Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə43/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   39   40   41   42   43   44   45   46   ...   175

 

93 


Bert  Trepa  xatirələrə  dalaraq  Lion  vağzalında  Jermen  Tayferə  rast  gəlməsi,  onun 

«Narıncı romblara prelyudiya»nı bəyənməsi və onu öz konsertinə daxil etməsi barədə Marqaret 

Lonqla söhbət edəcəyi haqqında fərəhlə danışmağa başladı. 

–  Bax  buna  deyərəm  uğur,  əsl  ithaf,  sinyor  Oliveyra.  Ancaq  bilirsinizmi,  nə  qədər  ən 

yaxşı  ifaçılar  impresarioların,  vicdansız  tiranların  qurbanına  çevrilir?  Valentin  hesab  edir  ki, 

onların  hakimiyyəti  altına  düşməyən  hər  hansı  gənc  pianoçu…  Nə  isə,  cavan,  ya  qoca  hamısı 

quldurdur. 

– Bəlkə,   siz özünüz başqa bir konsert… 

– Daha çıxış etmək istəmirəm, – Bert Trepa üzünü döndərərək dedi, halbuki Oliveyra özü 

də ona  baxmamağa çalışırdı.  – Biabırçılıqdır,  mən  hələ də  səhnəyə çıxmaq  və dinləyicilərə öz 

bəstələrimi  təqdim  etmək  zorundayam,  halbuki  muza  olmalıyam,  başa  düşürsünüz,  ifaçıları 

ilhama  gətirən  muza,  onlar  mənim  yanıma  gəlib  əsərlərimi  ifa  etmək  üçün  icazə  almalıdırlar, 

yalvarmalıdırlar,  məhz  yalvarmalıdırlar.  Mən  də  razı  olardım,  çünki  hesab  edirəm  ki,  mənim 

əsərlərim  publikanın  hisslərini  alovlandıran  qığılcımdır,  burada  da,  Birləşmiş  Ştatlarda  da, 

Macarıstanda  da…  Bəli,  mən  razı  olardım,  ancaq  əvvəlcə  onlar  bu  şərəfə  layiq  olmalıdırlar  – 

mənim musiqimi ifa etmək şərəfinə. 

Artıq pianoçu qadın onu nədənsə, Sen-Jak küçəsiylə sürüməyə qərar vermiş Oliveyranın 

əlini var qüvvəsilə sıxdı. Soyuq külək adamın sifətinə vurur, yağış ağız-burnuna dolurdu, ancaq 

istənilən  hava şəraiti, deyəsən, Bert Trepanın  vecinə deyildi. O, Oliveyranın qolundan  asılaraq 

çərənləməyinə  davam  edir,  hərdənbir  hıçqırır,  nifrət  və  ya  istehza  dolu  qəhqəhələrlə  gülürdü. 

Yox  əşi,  o  heç  də  Sen-Jak  küçəsində  yaşamır.  Əşi,  nə  fərqi  var  ki,  harada  yaşayır.  O,  bütün 

gecəni  bax  beləcə  gəzməyə  hazırdır,  zarafat  deyil,  «Sintez»in  təqdimatına  iki  yüzdən  çox 

tamaşaçı yığışmışdı. 

–  Valentin  gec  gəlməyinizə  görə  narahat  olacaq,  –  Oliveyra  korset  geyinmiş  bu  şarı, 

yağışa və küləyə qarşı asanca dığırlanan bu kirpini doğru yola döndərməyin yollarını tapmaqda 

zorlanaraq dedi. Uzun və qırıq-qırıq monoloqun sonunda bəlli oldu ki, guya, Bert Trepa Estrapad 

küçəsində yaşayır. Artıq tamamilə karıxmış Oliveyra üz-gözünün suyunu silib gəminin burnunda 

donub qalmış Konrad qəhrəmanlarından biri kimi istiqaməti müəyyənləşdirməyə çalışdı. Birdən 

dəhşətli  dərəcədə  gülməyi  gəldi,  boş  mədəsi  deşilirdi,  əzələləri  titrəyirdi,  Vonqa  danışsa, 

ömründə  inanmaz.  Monpelyedə  və  Poda  aldığı  qonorarı  hesablayan  və  arabir  qızıl  medalını 

xatırlayan Bert Trepaya heç də gülməyi gəlmirdi, heç onu evinə ötürməyi təklif etdiyinə görə öz 

səfehliyinə də gülmürdü. O hətta nəyə güldüyünü özü də yaxşı başa düşmürdü, bəlkə də, bütün 

bunlardan çox-çox əvvəllər baş verən  nəyəsə gülürdü. Hətta bu konsertə də gülmürdü, halbuki, 

yəqin  ki,  dünyada  bu  konsertdən  gülünc  heç  bir  şey  ola  bilməzdi.  Lakin  onun  gülüşü  sevinc 

gülüşüydü, şadlığın təzahürünün fiziki formasıydı. Buna, bu sevincə inanmaq necə də da asandır. 



 

94 


Fərqi  yoxdur, o şadlığından, adi, əyləncəli  və  izaholunmaz  məmnuniyyətdən gülmüş olsa belə. 

«Mən dəli oluram, – o düşündü. – Dəliyə qoşulanın axırı elə belə də olmalıydı». Sevinməyə ən 

kiçicik  səbəb  belə  yoxdur:  su  çəkmələrinin  içində  fırçıldayır,  yaxalığının  içinə  dolurdu.  Bert 

Trepa ağır gödəniylə hələ də ondan asılmışdı, birdən hönkürürmüş kimi bütün bədənini titrətdi; 

hər dəfə Valentini xatırlayanda onu titrətmə və hıçqırıq tuturdu, deyəsən, bu onda şərti refleksə 

çevrilmişdi.  Bütün  bunlar  heç  kəsi,  hətta  dəlini  belə  sevindirə  bilməzdi.  Oliveyra  isə  qəhqəhə 

çəkib  ucadan  gülmək  istəyirdi,  buna  baxmayaraq  o  gedir,  Bert  Trepanı  ehtiyatla  Estrapad 

küçəsinə, dörd saylı evə doğru aparırdı; bunu təsəvvür etmək, hələ başa düşmək olduqca çətindi, 

ancaq  hər  şey  məhz  beləydi;  əsas  məsələ  –  Bert  Trepanı  imkan  daxilində  gölməçələrdən 

qoruyaraq və Klotild küçəsinin tinindəki evlərin damından tökülən şəlalələrin altından qupquru 

keçirərək Estrapad küçəsindəki dörd nömrəli evə çatdırmaq idi. Onun evində Valentinlə birlikdə 

bir qədəh vurmaq təklifi artıq Oliveyranın ağlına batmışdı, onsuz da artist qarını beşinci, ya da 

altıncı  mərtəbəyə  itələyib  çıxartmalı  və  içəri  girməli  olacaqdı.  Tamamilə  mümkündür  ki, 

Valentin sobanı yandırmayıb (ancaq orada onları

,

 yəqin ki, möcüzəvi salamandr, bir şüşə konyak 



gözləyirdi  və  çəkmələrini  çıxarıb  ayağını  odda  qızdıra-qızdıra  incəsənətdən,  qızıl  medaldan 

danışa bilərdilər). Ola bilər ki, axşamların birində bir şüşə çaxır götürüb yenidən Bert Trepaya 

qonaq  gedər  və  qocaları  sevindirər.  Bu  elə  xəstəxanadakı  qocanı  sevindirmək  kimi  bir  şeydir. 

Belə  yerlərə  –  xəstəxanaya,  ya  da  Estrapad  küçəsi  kimi  yerlərə  getmək  əvvəllər  ağlına  belə 

gəlməzdi.  Bu  sevincli  duyğu  əmələ  gəlməmişdən  öncə  mədəsi  dəhşətlə  oyulmağa  başlamış, 

dərisinin altındakı gizli əl bu şirin işgəncəni buna qədər başlamışdı (dərinin altındakı əl barədə 

Vonqdan soruşmaq lazımdır).  

– Ev dörd, düzdür? 

– Hə, bax odur, balkonlu ev, – Bert Trepa dedi. – On səkkizinci əsrin tikilisidir. Valentin 

deyir  ki,  Ninon  de  Lanklo  dördüncü  mərtəbədə  yaşayıb.  O  qədər  yalan  danışır  ki.  Ninon  de 

Lanklo. Hə, Valentinin nəfəsi də yalandan gedib-gəlir. Yağış, demək olar ki, kəsib, görürsünüz? 

– Bir az azalıb, – Oliveyra razılaşdı. – Gəlin o tərəfə keçək, əgər etiraz etmirsizsə. 

– Qonşular, – Bert Trepa küçənin tinindəki kafeyə tərəf baxıb dedi. – Hə odur, səkkizinci 

mərtəbədə  yaşayan  qarı…  Bilirsiniz  o  nə  qədər  içir.  Görürsünüz,  qıraqdakı  masanın  arxasında 

əyləşib. Bizə baxır, sabah dedi-qodular başlayacaq, görərsiz, başlayacaq… 

– Allah xətrinə, madam, – Oliveyra dedi. – Ehtiyatlı olun, gölməçə.  

– Hə, mən onu tanıyıram, sahibi də tanıyıram, beş barmağım kimi. Onlar Valentinə görə 

mənə nifrət edirlər. Valentin onların başına oyun açıb… Səkkizdə olan qarıdan lap zəhləsi gedir, 

bir dəfə gecə sərxoş olanda onun qapısına pişik 

poxu 


yaxıb, başdan-ayağa bəzəyib… Bir mərəkə 

qopdu ki, ömrüm boyu unutmaram… Valentin vanna otağında oturub üst-başındakı pişik poxunu 

təmizləyirdi, axı o özü də gözünəcən batmışdı, bir qəzəblənmişdi ki, mənsə polislərə, qarıya və 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə