C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə6/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   2   3   4   5   6   7   8   9   ...   61

23
tina etdiyini demək məcburiyyətində qaldı. Bu hadisə din-
elm konfiliktinin ən məşhur nümunəsi olaraq bu mövzunun 
araşdırıldığı əsərlərdə ən başlıca yeri tutur. Halbuki ptolo-
meyçi kainat modelini qəbul etməyən bu şəxslərin hamısı 
Tanrıya inanır, həm də kilsəyə qarşı sədaqət bəsləyirdilər. 
Onların bir çox sözündən Tanrıya bağlı olduqlarını başa düşə 
bilərik. Bu şəxslərin heç birinin kilsə ilə konfiliktə girmək 
kimi bir niyyəti yox idi. Ancaq elmi səylərlə əldə etdikləri 
nəticələr kilsənin rəsmi düşüncələri ilə ziddiyyət təşkil edir-
di. Onlar bu nəticələrin Tanrının mövcudluğu və gücü ilə 
ziddiyyət  təşkil  etmədiyini  hesab  edirdilər.  Məsələn,  Qa-
liley  “Riyaziyyat  Tanrının  kainatı  yazdığı  dildir”  deyirdi. 
Tanrının yaratdığı kainatın da Tanrının bir kitabı olduğunu 
düşünürdü,  Tanrının  kitabları  arasında  ziddiyyətlərin  ola 
bilməyəcəyini  vurğulayırdı.  Qalileyin  bu  fikirləri  kilsənin 
sarsılan  nüfuzunu  xilas  etmək  üçün  onu  həbs  etməsinin, 
maddi və mənəvi işgəncələr etməsinin qarşısını ala bilmədi.
Kilsə gələcəkdə Qalileyə qarşı haqsızlıq etdiyini qəbul 
edəcəkdi. Bu da əslində kilsənin keçmişdə öz iradəsini Tan-
rının iradəsi ilə əvəzlədiyini etiraf etməsi deməkdir. Qali-
ley Aristoteldən bəri gələn anlayışı əməlli-başlı sarsıtdı. O, 
Aristotelin keyfiyyət üsullu fizikası əvəzinə, kəmiyyət üsul-
larını mərkəzə qoyan fizikanı metod olaraq mənimsədi.
Aristotel və atın dişləri
Məhz Kopernik-Kepler-Qaliley prosesinin ən əhəmiyy-
ə t li  inqilabı  da  elə  budur.  Aristotelin  məntiqi  yerini  ri-
yaziyyata  buraxmış  və  aristotelçiliyin  kilsə  tərəfindən 
müqəddəsləşdirilməsi sona çatdırılmışdı. Artıq Aristotel fi-
zikasının prinsipləri müzakirə edilə bilir və bütün fizika, ri-
yazi və təcrübi baza başdan yaradılmağa başlanmışdı. Nəql 
edilən bir hekayəyə görə, orta əsrlərdə bir nəfər “Atın neçə 


24
dişi  var?”  deyə  soruşmuş,  ona  cavab  verən  şəxs  isə  sadə 
müşahidə ilə cavab verilə biləcək bu sualı “Görəsən Aristotel 
bu mövzuda nə deyib?” deyə kilsənin müqəddəsləşdirdiyi 
Aristotelin  mətnlərindən  cavablamağa  çalışmışdır.  Yeni 
metoda əsasən, hadisələr tək-tək müşahidələrlə qeyd edilir, 
təcrübələr və araşdırmalar riyazi qanunlara əsaslandırılırdı. 
Bu qanunlarla hadisələr açıqlana bilindiyi kimi gələcək haq-
qında proqnozlar da verilə bilirdi. Kopernik-Kepler-Qaliley 
prosesi riyaziyyatın nailliyyətlərinin dərk olunmasını, kos-
mologiyanın (kainat elminin) sadəcə stol arxasında məntiq 
yeritməklə  deyil,  təcrübə  və  müşahidələrlə  dəstəklənərək 
edilməsinin labüdlüyü fikrini yerləşdirdi. Daha sonra Rene 
Dekart (1596-1650) fəlsəfədə olduğu kimi elmdə də riyazi 
üsulun  tətbiq  edilməsinə  çalışdı.  Kosmosun  və  materiya-
nın riyazi əsasda araşdırılmasında da onun töhfəsi böyük-
dür.  Qalileyin  fizikası  klassik  fizikanın  əsasını  meydana 
gətirəcək,  amma  Dekartın  riyazi  yanaşmasının  da  müasir 
elmə töhfələri böyük olacaqdır.
Dahilərin dahisi Nyuton
Kopernikin  və  Keplerin  göstərdiyi  Günəş  mərkəzli 
sistem  Qalileyin  müşahidələri  və  fizikaya  yanaşması  kai-
natın daha yaxşı başa düşülməsinə zəmin yaradırdı. Lakin 
planetləri hansı qüvvənin orbitdə tutduğu, yerin altındakı-
ların da niyə aşağı düşmədiyi kimi suallar cavabını tapma-
mışdı. Məhz bu sualların cavablandırılması üçün bir dahi 
lazım idi. O dahi də İsaak Nyuton idi (1642-1726).
Çoxlarına  görə,  elm  tarixinin  yaşamış  ən  əhəmiyyətli 
şəxsi  Nyutondur.  Onun  bu  mövzudakı  tək  rəqibi  Albert 
Eynşteyndir. Nyuton ağacdan almanı salan qüvvənin eyni 
zamanda Ayı Yerə doğru çəkən qüvvə olduğu fikrini ortaya 
qoydu. Bu qanun sayəsində dünyanın altındakılar(!) yıxılmır, 


25
bu qanun sayəsində bütün planetlər öz orbitlərində hərəkət 
edirdi. Bu “Cazibə qüvvəsi qanunu” idi. Nyuton bu qanu-
nu riyazi tənliklər vasitəsilə ortaya qoymuşdu. Yerin cazibə 
qüvvəsi cisimlərin kütlələrinin kvadratı ilə düz mütənasib, 
cisimlər arasındakı məsafə ilə isə tərs mütənasib idi. Nyuto-
nun hərəkət qanunları heç bir şeyin təbii halının sabit olma-
dığını iddia edirdi. Bu da Ptolomeyin kainatın ətrafındakı 
ulduzları sabit hesab edən fikrini ortadan qaldırırdı. Artıq 
Ptolomeyin  modeli  tamamilə  tərk  edilmiş,  kilsə  isə  Yerin 
Günəşin ətrafında fırlanan bir planet olduğunu qəbul edirdi. 
Nyuton cazibə qüvvəsini Tanrının kainatda işləyən qanunu 
olaraq təsvir edirdi. Bu qanunlar yerüzündəki fizika qanun-
larının  kainatın  hər  yerində  keçərli  olduğunu  göstərirdi. 
Beləliklə,  Aristotelin  ulduzların  xarakterini  və  yerüzünü 
fərqli görən düşüncəsi əhəmiyyətini tamamilə itirdi. Nyu-
tonun sayəsində bəşəriyyət ilk dəfə detallı və sistematik bir 
kosmologiya  biliyinə  yiyələndi.  Lakin  kainatın  yaranması-
nı  elmi  bir  şəkildə  ortaya  qoyan  bir  kosmoqoniya  (kainat-
doğum elmi) hələ mövcud deyildi. Nyutondan sonra Kant 
(1724-1804) daha sonra isə Laplas (1749-1827) Nyutonun qa-
nunları çərçivəsində mexanika qanunları ilə qaz buludların-
dan planetlərin yaranmasını təsvir edirdilər. Kantın və Lap-
lasın tədqiqatları elmi olaraq ilk ciddi kosmoqoniya yaratma 
səyi olaraq xarakterizə edilə bilər. 
Bu  araşdırmalarda  ulduzların  kainatın  cazibə  qüv-
vəsinin təsiri ilə qaz buludlarından yaranması bildirilir, la-
kin  daha  da  inkişaf  etdirilə  bilmirdi. Atomaltı  hissəciklər, 
atom və qaz buludlarından ulduzların yaranmasına qədər 
tam  detallı  şəkildə  elmi  bir  kosmologiya  və  kosmoqoniya 
ilk  olaraq  Big  Bang-lə  ortaya  qoyulacaqdı.  Amma  bunun 
üçün yeni dahilərə ehtiyac var idi. Eynşteyn-Habl-Lamatr. 
Dünyanın gözlədiyi dahilər bunlar idi.


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə