C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə179/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   175   176   177   178   179   180   181   182   ...   207

365 

 

5%-li  kalium-permanqanat  və  s.  məhlullarla  işləmək  lazımdır.  Əmələ  gəlmiş  qartmaqlann  tez 



qopması  üçün  onlara  yağlı  məlhəm  və ya  vazelin  sürtülür.  Aftoz  stomatitlərdə  və 

vulvovaginitlərdo  3%-li  hidrogen-per-oksid  və  0,05-0,1%-li  rivanol  növbələşdirərək  işlədilir. 

İrinli  ağırlaşmalar olarsa,  antibiotiklər  verilir.  Kəskin  intoksikasiyada  isə  1:1  nisbətində 

olmaqla kolloid və kristalloid məhlulları ilə dezintoksikasiya aparılmalıdır. Qaşınmaları azaltmaq 

məqsədi  ilə  dəri  qliserin,  su  qarışdırılmış  sirkə,  spritlə  silinməlidir. Antihistamin  preparatların 

verilməsi də göstərişdir. 



Profilaktikası. Xəstələr axırıncı səpgi elementləri meydana çıxdıqdan sonra 5 gün 

keçənədək ətrafdakılardan təcrid edilməlidir. Əvvəllər su çiçəyi ilə xəstələnməmiş 7 yaşa qədər 

uşaqlar xəstələrlə təmasda olarsa, onlar təmasda olduqları gündən başlayaraq 21 gün müddətində 

ətrafdakılardan  ayrılmalıdırlar.  Əgər  hamilə  qadınlar  doğuşdan  əvvəl  ki,  5  gün  müddətində  və 

ya doğuşdan sonrakı 2 gün ərzində yoluxarlarsa onlara spesifik immunoqlobulin yeridilir. 

Fəal  spesifik  profilaktika  aparılmır.  Su  çiçəyi  əleyhinə  vaksina  işlənilib 

hazırlanır. 

KƏMƏRLƏYİCİ DƏMROV 



(HERPES ZOSTER) 

Kəmərləyici  dəmrov  latent  su  çiçəyi  törədicilərinin  - Varisella  zosler  virus 

fəallaşması nəticəsində baş verən xəstəlikdir. Kliniki müxtəlifliyə malikdir. Onurğa beyninin arxa 

köklərinin, fəqərələr arası qanqliaların zədələnməsi əlamətləri, qızdırma, ümumi intoksikasiya və 

prosesə  cəlb  olunmuş  hissi  sinir  lifləri  boyunca  verikulyar  səpgilərin  meydana  çıxması  ilə 

xarakterizə olunur. 



E  tiologiyası. Törədicisi eyni  zamanda  su  çiçəyinin  törədicisi  olan  üçüncü  tip 

herpes viruslardır. Viruslar dermoneyrotrop xüsusiyyətə malik olmaqla, mərkəzi və periferik sinir 

sistemi hüceyrələrini zədələyirlər. İlkin yoluxmuş və ya keçirilmiş su çiçəyindən sonra viruslar 

dəri və selikli qişalardan limfa və qan-damar sistemi vasitəsilə fəqərələr arası sinir düyünlərinə, 

onurğa beyninin  arxa  köklərinə  keçərək  orada  uzun  müddət  -  illərlə  saxlanılırlar.  Orqanizmin 

immunreaktivliyinin zəifləməsi isə infeksiyanın fəallaşmasına səbəb olur. 



Epide m iologiyası. İnfeksiya mənbəyi xəstə insanlar və ya virusu gəzdirənlərdir. 

Xəstəliyə  bütün  yaş  qruplarında  rast  gəlinsə  də,  əsasən  yaşlılarda  və  qocalarda  qeyd  edilir. 

Kəmərləyici dəmrova su çiçəyinə nəzərənikincili endogen infeksiya kimi baxılmalıdır. Belə ki, 15 

yaşdan  yuxan  şəxslərin  90-95%-də  bu  virusa  qarşı  antitel  aşkar  edilir.  Bu  isə  uşaqlar  arasında 

yüksək kon-tagiozluğa malik infeksiya olan su çiçəyinin yayılması ilə əlaqədardır. Qeyd etmək 

lazımdır ki, müşahidə edilən kəmərləyici dəmrovun yarısı 50 yaşdan yuxarı şəxslərin payına düşür. 

Uşaqlarda  xəstəlik  bir  sıra  hallarda  mənşəyi müəyyənləşdirilməmiş,  diaqnozu  bəlli  olmadan, 

dəridə baş verən müxtəlif reaksiya və ya patologiyalar kimi müalicə olunur. 

Kəmərləyici  dəmrovla  təkrar  xəstələnmə  halları  da  mümkündür.  Bu  im-mun 

çatışmazlığı olan şəxslərdə baş verən kəmərləyici dəmrov təsadüflərinin 10 %-də ola bilər. 

Kəmərləyici  dəmrovla  xəstə  şəxslər  xəstəliyin  özünə  nəzərən  bir  infeksiya 

mənbəyi kimi elə bir rol oynamırlar. Bununla belə kəmərləyici dəmrov su çiçəyi üçün infeksiya 

mənbəyi hesab olunur və xəstələrin kontagiozluğu zəif olduğundan yoluxdurma ehtimalı 10-20%-

downloaded from KitabYurdu.org




366 

 

dən yuxarı olmur. Belə ki, kəmərləyici dəmrov da prosesin nadir hallarda yuxarı tənəffüs yollarının 



selikli qişasında lokallaşması hava-damcı yolu ilə yayılma ehtimalını məhdudlaşdırır. 

Patogenezi. Göstərildiyi kimi kəmərləyici dəmrovun baş verməsi üçün xəstənin 

əvvəllər  bu  və  ya  digər  formada  (kəskin,  silinmiş,  subklinik  və  s.) su  çiçəyi  keçirərək  törədici 

viruslar orqanizmdə gizli infeksiya şəklində qalması əsas şərtdir. İlkin yoluxma ilə xəstəliyin ilk 

əlamətlərinin meydana çıxması arasındakı müddət 10 illərlə çəkə bilər. Lakin bəzən bu, xüsusən 

uşaqlarda  qısalıb 5-6  aya  bərabər  olur.  İnfeksiyanın  gizli  haia  keçməsi  və  virusların 

fəallaşması mexanizmi  hələ  dəqiq  aydınlaşdırılmamışdır.  Mövcud  latent  infeksiyanı  aşkar edən 

müayinə  üsulları  isə  işlənilib  hazırlanmamışdır.  Prosesin  fəallaşması  müxtəlif  təsirlərdən  - 

soyuqlamadan,  lokal  travmalardan,  strcsdən,  xroniki  yorğunluqdan,  üzvlərin  və  sümük  iiiyinin 

transplantasiyası, QİÇS xəstəliyi və s. ilə əlaqədar ola bilər. Belə ki, kəmərləyici dəmrovun baş 

vermə ehtimalı limfaqra-nulomatozda 21-28%, hormonal, kimyəvi preparatlar və şüa müalicəsi 

alanlarda 42-56%-ə bərabərdir. Onlarda xəstəliyin ağır yayılmış formalarının inkişafı mümkündür. 

Qeyd etmək lazımdır ki, xəstəliyin baş verməsinin yalnız im-mun sistemində olan pozğunluqlarla 

əlaqədar olması da hələlik tam qəbul edilməyib və mübahisəlidir. 

Infeksiyanın  fəallaşması  fəqərələrarası  sinir  düyünlərində  və  kəllə  sinir 

qanqliolalarında və arxa köklərdə zədələnmə ilə müşayiət olunur. Ağır gedişlərdə prosesə onurğa 

beyinin  ön  və  arxa  buynuzları,  ağ  maddəsi,  baş-beyin  qoşulmuş  olur  və  meminqoensefalitin 

inkişafını  şərtləndirir.  Vegetativ  qanqlıala-rın  zədələnməsi  və  daxili  üzvlərin  pozğunluqları  da 

mümkündür. 

Beləliklə  kəmərləyici  dəmrov  zamanı  virusun epiteliotrop  deyil,  neytvop 

xüsusiyyətləri ön plana çıxır. Epiteldə və dermada olan dəyişikliklər adi her-pesdə olduğu kimidir. 

Sinir sistemində isə limfositar, plazmatik infiltrasiya, qansızmalar, qaqlioz hüceyrələrdə və sinir 

liflərində distrofıyanın inkişafı müşahidə edilir. 

Klinikası. Kəmərləyici  dəmrovda inkubcısiorı  dövr -  ilkin  infeksiya-laşmadan 

sonra baş verən latensiyadan virusun fəallaşmasına qədər keçən dövr  - illərlə davam  edə bilər. 

Xəstəliyin aşağıdakı İcliniki formalarını ayırırlar: 

a)    qanqlia və dəri 

b)    göz və qulaq 

c)    vegetativ qanqlialarm zədələnməsi ilə gedən forma 

d)    meninqoensefalit 

e)    yayılmış 

Xəstəliyin  klinikasında  əsas  əlamət  kimi  zədələnmiş  sinir  lifləri  boyunca  ağrı 

sindromunun meydana çıxmasıdır. İynə batması hissi, gicişmə olur. Qızdırma, zəiflik, baş ağrısı 

qeyd edilir. Ayrı-ayrı sinirlər boyunca 3-5 sm diamet-rində çəhrayı ləkə meydana çıxır. Xəstəliyin 

birinci günün axırlarında, ikinci günündə həmin ləkələrin yerində əvvəlcə papula, sonra isə bir-

birinə  sıx  yerləşmiş  0,1-0,3  mm  və  daha  iri  ölçüdə,  içərisində  şəffaf  maye  olan 

sudurcuqlar meydana çıxır. Sudurcuqların meydana çıxması eyni vaxtda baş verdiyindən onların 

ümumi görünüşü polimor xarakter daşıya bilər. Zədələnmə ocaqları bir və ya bir neçə ola bilər. Bu 

zaman  onlar  bir-birinin  arxasınca  yerləşərək bütöv  zolaq  əmələ  gətirir.  Bir  neçə  gündən  sonra 

sudurcuqların  möhtəviyyatı bulanır,  eritematoz  fon  olur.  6-8-ci  gündə  sudurcuqlar  quruyur, 

downloaded from KitabYurdu.org



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə