyə  başlayanda  söz  tapa  bilmir, 

inanılmazdır. Gedim görüm, orada nə baş verir.  

–  Necə  də  yaxşıydı,  –  Qreqorovius  elə  pıçıldadı  ki,  sanki

,

  onun  yanına  qovucu  mələk  



gəlmişdi.  Herard  David,  Van  der  Veyden,  Flemal  ustası  –  bu  saatda  bütün  mələklər  dəhşətli 

dərəcədə  flanmanlı  mələklərə  oxşayırdılar,  eynilə  onlar  kimi  gonbulsifət  və  kütbeyin,  ancaq 

hamar-tumar, parıltılı və islaholunmaz dərəcədə burjua. 

(Daddy-ordered-it, so-you-better-beat-it-

you-lousy-sinners.

2

)



 Bütün otaq mələklərlə doluydu

, «I looked up to heaven and chat did I see

//



band of angels comin’ after me»



3

 – 


həmişə belə qurtarır: polis-mələklər, vergiyığan mələklər və 

sadəcə,  mələklər.  Bu  nə  qarmaqarışıqlıqdır;  soyuq  hava  cərəyanı  ayaqlarımda  gəzdi,  ağır 

pilləkən söyüşü qulaqlarıma doldu, gözlərimi isə Sibillanın qapı oyuğunda əriyən silueti tutdu. 

– C’est pas des  façons ça, – qoca deyirdi. – Empecher les gens de dormir a cette heure 

c’est trop con. J’me plaindrai a la Police, moi, et puis qu’est-ce que vous foutez la, vous planque 

par terre contre la porte? J’aurais pu me casser la gueule, merde alors.

4

 

– Gedin yatın, babacan, – Horasio döşəmədə yerini rahatlayaraq deyirdi. 



– Dormir, moi, aves le bordel que fait votre bonne femme? Ça alors comme culot, mais je 

vous previens, ça ne passera pas comme ça, vous aurez de mes nouvelles

5

.  


                                                

1

 



 Бурада: киминся щесабына йашамаг (фран.) 

2

 



 Сонра ися сакитлик (инэ.) 

3

 



 Сакитлик мяним зяиф йеримдир. (инэ.) 

4

 



 Сиз ня едирсиниз, лянят шейтана? (фран.) 

2

 



 Дедди беля буйуруб ки, онлары, о мянфур кафирляри йахшы-йахшы кютякля. (инэ.) 

3

 



 Мян бахышларымы эюйцзцня зиллямишям, илащи, орада сайсыз-щесабсыз мялякляр вар, онлар мяним 

ардымъа эялибляр. (инэ.) 

4

 



 Беля  эедя  билмяз.  Бу  ня  биабырчылыгдыр  –  инсанлары  эеъяляр  йатмаьа  гоймурсунуз.  Мян  полися 

шикайят едяъяйям, щя, шикайят едяъяйям, мян сизин гапынызы дюймяк истядим, анъаг сиз мяни аз гала гапыйла 

вуруб йыхмышдыныз. Мяняим башым йарыла билярди, лянят шейтана. (фран.) 

5

 



 Сизин арвадыныз кеф мяълиси гурдуьу щалда неъя йатмаг олар. Аллащ билир, ня ишля мяшьулсунуз, анъаг 

сизи  хябярдар  едирям:  мян  буну  беля  гоймарам.  Сиз  мяни  щяля  йахшы  танымырсыныз,  мян  сизя  эюстярярям. 

(фран.) 


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə