C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə51/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   47   48   49   50   51   52   53   54   ...   207

105 

 

EHBÇ-nin 



törətdiyi  xəstəliklər  zamanı  etiotrop  müalicə  işlənib 

hazırlanmamışdır. Kotrimoksazolun təyini xəstəliyi ağırlaşdırır. 

Etiotrop  müalicə  ilə  yanaşı  patogenetik  müalicənin  də  aparılması  vacibdir. 

Xüsusən xəstəliyin intoksikasiyanın zəif olub, qastroenteritik sindromlarla gedən formalarında bu 

çox  əhəmiyyətlidir.  Bu  zaman  dezintoksikasiya tədbirləri  ilə  yanaşı  su-elektrolit  balansının 

nizamlanması  («Kvartasol», «Laktosol»,  «Asesol»,  «Trisol»  və  s.)  aparılmalıdır.  Kəskin 

susuzlaşma əlamətləri  olmadıqda,  imkan  olduqca  oıal  ıehidratasiya  təyin  edilir 

(«Oralit», «Rehidron»  və  s.)  Bu  zaman  ishalla  itirilən  mayedən  1,5  1  artıq  maye verilməlidir. 

Ferment preparatları (festal, panzinorm və s.), endosorbentlər (enterodez, polifepan və s.) təyin 

edilməlidir. 

Diareya  uzun  müddət  davam  etdikdə,  xüsusən  antibiotiklə  müalicə  apa-

rıldıqdaıı  sonra  disbakterioza  qarşı  eubiotiklər  (kolibakterin,  laktobakterin,  bifidumbakterin, 

biospoıiıı,  baktisporiıı  və  s.)  istifadə  edilməlidir.  Dehidıa-tasion  şok  inkişaf  edərsə  intensiv 

müalicə aparılmalıdır. 

Xəstələrin  evə  yazılması  tam  kliniki  sağalmadan  sonra  aparılan  bakterioloji 

müayinənin  cavabı  mənfi  olduqda  aparılır.  Evə  yazıldıqdan  sonra  rekon-valessentiər  infeksion 

kabinetlərdə dispanser müşahidəsinə götürülməlidir. 

Proqnoz u. Koli infeksiya böyüklərdə adətən xoş keçir. Xronikiləş-mə müşahidə 

edilmir. Qida ilə yoluxmalar zamanı baş verən epidemik alovlanmalarda, xüsusən uşaqlar arasında 

ağır formaların, dehidratasion şokun inkişafı mümkündür. Vaxtında prosesin qarşı alınmazsa ciddi 

nəticələr  verə  bilər.  Uzun  müddətli  düzgün  olmayan  antibiotiklərlə  müalicə  disbakterioza 

gətirib çıxarır. 

Profilaktikası. Eşerixiozun  profilaktikasında  əsasən  ictimai-iaşə  (qida) 

müəssisələrində  və  su  təchizatı  idarələrində  sanitar-gigiyenik  qaydalara ciddi  əməl  edilməsi 

mühüm  rol  oynayır.  Uşaq  kollektivlərində  xəstəliyin məişət-təmas  yolu  ilə  yayılması  ehtimalı 

diqqətdən  yayınmamalıdır.  Spesifik profilaktika  yoxdur.  Profilaktika  məqsədi  ilə  öncədən 

antibakterial maddələrin qəbulu məqsədəuyğun deyildir. 

BOTULİZM    (BO 

\ 

Botulizm (sinonimləri: ixtiizm, allantiazis) - Clostridium botulinium çöpləri və 

onların  toksinləri  olan  qidaların  qəbulu  ilə  əlaqədar  baş  verən, toksinlərin  əsasən  uzunsov  və 

onurğa beyninə təsiri ilə meydana çıxan, daha çox oftalmoplegik və bulbar sindromlara, sinir-əzələ 

aparatının zədələnməsi ilə gedən ağır infeksion xəstəlikdir. 

T  ar  i  x  i  m  ə  lıı  m  a  t.. Xəstəliyin  adı  latınca «botulus» sözündən  götürülüb, 

«kolbasa»  deməkdir.  Kolbasa  ilə  zəhərlənmə  hələ  IX-X  əsrlərdə  Bizansda  məlum 

idi. «Botulism» və 

ya «allantiasis» sözü 

XVIII 

əsrin ortalarında 



meydana 

çıxmışdır. «AUantiasis» yunan sözü olub  kolbasa məmulatı  deməkdir və  xəstəlik  qan kolbasası 

istifadə  edən  insanlarda  qeyd edilmişdir.  Sonradan  xəstəlik  Rusiyada  duzlanmış,  qurudulmuş 

balıqdan istifadə etməklə əlaqədar baş verdiyinə görə ixtiizm adlandırılmışdır. Törədici ilk dəfə 

1896-cı  ildə  Van  Ermengem  tərəfindən  Almaniyada  bu  xəstəlikdən ölən  adamın  bağırsağında 

aşkar edilmişdir və Bacillus botulinum adlandırılmışdır. 

downloaded from KitabYurdu.org



106 

 

Etiologiyası. Törədicisi 

C/, botulinum adlanan Clostridium cinsinə, Bacillacea ailəsinə 

aid 


anaerob, 

qram-mənfi, 

hərəkətli, spor əmələ gətirən

çubuq  şəklində  4-9  x  0,6-0,9  mkm  ölçüdə  bakteriyalardır.  İfraz  etdikləri  toksinlərin  antigen 

quruluşuna görə 7 tipi məlumdur - A, B, C ( C

u

 və C

b

) D, E, F, G. Göstərmək lazımdır ki, cavan 

koloniyalarda bakteriyalar qram-müsbət, 4-5 gündən sonra isə qram-məııfi boyanırlar. Ölkəmizdə 



əsasən A, B, E tipləri təsadüf edilir. Spor formaların vegetativ formalara keçməsi üçün əlverişli 

mühit oksigensiz mühitdir. Ciddi anaerob mühit heç də həmişə tələb olunmur. Xüsusən E serotip 

üçün.  Bununla  belə  mühitdə  oksigenin  parsial  təzyiqi  0,40-1,33 kPa-dan  artıq  olmamalıdır, 

inkişafı üçün optimal temperatur 28°-35° C, PH 7,3-7,6 hesab edilir. Vegetativ formaların 30-a 

yaxın  peritrixal  qamçıları  vardır.  Hərəkətlidirlər,  bütün  anilin  boyaları  ilə  yaxşı  rənglənirlər. 

Özlərindən  çox güclü  bakterial  zəhər  olan ekzotoksin  -  botulotoksin ifraz  edirlər. 

Göstərmək lazımdır ki, toksinin ifrazı +3°C-də məişət soyuducusu şəraitində belə mümkündür. Bu 

xüsusilə E tipi üçün daha xarakterikdir. Bu zaman hətta ciddi anaerob şərait belə tələb olunmur. 

Botulotoksin ilan zəhərindən 375000 dəfə güclüdür. İnsan üçün letal doza hər kq çəkiyə 5-50 nq-

a bərabərdir. Xüsusi olaraq təmizlənmiş kristal botulotoksin milyonlarla letal doza təşkil edə bilər. 

Ayrı-ayrı  tiplərin  ifraz  etdikləri ekzotoksinlər  öz  antigen  quruluşları  ilə  bir-birilərindən 

fərqləndiklərinə görə onlara qarşı hazırlanmış antitoksik zərdab yalnız özünə müvafiq ekzotoksini 

neytrallaşdırır. C və D, E və F serovarlarında özünü çox zəif büruzə verən qarşılıqlı neytrallaşdırma 

ola  bilər.  Botulotoksin  adi şəraitdə  xarici  mühitdə  1  ilədək,  konservləşdirilmiş  məhsullarda  isə 

illərlə qala bilirlər. Turş mühitə davamlıdırlar, həzm şirələri tərəfindən parçalanmırlar. Göstərmək 

lazımdır ki, E ser ovar ekzotoksin deyil, protoksin ifraz edir. Protok-sin isə həzm şirələrinin təsiri 

nəticəsində ekzotoksiııə çevrilərək, öz toksiki xüsusiyyətini 100 dəfələrlə artırır. Bununla belə, E 

serovarının ekzoksini digər sc-rovarlardan bir qədər zəifdir. Protoksin ifraz etmə B və F tiplərinin 

bəzi ştam-larında da müşahidə edilir ki, onlar da sonradan həzm fermentləri təsirindən ekzotoksinə 

çevrilirlər. Botulotoksinlər  18%-dək  duz  məhluluna və  qidaya  qatılan  digər  əlavələrə 

davamlıdırlar.  Qələvi  mühitdə  isə  nisbətən  tez  inaktivləşir-lər.  PH  7-8  bərabər  olduqda  toksiki 

xüsusiyyətləri zəifləyir, 2-3%-li qələvi mühitdə isə toksin parçalanır. Alkohol da toksinin təsirini 

bir  qədər  zəiflədir. 58°C-də  3  saat,  8(fC-də  30  dəq.,  qaynatdıqda  10  dəq., kalium-

permanqanatm, yodun  və  xlorun  bir  qədər  güclü  məhlullarında  15-20  dəqiqədə  öz  toksiki 

xüsusiyyətlərini  itirirlər.  Ərzaq  məhsullarında  olan  botulotoksin  onların orqanolep-tik 



xüsusiyyətlərini  dəyişdirmir. Seroloji  spesifikliyə  baxmayaraq  botulizm  tok-sinləri  patoloji  təsir 

mexanizmlərinə və kliniki olaraq büruzə vermələrinə görə eynidir. 

Əlverişsiz şəraitdə botulizmin vegetativ formaları spor əmələ gətirirlər. Sporlar 

xarici mühitin fiziki və kimyəvi faktorlarına qarşı çox davamlı olub, 4-5 saat qaynaddmağa belə 



tab  gətirirlər. Dezinfeksiyaedicilərin  yüksək  qatılığına və 18%-dək  qatdığı  olan  xörək  duzu 

məhluluna dözə bilirlər. 10%-li duz turşusunda 1 saat, formalın məhlulunda 24 saat, etil spirtində 

2 aydan sonra  tələf  olurlar. Bəzi  hallarda, vegetativ formalar kifayət  qədər temıiki  işlənmədən 

keçmə-dikdə xüsusi spor formaları, «mürgüləyən sporlar» əmələ gəlir. Bu sporlar yalnız 6 aydan 

sonra vegetativ formaya çevrilə bilərlər. Qeyd etmək lazımdır ki, botulizm sporları müvafiq şərait 

olduqda  mədə-bağırsaq  traktın  da  belə  vegetativ  formaya  çevrilib,  çoxala  bilirlər  ki,  bunun  da 

downloaded from KitabYurdu.org



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə