C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə19/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   15   16   17   18   19   20   21   22   ...   207

39 

 

xroniki  bakteriyagəzdirənlik formalaşır.  Qarın  yatalağının atipik  formalarına da  rast  gəlinir. 

Bunlara abortiv və silinmiş gedişlər  aiddir. Abortiv  forma az-çox  qarın  yatalağına  xas  olan 

əlamətlərlə  başlayaraq  inkişaf  edir.  Lakin  xəstəliyin  5-7,  bəzən  2-3-cü  günlərində  əlamətlər 

maksimuma çatmamış çəkilməyə başlayır. Sağalma baş verir. 

Silinmiş  forma («ambulator  yatalaq»). intoksikasiya  zəif,  temperatur  subfebril 

olur. 5-7 gündən artıq çəkmir, bəzən 2-3 gün davam edir. Ekzantcma nadir hallarda qeyd edilir. 

Daxili  üzvlərdə  dəyişikliklər  olmur  və  ya  çox  zəif  nəzərə  çarpır.  Xəstələr  iş  qabiliyyətlərini 

saxlayırlar. 

Bəzi 


müəlliflər 

atipik 


forma 

kimi 


özünəməxsus 

klinikası 

ilə 

fərqlənən maskalanmış variantı ayırd edirlər. Belə ki, bu və ya digər üzvün zədələnməsi əlamətləri 



daha  qabarıq  büruzə  verərək  üstünlük  təşkil  edir.  Bu  isə  xəstəliyin diaqnostikasında  çətinlik 

yaradır.  Bu  formaya  pnevmotifi,  meninqotifi,  ensefa-lotifi,  kolitifi,  Lifoz  qastroenteriti, 

xolangiotifi, nefrolifi aid etmək olar. 

Residivlər  - xəstəliyin  forma  və  ağırlığından  asılı  olmayaraq  çox  vaxt  normal 

temperaturun 2-3-cü həftəsi, bəzən daha gec, 1-2 ay sonra müşahidə edilir. Apireksiya dövründən 

ən azı 2 gün sonra klinik əlamətlərin büruzə verməsi, hərarətin febril rəqəmlərədək yüksəlməsi və 

48 saatdan  az olmayaraq qalması  xəstəliyin  residivi  hesab olunur. Residivlər bir və  ya bir neçə 

dəfə qeyd edilə bilər. Antibiotiklərlə müalicənin düzgün aparılmaması, tez dayandırılması residiv 

təsadüflərinin artmasına - 20-30%-ə çatmasına səbəb olur. Antibiotiklərin tətbiqi residivlərin daha 

gec baş verməsi ilə də nəticələnir. Əgər əvvəllər residivlər bir qayda olaraq normal temperaturun 

10-14-cü  günü  qeyd  edilirdisə,  hazırda  residivlərin  1  aydan  artıq  müddət  keçdikdən  sonra  baş 

verməsi  təsadüfləri  daha  tez-tez  qeyd  edilir.  Temperatur  düşdükdən  sonra  uzun  müddət davam 

edən subfebril hərarət,  qaraciyər, dalağın  ölçülərinin normallaşmaması, davamlı  aneozinofıliya, 

adinamiya tam  olmayan  sağalmanın göstəriciləri  olub, residivlərin  baş  vermə  ehtimalının 

göstəriciləridir.  Bununla belə tam sağalmaya heç bir şübhə  yeri qalmadıqda belə residivlər baş 

verə bilər. Xəstəliyin yüngül gedişi də residivlərin qarşısını almır. Kliniki olaraq residivlər əsas 

xəstəliyə nisbətən xeyli yüngül keçir. Residivlərin baş verməsinin əsasında hüceyrə və hu-moral 

immunitetin  tam  dəyərli  olmaması  durur.  Bu  isə  müxtəlif  faktorların -  antibiotiklərin, 

qlükokortikosteroidlərin,  yanaşı  gedən  xəstəliklərin,  yaxşı  qi-dalanmamanın  təsirindən  və  s  ola 

bilər. Müxtəlif immunostimulyatorların tətbiqi nəticəsində residivlərin rast gəlmə tezliyinin kəskin 

düşməsi bunu təsdiqləyir. 



Müasir  dövrdə  qarın  yatalağının  kliniki  gedişi əhəmiyyətli  dərəcədə 

dəyişmişdir. Bu müəyyən mənada antibiotiklərin tətbiqi və tif-paratif xəstəliklərinə qarşı aparılan 

profilaktik  peyvəndlərlə  izah  edilir.  Xəstəliyin  yüngül  formaları daha  çox  rast  gəlinir. 

İntoksikasiya  əlamətləri  zəif  olur,  xəstəliyə  xas  olan  bir sıra  əlamətlər  qeyd  edilmir,  qızdırma 

antibiotiklər istifadə edilmədikdə belə 5-7, bəzən 2-3 günə düşür. Xəstələrin əksəriyyətində kəskin 

başlanma  (60-80%) qeyd  edilir.  Yüngül  və  atipik  gedişlər  diaqnoz  qoyulmasında  çətinliklər 

yaradır.  Məsələn,  klinikanın  qastroenterit,  enterit  əlamətləri  ilə  başlanması,  qızdırmanın  qısa 

müddətli olması. Göstərmək lazımdır ki, bəzən sağalma dövründə belə normal temperatur fonunda 

bağırsağın perforasiyası kimi ağırlaşmalar qeyd edilə bilər. Eyni zamanda laborator göstəricilərin 

nəticəsində  də  dəyişikliklərə  rast  gəlinir.  Belə  ki,  xəstələrin  demək  olar  ki,  yarısında 

downloaded from KitabYurdu.org



40 

 

normositoz müşahidə  edilir.  Qanda  eozinofillər  saxlanır.  Bütün  xəstəlik  müddətində  sero-loji 



reaksiyalar belə mənfi ola bilər. 

Ağırlaşmalar. Qaıın  yatalağı  zamanı  ağırlaşmalar  şərti  olaraq  iki  yerə 

ayrılır: spesifik və qeyri-spesifik. Spesifik  ağırlaşmalar  törədici  və  onun toksinlərinin  təsirindən 

meydana  çıxır.  Bura bağırsaq  deşilməsi,  bağırsaq  qanaxması,  İTŞ  aiddir. Qeyri-spesifık 

ağırlaşmalar yanaşı gedən mikroflora tərəfindən törədilir. Pnevmoniya, tromboflebitlər, meningit, 

pielit, parotit, stoma-tit və s baş verir. 

Bağırsağın  deşilməsi -  təhlükəli  ağırlaşma  olub,  bağırsaqda  olan  xoraların 

deşilməsi  nəticəsində  baş  verir.  Adətən  xəstəliyin  III  həftəsində,  bəzən  isə  daha  tez  11-13-cü 

günlərdə müşahidə edilir. Xəstələrin 0,5-1,5%-də, bəzi müəlliflərin məlumatına görə isə 8%-də 

olur. Təkcə ağır xəstələrdə deyil, xəstəliyin yüngül formalarında, antibiotiklərlə müalicə aparılan 

normal hərarət və kafi vəziyyətdə olan xəstələrdə də müşahidə edilə bilər. Perforasiyaya residivlor 

zamanı  da  rast  gəlinir.  Kəskin  hərəkət,  qarının  kobud  palpasiyası,  güclü  öskürək, meteorizm, 

bağırsaq  peristaltikasınm  artması,  pəhrizin  gözlənilməməsi,  yataq rejiminə  əməl  edilməməsi  də 

perforasiyaya səbəb olur. Daha çox qalça bağırsaqda, onun kor bağırsağa keçdiyi yerdən 20-40 sm 

məsafədə müşahidə edilir. Adətən bir, tək-tək hallarda isə iki və daha artıq deşilmə olur. Nadir 

hallarda perforasiya yoğun bağırsaqda, öd kisəsində, kor bağırsaq çıxıntısında baş verir. Bağırsaq 

deşilməsi adətən bir dəfə olur, bəzi hallarda isə təkrar deşilmələrə rast gəlinir. Daha çox kişilərdə 

müşahidə  edilir.  Qarm  yatalağında  bağırsaq deşilməsi  və  inkişaf  edən  peritonitlərin  bir  sıra 

xüsusiyyətləri  vardır.  Belə  ki, tifoz  vəziyyətin  olması  perforasiya  əlamətlərinin 

müəyyənləşdirilməsini çox çətinləşdirir. Əsas əlamət olan qarında kəskin kəsici ağrı qeyd edilmir. 

Ona görə qarında cüzi ağrıların olması nəzərdən qaçmamalıdır. Peritonitin əsas əlamətlərindən 

olan  qarın  əzələlərində,  xüsusən  sağ  qalça  nahiyyəsində lokal  əzələ gərginliyi,  huşun 

dumanlaşması  fonunda  diqqəti  cəlb  etməlidir.  Əlamətlər normal  temperatur  fonunda,  yüngül 

formalarda  aydın  nəzərə  çarpır.  Göstərilən  əlamətlərlə  yanaşı  xəstədə  peritonun  qıcıqlanması 

simptomlan,  o  cümlədən Şötkin-Blümberq  simptomu  müsbət  olur.  Tənəffüs  tezləşir,  bununla 

bərabər qarının tənəffüsdə iştirakı məhdudlaşır və ya olmur, auskultasiyada bağırsağın peristaltika 

küyləri  eşidilmir.  Defekasiya  və  qaz  xaric  olması  ləngiyir.  Rentgen müayinəsində qarın 

boşluğunda sağ tərəfdə, diafraqma günbəzi altında sərbəst qaz aşkar edilir. Perkusiyada qaraciyər 

kütlüyünün  azalması,  qaraciyər  kütlüyü  üzərində  timpanik  zolağın  aşkarlanması  sərbəst  qazın 

olmasını  və  beləliklə  perforasiyanm  olmasını  göstərir.  Perforasiya  bəzən  ağır  kollapsla 

müşayiət olunur. Perforasiyadan bir neçə saat sonra peritonitə xas olan əlamətlər öz kəskinliyi ilə 

biruzə verir. Mədə bulanması, inadlı  qusma, hıçqırma, qarına  yayılmış ağrılar olur. Meteorizm 

güclənir, bradikardiya taxikardiya ilə əvəz olunur, «facies Hippocratica» meydana çıxır. Qanda 

neytrofıl leykositoz və EÇS-nin artması qeyd edilir. Xəstələri yalnız perforasiyanm ilk 6 saatında 

xilas etmək mümkündür. Ona görə də təcili cərrahi müdaxilənin aparılması vacibdir. Gec aparılan 

cərrahi müdaxilənin proqnozu demək olar ki, ümidsizdir. 



Bağırsaq qanaxması - gizli, mülayim və külli ola bilər. Daha çox xəstəliyin III 

həftəsində,  xəstələrin  1-2%-do,  bəzi  məlumatlara  görə  isə  hətta  8-9%-də  rast  gəlinir.  Hərarət 

düşdükdən sonra və residivlər zamanı da ola bilər. Qanaxmanın əsas səbəbi xora dibində olan vena 

və  arteriyaların  eroziyasıdır.  Perforasiyaya  səbəb  olan  faktorlar  burada  da  rol  oynayır.  Onun 

downloaded from KitabYurdu.org



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə