C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə50/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   46   47   48   49   50   51   52   53   ...   61

181
“Və  kainatı  (göyü)  qüdrətimizlə  qurduq.  Şübhəsiz  ki  onu 
genişləndirməkdəyik.” 
Quran 51-Zariyat Surəsi-47 
Görüldüyü  kimi,  Quran  kainatdakı  hər  şeyin  ən  baş-
da  bütöv  halda  olması  və  kainatın  hər  an  genişlənməkdə 
olması  kimi  Big  Bang-in  ən  fundamental  xüsusiyyətlərini 
açıqlamışdır. Eləcə də, Quranda kainatın bir qaz mərhələsi 
keçirdiyi də deyilir. (Quran 41-Fussilət Surəsi-11).
  Bu  da  kainatın  bir  dövrdə  yalnız  hidrogen  və  heli-
um  kimi  qazlardan  ibarət  olan  bir  qaz  buludu  olması  ilə 
tamamilə  uyğundur.  Quranın  bu  izahları  eyni  zamanda 
bir “möcüzənin” necə reallaşdığının da göstəricisidir. Elmi 
inkişafların, elmi infrastrukturun, teleskop kimi müşahidə 
alətlərinin olmadığı bir dövrdə Quranın Big Bang-i bu cür 
təsvir etməsi o dövrdəki hər bir bəşər övladının da, bütün 
bəşəriyyətin da gücünün fövqündə idi. Bu isə “möcüzə” ilə 
ifadə  edilən  şeydir.  Deməli,  möcüzənin  ola  bilməyəcəyini 
deyən  filosoflar  yanılmışdırlar.  Beləcə,  Big  Bang  elmi  ola-
raq  ortaya  qoyulmadan  1300  il  əvvəl  təktanrılı  bir  dinin 
müqəddəs kitabında ən fundamental xüsusiyyətlərilə açıq-
landığı üçün “möcüzələrin” varlığının da bir isbatıdır.


182
X HISSƏ 
 
 
DIZAYN SÜBUTU NIZAM VƏ MƏQSƏD 
SÜBUTU,  TELEOLOGIYA SÜBUTU
INAYƏT SÜBUTU
İçində  yaşadığımız  möhtəşəm  kainat  qalaktikaların-
dan  planetlərinə,  atmosferindən  küləklərinə,  çiçəklərindən 
balıqlarına,  quşlarından  böcəklərinə  qədər  çox  maraqlı 
bir  mühitdir.  Kainatdakı  bütün  bu  varlıqlara  və  meyda-
na  gəlmələrə  görə  bunları  yaradan  şüurlu  bir  Yaradıcının 
varlığını  əsaslandırmaq  ta  qədimdən  bəri  istifadə  edilən 
bir  üsuldur.  Materialist  ateizmin  yüksəlişilə  bu  sübutun 
etibarsız  olduğu,  kainatın  təsadüflərin  nəticəsində  mey-
dana  gəldiyi  fikri  olduqca  tərəfdar  tapmış  və  bu  metod 
əvvəlki şöhrətini itirmişdir. Lakin xüsusilə son qırx-əlli ilin 
elmi  inkişafları  bu  metodun  elmin  ən  son  məlumatları  ilə 
yenidən  canlanmasına  səbəb  olmuşdur.  Əvvəldən  saat  və 
saatı düzəldən usta arasındakı əlaqə ilə kainat və onun Ya-
radıcısı  arasında  analogiya  aparmaq  olduqca  məşhur  bir 
izahat  forması  idi.  Son  dövrdəki  inkişaflar  ilə  bəhs  etdiyi-
miz analogiya ilə bənzər izahatlar əvəzinə, xüsusilə ehtimal 
hesablamalarına söykənən riyazi izahat üsulları məşhurluq 
qazanmışdır.  Bu  yanaşma  və  yeni  əldə  edilən  məlumatlar 
tarix  boyunca  müdafiə  olunan  “dizayn  sübutu”nun  daha 
da zənginləşməsinə gətirib çıxarmışdır. “Dizayn sübutu” ilə 
nəzərdə tutduğum sübut əslində tarix boyunca müdafiə olu-
nan nizam, məqsəd, inayət, teleolojik sübut ilə eynidir. Bu 
sübutun fərqli adlarla araşdırılması bəzən kainatdakı niza-
mın, bəzən məqsədin, bəzənsə kainatın insan və digər can-


183
lılara uyğun bir tərzdə təşkil edildiyinin ön plana çıxardıl-
ması heç nəyi dəyişdirmir. Çünki bütün bu yanaşmalardan 
kainatın şüurlu bir Güc tərəfindən xəyal edilməsi, kainatda-
kı dizaynın üstün bir Qüdrət tərəfindən reallaşdırılması və 
kainatın təsadüflərin əsəri olmaması aydın olur. Kainatdakı 
fərqli mərhələlərin canlıların meydana gələcəyi şəkildə ya-
radılması, bir məqsədə uyğun yaradılışı (teleologiyanı), ul-
duzların, atomaltı hissəciklərin, Yer kürəsinin və canlıların 
bədənlərinin mükəmməl işləməsinin nizamı kainatdakı bü-
tün əmələ gəlmələrin canlı həyatın meydana gələcəyi və da-
vam edəcəyi bir şəkildə reallaşmışdır və reallaşmış olması isə 
inayəti göstərir. Buna görə də kitabın bu hissəsinin başlığını 
istəsəniz nizam sübutu, istəsəniz məqsəd sübutu, istəsəniz 
inayət sübutu, istəsəniz lap Qərbdə məşhur olaraq istifadə 
edilən tərzdə, teleologik sübut olaraq adlandıra bilərsiniz. 
 
Tanrı Kainatın harasındadır
  Big  Bang  nəzəriyyəsi  kainatın  çox  sıx  və  çox  isti  bir 
təklikdən meydana gəldiyini, kainatın daim genişləndiyini 
və  bu  genişlənmədəki  fərqli  mərhələlərdə  atomaltı  dün-
yadan  birinci,  ikinci  və  üçüncü  dövr  ulduzlara  qədər  bü-
tün  meydana  gəlmələrin  reallaşdığını  göstərmişdir.  Kai-
natın  bir-birindən  fərqli  bütün  mərhələlərində  çox  kritik 
dəyərlər  seçilmişdir.  Kainatın  varlığı  da,  qalaktikaların 
varlığı  da,  canlıların  varlığı  da,  insanların  varlığı  da  bu 
kritik  dəyərlərlə  əlaqəlidir.  Növbəti  səhifələrdə  oxuyaca-
ğınız  siyahıda  görəcəyiniz  bütün  kritik  dəyərlər  kaina-
tın  bütün  mərhələlərinin  şüurlu  bir  şəkildə  yaradıldığını 
göstərməkdədir. Görülür ki, “Tanrı kainatın harasındadır?” 
sualının cavabı “Tanrı kainatın hər mərhələsində mövcud-
dur” şəklindədir. Kainatın hər mərhələsi xüsusi olaraq ha-


184
zırlanmış və bu da Tanrının kainatın hər mərhələsində aktiv 
olduğunu göstərməkdədir. 
Zamanın nisbiliyi və Tanrının 
müdaxiləsi
Tanrını  bir  saatı  düzəldib  onu  özbaşına  buraxan  bir 
ustaya bənzətmək səhv olar. Saat bir dəfə düzəldildikdən 
sonra  həmişə  eyni  hərəkəti  təkrarlayır.  Halbuki  Big  Bang 
göstərmişdir ki, kainatın bir-birinə bərabər tək bir anı belə 
yoxdur, kainat daim genişlənərək dəyişməkdədir və kaina-
tın hər mərhələsi bir-birindən fərqlidir. Bir-birlərindən fərqli 
bütün mərhələlər isə şüurlu bir şəkildə təşkil edilmişdir. Bu, 
Tanrının kainatı yaradıb özbaşına buraxmadığını, kainatın 
hər  mərhələsinə  hakim  olduğunu  və  hər  mərhələsindən 
xəbərdar olduğunu göstərir. Bəziləri, Leybnits kimi, Tanrı-
nın kainatın hər mərhələsini əvvəldə təşkil etdiyini (buna 
əvvəldən hər mərhələyə müdaxilə etdiyini də deyə bilərik) 
demişdir.  Bəziləri  isə  Malbranş  kimi  Tanrının  hər  an  kai-
nata  və  insanların  bütün  hərəkətlərinə  müdaxilə  etdiyini 
vurğulamışdır.  Bu  izahatların  birincisindən  Tanrının  kai-
natın  hər  mərhələsinə  müdaxilə  etmədiyini,  ikincisindən 
isə Tanrının kainatın bütün mərhələlərini başdan bilməyib 
hər  mərhələyə  sonradan  (başdan  deyil  də,  mərhələ  anın-
da) müdaxilə etdiyini düşünərək səhv anlayanlar ola bilər. 
Leybnits  Tanrının  əvvəldən  hər  mərhələni  bildiyini,  buna 
görə  də  əvvəlcədən  bütün  müdaxilələrini  reallaşdırdığı-
nı  müdafiə  etmişdir.  Malbranş  isə  Tanrının  məlumatında 
əskik bir şeylər olduğunu deyil, Tanrının müdaxiləsinin hər 
an reallaşdığını izah etmək istəmişdir. Nisbilik nəzəriyyəsi 
bu  problemin  həllini  daha  yaxşı  anlamağımıza  kömək  et-
mişdir. Nisbilik nəzəriyyəsinə görə, zaman nisbidir, mütləq 


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə