“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
494
Bir saat keçməmiş, mehmanxanadakı nömrəsində, qarşısında Skuittinnanın nümayiş
zalına açılmış Biennale kataloqu və bir şüşə mineral su, siqareti siqaret dalınca sümürə-
sümürə o, yazırdı:
―...onu (Skuittinnanı) danmaq, qəbul etməmək mümkün olmazdı, baxmayaraq ki, ondakı
qaçılmaz surətdə şüurla əldə olunan və bəzən həddən açıq şəkildə iqtibas edilmiş üslub
vasitələri bu qədər aşkardır, həmçinin, ondakı müəyyən qəddarlıq və formal asketizmə
olan qarşısıalınmaz meyl də onun dialektik təsadüfiliyə istiqamətlənmiş təmayülünü rədd
etməyərək, fiqurların, nümunələrə xas olan əsaslı seçim xüsusiyyətlərinə uyğun inadlı,
ritmik düzülüşü kimi bu cür təsviri, daha doğrusu, evokativ bir aktın dəqiq ölçülərini
təsdiqləyir...‖
Bəs, bu ―trompe d`oeil‖in mənasız konsepsiyasını, az da olsa, məhrəm bir ləyaqətlə necə
ifadə etməli? Bəlkə, belə:
―Ancaq, Mondrianın öz istifadə vasitələrindən yalnız reallığı anlamaq formasından onu
dərk etməyə keçid hüdudlarında necə istifadə etməsi məhz burada məlum olur, orada ki,
bu reallıq özünün daha tələbkar fenomenal hazırlığı ilə təmsil olunacaqdır, ancaq
punktual bir abstraksiyaya minnətdarən, o, daha əhatəli və görünməmiş bir əməliyyat
surroqatına qədər genişlənəcəkdir...‖
O, yazdıqlarını iki dəfə oxuyub, başını buladı, ―qarşısıalınmaz‖in üstündən xətt çəkib,
―təsdirləyir‖in qabağında ―inamla‖ sözünü yazdı, iki dəfə də oxudu, yenə başını buladı,
telefonun dəstəyini qaldırıb, barla calaşdırmağı xahiş etdi, ikiqat viski sifariş verdi və
kresloda sərələnərək, beynindəki dolaşıq fikirlərə qapıldı. Məmnunluq hissi yox idi. Kim
bilir, bəlkə, viski onu ilhama gətirəcəkdi.
Gətirdi də! Bir göz qırpımında. Axı, əgər, - deyə o, birdən özü-özünə söylədi, - əgər
germetiklərin poeziyasından, bir tələbat kimi, germetik tənqid yaranmışsa, onda
insafsızlıq olmazdımı ki, abstroksionizmdən də abstrakt bir tənqid yaranış tapmasın? Belə
bir cəsarətli ideyanın necə vüsət alacağı fikrindən o, hətta bir qədər tərlədi də. Tale
mələyi, həqiqətən, qanad çalmışdı. Hər şey son dərəcə sadə idi, ancaq bütün çətin şeylər
kimi sadə. Hər halda, hələ heç kim bu barədə düşünməmişdi. Bəli, o, yeni bir məktəbin
banisi olacaqdı. Əslində, bu vaxta qədər rəssamlıqda tətbiq olunmuş texnikanı yazı
səhifələrinə köçürməkdən başqa heç nə qalmırdı. Əvvəlcə, yad bir mexanizmdən istifadə
edən birisi kimi tərəddüdlə, sonra, sözlər yavaş-yavaş bir-birinin üstünə çıxmağa
başlayanda bir qədər inamla, nəhayət, get-gedə şiddətlənən bir təkəbbürlə o, yazdı:
―...onun (Skuittinnanın) dəlillər strategiyasının kontrapunktunda gerçəklik gerçəklik
əlaqə postulatlarına çoxdan əhəmiyyətini itirmiş köləcəsinə əməl etmədən azad olmağın
konkret nüvəsi üzə çıxır. Təşəkkül tapmağın aşkar simptomu. Və labüd məqama
qapılmağın da həmçinin, oradan da modullar konkret substansiyanın görünüşünü əldə
edir, elə aşkar və hiss olunan ki, daha, poetik özünəməxsusluğun uzunömürlülüyü açıq -
aydın sübuta yetir‖.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
495
Malusardi çətinliklə nəfəs alaraq, dayandı. Onu tər basmışdı. Tələsik bir də oxudu. Yox,
hələ də alınmırdı. Köhnə adətlərinin ətaləti onu geri, həddən artıq çeynənmiş ifadələrə
qaytarırdı. Bu son zəncirləri də qırmaq, önəmli bir sərbəstliyə nail olmaq gərəkdi.
O, gözlərini bir anlığa yumub, yazının üstünə şığıdı.
―Rəssam‖, - deyə o, rəfedilməz bir coşqunluqdan vəcdə gələrək, yazdı, - ―dəərli stetik
nimurələr din dün dən bədələnmişdr. Ezemistikann zəfri! Özgəbirşeyyox ki, o,
serpentizmləri əssettriir. Yüskə kvvalitar burlesko yarcılııdı ki, tətrassızz bi sənti
mütsəsna mziəttərlə fərrləəndimişdrr. Vətezslərn brabəlliyi də Skuittinnada təssilri
açıllamalarn tam vsətiindədrr. Bu döürədə Tambron, Tambronla mnəassız imitasialar
edənnərs, elitar səənət ittensifikasyasında hədrən - bədrənlərn aatarşndadılar. Həqqi
kim...‖
Malusardi nəfəsini dərəndə artıq, qaranlıq düşmüşdü. Özünü yorğun və əzgin hiss edirdi,
sanki onu yaxşıca kötəkləmişdilər. Ancaq xoşbəxt idi. On beş səhifəlik sıx - sıx yazılımış
vərəqlər ətrafa səpələnmişdi. Onları yığdı. Stəkanın dibində qalmış viskini qurtum -
qurtum içərək, yazdıqlarını bir də oxudu. Sonda, nəsə qalibiyyət rəqsinə bənzər bir şey
təsvir etdi. Lənət şeytana, indi o dahi idi, dahi!
***
Son dərəcə məlumatlı, və ya, daha zərif tərzdə desək, ―çox həssas‖ bir qız olan fabrizia
Smit - Lombrassa divanda tənbəl - tənbəl yayılaraq, böyük maraqla tənqidi məqaləni
oxuyurdu. Birdən, o, ucadan qəhqəhə cəkdi. ―Qulaq as, qulaq as, Diomeda, gör bir nə
ləzzətdir! - deyə o, rəfiqəsinə tərəf çevrilərək söylədi,- ―qulaq as, gör Malusardi bu
bədbəxt fiqurativistlərə necə döşəyib...‖ elitar səənət ittensifikasyasında hədrən -
pədrənlərn aatarşndadılar!
Qızlar ikisi də ürəkdən güldü.
―Çox incə yazıb, söz ola bilməz‖, - deyə Diomeda təsdiqlədi. ―Ah, Malusardi ...mən ona
pərəstiş edirəm! O, bənzərsizdir!
1. Trompe d`oeil - göz aldanması; burada optik effekt (fransızca).
2. Via Marqutta - Romada əsasən sənət adamlarının yaşadığı məşhur küçə.
İtalyan dilindən tərcümə edəni: Cəmşid Cəmşidov