Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə44/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   40   41   42   43   44   45   46   47   ...   175

 

95 


bütün  məhəlləyə  cavab  verməli  oldum…  Nələr  keçirdiyimi  təsəvvür  edə  bilməzsiniz,  mənim 

kimi adlı-sanlı… Valentin, sadəcə, dəhşətdir, böyük uşaqdır. 

Oliveyra  buxaqlı,  qızıl  zəncirli  çalbaş  cənabı  yenə  gördü.  Birdən  divarda  sanki

,

  yarıq 



açıldı:  çiyinlərini  azca  irəli  verərək  dayanırsan,  içəri  girib  daşların,  qalın  divarın  arasından 

keçirsən  və  tamamilə  başqa  bir  aləmə  düşürsən.  Görünməz  əl  mədəsini  öyümə  dərəcəsinə 

gətirmişdi. Hiss etdi ki, son dərəcə xoşbəxtdir. 

–  Bəlkə,      yuxarı  qalxmazdan  əvvəl  bir  qədəh  fine  a  l’eau  içim,  –  Bert  Trepa  qapının 

kandarında dayanaraq Oliveyraya  baxıb dedi.  –  Əla gəzintiydi,  mən  zərrə qədər də üşümədim, 

hələ yağış… 

– Böyük məmnuniyyətlə, – Oliveyra məyus-məyus dedi. – Bəlkə,   qalxsanız yaxşı olar, 

çəkmələrinizi çıxararsınız, ayaqlarınız da topuğadək islanıb. 

–  Kafedə  istidir,  ora  qızdırılır,  –  Bert  Trepa  dedi.  –  Allah  bilir,  Valentin  gəlib,  ya 

gəlməyib, bəlkə də, haradasa veyllənir, özünə dost axtarır. Belə gecələrdə o, yaman şorgözləşir, 

küçə iti tək qabağına biri çıxan kimi ağlını itirir, öz canımçün. 

–  Bəlkə,      artıq  gəlib,  sobanı  da  qalayıb,  –  Oliveyra  bicliyə  keçdi.  –  İsti  şal,  yun 

corablar… Siz özünüzü qorumalısınız, madam.  

–  Ah,  mən  ot  kimi  qayğısızam.  Mənim  heç  kafeyə  girməyə  pulum  da  yoxdur.  Gərək 

sabah  cachet dalınca konsert zalına gedim…  Bu tərəflərdə gecələr cibdə o qədər pulla gəzmək 

təhlükəlidir, təəssüf…  

–  Sizi  zövqünüzə  uyğun  istənilən  şeyə  qonaq  etmək  mənimçün  böyük  səadətdir,  – 

Oliveyra dedi. O artıq Bert Trepanı qapıdan  içəri soxa bilmişdi;  girişdən  isti rütubət vurur, kif 

iyi, bəlkə də, göbələk sousu qoxusu gəlirdi. Sevinc hissi yavaş-yavaş uçub gedirdi, sanki, yalnız 

küçələri  onunla  birlikdə  dolaşa  bilər,  evə  girə  bilməzdi.  Bu  sevinci  tutub  saxlamaq  lazımdı,  o 

cəmisi  bir  neçə dəqiqə davam etmişdi  və elə  bir  yeni duyğuydu ki,  heç  bir  şeyə oxşamırdı:  o, 

vanna  otağında  oturub  üzərindəki  pişik  nəcisini  təmizləyən  Valentin  haqqında  eşidəndə  birdən 

hiss etdi ki, irəliyə doğru addımlaya bilər, doğrudan, addımlaya bilər, ayaqlarının burada heç bir 

rolu yoxdur, o, sadəcə, qalın daş divarın içinə girib bütün bunlardan xilas ola bilər: sifətini yuyan 

yağışdan, çəkmələrinin içində şappıldayan sudan. Anlamaq həmişə olduğu kimi bu qədər gərəkli 

olanda  anlamaq  mümkün  deyil.  Bu  sevincin,  dərinin  altında  mədəni  oyan  bu  əlin  nə  demək 

olduğunu,  ümidin  haradan  doğduğunu  (əlbəttə,  əgər  bu  söz  yerinə  düşürsə,  əgər,  əlbəttə,  ona 

mücərrəd  ümid  anlayışını  tətbiq  etsək)  anlamaq  –  bütün  bunlar  olduqca  axmaq  və  qeyri-adi 

dərəcədə  gözəldir,  amma  indi  bunlar  hamısı  uçub  gedirdi,  yağışın  altında  ondan  uzaqlaşırdı, 

çünki Bert Trepa onu evə dəvət etməkdənsə kafeyə göndərdi, Gündəlik Məsələlərə, gün ərzində 

baş  verənlərə  qaytardı:  Krevelə,  Sena  sahillərinə,  başı  hara  ayağı  da  ora  getmək  niyyətinə, 

xərəkdəki  qocaya,  pis  çap  olunmuş  konsert  proqramına,  Roz  Boba  və  çəkməsinin  içində 




 

96 


lıqqıldayan  suya. Oliveyra çiyinlərindən dağ endirirmiş kimi  ağır əl  hərəktiylə küçənin tinində 

gecənin qaranlığını dağıdan iki kafeni göstərdi. Ancaq Bert Trepa

,

 sanki


,

 daha heç nə istəmirmiş 

kimi Oliveyranın əlini buraxmadan və gizlicə dəhlizin qaranlığına baxa-baxa dodağının altında 

nəsə mızıldandı. 

– Qayıdıb, – o dedi və ağlamaqdan parıldayan gözləriylə Oliveyraya baxdı. – O, orada, 

yuxarıdadır, mən hiss edirəm. Özü də tək deyil, əminəm: hər dəfə mən konsertdə çıxış edəndə o, 

öz dostlarıyla tapışır. 

Barmaqlar  Oliveyranın  əlinə  yapışmışdı;  o,  ağır  nəfəs  alır  və  hey  dönüb  qaranlığa 

baxırdı. Yuxarıdan boğuq miyovuldama səsi gəldi, yumşaq pəncələr dik pilləkənlə  cəld yuxarı 

dırmaşdı. Oliveyra nə deyəcəyini bilmədi və siqaret çıxarıb yandırdı.  

– Məndə açar yoxdur, – Bert Trepa güclə eşidiləcək tərzdə pıçıltıyla dedi. – O belə işləri 

olanda mənə açar vermir. 

– Sizə dincəlmək lazımdır, madam. 

–  Onun  nə  vecinədir  ki,  məni  dincəlirəm,  ya  yox.  Yəqin

,

  sobanı  kömürlə  qalayıblar, 



mənim kiçicik ehtiyatımla, onu mənə doktor Lemuan vermişdi. Onlar orada lütdürlər, lüt. Mənim 

yatağımda,  belə  də  iyrənclik  olar?!  Sabahsa  mən  yığışdırmalıyam,  Valentin,  yəqin  ki,  bütün 

döşəyi qusub-batırıb, o, həmişə… Sabahsa həmişəki kimi mən, mən yığışdırmalı olacağam. 

– Dostlarınızdan yaxınlıqda yaşayan var, gecəni orada qalasınız? – Oliveyra soruşdu. 

– Yox, – Bert Trepa dedi və çəpəki ona baxdı. – İnanın, cavan oğlan, mənim dostlarımın 

çoxu Neyidə yaşayır. Burada isə səkkizdəkilər kimi qoca tör-töküntülər, aşağı səviyyəli adamlar 

yaşayır. 

– İstəyirsinizsə, mən yuxarı qalxıb Valentindən qapını açmağı xahiş edərəm,  – Oliveyra 

dedi. – Sizsə kafedə gözləyərsiniz, hər şey yoluna düşəcək. 

–  Necə  yoluna  düşəcək,  –  Bert  Trepa,  sanki,  sərxoşluqdan  dili  dolaşa-dolaşa  dedi.  –  O 

açmayacaq,  mən  onu  tanıyıram.  Qaranlıqda  oturub  heç  hay  da  verməyəcəklər.  İşıq  nəylərinə 

lazımdır? İşığı sonra yandıracaqlar, Valentin mənim gecələməkçün mehmanxanaya və ya kafeyə 

getdiyimə əmin olduqdan sonra. 

–  Mən  qapını  bərkdən  döyərəm,  onlar  qorxarlar.  Məncə,  Valentin  qalmaqal  düşməsini 

istəməz. 

–  Onunçün  fərqi  yoxdur,  özünü  müdafiə  edəndə  onunçün  qətiyyən  fərqi  yoxdur. 

Bununçün o, mənim donumu geyib «Marselyoza» oxuya-oxuya polis şöbəsinə də gedə bilər. Bir 

dəfə  az  qala  belə  bir  şey  olacaqdı,    qonşu  dükançı  Roberi  sağ  olsun,  vaxtında  onu  tutub  evə 

gətirdi.  Rober  yaxşı  adamdı,  yəqin,  vaxtilə  onun  da  atkeçməz  yolları  olub,  ona  görə  də 

başqalarını başa düşür. 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə