C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə59/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   53   54   55   56   57   58   59   60   61

213
proton, neytron kimi hissəciklərin meydana gəlməsi də, bu 
hissəciklərin helium, karbon kimi atomlara çevrilməsi də, bu 
atomların  amin  turşularına,  amin  turşularının  hüceyrələrə, 
hüceyrələrin  ürək,  beyin  kimi  orqanlara  çevrilməsi  də 
həmişə şüurlu bir dizayna dəlalət etməkdədir. Kainata aid 
bu  dünyagörüşü  kainatdan  bütün  təsadüfləri  seçməyimizi 
tələb edir. İnsanın kainata və özünə baxışında etdiyi ən bö-
yük səhvlərdən biri kainatın və ya özünün təsadüflərin əsəri 
olduğunu zənn edə bilməsidir. Bu dünyagörüşü kainatı və 
öz  varlığımızı  məqsədsiz  görməyə  aparır,  hətta  nihilizmə 
gedən  yol  da  bu  dünyagörüşündən  qaynaqlanmaqdadır. 
Kainatda təsadüf ilə yaranan heç bir şey olmadığını anlamış 
olsaq,  öz  varlığımızın  da  bir  məqsədi  olduğunu  anlayarıq. 
Bu məqsəd, heç şübhəsiz, kainatın və bizim Yaradıcımızının 
məqsədlərindən qaynaqlanmaqdadır. Bunun fərqində olmaq 
həm əxlaq sahəsi baxımından əhəmiyyətli nəticələr doğura-
caq, həm də həyatın mənalı olduğunu bilməyimizə kömək 
edəcək. Həmçinin, təsadüf məntiqini zehnimizdən tamamilə 
atsaq, insanlığın bütün məhsulları kainatın əvvəlindən bəri 
məlum  olmuş  olar.  Məsələn,  televiziyanı  götürək.  Televi-
ziya  istehsalında  istifadə  edilən  xam  maddələri  ilə  kaina-
tın  əvvəlindən  mövcuddur.  Kainatın  əvvəlindəki  yüksək 
istilikdəki partlama atomaltı hissəcikləri meydana gətirmiş, 
sonradan  ulduzların  içindəki  müddətlər  və  Dünyamızda 
yaşanan  mərhələlər  televiziyanın  varlığını  mümkün  etmiş-
dir. Havanın səsləri və görünüşü nəql etməsini təmin edən 
qanunlar, elektrikə aid qanunlar kimi elmi qanunlar da ka-
inatın lap əvvəlindən yaradılmışdırlar. Deməli, televiziyanı 
meydana gətirən xam maddələrdən qanunlara qədər hər şey 
Big Bang-in başlanğıcında potensial olaraq yaradılmışdı. Qı-
sacası, bu başlanğıcı yaradan Tanrı, əlbəttə ki, bu başlanğı-
cın daşıdığı bütün potensiallardan da xəbərdardır. Deməli, 
bəşəriyyətin  televiziya  və  ona  bənzər  digər  bütün  kəşfləri 


214
ən  əvvəldən  Tanrının  məlumatında  mövcuddurlar.  Əgər 
Kainatda təsadüfə yer olmadığını anlasaq, Kainatda tək-tək 
var olan hər obyektin, hər sənət əsərinin, hər elmi görüşün, 
canlı və cansız bütün təbiətin Tanrının məlumatında (planın-
da)  əvvəldən  mövcud  olduğunu  anlayarıq.  Aydın  olur  ki, 
kainatdan  təsadüfləri  ələsək,  bəşəriyyətin  bütün  kəşflərinə 
və sənət əsərlərinə “Tanrının kainata qoyduğu potensialları 
kəşf etmək” olaraq baxmağa başlayarıq. Təsadüfi dünyagö-
rüşü insanın başına keçirilmiş qalın və quru bir torba kimi-
dir, görməyə və eşitməyə maneə törətməkdədir. 
 
Dizayn sübutu və ontoloji sübut
Tanrının varlığını isbat etmə üsullarından biri olan on-
toloji sübut bu kitab boyunca işlədiyimiz sübutlardan qu-
ruluş olaraq fərqlidir. Bu sübut ilə doğulandan bəri hər in-
sanda bir Tanrı anlayışı olduğu müdafiə olunur və bu, Tan-
rının varlığının isbatı olaraq qəbul edilir. Eləcə də, “varlıq” 
və “mükəmməllik” anlayışlarının araşdırılması nəticəsində 
Tanrının varlığının əsaslandırılması ontoloji sübut baxımın-
dan  əhəmiyyətlidir.  Bu  sübutu  bir-birlərindən  fərqli  for-
malarda Anselm, İbn Sina, Dekart kimi filosoflar müdafiə 
etmişdirlər.  Ontoloji  sübut  kainatın  yoxdan  var  olduğunu 
irəli sürən kosmik sübutdan və kainatdakı məqsədi, niza-
mı,  lütfü,  dizaynı  işləyən  teleoloji  sübutdan  fərqli  hesab 
olunur.  Ontoloji  sübutun  dizayn  sübutu  ilə  (teleolojik  sü-
but) çox dərin bir əlaqəsi olduğu qənaətindəyəm. Bu əlaqə 
xüsusilə ontoloji sübutun bəzi formulasiyaları baxımından 
əhəmiyyətlidir. Dekartın ontoloji sübut formulasiyasını ye-
kunlaşdırıb bunu anlamağa çalışaq: 


215
1) Mən Tanrı fikrini, yəni ən yüksək dərəcədə mükəm-
məl bir varlıq fikrini zehnimdə daşıyıram. 
2)  Mükəmməllik  xüsusiyyətlərinin  birinə  sahib  olma-
yan varlıq Tanrı ola bilməz. 
3) Varlıq bir mükəmməllik xüsusiyyətidir. Tanrının var 
olması Tanrı anlayışının bir parçasıdır. 
4) Deməli, Tanrı vardır. 
 Burada birinci maddənin kritik maddə olduğu aydın ol-
maqdadır. Dekart bu maddənin doğruluğunu uzun izahat-
larla göstərməyə çalışır. Dekarta görə, sənətçinin bir əsərə 
adını və ya markasını qoyması kimi, Tanrı varlığının sübu-
tunu insan zehninə qoymuşdur. Buna etiraz olaraq insanın 
(insan  zehnindəki  fikirlərin)  təsadüfən  meydana  gəldiyi, 
mükəmməl varlıq araşdırmasının bizi Tanrıya aparmasının 
bir əhəmiyyəti olmadığı deyilə bilər. Ateistlərin bir qismi: 
“İnsan aciz bir varlıq olduğu üçün Tanrıya və dinə möhtac-
dır. Ona görə Tanrını və dini uydurmuşdur.” deməkdədirlər. 
Əgər insan acizdirsə və bu acizliyi insanın Tanrını və dini 
uydurmasına  səbəb  olursa  bu,  insanın  fitrətində  Tanrı  və 
din anlayışlarının olduğunu bəzi ateistlərin də qəbul etdi-
yini göstərir. Buna Tanrı və din anlayışlarının doğulandan 
bəri  insan  zehnində  olması  olaraq  deyil,  insan  zehninin 
Tanrı və din anlayışlarına uyğun şəkildə yaradılmış olduğu 
şəklində baxmaq da mümkündür. Düşünürəm ki, ontoloji 
sübut düsturu heç bir nəticəni dəyişdirməyəcək. Həmçinin, 
bu dünyagörüşü müzakirəyə belə açıq deyil. Tanrıya inanan 
bir adam bunu Tanrının və dinin sübutu olaraq görür, bir 
ateist isə bu ehtiyacın insanların təbiətində təsadüfən mey-
dana gəldiyini və buna görə də Tanrının və dinin uydurul-
duğunu deyir. 


216
Aydın olur ki, Tanrıya inananlar ilə ateistlər arasındakı 
kritik  ixtilaf  kainatın  və  insanların  təsadüfənmi  meydana 
gəldiyi,  şüurlu  olaraqmı  yaradıldıqları  nöqtəsindədir.  Bir 
ateist  Dekartın  insan  zehnində  Tanrı  anlayışı  tapıldığına 
dair hökmlərin hamısını qəbul etsə belə, bu fikrin təsadüfən 
meydana  gəldiyini  müdafiə  edə  bilər.  Lakin  “dizayn  sü-
butu”  ilə  insanın  şüurlu  bir  dizaynın  məhsulu  olduğu 
əsaslandırılsa,  bu  problem  ortadan  qalxar.  Dekart  insan 
zehnində belə bir fikrin təsadüfən ola bilməyəcəyi və Tan-
rı həqiqətən var olmasaydı belə bir fikrin də meydana gələ 
bilməyəcəyi qənaətindədir. Dekartın bu yanaşmasının doğ-
ru  olduğu  və  bu  sübutun  “dizayn  sübut”undən  ayrı  ola-
raq müdafiə oluna biləcəyi qənaətindəyəm. Lakin “dizayn 
sübutu” ilə bu sübuta ediləcək etirazlar yarana bilər. “Di-
zayn sübutu”nun doğruluğunu anlayan kəslər üçün insan 
zehnindəki doğrulandan bəri var olan düşüncələrin doğru 
olması fikri daha çox güvən qazanar. 
Dizayn sübutu və yoxdan yaradılış
“Dizayn sübutu” ilə Tanrının şəkil verən, şüurlu, məlu-
matlı, qüdrətli, istədiyini edən bir Varlıq olduğu aydın olmaq-
dadır. Bu anlayışa görə, Tanrı kainatın bütün mərhələlərində 
təsirli və hər şeyə hakim olan Gücdür. Tanrının kainatdakı 
dizaynı  Tanrının  bütün  bu  sifətlərini  əsaslandırmaqdadır. 
“Dizayn sübutu” Tanrının bütün bu sifətlərini əsaslandırdığı 
kimi, Tanrının yaradıcı olma sını da əsaslandırır. Kainatın di-
zaynı elmi qanunlar çərçi vəsində, kainatdakı maddə istifadə 
edilərək reallaşdırılmışdır. Maddənin quruluş daşı olan pro-
tonların, elektronların, neytronların, kvarkların və maddəyə 
hökm edən güclü nüvə qüvvəsi, elektromaqnetik qüvvə, zəif 
nüvə qüvvəsi və cazibə qüvvəsinin şüurlu bir şəkildə nizam-


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə