C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə2/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   2   3   4   5   6   7   8   9   ...   61

9
zusunda  edilən  müzakirələrdə  Big  Bangin  hansı  tezisləri 
dəstəklədiyini, hansıları təkzib etdiyini göstərməyə çalışmı-
şam. Beləcə, min illərdir davam edən müzakirəni Big Bang-
in öhdəsinə buraxmışam. Kitabın son hissəsində Big Bangin 
və  kainatdakı  varlıqların  şüurlu  bir  yaradılışa  ehtiyacının 
olub-olmaması mövzusuna da toxunmuşam. Bütün bunları 
edərkən elm tarixi, fəlsəfənin önəmli müzakirələri və dinlər 
mövzusunda oxuyucunu məlumatlandırmağa çalışmışam.
Bu  araşdırmanı  hazırlamağımda  etdiyimiz  müzakirə-
lərlə, tövsiyyə etdikləri mənbələrlə, yazdıqlarımı oxumaları 
ilə  və  mənə  verdikləri  stimullarla  bir  çox  insanın  köməyi 
olub. Bu şəxslərin hər birinə, xüsusilə, dəyərli töfhələrindən 
ötrü Feryalimə və dəyərli professorlarımız Bekir Karlıgaya, 
İlyas Çelebiyə, Necip Taylana və Kasım Turhana təşəkkür 
edirəm. Bu kitabımı oxuyan siz dəyərli oxuyucularıma da 
öz  təşəkkürümü  bildirir,  tənqidlərinizi  və  tövsiyyələrinizi 
kitabın arxasında yazılan veb-səhifəyə göndərməyinizi xa-
hiş edirəm.
 
 
 
 
 
 
 
 


10
BIG BANG NƏZƏRIYYƏSI
IRƏLI SÜRÜLMƏMIŞDƏN 
ƏVVƏLKI VƏZIYYƏT
I HISSƏ
  
BIG BANG NƏZƏRIYYƏSINDƏN ƏVVƏL 
FƏLSƏFƏ TARIXI VƏ DINLƏR
Big Bang nəzəriyyəsinin fəlsəfi nəticələrini daha yaxşı 
qavramaq üçün əvvəlcə bu nəzəriyyə ortaya qoyulmamış-
dan əvvəlki fəlsəfə tarixindən irəli sürülən fikirləri nəzərdən 
keçirmək faydalı olar. Beləliklə, bu nəzəriyyənin bəşər tarixi 
boyunca ortaya qoyulmuş fikirlərdən hansıları dəstəklədiyi, 
hansıları isə rədd etdiyi anlaşılacaqdır. Big Bang-in əsas və 
köməkçi sübutları ilə əleyhinə olan sübutları göstərəcəyimiz 
növbəti hissələrdən sonra indi qısaca izah etdiyimiz möv-
zular çox detallı bir şəkildə analiz ediləcəkdir. Bu hissədə 
qısaca  tanış  edilən  fəlsəfə  tarixi,  digər  hissələrdə  geniş 
şəkildə  Big  Bang-lə  müqayisə  ediləcək.  Bu  hissədə  ancaq 
Big Bang-dən əvvəlki vəziyyətin zehinlərdə canlandırılması 
nəzərdə tutulub. Fəlsəfə tarixinin ən əsas problemlərindən 
biri Tanrının var olub-olmadığıdır. Bu problemlə çox əlaqəli 
olduğunu görəcəyimiz materiyanın və kainatın əzəli olub-
olmaması məsələsi də fəlsəfə tarixinin ən böyük sualların-
dan biridir. Fəlsəfə tarixinin bu iki önəmli problemi bu ki-
tabın ən fundamental müzakirə obyektini yaradacağı üçün 
Big  Bang-dən  əvvəlki  fəlsəfə  tarixi  bu  iki  suala  verdikləri 
cavaba görə ayrı-ayrılıqda araşdırılacaqdır.


11
Tanrının varlığını inkar edən və materiyanın 
əzəli olduğunu qəbul edən baxış
Materialist fəlsəfənin ən təməl tezisi olan bu fikrə gö-
rə  yalnız  maddə  var  və  ondan  başqa  heç  bir  şey  yoxdur. 
Mad də  yaradılmamışdır,  yox  edilə  bilməz,  öz-özlüyündə 
varlığını davam etdirir, kainatın tək elementidir. Materializ-
min bu inancından çıxartdığı nəticəyə görə, Tanrı yoxdur, 
buna görə də Tanrının varlığı düşüncəsi üzərinə qurulmuş 
dinlərə inanmaq yanlışdır.
Maddənin  əzəliliyi  fikri  materialist  fəlsəfədən  baş-
qa  görüşlər  tərəfindən  də  müdafiə  edilmişdir.  Məsələn, 
Buddizmdə (quruluşu e.ə. 5-ci əsr) Tanrının heç bir müdaxi-
ləsi olmadan var olan hər şeyin mexanika qanunlarına uy-
ğun  olaraq  maddədən  yarandığı  deyilir.  Buddizmin  bəzi 
qollarında Tanrının varlığı qəbul edilmiş ola bilər, lakin fun-
damental mətnlərdə Tanrıdan heç bəhs edilmədiyi və kai-
natın əzəli qəbul edildiyi üçün Buddizm Tanrını yox sayan 
və  maddəni  əzəli  qəbul  edən  fikirlər  sırasında  qeyd  edilə 
bilər. Hind fəlsəfəsinin (quruluşu e.ə. 20-ci əsrə gedib çıxır) 
əhəmiyyətli bir hissəsi də kainatı əzəli qəbul edir və Tanrıya 
yer vermədən kainatı açıqlamağa çalışır. Çin fəlsəfəsindəki 
Taoizmdə  də  (e.ə.  6-cı  əsr)  hər  şeyin  öz-özünə  yarandı-
ğı  və  kainatın  əzəli  olduğu  fikrinə  rast  gəlinir.  Bu  mövzu 
digər hissələrdə daha detallı araşdırılarkən Uzaq Şərqin bu 
fəlsəfələrindən və dinlərindən sitatlar gətiriləcək, Big Bang-in 
bütün bu fəlsəfələr və dinlər üçün nəticələri göstəriləcəkdir. 
Qədim Yunan dövrünün atomçuları Demokrit (e.ə. 460-370) 
və ondan fəlsəfəsinin ana xətlərini alan Epikür (e.ə. 341-270) 
bugünkü  materialist  fikirlərin  atası  olaraq  qəbul  edilirlər. 
Onlar da kainatı əzəli (başlanğıcsız) və əbədi (sonsuz) ola-
raq qəbul edir və Tanrıya yer vermirdilər. Fəqət Tanrını açıq 
şəkildə inkar edərək kainatı əzəli qəbul etmə fikrini ilk dəfə 
Lukretiusda (e.ə. 98-55) görürük. Ateizm ideyası ilk olaraq 


12
onda özünü büruzə verdiyi üçün onu materialist fəlsəfənin 
ilk təmsilçisi olaraq qəbul edənlər də var. Fəlsəfə tarixindəki 
riyaziyyatçı Dalamber, iqtisadçı Turqo, həmçinin, Kondorset, 
Baron Dolbax da materialist fəlsəfənin təmsilçilərindəndir. 
Lakin heç şübhəsiz, materialist fəlsəfənin ən məşhur və ən 
təsirli  təmsilçiləri  Karl  Marks  (1818-1883)  və  Fridrix  En-
gelsdir (1820-1895). Nəzəriyyələrini praktika ilə birləşdirən 
marksistlər Marksın ölümündən 70 il sonra dünyanın 1/3 ini 
özlərinə cəlb etmişdilər. Karl Marksdan başqa düşüncələri 
bu qədər qısa bir müddətdə bu qədər böyük təsir yaratmış 
mütəfəkkirin olmadığını rahatlıqla deyə bilərik. Marksın və 
Engelsin  yazılarını  oxuyanlar  onların  fəlsəfənin  ən  təməl 
problemini bu cür ortaya qoyduqlarının şahidi olacaqlar:
1 - Ya maddə va təbiət əzəlidir, Tanrı yoxdur.
2 - Ya da Tanrı əzəlidir, maddə və təbiət Tanrının əsəridir.
Onların  fikrincə,  fəlsəfənin  ən  əsas  problemi  budur. 
On   lar fəlsəfənin ən fundamental problemini ortaya qo yar -
kən, ilkin olaraq, maddənin doğruluğunu müdafiə edir di-
lər.  Materialist  fəlsəfənin  ən  məşhur  ideoloqları  elmi  mü-
qəd  dəsləşdirmiş, dinlərlə bərabər aqnostikliyin də hər nö-
vünə  qarşı  çıxırdılar.  Elmi  müqəddəsləşdirən  bu  şəxs lə rin 
fikirlərinin Big Bang tərəfindən elmi bir mərkəzdə nə zər dən 
keçirilməsi  həqiqətən  də  maraqlı  olacaqdır.  Onlar  elmin 
hakimliyini  qəbul  etdikləri  halda,  elmin  fəlsəfi  nəticələr 
ve rəcəyini  qəbul  etmirdilər.  Görək  elm  (Big  Bang  misalı 
ilə)  onların  fəlsəfəsini  necə  mühakimə  edəcək?!  Bu  digər 
hissələrdə detallı şəkildə araşdırılacaqdır.
Həm Tanrının, həm də maddənin  
varlığını əzəli qəbul edən baxış
Materialistlərin də qəbul etdiyi kimi, iki əsas düşüncə 
vardır. Ya maddə əzəlidir və Tanrı yoxdur, ya da Tanrı əzəlidir 


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə