C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə180/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   176   177   178   179   180   181   182   183   ...   207

367 

 

qartmaqlar əmələ gəlir və 3-4 həftəyə düşür, yerində bir qədər infiltirasiya qeyd edilir. Xəstələrin 



bir qismində, xüsusən yaşlılarda zədələnmiş sinir lifləri boyunca ağrılar bir müddət qalır, yaralar 

sağaldıqdan sonra bir neçə ay davam edir. Dəri elementləri regionar limfa düyünlərinin böyüməsi 

və ağrılı olması ilə müşayiət olunur. 

Daha çox təsadüf edilən formalardan biri qanqlia və dəri formasıdır. Qızdırma, 

ümumi  intoksikasiya  əlamətləri  və  səpgilər  baş  verəcək  nahiyyələrdə  kəskin  yandırıcı  ağrılarla 

başlayır.  3-4  gündən  sonra,  bəzən  isə  10-12  gündən sonra  xarakterik  səpgilər  meydana  çıxır. 

Ağrılar  və  səpgilər  zədələnmiş  sinir lifləri  boyunca  çox  vaxt  qabırğalar  arası  sinirlər  üzərində 

müşahidə edilir və kəmərləyici xarakter daşıyır. Dəridə səpgilər meydana çıxdıqdan sonra ağrıların 

intensivliyi zəifləyir. Bəzi hallarda isə intoksikasiya və sinir ağrıları olmasına baxmayaraq səpgilər 

olmur.  Rast  gəlmə  tezliyinə  görə  ikinci  yerdə göz  və qulaq forması  durur.  Göz  forması  zamanı 

üçlii sinir düyünü (Hasser düyünü) zədələnir və səpgilər üçlü sinir şaxəsi boyunca gözün selikli 

qişasında, burunda və üzün dərisində meydana çıxır. Bu zaman spesifik virus keratiti, iriti və qlau-

koma belə inkişaf edə bilər. Qulaq formasında prosesə dirsəyə bənzər düyün cəlb edilir və səpgilər 

qulaq seyvanında, onun ətrafında baş verir. Bəzən xarici qulaq keçəcəyini də əhatə edir. 



Qanqrenoz  forma -  immuniteti  kəskin  zəifləmiş  şəxslərdə  qeyd  edilir.  Dərinin 

daha aşağı qatlarının zədələnməsi, kəskin ağrılarla xarakterizə olunur. Çəhrayı ləkə fonunda qara 

rəngli sıx qruplaşmış xırda qartmaqların və ya iri bütöv bir qartmağın əmələ gəlməsi müşahidə 

edilir. Qartmaq qopduqdan sonra yerində çapıqlaşma qalır. Qanqrenoz forma 6-8 həftə davam edir. 

Onun ge-nezində ikincili bakterial infeksiyanın da rol oynadığı güman edilir. 

Meninqoensefalitik forma - nadir hallarda rast gəlinir. Qanqlia və dəri formasının 

əlamətləri  ilə  başlayır,  sonradan  meninqoensefalit  əlamətləri  (atak-siya,  qarabasmalar, 

hemiplegiya,  meningial  simtomlar,  koma)  meydana  çıxır. Dəri  elementlərinin  meydana 

çıxmasından, ensefolopatiyanm inkişaf etməsinə qədər olan dövr 2-3 həftə çəkir. 

Kəmərləyici  dəmrovun  istənilən  forması  vegetativ  sinir  düyünlərinin 

zədələnməsi ilə müşayiət olunur. Bu da xəstəlik üçün xarakterik olmayan əlamətlərin meydana 

çıxmasına səbəb ola bilər. 

Xəstəliyin  yüngül  keçən,  7-10  gündən  artıq  çəkməyən  - abortiv, 3  həftəyədək 

davam edən - kəskin, bir aydan artıq uzanan - uzun sürən gedişləri ayırd edilir. 

Ağırlaşmaları. Hərəki paraliclə müşayiət olunan mielit ola bilər. İİV infeksiyası 

ilə yoluxanlarda və digər mənşəli immun çatışmazlıq olan hallarda ağır gedişi ilə seçilir. Səpgilərin 

meydana  çıxması  və  qartmaqlara  çevrilməsi  dövrü  uzanır.  Səpgilər  daha  çox  nahiyyələri  əhatə 

edir.  Məsələn,  limfa-qranulomatoz  və  limfoma  ilə  xəstələrdə  inkişaf  edən  kəmərləyici 

dəmrovda 40% hallarda səpgilər total xarakter daşıyır - bütün bədənə yayılır. Belə xəstələrin 5-

10%-də virus pnevmoniyası, hepatit və digər agır ağırlaşmalar inkişaf edir. 



Diaqnozu.  Differ  e  nsial  diaqnozu. Kliniki  gedişinə  görə  xəstəliyə  diaqnoz 

qoyulması  bir  elə  çətinlik  törətmir.  Xəstəliyin  başlanğıc  dövründə  ümumi  intoksikasiya 

əlamətlərinin, qızdırmanın, ağrıların olması ona səhvən stenokardiya, plevrit, ağ ciyərin infarktı, 

kəskin appendisit, xolesistit və s. diaqnozu qoyulmasına səbəb ola bilər. Kəmərləyici dəmrovu adi 

herpesin zosterəbənzər  formasından,  kəskin  ekzemadan,  qızıl  yeldən,  yayılmış  kəmərləyici 

dəmrovu isə su çiçəyindən fərqləndirmək lazımdır. 

downloaded from KitabYurdu.org



368 

 

Diaqnozun  laborator  təsdiqi  məqsədilə  səpgilərdən  götürülmüş  materialda 



virusun  adi  mikroskop  və  ya  immunoflüoressensiya  üsulu  ilə  aşkar  edilməsi,  virusun  toxuma 

kulturalarınm ayrılması və seroloji müayinə üsulları da tətbiq edilə bilər. 



Müalicəsi. Xəstəliyin  ilk  günləri  müalicə  ümumi  intoksikasiya  əlamətlərinə, 

ağrılara  və  infeksiyanın  yayılmasının  qarşısının  alınmasına  yönəldilməlidir.  Su  çiçəyinin  geniş 

yayılması  ilə  əlaqədar,  normal  insan  immunoqlo-bulinindo  virusa  qarşı  antitellərin  olmasının 

yüksək ehtimalını nəzərə alaraq bu preparatın xəstəliyin ilk günlərindən işlədilməsi məqsədəuyğun 

sayılır. Əzələ daxilinə bir dəfə 5-10 ml vurulması kifayət edir. İmmunoqlobulinin tətbiq edilməsi 

sitostatiklər, kortikosteroidlər, immunodepressantlarla uzun müddət müalicə alanlar, ağır yanaşı 

gedən xəstəliyi olan şəxslər üçün vacib sayılır. Virus əleyhinə pereparatlardan asiklovirinin təyini 

müsbət  təsir  göstərir.  Preparat gündəlik  15-30  mq/kq  dozada,  8  saatdan  bir,  150  ml  izotonik 

məhlulla vena daxilinə 5 gün müddətində təyin edilir. 0,8 q-dan gündə 5 dəfə həb şəklində də təyin 

etmək olar. Asikloviri xəstəlik başlayandan üç gündən gec olmamaqla verilməsi məsləhət görülür. 

Asiklovirin istifadə edilməsi yeni səpgi elementlərinin əmələ gəlməsinin, yayılmasının, visseral 

ağırlaşmaların  qarşısını  alır,  qart-maqlaşmanı  tezləşdirir,  kəskin  dövrdə  ağrıların  intensivliyini 

azaldır. Etiotrop müalicə məqsədi ilə vidarabin, ribavirin də məsləhət görülür. Ribaviıin gündəlik 

doza 15 mq/kq olmaqla uzun müddətli infuziya şəklində - 12 saat müddətində venaya təyin edilir. 

Qanqrenoz formada normal insan immunoqlobulininin artırılmış dozada (10-20 

ml), təkrar yeridilməsi məsləhət görülür. Eyni zamanda əzələ daxilinə stafilakokkların həssaslıq 

göstərdiyi antibiotiklər (oksasillin, gentamisin və s.) təyin edilir. Digər hallarda antibiotiklər yalnız 

ikincili infeksiyanın qoşulması hallarında vurulur. 

Dəridə  səpgilərə  qarşı  su  çiçəyi  zamanı  işlədilən  preparatlar  istifadə  edilir. 

Ağrılara qarşı iltihab əleyhinə vasitələr, yerli müalicə, trakvilizatorlar, anti-aqreqantlar və digər 

patogenetik müalicə tədbirləri həyata keçirilir. 

Profilaktikası. Profilaktika tədbirləri su çiçəyində olduğu kimi aparılır. 

İNFEKSİON MONOLUKLEOZ 

(MONOLUKLEOSİS İNFECTİOSA) 

Infeksioıı  mononukleoz  Epeşteyn-Barr  virusları  tərəfindən  törədilən  an-

troponoz  xəstəlikdir.  Qızdırma,  yayılmış  limfoadenoratiya,  tonzillit,  qaraciyər  və  dalağın 

böyüməsi, hemoqrammada xarakterik dəyişikliklərlə xarakterizə olunur. 



T a r i x i məl u m a t. Xəstəlik haqqında məlumatı 1885-ci ildə rus uşaq həkimi 

N.F.Filatov vermiş və onu lirnfa düyünlərinin idiopatik xəstəliyi adlandırmışdır. 1889-cu ilə alman 

alimi  E.PfeyfTer  də  oxşar  xəstəliyin  kliniki təsvirini  vermişdir.  1920-ci  ildə  amerikalı  alimlər 

T.Sprunt  və  F.Evans  xəstəliyi «infeksion  mononukleoz»  adlandırmışlar.  Xəstəliyin  törədicisi 

1964-cü  ildə Kanadalı  alimlər  Epşteyn  və  Barr  tərəfindən  aşkar  edilmiş  və  onların 

şərəfinə adlandırılmışdır. 



Etiologi  yası. Xəstəliyin  törədiciləri, Epşteyn-Barr  virusları  4-cü tip  herpes 

viruslarıdır. 

Onlar herpesviridae ailəsinə, Qamma-herpesviridae yarım 

ailəsinə, Limphocryptovirus cinsinə  aiddir.  Bu  viruslar  DNT  tərkibli  olub, mürəkkəb  antigen 

quruluşuna  malikdir.  Virus  virionu  120-150  nm  diametrdo olub,  lipid  tərkibli  qişa  ilə  əhatə 

olunmuşdur. Virusların kapsid, nüvə, mem-bran və s. antigenləri məlumdur. Hər bir antigenə qarşı 

downloaded from KitabYurdu.org



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə