C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə3/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   2   3   4   5   6   7   8   9   ...   61

13
və  maddə  sonradan  yaradılmışdır.  Lakin  fəlsəfə  tarixində 
çox geniş bir yeri olan filosof Platonun (e.ə. 427-347) və Aris-
totelin (e.ə. 384-322) həm Tanrının, həm də maddənin varlı-
ğını əzəli qəbul edən düşüncədə olması bu fikrin də xüsusi 
bir hissə olaraq analiz edilməsinə səbəb olmuşdur. 
Kainatın  əzəliliyi  fikri Aristoteldə  özünü  daha  da  ba-
riz şəkildə göstərir. Onun fikrincə, ulduzlar əzəli bir yana-
caqla  yanırlar  və  əbədidirlər.  Platon  hər  şeyin  “xaos”dan 
yarandığını  deyərkən  onun  bu  açıqlamasının  yoxdan  ya-
radılışa  daha  yaxın  olduğunu  demək  mümkündür,  ancaq 
Platon araşdırmaçılarının çoxuna görə, Platon da maddənin 
əzəliliyi  fikrinə  inanırdı.  Bu  düşüncənin  tarixdəki  ən  əsas 
müdafiəçiləri Platon və Aristotel olsa da, onlardan sonra gəlib 
onlardan  təsirlənən  filosoflar  da  oxşar  görüşləri  müdafiə 
ediblər.  Məsələn,  Fərabi  və  İbn  Sinanın  bu  fikirlərdən 
təsirlənməsi və Qəzzalinin onları tənqid etməsi İslam dün-
yasında  olduqca  məşhurdur.  Platon  və  Aristotel  Xristian 
dünyasında  sanki  Xristianlıqdan  öncəki  müqəddəslər  ola-
raq  qəbul  edilmələrinə  baxmayaraq,  təktanrılı  dinlərlə  ən 
böyük fərqlərindən biri maddənin əzəliliyi mövzusunda ol-
muşdur. Bu səbəbdən, Big Bang-in bu mövzuda deyəcəkləri 
tarixin  bu  mühüm  müzakirəsinə  də  aydınlıq  gətirəcəkdir. 
Görəsən kim haqlı idi? Platon və Aristotel, yoxsa təktanrılı 
dinlər? Görək Big Bang nə qərar verəcək?
 
Aqnostik mövqe
Daha əvvəl görüldüyü kimi, Tanrının varlığı və mad-
dənin  əzəli  olub-olmaması  mövzusunda  iki  əsas  düşüncə 
var,  Platon  və Aristotelin  fikirləri  isə  üçüncü  bir  düşüncə 
olaraq siyahıya əlavə edilə bilər. Fəlsəfə tarixini araşdırarkən 
bu mövzuda dördüncü bir düşüncə olaraq qəbul edilməyən, 


14
bu 3 düşüncə çərçivələrinə girməyən, lakin əhəmiyyətli bir 
yerə sahib olan dördüncü bir mövqeyə rast gəlirik. Bu, aq-
nostik  mövqedir. Aqnostik  mövqe  daha  öncə  vurğulanan 
3  mövqenin  doğru  olub-olmadığının  bilinə  bilməyəcəyini 
iddia edir. Aqnostizm alternativ bir model təklif etmir. Bu 
mövqeyə sahib olanları da 3 yerə ayıra bilərik:
1  –  Aqnostik  ateistlər:  Bu  mövqedə  olanlar  Tanrının 
varlığının bilinə bilməyəcəyini iddia edirlər və bu nöqtədən 
ateizmə keçib bilinə bilməyən bir Tanrını yox olaraq qəbul 
etməyin daha doğru olacağını düşünürlər.
2  – Aqnostik  fideistlər:  Bu  mövqedə  olanlar  ağılla  nə 
Tanrıya inanıla bilinəcəyini, nə də Tanrının rədd edilə bilinə-
cəyini bildirdikdən sonra ağlın qarışmadığı bir imana geniş 
yer ayırırlar və Tanrının varlığını qəbul edirlər. Tarixin ən 
məşhur aqnostiki Kant da bu kateqoriyaya aid edilə bilər.
3 - Aqnostik olub irəli getməyənlər: Bu mövqeyə sahib 
olan insanlar isə aqnostik mövqelərindən daha irəliyə getməz, 
aqnostiklikdən Tanrıya inanca və ya ateizmə keçməzlər.
Pozitivist ya da materialist təlimlərdə aqnostisizmə “qar-
şımıza  çıxan  yekun  gerçəyin  bilinməz  olduğu  düşüncəsi” 
tərifi verilir. Əhəmiyyətlisi isə odur ki, aqnostisizm Tanrı-
nın var olub-olmadığını bilə bilməyəcəyimizi deyir. Təbii ki, 
aqnostisizmə görə maddənin, kainatın başlanğıcının olub-
olmaması da bilinməzlər siyahısındadır.
Aqnostikliyin mənşəyi Qədim Yunanıstana gedib çıxır 
və  oxşar  fikirlər  sofistlərə  qədər  uzanır.  Dəqiq  və  mütləq 
informasiyanın imkansızlığını müdafiə edən Protoqor (e.ə. 
485-420) və Qorgias (e.ə. 5ci əsr) sofistlərin bu mövzudakı 
ən məşhur nümayəndələridir. 
Amma  aqnostisizm  deyiləndə  fəlsəfə  tarixindəki  iki 
əhəmiyyətli ad yada düşür. Bunlardan birincisi Devid Hyum 


15
(David Hume, 1711-1776), ikincisi isə ondan təsir lə nən və on-
dan daha məşhur olan İmmanuel Kantdır (1724-1804). Hər 
ikisi  Tanrınınn  var  olub-olmadığını  bilə  bilməyəcəyimizi, 
maddənin də əzəli olma ehtimalının olduğunu, lakin bunu 
da  bilə  bilməyəcəyimizi  deyiblər.  Tanrının  varlığını  sübut 
edən dəlillərə etiraz olaraq bu ikilinin ünvanladığı fikirlərin 
təməlində  belə  bir  baxış  vardır.  Big  bang-lə  aqnostisizmi 
müqayisə edərkən bu etirazlara da nəzər salacağıq.
Big Bang kainatın başlanğıcı haqqında informasiyanın 
əldə olunmasının mümkün olduğunu ortaya qoyur və həm 
nəzəri (teorik), həm də müşahidəvi və təcrübələrlə əldə olu-
nan bilgiləri ilə bunu dəstəkləyir. İnformasiyanın mümkün 
olduğunu  göstərən  və  aqnostisizmin  əlçatmaz  və  anlaşıl-
maz qəbul etdiyi çox fundamental bir mövzunu açıqlayan 
Big Bang aqnostisizmin bir çox etirazının əsassız olduğunu 
gös tərməkdədir.
Tanrının varlığını və maddənin yaradılmış 
olduğunu qəbul edən baxış
Bu baxışı müdafiə edən ən əsas faktor, hətta tək faktor 
təktanrılı  dinlərdir.  Tək  Tanrıya  inanan  dinlər  özlərindən 
başqa hərkəsə qarşı Tanrının mövcud olduğunu, maddənin 
və  kainatın  yaradılmış  olduğunu  müdafiə  etmişdirlər. 
Yəhudilik,  Xristianlıq  və  İslamın  məzhəbləri  arasında  bir 
çox  fərqlərin  olması  ilə  yanaşı,Tanrının  əzəli  varlığı  və 
maddənin yaradılmış olması mövzusunda üç böyük dinin 
bütün məzhəbləri eyni düşüncəni bölüşürlər. Materialist ate-
izmin maddənin əzəliliyi mövzusundakı ortaq düşüncəsinə 
qarşı tək Tanrıya inanan dinlərin maddənin yaradılmış ol-
ması  və  dolayısıyla  başlanğıcı  olduğu  mövzusundakı  or-
taq baxışı böyük əhəmiyyət kəsb edir. Bu, təktanrılı dinləri 
özlərindən fərqli görüşlərdən ayıran fundamental bir möv-


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə