C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə5/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   2   3   4   5   6   7   8   9   ...   61

20
Müsəlmanların  etdiyi  tərcümələr  və  yaratdıqları  elmi 
baza ərəbcədən digər dillərə tərcümə edilərək qərb dünya-
sına ötürüldü. Bir çox elm tarixçisinin fikrincə, Qərbin Re-
nessansdan müasir texnoloji inkişafa qədər keçirtdiyi pro-
ses  müsəlmanların  bu  bazanın  qərbə  ötürməsi  sayəsində 
həyata keçmişdir. Qərb aləmi öz tarixi kökü olaraq gördüyü 
Qədim Yunanıstanla; Platonla, Aristotellə və Ptolomeylə bu 
tərcümələrdən sonra tanış oldu. Ptolomeyin kitabını ərəblər 
“əl-Məcisti”  adı  ilə  tərcümə  etmişdilər.  Qərb  dünyası  ori-
jinal adı “Mathematica” olan bu kitabı ərəbcədən tərcümə 
etdiyi üçün adını “Almagest” olaraq çevirdi.
Kilsə və Koperniklə başlayan proses
Ptolomeyin  sistemi  yarandığı  gündən  etibarən  uzun 
bir müddət, 1500 il ərzində başda Xristian cəmiyyətlər ol-
maqla,  geniş  bir  kütlə  tərəfindən  astronomiyanın  əsası 
olaraq qəbul edildi. Bəli, tam 1500 il! Kilsə bu astronomik 
sistemi  doğru  qəbul  etdiyi  üçün  bu  sistem  Xristianlığın 
rəsmi  ideologiyası  olaraq  qəbul  edilmişdi.  Katolik  kilsəsi 
Tanrının yer üzündəki təmsilçisi olaraq qəbul edildiyi üçün 
kilsənin bu qərarına etiraz etmək Tanrıya etiraz etmək ola-
raq qiymətləndirilirdi. Beləliklə, Aristotel və Ptolomeyin ka-
inat modeli hətta özlərinin də xəyal edə bilməyəcəyi geniş 
bir pərəstişkar kütləsinə sahib olmuşdu. Birdən-birə özləri 
“müqəddəs”, fikirləri isə ilahi təlimlərə çevrilmişdi.
Bu  sistemin  etibarsızlaşmasını  başladan  Kopernik 
(1473-1543) oldu. O, Yer əvəzinə Günəşi hər şeyin mərkəzi 
etdikdə bu sistemin müşahidə edilən kainatla daha uyğun 
gələcəyi  fikrini  ortaya  qoydu.  1000  ildən  daha  uzun  bir 
müddət mövcud olan Ptolomeyin sisteminə qarşı gələn bu 
etiraz ilk zamanlar kilsəni narahat etmirdi. Lakin sonra bu 


21
fikir  Katolik  kilsəsi,  Lüter  və  Kalvin  tərəfindən  də  təkzib 
edildi. Onların iddiasına görə Yerin dünyanın mərkəzi ol-
maması mümkün deyildi.
Əgər bu sistem doğrudursa, kilsə və kilsənin müqəddəs 
olaraq elan etdiyi şəxslər yanılmış olacaqdı... Kilsənin yanıl-
dığına dair bu ilk ciddi etiraz dünyəviliklə (sekulyarlaşma) 
nəticələnən prosesin də ilk səbəblərindən biri idi. Kilsənin 
biliyinin və qərarlarının mütləq şəkildə doğru olduğu fikri 
sarsılmasaydı,  heç  şübhəsiz  dünyəvilik  və  sekulyarlaşma 
adlandırılan proseslər də reallaşmayacaqdı.
Bu  prosesə  ehtiyac  duyulmasının  altında  Kilsənin  mü-
qəd  dəs  elan  etdiyi  düşüncələri  (xüsusilə Aristotelin  düşün-
cələrini) elmə zorla qəbul etdirmə istəyi, öz nəzarətində olan 
təhsil  sistemini  istədiyi  kimi  yönləndirmə  məqsədi  var  idi. 
Aris totel fizikasının səhvlərinə bütün Qərbi məhkum edən, bu 
fizikanı Tanrının vəhyi kimi müqəddəsləşdirən səbəb kil sə nin 
elmə nəzarəti olmuşdur. Bunun ortaya çıxartdığı mən fi hallar 
dünyəviliyin və sekulyarlaşmanın əsasını təşkil etmişdir. 
Tayxo Breyh və Kepler
Teleskopun  kəşf  edilməsindən  əvvəl  elmə  məlum  olan 
ən  ciddi  müşahidələri  Tayxo  Breyh  (1546-1601)  gerçək ləş-
dir mişdi. Danimarka kralının dəstəyini alan Breyh səma xə-
ritəsini  detallı  bir  şəkildə  çıxartmışdı.  Bu  arada  İslam  dün-
yasına qayıtsaq, həmin illərdə Takiyuddin tərəfindən (1575) 
İstanbulda  rəsədxana  tikilməsinin  şahidi  olarıq.  Lakin  artıq 
müsəlman dünyasının “Qızıl dövr”ü başa çatmışdı. Qısqan-
clıqlar  elmi  səylərin  qabağına  keçmiş  və  uğursuzluq la 
nəticələnən Takiyuddin rəsədxanası 1582-ci ildə top mər miləri 
ilə yerlə-yeksan edilmişdi. Müsəlman dünyasının el min inki-
şafına töhfə verəcəyi günlər artıq çox keçmişdə qalmışdı.


22
 Qərbdə isə Breyhin çox mühüm müşahidələri Keplerin 
(1571-1630)  nəzəriyyələri  ilə  birləşmişdi.  Kepler  çox  yaxşı 
riyaziyyatçı  idi,  Breyhin  müşahidələri  əsasında  Kopernikin 
sistemindəki  çatışmazlıqları  düzəltdi.  Kopernik  planetlərin 
hərəkətinin  çevrə  şəklində  olduğunu  zənn  edirdi,  Kepler 
isə orbitlərin elips şəklində olduğunu ortaya qoydu. Kepler 
bir  yandan  Kopernikin  sistemini  düzəldərkən,  bir  yandan 
da onun Günəş mərkəzli sisteminin doğruluğunu isbat etdi. 
Bütün bu hadisələr baş verərkən, hələ də Ptolomeyin sistemi 
doğru olaraq qəbul edilir, hələ də kilsədə təlaş gözə dəymirdi. 
Keplerin təbiətlə bağlı tapdığı riyazi qanunlar bundan 
sonra  riyaziyyatın  elmlərdə  alacağı  mərkəzi  rolunun  da 
xəbərçisi  idi.  Bu  qanunlar  sadəcə  quru,  mücərrəd  bilik lər 
deyildi. Kosmosa göndərilən peyklərdən və kosmik gəmi-
lərdən, Yerin Günəş ətrafında hərəkətindən, uzaq ulduzlara 
qədər hər yerdə bu riyazi qanunlara şahid olmaqdayıq.
Qaliley ilə zirvəyə doğru addımlar
 Kepler yerüzündəki fiziki qanunları səmaya tətbiq edən 
ilk şəxs idi. “Astronomiya fizikanın bir hissədir” deyən Kep-
leri bu səbəbdən ilk astro-fizik qəbul edənlər də var. Elmin 
Keplerlə zirvəyə doğru çıxışı Qaliley (1564-1642) ilə davam 
etdi. Qaliley hərəkət qanunlarını kəşf etdi. Teleskopu onun 
kəşf edib-etməməsi mübahisəli olsa da, teleskopdan istifadə 
edərək ilk ciddi ulduz müşahidələrini onun reallaşdırdığı 
hamı tərəfindən qəbul edilməkdədir.
Qaliley teleskopla etdiyi müşahidələri də dəyərləndirə-
rək Ptolomeyin kainat modelinə ölümcül zərbəni vurdu. Bu 
dəfə kilsə Qalileylə Kopernik və Keplerlə etdiyi kimi yum-
şaq davranmadı. Kilsə Qalileyi inkvizisiya məhkəməsində 
mühakimə etdi və o, həyatını xilas etmək üçün Yerin hərəkət 
etdiyi və Günəşin kainatın mərkəzi olduğu fikirlərindən im-


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə