C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə8/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   4   5   6   7   8   9   10   11   ...   61

30
luq deyildir, kütləyə bağlıdır və kütlə ona təsir edir. Başa 
düşülməsi  çətin  görünən  bu  hadisə  belə  bir  oxşatma  ilə 
anlaşıla  bilər:  Kosmos  yerinə  ikiölçülü  bir  çarşafı  (par-
ça) düşünək. Çarşafı iki nəfər gərərək tutsun. Bu çarşafın 
üstünə bir alma qoyaq. Çarşaf həmin gərginliyini itirəcək 
və kütlənin ətrafına çökəcəkdir. Əgər alma yerinə bir güllə 
qoysaq,  çarşaf  o  qədər  çox  çökər  ki,  o  çarşafı  əllə  tutmaq 
çətinləşər.  Deməli,  kütlə  artdıqca  cisimlər  səthi  daha  çox 
əyir, çökdürür. Eynşteynin cazibə qüvvəsi haqda olan açıq-
lamasına  görə,  kosmosu  ən  çox  Günəş  çökdürdüyü  üçün 
biz də Günəşin ətrafında dövr edirik. Eynşteynin bu açıqla-
masına görə, əgər kainat sabit bir quruluşda olsaydı, bütün 
maddə (ulduzlar, planetlər...), zaman və məkan ən böyük 
çuxurun dibində birləşərdilər. Nyutonun fizikası cisimlərin 
bir-birlərini cəzb etmələrini açıqlamış, Eynşteyn fizikası isə 
bunu daha da təkmilləşdirmiş və kütləsi olan bir cismin za-
manı və kosmosu necə dəyişdirdiyinin riyaziyyatını ortaya 
qoymuşdur. 
Maddə-kosmos və zamanın 
bir-birinə bağlanması
Eynşteynin  düsturları  maddəni,  kosmosu  və  zama-
nı bir-biri ilə əlaqələndirdi. 1920-ci illərdən əvvəl “mütləq 
kosmos” və “mütləq zaman” anlayışları var idi. Kosmosun 
və  zamanın  sonsuzluqdan  gəlib  sonsuzluğa  doğru  get-
diyi,  cisimlərin  hərəkətindən  və  cazibə  qüvvəsindən  heç 
təsirlənmədiyi zənn edilirdi. Eynşteynin nisbilik nəzəriyyəsi 
ilə  kosmosun  və  zamanın  ayrı  və  mütləq  varlıqlar  olaraq 
qəbul edilməsinin səhv olduğu üzə çıxdı və məkan-zaman 
ifadəsi  istifadə  edilməyə  başlandı.  Məkan-zamanın  quru-
luşu cisimlərin hərəkətinə və qüvvələrinin işləməsinə təsir 


31
edir, həm də bu təsir etmə ilə yanaşı kainatda baş verən hər 
şeydən də təsirlənirdi.
Zaman və məkan anlayışları olmadan necə kainatdakı 
hadisələrdən bəhs edə bilmiriksə, “nisbilik nəzəriyyəsi”ndə 
də  kainatın  sərhədləri  xaricində  bir  zaman  və  məkandan 
bəhs etmək eynilə mənasızdır. Bundan çıxan nəticəyə görə, 
mənasız  olan  sualları  beləcə  ümumiləşdirə  bilərik:  Kainat 
təkmilləşməkdədirsə,  kainatın  xaricində  cisimlərin  çatma-
dığı  nöqtədə  nə  baş  verdiyini  soruşmaq  mənasızdır.  Bu-
rada  cisimlər  olmadığı  üçün  zaman  və  məkanın  varlığını 
sorğula maq mənasızdır və ya genişlənən kainat geriyə doğ-
ru  qapandığı  zaman  hər  şeyin  birləşdiyi  və  məkanın  yox 
olduğu ana gələndə bundan əvvəl neçə il keçdi tipli suallar 
vermək  dəmənasızdır.  Çünki  məkanın  olmadığı  anda  za-
man da mənasızlaşır.
Zaman anlayışında inqilab
Eynşteynin  düsturları  məkanın  genişləndiyi  fikrinə 
apardığı kimi, məkanın genişlənməsinin ən sonuna qədər 
geriyə qaytarılması nəticəsində bu fikrin bizi - məkan yox 
olduğu üçün - zaman anlayışının da yox olacağına apara-
caqdır.  Bundan  da  Big  Bang-in  sadəcə  maddənin  deyil, 
həmçinin, zamanın da başlanğıcı olduğunu anlayırıq. Daha 
sonra  Rojer  Penros  (Roger  Penrose)  və  Stefan  Houkinqin 
(Stephen Hawking) etdiyi riyazi tənliklərə əsaslanan nəzəri 
isbatları da bunu ortaya qoymuşdur.
Nisbilik  nəzəriyyəsi  zamanın  mütləq  olmadığını,  za-
manın sürətə və cazibə qüvvəsinə bağlı olaraq dəyişdiyini 
göstərərək böyük bir zehni inqilaba səbəb oldu. Nyuton fi-
zikasındakı mütləq zaman anlayışı və Kantın fəlsəfəsindəki 


32
mütləq  zamana  əsaslanaraq  ortaya  qoyduğu  zehni  ziddi-
yətlər Eynşteynin zehni inqilabı ilə də dəyərini itirdi.
Növbəti  illərdə  həyata  keçirilən  təcrübələr  də  Eyn-
şteynin haqlılığını göstərdi. Məsələn, biri Londondan Çinə 
uçan  təyyarənin  içində  və  digəri  yerüzərində  olmaqla  2 
çox  həssas  atom  saatı  eyni  anda  quruldu.  Con  Lavertinin 
(John Laverty) qurduğu bu saatlar 300 000 ildə 1 saniyə xəta 
edəcək qədər mükəmməl idilər. Təyyarə yüksəkdən uçduğu 
üçün Yerdəkindən daha az bir cazibə qüvvəsinin təsiri altın-
da hərəkət edəcəkdi. Cazibə qüvvəsi zamana təsir etdiyinə 
görə uçuşun sonunda saatların fərqli zamanları göstərəcəyi 
gözlənilməkdəydi. Bu fərq çox az olduğu üçün ancaq belə 
həssas bir saatla bu fərqi aşkar etmək olardı. Belə ki, saatla-
rın arasında saniyənin 55 000 000 000-da 1-i qədər fərq var 
idi. Bu da Eynşteynin zamanın nisbiliyi mövzusunda nəzəri 
olaraq dediklərini təcrübi olaraq isbat edirdi. Zamanı mütləq 
və cazibə qüvvəsinin təsir etmədiyi bir anlayış olaraq qəbul 
edən köhnə geniş yayılmış inanca görə, əsla belə bir şey ola 
bilməzdi. Bu təcrübə kimi daha bir çox təcrübə ilə də Eyn-
şteynin  düsturları  təsdiqləndi.  Eynşteynin  zaman  mövzu-
sundakı yanaşması zehinlərdə çox dərin bir inqilab yaratdı. 
Eynşteynin formullarının nəticəsi olan kainatın genişlənməsi 
isə  zamanın  başlanğıcına  doğru  aparıldıqda  kainatın  yox 
olduğunu  göstərirdi.  Nisbilik  nəzəriyyəsinin  formullarına 
görə, məkana bağlı olan zaman beləcə məkan və maddə ilə 
eyni  anda  yaradılmış  olurdu.  Eynşteynin  düsturlarından 
sonra mütləqliyi sarsılan zaman anlayışı sonsuzdan bəri var 
olma xüsusiyyətini də bu düsturların nəticələrinə görə itirir-
di. Artıq zaman başlanğıcı olan nisbi bir anlayış idi. Lakin 
bu  bəzilərinin  düşündüyü  kimi  zamanın  zehin  tərəfindən 
yaradılan  bir  anlayış  olduğu  və  xarici  dünyada  varlığının 
olmadığı mənasına gəlmirdi. Əksinə, bu yanaşma kosmosu-
zamanı-maddəni bir-birinə bağladığı və bunları riyazi ola-


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə