Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə50/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   46   47   48   49   50   51   52   53   ...   175

 

10



bilməm üçün. O, kölgəni tədricən məndən uzaqlaşdıra-uzaqlaşdıra düşdü və Horasio onun şüaları 

altında gəminin göyərtəsindəki tək yandı, hətta qaraldı və çox bəxtiyar oldu. 

– Heç vaxt ağlıma gəlməzdi. Mənə elə gəldi ki, siz özünüz… Pola əyləncəsi axır bir gün 

bitəcək, bir çox başqaları kimi. Heç olmasa Fransuazı yadımıza salaq. 

– Bu sayılmır, – Sibilla siqaretin külünü döşəməyə çırparaq dedi. – Bu mənim Ledesmanı 

yada salmağım kimi bir şeydir. Amma siz bu barədə heç nə bilmirsiniz. Heç Polanın da axrının 

necə olduğunu bilmirsiniz. 

– Bilmirəm. 

–  Pola  ölür,  –  Sibilla  dedi.  –  Sancağa  görə  yox,  bunlar  hamısı  zarafatdır,  halbuki  mən 

bunu ciddi şəkildə eləmişdim, tamamilə ciddi. O, tezliklə döş xərçəngindən öləcək. 

– Horasio da… 

– Lazım deyil, Osip, yaxşı deyil. Horasio Polanı atanda onun xəstəliyi haqqında heç  nə 

bilmirdi. 

– Tanrı xətrinə, Lusia, mən… 

–  Siz  bu  gün  nə  danışdığınızı  və  nə  istədiyinizi  çox  gözəl  bilirsiniz,  Osip.  Alçaqlıq 

etməyin, heç eyham da vurmayın. 

– Nəyə eyham vururam? 

– Ona eyham vurursunuz ki, guya, Horasio Polanın xəstəliyini bilə-bilə onu atıb. 

– Tanrı xətrinə, – Qreqorovius dedi. – Mən belə bir şey demədim. 

–  Bu,  yaxşı  deyil,  –  Sibilla  sakitcə  dedi.  –  Onu  ləkələmək  sizə  nə  verəcək?  Məgər  siz 

Horasio ilə ayrıldığımızı, onun yağışlı havada çıxıb getdiyini bilmirsiz? 

–  Mənə  heç  nə  lazım  deyil,  –  Osip  tamamilə  kreslonun  içinə  bataraq  dedi.  –  Mən  elə 

adam deyiləm, Lusia, siz həmişə məni yanlış anlayırsınız. Yəqin ki, mən kapitan «Qreffin» kimi 

diz çöküb mənə inanmanız üçün yalvarmalıyam və… 

–  Məni  rahat  buraxın,  –  Sibilla  dedi.  –  Əvvəl  Pola,  sonra  da  siz.  Hələ  divardakı  bu 

ləkələri  demirəm,  gecə  də  ki  qurtarmaq  bilmir.  Siz,  yəqin  ki,  Polanı  mənim  öldürdüyümü  də 

düşünməyə qadirsiniz… 

– Mən heç vaxt belə şey düşünmərəm. 

– Yaxşı, bəsdir. Horasio heç vaxt bunu mənə bağışlamaz, hətta Polaya vurulmuş olmasa 

belə.    Bu,  sadəcə,  gülməlidir,  olsa-olsa  yaşıl  mumdan  Milad  şam-gəlinciyi  idi,  indiyədək 

yadımdadır, çox gözəl idi. 

– Lusia, mən sizin belə bir şey etmənizə inana… 

–  O  heç  vaxt  bunu  mənə  bağışlamaz,  mən  bunu  hiss  edirəm,  halbuki  bu  barədə  heç 

danışmamışıq. O, hər şeyi  bilir, çünki gəlinciyi  və sancağı görmüşdü. O, gəlinciyi  yerə çırpıb, 

ayağı  ilə sındırdı. Başa düşmürdü ki,  bu daha pisdir və bununla təhlükəni daha da artırır. Pola 



 

10



Dofin küçəsində yaşayır və o, demək olar ki, hər gün onun yanına gedirdi. O, yəqin ki, sizə yaşıl 

gəlincik barədə danışıb, Osip? 

– Ola bilər, – Osip əsəbiləşərək dedi. – Siz hamınız anormalsınız. 

–  Horasio  səliqə-sahman  haqqında,  həyatımızı  dəyişməyin  mümkünlüyü  haqqında 

danışırdı. O, həyat haqqında danışanda ölümü də mütləq nəzərdən qaçırmırdı və biz qəhqəhəylə 

gülürdük.  O,  mənə  Pola  ilə  yatdığını  söyləyirdi  və  mən  başa  düşürdüm  ki,  bununla  o,  mənim 

əsəbiləşəcəyimi və artistlik edəcəyimi düşünmür. Osip, mən, doğrudan da, çox əsəbiləşmirdim, 

mən  özüm  də  əgər  istəsəm,  məsələn,  sizinlə  yata  bilərəm.  İzah  etmək  çox  çətindir,  ancaq  iş 

tamamilə  xəyanət  etməkdə,  yaxud  bunabənzər  digər  şeylərdə  deyil,  Horasio  xəyanət  və  ya 

aldatma sözlərini eşidəndə qəzəbindən dəli olurdu. Etiraf etməliyəm ki, biz tanış olanda o dərhal 

dedi  ki,  heç  bir  öhdəlik  götürmür.  Gəlinciyi  isə  ona  görə  elə  etdim  ki,  Pola  mənim  evimə 

girmişdi,  bu artıq  ağ  idi,  mən  bilirdim ki, o  hətta  mənim alt paltarlarımı oğurlaya,  corablarımı 

geyə, nəsə qırmızı bir şeyimi götürə, yaxud Rokamaduru yedirdə bilər. 

– Ancaq onunla tanış olmadığınızı deyirdiniz. 

– O, Horasionun içindəydi, siz kütsünüz, küt. Siz, sadəcə, kütbeyinsiniz, Osip. Adam bu 

qədər  də  küt  olmaz  axı.  Onun  gödəkçəsində,  yaxalığında,  siz  Horasionun  gödəkçəsinin  xəz 

yaxalığını  görmüsünüz  də.  O,  evə  qayıdanda  Pola  hələ  də  onunla  olurdu,  mən  bunu  onun 

baxışlarından anlayırdım. Horasio bax o küncdə soyunmağa və bu tasda yuyunmağa başlayanda 

isə, – odur, görürsü

z, Osip? – o zaman Pola onun dərisindən axıb tökülürdü, xəyalat kimi, mən 



onu  görürdüm,  Osip  və  ağlamaqdan  özümü  güclə  saxlayırdım,  çünki  mən  Polanın  evində 

olmurdum, Pola heç vaxt məni Horasionun gözlərində, saçlarında hiss etmirdi.  Bunu necə izah 

edəcəyimi bilmirəm, ancaq biz bir-birimizi çox sevirdik. Nəyə görə – bilmirəm. Bilmirəm. Ona 

görə bilmirəm ki, mən düşünə bilmirəm və o, mənə məhz buna görə nifrət edir. 

 

(–28) 

 

28 

 

Pilləkənlə kimsə qalxırdı. 



– Bəlkə, Horasiodur, – Qreqorovius dedi. 

– Bəlkə də, – Sibilla cavab verdi. – Ancaq altıncı mərtəbədə yaşayan saatsaza daha çox 

oxşayır, o həmişə gec gəlir. Musiqi dinləmək istəmirsiniz? 

– Bu vaxt? Uşağı oyadarıq axı. 

–  Qorxma,  səsini  lap  az  verərik,  kvartet  olsa  daha  yaxşı  olar.  Səsini  elə  verəcəyik  ki, 

yalnız ikimiz eşidək, bax görərsiniz. 




 

11



– Yox, bu Horasio deyil, – Qreqorovius dedi. 

– Bilmirəm, – Sibilla dedi və kibrit çəkib küncdəki val yığınına baxmağa başladı. – Bəlkə 

də, qapının dalında oturub, onda belə şeylər olur. Bəzən qapıya qədər gəlir, sonra fikrini dəyişir. 

Patefonu yandırın, bax o ağ düymədir, sobanın yanındakı. 

Yeşik  ayaqqabı  qutusuna  bənzəyirdi,  Sibilla  diz  üstə  çöküb  qaranlıqda  əlini  gəzdirərək 

valı qoydu. Yeşik sakitcə uğuldadı və uzaqdan gələn akkord yanlarında havadan asıldı, sanki

,

 əl 


uzatsan çatardı. Qreqorovius hələ də bir qədər çaşqın vəziyyətdə qəlyanını doldurmağa başladı. 

Şenberq  onun  xoşuna  gəlmirdi,  ancaq  iş  bunda  deyildi,  gec  vaxt,  xəstə  uşaq,  bütün  qadağalar 

pozulurdu.  Lap  səfeh  idi.  Ancaq  bəzən  onda  belə  şeylər  olurdu,  çəkindiyi  hansısa  qayda  buna 

görə  ondan  qisas  alırdı.  Sibilla

,

  sanki


,

  başını  döşəmənin  üstündəki  yeşiyin  içərisinə  soxaraq 

yatmışdı. 

Arabir  Rokamadurun  fısıltısı  eşidilirdi,  ancaq  Qreqorovius  getdikcə  daha  çox  musiqiyə 

dalırdı və birdən kəşf etdi ki, musiqinin onu çoxdan dünyasını dəyişmiş və dəfn olunmuş Vyana 

sakininin yanına aparmasına dinməz-söyləməz itaət edir. Sibilla döşəməyə uzanıb siqaret çəkir, 

arabir qaranlıq sifəti işıqlanırdı: gözləri yumuluydu, saçları alnına tökülmüşdü, yanaqları

,

 sanki



,

 

göz yaşlarından parıldayırdı, amma o ağlamırdı, onun ağladığını düşünmək axmaqlıq olardı. O, 



tavanda  dalbadal  taqqıltı  eşidib  hirsindən  dodaqlarını  bir-birinə  sıxdı.  Qreqorovius  diksindi, 

topuğunu sıxan əli hiss edəndə az qala qışqıracaqdı. 

– Fikir verməyin, yuxarıdakı qocadır. 

– Axı biz özümüz güclə eşidirik.  

–  Bütün  bunları  borular  eləyir,  –  Sibilla  müəmmalı  tərzdə  dedi.  –  Səs  boruların  içiylə 

gedir, belə şey əvvəl də olub. 

– Akustika qəribə elmdir, – Qreqorovius dedi.  

– Bir azdan yorulacaq, – Sibilla dedi. – Əclaf. 

Yuxarıdan elə hey taqqıldadırdılar. Sibilla hirslə dikəldi və səsi bir az da azaltdı. Səkkiz-

doqquz akkord səsləndi, sonra pissikato başladı və tavan yenidən döyüldü. 

– Ola bilməz, – Qreqorovius dedi. – Bu tipin nəsə eşidə bilməsi çox təəccüblüdür. 

– Bəla burasındadır ki, onda bizdən daha yaxşı eşidilir. 

– Bu ev, elə bil, Dionisin qulağıdır. 

–  Kimin?  Adamın  gərək  bəxti  olsun,  adajio  yenicə  başlamışdı.  O  isə  taqqıldadır, 

Rokamaduru oyadacaq. 

– Bəlkə, bəsdir. 

–  Yox,  mən  qulaq  asmaq  istəyirəm.  Qoy  tavanı  uçursun.  Ona  Mario  Del  Monakonun 

valını qoyardım, onda bilərdi; hayıf ki, məndə yoxdur. Əclafın biri, zəhləm gelir o alçaqdan. 

– Lazım deyil, – Qreqorovius nəzakətlə qafiyə tutdu. – Artıq gecə yarıdan keçib, Lusia. 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə