10
4
otağı bulamamağın necə öyrədildiyini bilirsən. Burnuna vururlar. Bəs donuza yerdombalanı
yeməməsini necə öyrədirlər? Ağacla burnuna ilişdirirlər, dəhşət. Mənə elə gəlir ki, Paskal burun
problemi üzrə nəhəng alim olub, onun Misirlə bağlı məşhur fikrini yada salmaq kifayətdir.
– Paskal? – Sibilla dedi. – Nə deyib ki, Misirlə bağlı?
Qreqorovius köks ötürdü. O, bir şey soruşan kimi hamı köksünü ötürürdü. Horasio da
həmçinin, xüsusilə də Etyen, o, sadəcə, ah çəkməklə kifayətlənmir, fısıldayır, fınxırır, hətta
gicbəsər də deyirdi. «Mən necə də avamam – lap bənövşəyiyədək», – Sibilla təəssüflə
düşünürdü. Hər dəfə öz suallarıyla birini şoka salanda ona elə gəlirdi ki, bir anlığa bənövşəyi
buludun içinə girib. Dərindən nəfəs almalı olurdu ki, bənövşəyi buludun içindən çıxsın, bulud isə
bənövşəyi balıqların ətrafına yayılır, saysız-hesabsız bənövşəyi romblara parçalanır, Positos
çölündə uçan ilanlara, yayda dəniz sahilində günəşə baxanda gözlərimiz önündə əmələ gələn
bənövşəyi ləkələrə çevrilir, günəşin adı isə «Ra»dır və Paskal kimi o da misirlidir.
Qreqoroviusun ahları ona, demək olar ki, təsir etmədi, Horasiodan sonra onun suallarına cavab
olaraq kim nə qədər ah çəksə də, onu həyəcanlandıra bilərdimi?! Ancaq buna baxmayaraq,
bənövşəyi ləkələr bir anlıq da olsa göründü, ağlamaq istədi, ancaq bu bir an – siqaretinin külünü
çırpanadək çəkdi. Bu, döşəmədə xalça olsaydı, onları yandırıb zay edərdi.
(–141)
26
– Əslində, – Qreqorovius dedi, – Paris nəhəng bir metaforadır.
– O, barmağıyla qəlyanını tıqqıldadıb tütünü əzdi. Sibilla artıq ikinci siqaretini yandırıb
yenidən oxumağa başlamışdı. Elə yorulmuşdu ki, hətta cümlələri başa düşməyəndə də
əsəbiləşirdi. Ancaq Qreqoroviusun gözlədiyinin əksinə, sual verməyə tələsmədiyindən özü izahat
verməyə məcbur olurdu. Sibilla uzaqdan qulaq asırdı, otağı cənginə alan tüstü və qaranlıq ona
yardım edirdi. O, ayrı-ayrı rabitəsiz frazalar eşitdi, bir neçə dəfə Horasio, onun qəlbinə hakim
olan ixtilaf, Klubun bütün üzvlərinin Paris küçələrində məqsədsiz gəzintiləri, nəsə bir məna kəsb
edə biləcək bütün bunlara inam üçün səbəb və dəlillər xatırlandı. Bəzən Qreqoroviusun dediyi
fraza qaranlıqda birdən-birə yaşıl və ya ağ fiqurlar çəkirdi: bu gah Atlan, gah da Estev olur,
sonra hansısa səs fırlanmağa başlayır, daha sonra yumulur və böyüyərək ya Manessye, ya da
Vifredo Lam, yaxud Pyober, yaxud da Etyen və ya Maks Ernst olurdu. Gülməliydi, Qreqorovius
deyirdi:
«
…budur elə hey bu Babil yolları görünür, necə deyim, deməli…
»
– Sibilla isə
sözlərdən Deyrol, Bisyer doğduğunu görürdü, ancaq Qreqorovius artıq empirik ontologiyanın
lazımsızlığı haqqında danışmışdı, ancaq bu birdən-birə Fridlender, yaxud zərif Viyon olub
10
5
qaranlığı dəlir və onu titrəməyə məcbur edirdi,
empirik ontologiya, mavitəhər, sanki
,
tüstüdən və
çəhrayı,
empirik, açıq-sarı, ağ qığılcımların parladığı dərinlik.
– Rokamadur yatdı, – Sibilla külü çırparaq dedi. – Mən də bir az yatsam, pis olmaz.
– Bu gün, məncə, Horasio gəlməyəcək.
– Haradan biləsən. Horasio pişik kimidir, bəlkə də, haradasa döşəmənin üzərində, qapının
altında oturub, bəlkə də, qatarla Marselə gedir.
– Mən qala bilərəm, – Qreqorovius dedi. – Siz yatın, mən Rokamadura baxaram.
– Mənim heç yuxum gəlmir. Siz danışırsınız, mənimsə gözümə havada elə hey cürbəcür
şeylər görünür. Siz dediniz ki: «Paris – nəhəng bir metaforadır», mənimsə gözlərimin önündə
Suqay nişanı kimi bir şey peyda oldu, qırmızı və qara.
– Mən Horasio barədə düşünürdüm, – Qreqorovius dedi. – Qəribədir, son zamanlar elə
dəyişib ki, onu tanımaq olmur. Yəqin
,
hiss etmirsiniz, çünki ona çox yaxınsınız və bu dəyişikliyə
görə ciddi şəkildə günahkarsınız.
– Nəhəng metafora nə deməkdir?
– İndi onun olduğu vəziyyətdə olanlar qaçmağa yol axtarırlar – bu, vodu ayini də ola
bilər, marixuana da, Pyer Bulez və ya Tingelinin rəssam maşınları da. O başa düşür ki, Parisin
harasındasa – onun günlərindən və ya əcəl günlərindən birində – görüşlərin birində onun
axtardığı, dəli kimi axtardığı açar gizlənir. Əslində, o, hansı açarı axtardığını bilmir, hətta bu
açarın mövcudluğundan da xəbəri yoxdur. O yalnız onun konturlarını və sifətini görür; mən bu
mənada metaforadan danışıram.
– Bəs siz niyə Horasionun dəyişdiyini düşünürsünüz?
– Qanunauyğun sualdır, Lusia. Mən Horasio ilə tanış olanda onu intellektual-diletant
kimi qiymətləndirirdim, başqa sözlə, peşəkar kimi deyil, həvəskar intellektual kimi. Siz orada
beləsiniz, deyilmi? Öz vətəniniz Matu-Qrosda.
– Matu-Qros Braziliyadadır.
– Bir sözlə, Parana sahillərində. Çox ağıllı, maraqlı, hər şeydən xəbərdar. Bizdən qat-qat
çox. İtalyan və ingilis ədəbiyyatından da başınız çıxır. İspanların «qızıl əsri», yaxud fransız
ədəbiyyatı isə dilinizdən düşmür. Horasio da belədir, ilk baxışdan bəlli olur. Qəribədir, bu qədər
qısa zamanda o necə də dəyişilib. Kobudlaşıb, ona baxmaq kifayətdir. Hələ tam qabalaşmayıb,
ancaq ona doğru gedir.
– Boş-boş danışmaq nəyə lazımdır, – Sibilla deyindi.
– Məni düzgün başa düşün, mən demək istəyirəm ki, o, qara rəng, açar axtarır və
anlamağa başlayır ki, bunları kitabxanada axtarmaq lazım deyil. Əslinə baxsan, siz bunu ona
öyrətmisiniz, o, elə buna görə gedir, çünki bunu heç vaxt sizə bağışlaya bilməyəcək.
– Horasio buna görə getmir.