Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə42/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   38   39   40   41   42   43   44   45   ...   175

 

91 


toxundular,  xüsusən  də  gənclərin  lovğa  və  qabiliyyətsiz,  publikanın  sağalmaz  snobizm 

xəstəliyinə  tutulmasından  danışdılar.  Bu  zaman  Sen-Jermendə,  yaxud  bifşteksin  keyfiyyətli  və 

münasib qiymətə satıldığı yeganə yer olan Büsi küçəsində neçəyə olduğunu da müzakirə etdilər. 

Bert Trepa nəzakətlə iki-üç dəfə Oliveyranın nə işlə məşğul olduğu, gələcəyə olan ümidləri, ən 

başlıcası  isə  hansı  uğursuzluqlara  düçar  olduğu  barədə    soruşsa  da,  o  cavab  verməyə  macal 

tapmamış  düşüncələri  yenidən  Valentinin  anlaşılmaz  şəkildə  yoxa  çıxmasına,  Aliks  Aliksin 

«Pavana»sını ifa etməyin səhv olduğuna, bunu Valentinin xətrinə etdiyinə və bu səhvin bir daha 

təkrarlanmayacağına  qayıtdı.  «Uşaqbaz,  –  Bert  Trepa  donquldandı  və  Oliveyra  onun 

barmaqlarının gödəkçəsinin qoluna yapışdığını hiss etdi. – Bu donuzun ucbatından mən, mənim 

nəyimə lazımdır, zir-zibil çalmalı oldum, halbuki öz əsərlərim ifa olunmaqdan ötrü ölür…» O, 

əynində  plaş  olduğundan  yağışı  vecinə  almayaraq  dayandı  (Oliveyranın  isə  su  yaxalığının 

arasına  dolurdu,  dovşan  və  ya  siçovul  dərisindən  olduğu  bilinməyən  yaxalığı  isə  azca  yağış 

yağan  kimi  heyvanxana  qəfəsi  kimi  üfunət  qoxuyurdu)  və  dayanıb  cavab  gözlədi.  Oliveyra 

nəzakətlə gülümsədi və onu sakitcə Mediçi küçəsinə sarı dartdı. 

–  Siz  çox  təvazökar  və  olduqca  təmkinlisiniz,  –  Bert  Trepa  dedi.  –  Tez  olun,  özünüz 

barədə  danışın.  Siz,  yəqin  ki,  şairsiniz,  eləmi?  Bax  Valentinlə  biz  cavan  olanda…  «Qürub 

odaları» Merkür de Fransın uğurları kimi… Yadımdadır, Tibode indiki kimi açıqca göndərmişdi. 

Valentin  çarpayıya  uzanıb  ağlayırdı,  o  həmişə  ağlayanda  üzüqoylu  çarpayıya  uzanır,  çox 

təsirlidir. 

Oliveyra çox istədi ki, üzüqoylu çarpayıya yıxılıb ağlayan Valentini təsəvvür etsin, ancaq 

nə  qədər  çalışsa  da,  gözünün  qabağına  Valentin  yox,  balaca,  qırmızı  yengəcə  oxşayan 

Rokamadur  gəldi:  o,  beşikdə  üzüqoylu  uzanıb  ağlayır,  Sibilla  isə  onun  arxasına  şam  qoymaq 

istəyirdi; o təslim olmurdu, qıvrılır, fırlanırdı və yançaqları daim Sibillanın bacarıqsız əllərindən 

sürüşüb  çıxırdı.  Maşın  vuran  qocaya  da

,

  yəqin  ki



,

  xəstəxanada  şam-zad  qoymuşdular. 

İnanılmazdır, şamlar necə də dəbə miniblər, bu ilin qəribə fenomenini fəlsəfi nöqteyi-nəzərdən 

dəyərləndirmək  lazımdır:  nəcis  ifraz  etməklə  kifayətlənməyən  ikinci  dəliyimizin  gözlənilməz 

tələbatı  haradan  yarandı  ki,  artıq  aromatik,  aerodinamik  çəhrayı-yaşıl-ağ  mərmiləri  udmağı 

sınaqdan  çıxarır.  Ancaq  Bert  Trepa  fikrini  cəmləməyə  macal  vermirdi,  o  yenidən  Oliveyranın 

əlindən  gah  bir,  gah  da  ikiəlli  tutaraq  üzünü  ona  tərəf  elə  çevirdi  ki,  sanki

,

  gənc  qızdır. 



Oliveyranın bu gözlənilməzlikdən əti ürpəşdi. Demək, o, argentinalıdır, Parisdə yaşayır və istəyir 

ki, burada… Yaxşı, o, burada nə istəyir? Bunu birdən-birə izah etmək çətindir. Ümumiyyətlə, o, 

bura gəlib ki… 

– Gözəllik, coşqunluq, ilham dalınca, qızıl budaq dalınca, – Bert Trepa dedi. – Deməyə 

də  bilərsiniz,  mən  çox  gözəl  başa  düşürəm.  Vaxtilə  mən  də  Podan  Parisə  qızıl  budaq  dalınca 

gəlmişdim. Ancaq mən zəif idim, gənc idim, mən… Bəs sizin adınız nədir? 




 

92 


– Oliveyra, – Oliveyra dedi.  

– Oliveyra… 

Des olives

1

, Aralıq dənizi…  Mən də Cənubluyam, cavan oğlan, biz sizinlə 



hər ikimiz Panın davamçılarıyıq. Yoxsa Valentin kimi, o Lilliyadandır. Bu şimallılar balıq kimi 

soyuqqanlıdırlar,  onların  himayədarı  –  Merkuridir.  Siz  «Böyük  Yaradılışa»  inanırsınız?  Mən 

Fulkanellini nəzərdə tuturam, siz məni başa düşürsünüz də… Ancaq etiraz etməyin, mən özüm 

də  gözəl  başa  düşürəm  ki,  bu  ithaf  olunmuş  əsərdir.  Ola  bilsin  ki,  o  hələ  əsl  zirvəyə  yüksələ 

bilməyib,  mənsə…  Məsələn,    elə  «Sintez»i  götürün.  Valentin  əsl  həqiqəti  dedi:  radioesteziya 

mənə bu iki sənətkarda bir-birinə yaxın olan üslubları aşkar etməyə imkan verdi və düşünürəm 

ki, bu «Sintez»də öz əksini tapıb. Belə deyil? 

– Əlbəttə, belədir. 

–  Sizin  güclü 

karmanız

2

  var,  bu  dərhal  bəlli  olur…–  Əliylə  var  gücüylə  Oliveyradan 

yapışdı. Artist qadın fikrə getmişdi, bununçün  artıq demək olar ki, müqavimət göstərməyən və 

yalnız  bir  şeyi  –  onu  meydandan  keçirib  Sufflo  küçəsiylə  getməyə  məcbur  etmək  istəyən 

Oliveyraya  söykənməsi  lazımdı.  «Etyenlə  Vonq  görsələr,  biabırçılıq  olacaq…»  –  Oliveyra 

düşündü. Etyenlə Vonqun nə düşünməsi onu niyə narahat etməlidir ki, məgər metafizik çaylarla 

çirkli bələk əsgiləri qarışandan sonra gələcək onunçün bir məna kəsb edirdi? 

«

Elə bilirəm ki, heç 



Parisdə  deyiləm,  başıma  gələnlər  sinirlərimə  toxunur,  qəm  dəryasına  batmış  bu  sarsaq  qarı  da 

məni əsəbləşdirir, yağış altındakı bu gəzinti, hələ konserti demirəm. Mən cındır əsgidən də, ən 

çirkli  bələkdən də pisəm  və  mahiyyətcə, öz-özümlə  heç  bir əlaqəm  yoxdur». Başqa  nə düşünə 

bilərdi, Bert Trepaya ilişərək gecəni yağışın altında veyllənə-veyllənə nə düşünə bilərdi ki: bütün 

pəncərələrin  işıqlarının  söndüyü  böyük  evdəki  sonuncu  işıq  kimi  söndü    və  ona  elə  gəldi  ki, 

qətiyyən  özü deyil, əsl o, isteriyalı qocanı, bəlkə də, nimfomanı ardınca sürüyərək onun özünü 

haradasa gözləyir, Latın məhəlləsində sülənən isə olsa-olsa onun 

Doppelganger

1

idir, o birisi isə 



tamam  başqadır…  «Alqamaro  məhəlləsində  qalıb?  Yoxsa  səyahət  zamanı  boğulub,  fahişələrin 

yatağında,  Böyük  Yaradılış  burulğanında,  şanlı  zəruri  nizamsızlıqda  itib-batıb?  Necə  də 

təskinedici səslənir, hər şeyin düzələcəyinə inanmaq necə də asandır, baxmayaraq ki, çətinliklə 

inanırsan, ancaq asılan adamlar

,

 yəqin ki, inamlarını bir dəqiqədə itirmirlər, inanırlar ki, son anda 



nəsə  olacaq  –  zəlzələ,  ya  da  kəndir  iki  dəfə  dalbadal  qırılacaq  və  onu  əfv  etməyə  məcbur 

olacaqlar,  yaxud  da  ki,  qubernator telefonla  zəng  edəcək,  ya  da  qiyam  baş  verəcək  və  o  xilas 

olacaq». 

                                                

1

 

 Зейтун (фран.) 

2

 



 Индуизмя ая буддизмя эюря, инсанын яввялки мювъудлуьу  заманын етдикляри онун сонракы талейиня 

тясир едир.   

1

 



 Охшар (алм.) 


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə