Camal Zeynaloğlu



Yüklə 1,18 Mb.
səhifə12/48
tarix25.06.2018
ölçüsü1,18 Mb.
#51821
1   ...   8   9   10   11   12   13   14   15   ...   48

36 

 

başa  qalmaq  istədi.  -  Yaxşı,  xanımlar,  əgər  siz  spirtli  içki 



içmirsinizsə, o zaman mən sizə öz əllərimlə təbii meyvə şirələri 

çəkib gətirərəm. 

     Vaqif  ayağa  qalxıb,  mətbəxə  getdi.  İradə  də  onu  izləmək 

üçün  arxasınca  getdi.  O,  mətbəxdə  şirəçəkən  maşınla  iki 

stəkan  portağal  şirəsi  çəkdi  və  hər  stəkanın  içinə  bir  tabletka 

hansısa dərman atdı. Təbii ki yuxu dərmanı olacaqdı bu. İradə 

bunu görcək cəld geri qayıdıb, gördüklərini astadan Raziyənin 

qulağına pıçıldadı. İradə buraya hazırlıqlı gəlmişdi. Onun da əl 

çantasında  yuxu  dərmanı  vardı.  Hər  iki  tərəf  “əməliyyat”a 

qabaqcadan  hazırlaşmışdılar.  İra  Vaqif  gələnə  kimi,  yuxu 

dərmanın bir tabletkasını onun yarımçıq içilmiş araq qədəhinin 

içinə  atdı.  Sözsüz  ki,  Vaqif  gələn  kimi  həmin  qədəhi  başına 

çəkəcəkdi.  Az  keçməmiş  Vaqif  əlində  iki  stəkan  portağal 

şirəsilə geri qayıtdı. 

-  Gör bir sizinçün nə hazırlayıb gətirdim? Təbii portağal şirəsi! 

Elə  indicə  “Vaqif  kompani”  tərəfindən  istehsal  olunub.  -  Vaqif 

bərkdən  gülərək  əlindəki  portağal  şirəsi  olan  stəkanları 

xanımların  qarşısına  qoydu.  -  Buyurun,  için.  Bunun  bir  başqa 

dadı, ləzzəti var. İçəndən sonra hiss edəcəksiniz. 

     İradə ilə Raziyə bir-birlərinə baxdılar və: 

-      Vaqif  müəllim,  nə  zəhmətdir  çəkmisiniz.  Onsuz  da  stolda 

hər  cür  meyvə  şirələri  var,  daha  buna  nə  ehtiyac?  -  İra 

təbəssümlə bildirdi. 

-   Siz bunun fərqini içəndən sonra görəcəksiniz, - deyə Vaqif 

də  bic-bic  gülümsəyərək,  əl  atıb  yarımçıq  qalmış  qədəhini 

başına çəkdi. 

    Qızlar isə təbii portağal şirələrini içməyə hələ tələsmədilər. 

Vaqif bunu görüb: 

-    Xanımlar,  şirəni  niyə  içmirsiniz?  Əgər  içməsəniz,  inciyərəm 

sizdən.  Mən  sizə  görə  zəhmət  çəkmişəm.  Zəhmətimi  hədər 

etməyin,  siz  allah!  -  Vaqif  portağal  şirəsinin  içilməsini  qızlara 

təkid etdi. 




37 

 

-  Vaqif müəllim, siz narahat olmayın, içəcəyik bu şirələri, çünki 



dediyiniz  kimi,  bu  şirələri  hazırlamaq  üçün  böyük  zəhmət 

çəkmisiniz. - İra Vaqifi arxayın etdi. 

    İra  isə  vaxtın  uzanmasını  istəyirdi  ki,  yuxu  dərmanı  Vaqifə 

təsirini  göstərsin.  Bir  azdan  Vaqifin  başı  sağa-sola  əyilməyə 

başladı,  onun  danışığı  get-gedə  eşidilməz  olurdu.  Sonra 

gözləri qapanmağa başladı. 

-  Mənə nə

-

ə-lə-ər o-o-o-lu-u-r-r-r?! - deyə Vaqifin son sözləri 



eşidild və o, stol arxasındaca yuxuya getdi. 

-    Hə,  vaxtdır,  Raziyə.  Qalx,  mənə  kömək  elə,  onu  qonşu 

otağa aparaq - İra rəfiqəsini tələsdirdi. 

-   İra, birdən gələn olar?! 

-    Qorxma.  Gələn  olmaz.  Vaqifin  qorxusundan  hələlik  kimsə 

buraya  girməyə  cürət  etməz.  Di,  tez  ol!  -  İra  dönüb  çəpəyi 

Raziyəyə baxdı. 

   Onlar  Vaqifi  sürüyə-sürüyə  gətirib,  qonşu  otaqdakı  yataq 

çarpayısına uzatdılar. 

 -  Raziyə, dediyim kimi edərsən. Bax, mənim üzüm kameraya 

düşməməlidir.  Vaqifinki  isə  bütünlüklə  düşməlidir,  -  deyə  İra 

Vaqifi soyundurarkən rəfiqəsinə son göstərişlərini verdi. 

    Bir  azdan  İra  da  tələsik  soyundu  və  yataqda  lüt-üryan 

uzanmış  Vaqifin  yanına  girdi.  Raziyə  isə  utana-utana  bu 

mənzərəni  İranın  ssenarisi  əsasında  mobil  telefonun 

kamerasına  köçürürdü.  Görüntülərdən  məlum  olurdu  ki,  Vaqif 

İranı  zorlayır.  Çünki  İra  Vaqifin  altında  qəsdən  əl-qol  ataraq, 

ona  müqavimət  göstərdiyini  aşkar  göstərirdi.  Çəkiliş  sona 

yetdikdən  sonra  İra  əvvəlcə  özü  geyindi,  daha  sonra  Vaqifi 

geyindirib, yenidən onu gətirib yerində oturtdular və ayılmasını 

gözlədilər. Yaxşı ki, bu müddət ərzində kimsə içəri gəlmədi. İra 

soyuq  mineral  suyla  salfetkanı  isladıb  onun  üz-gözünə  çəkdi. 

Bir azdan Vaqif ayılmağa başladı. 

-  M-ə-nə nə oldu, belə? Gözlərim qapanır, yuxum gəlir, - Vaqif 

mızıldandı 



38 

 

-   Vaqif müəllim, içkinin təsirindəndir. Çox içdiniz, ondandır - 



İra gülərək Raziyəyə göz vurdu. 

    Xanımlar  Vaqifin  çəkdiyi  şirələri  çoxdan  dağıtmışdılar.  Boş 

stəkanlar  onların  qarşısında  dururdu.  Vaqif  ayılar-ayılmaz  ilk 

öncə qızların qarşısındakı boş stəkanlara baxdı. 

-   İçdiyim arağı mənə xüsusi gətirmişdilər. Ancaq necə oldu ki

məni  belə  tez  tutdu.  Xanımlar,  heç  yaxşı  olmadı,  bağışlayın 

məni. İlk dəfədir ki, içki məni bu cür tutur. Çox qəribədir. - Vaqif 

təəccüb dolu nəzərlərlə xanımlara baxdı.  

-    Vaqif  müəllim,  görürəm  ki,  bu  gün  sizin  haqqınızda  yazı 

yazmağımız alınmayacaq. Yaxşısı budur ki, bu yazını münasib 

bir vaxtda hazırlarıq. - Raziyə getmək istədiklərinə işarə vurdu. 

-   Bu heç yaxşı olmadı. - Vaqif məyus halda dilləndi. 

-  Vaqif müəllim, qonaqlığa görə çox sağ olun, hər şey superdi. 

-   Xanımlar Vaqifə minnətdarlığını bildirdilər. 

     Vaqif mobil telefonu ilə kiməsə zəng etdi. Vüqar gəldi. Vaqif 

oğlana tapşırıq verdi: 

-   Xanımları şəhərə, gəldikləri yerə apararsan! 

-   Baş üstə, Vaqif müəllim! - Cavan oğlan farağat vəziyyətini 

aldı. 

     O, oturduğu yerdən zorla ayağa qalxdı, qonşu otağa keçdi 



və əlində bir məktubla geri qayıtdı. 

-   İradə xanım, bunu sumkanıza qoyun, aranızda bölüşərsiniz, 

-  deyə Vaqif məktubu İranın əl çantasına qoydu. 

-    Yaxşı,  Vaqif  müəllim,  tezliklə  görüşərik,  -  deyə  xanımlar 

pilləkənlərlə aşağı düşdülər. 

    Onlar  şəhərdə  maşından  düşəndə,  İradə  tez  çantasındakı 

məktubu  götürüb  ağzını  açdı.  Məktubun  içində  min  dollar  pul 

vardı.  İra  pulun  yarısını  özünə,  yarısını  da  Raziyəyə  uzatdı. 

Raziyə pulu götürməkdən imtina etdi. 

-      Ay  qız,  sən nə  danışırsan? Necə  yəni  götürmürəm?!  Hələ 

bir  bunu  götür.  Bu  sabah  Vaqif  müəllimdən  alacağımız  pulun 

yanında  semiçka  pulu  olacaq,  -  deyə  İradə  500  dolları  güclə 




Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə