45
İra isə Vaqifdən aldığı pulla özünə kiçik biznes qurdu.
Amma altı ay keçməmiş bu biznes iflasa uğradı. İradə bir
qəpiyə möhtac vəziyyətinə düşdü. O, Hacı Raziyə xanımla tez-
tez əlaqə saxlayırdı. İra düşündü ki, vaxtında Hacı Raziyə
xanımın məsləhətini dinləsəydi, indi bu vəziyyətə düşməzdi.
Hacı Raziyə xanım dəfələrlə rəfiqəsini çirkli işlərdən
çəkindirmək istəmişdi, ona namaz qılıb, oruc tutmağı tövsiyə
etmişdi. Amma hər dəfə İradə bir bəhanə ilə bu söhbətlərdən
yayınmağa çalışmışdı. İndi o, yenidən rəfiqəsinə möhtac
olmuşdu. İra başqa bir rəfiqəsilə alver etmək üçün Türkiyəyə
getməli idi. Təcili ona min dollar pul lazım idi. Buna görə o,
Hacı Raziyə xanımın yanına gələrək, ondan bir aylığına min
dollar borc pul istəmişdi. Hacı Raziyə xanım da heç nə
düşünmədən 1000 dolları rəfiqəsinə verərək; “Allah xeyrini
versin! Yolun açıq olsun! Qazancın birə min artsın!” demişdi...
Bu düşüncələrdəykən kimsə arxadan Hacı Raziyə xanımı
qucaqladı.
- Hacı Raziyə xanım, xoş gördük səni! A-a-a-z, vallah gözlə
demirəm, günü-gündən həm cavanlaşırsan, həm də
gözəlləşirsən. Heç dəyişməmisən ki. İlk gündə necə
görmüşdümsə, eləcə də qalmısan. Tfu, tfu! Maşallah! Nəzər
dəyməsin! Bacım, düzü, sənin qarşında çox xəcalətliyəm.
Verdiyim sözü tuta bilmədim. Bu həm də məndən asılı
olmayan səbəblər üzündən oldu. Vaxtımın çox hissəsini
Türkiyədə oluram. Əsas işimi orada qurmuşam. Burada
alınmadı da, özün bildin. Amma şükür olsun Allaha, işlərim indi
yağ kimi gedir. Bütün bunların səbəbkarı sənsən, Hacı. Sənin
mənə verdiyin o min dollar və xeyir-duaların olmasaydı, bu gün
mən bu mərtəbədə olmazdım. Sənə həmişə dualar edirdim,
bircə balan Sevinci də heç vaxt unutmamışam. Buyur, bu da
mənim sənə olan borcum. Bu gün mən sənin qulluğundayam.
Haraya desən, gedə bilərik. Şükür Allaha ki, maşınım da var. -
İra yenidən Hacı Raziyə xanımı qucaqladı.
46
- İra, səni bu halda görəndə, çox sevindim. Sənin də mənə
yaxşılığın az olmayıb. - Hacı Raziyə rəfiqəsini yenidən
görməyinə şad olduğunu bildirdi.
- Hardan belə? Xeyir ola? Bildiyim qədər sən bu tərəflərdə
yaşamırdın. Yoxsa, kiminləsə görüşə...
- İra, sən nə danışırsan?! Mən Gəncədən gəlirəm, yenə də
İmamzadəni ziyarət etməyə getmişdim.
- Bağışla, bacım. Dilim dinc durmadı. Allah ziyarətini qəbul
eləsin! Allah nə arzu-muradın varsa, versin! Sevinc balanın
xeyir işini görəsən! Bax, budur sənə indidən söyləyirəm.
Sevinc balanın xeyir işində məni yaddan çıxarma ha!
Dünyanın o başında da olsam, özümü yetirəcəyəm! Hacı
xanım, bildiyimə və eşitdiyimə görə dünyanın bütün yerlərində
olan müqəddəs ziyarətgahların hamısına gedib ziyarət
etmisən. Halal olsun sənə, vallah!
- Müqəddəs yerləri və müqəddəsləri ziyarət etmək hər bir
müsəlmanın haqqıdır, İra. Allah sənə də bu yerləri ziyarət
etməyi nəsib etsin, inşallah! Amin!
- Amin! Yaxşı, de görüm, hansı tərəfə gedəcəksən? Mən səni
maşınla aparacağam. - İra rəfiqəsinin ağzını açmağa imkan
verməyərək, qolundan tutub, maşına tərəf çəkdi.
- İra, sən zəhmət çəkmə. Mən metro ilə gedəcəyəm, Razində
oluram.
- Bax, bacım, xətrimə dəyirsən. Səni düz evinə kimi
aparacağam, - deyə İra Hacı Raziyə xanımdan əl çəkmədi.
İradə Hacı Raziyəni düz evinə gətirdi. Hacı xanım nə qədər
təkid etsə də, İra evə girmədi. O, vizit kartını çıxarıb Hacı
xanıma verdi və yenidən görüşmək arzusu ilə ondan ayrıldı.
Hacı Raziyə xanım məktubu açıb pulu sayanda, gördü ki, iki
min dollardır. O, İranın vizit kartındakı nömrəni tez yığıb,
onunla sabah təcili görüşmək istədiyini bildirdi.
Ertəsi gün köhnə rəfiqələr yenidən görüşdülər. Hacı Raziyə
xanım pulun min dollarını İradəyə geri qaytardı. İradə qəti
etiraz etdi:
47
- Bacı, götürmərəm bunu. Qəlbinə başqa şey gəlməsin. Bu
pullar halal pullardır. Öz zəhmətimin qazancıdır. Ona görə də,
bu min dolları da sənə halal edirəm.
Amma Hacı Raziyə xanım inadından dönmədi və güc-bəla
ilə artıq verilmiş min dolları İranın əl çantasına qoydu...
Allahın köməkliyi ilə Hacı Raziyə xanımın işləri qaydası
nda
gedirdi. O, qızı Sevinci artıq böyüdüb ərsəyə çatdırmışdı.
Sevinc həm öz, həm də anasının arzusunu həyata keçirərək,
ali məktəbə qəbul olmuşdu. İndi onun yeganə ciyərparəsi
xaricdə təhsil alırdı. Sevinc çox bacarıqlı, çalışqan qız idi.
Yoldaşları vaxtlarını əyləncəyə, şənliklərə, gəzintilərə sərf
etdiyi zaman Sevinc həmin vaxtlarını kitablara sərf edir,
yorulmadan, gecə-gündüz çalışırdı. O, qarşısına qoyduğu
məqsədə çatmaq üçün bütün potensial imkanından
yararlanmağa çalışırdı. Sevinc eyni zamanda mələk simalı
anasına verdiyi sözü tutmaq istəyirdi. Bu vaxta qədər
Hacı
Raziyə xanıma ən mötəbər yerlərdən belə evlənmək təklifləri
olmuşdu. Hətta, onun ata-anası da qızına yenidən ailə həyatı
qurmağı dəfələrlə ona məsləhət görmüşdü. Amma Hacı
Raziyə xanım bütün bunları rədd edərək, yeganə qızını
böyüdüb, ali təhsilli, xoşbəxt görmək arzusu ilə yaşayırdı. O,
həyatda Sevincə həm ata, həm ana, həm həyat müəlliməsi,
həm ən yaxın rəfiqə, həm də ən yaxın məsləhətçi olmuşdu.
Hacı Raziyə xanım gənc, təravətli həyatını qızının xoş
gələcəyinə qurban vermişdi. Və buna görə o, heç də peşman
deyildi. Həyatda bu cür fədakar analar çox nadir hallarda olur.
Qəlbi daim onu Yaradanın eşqi və məhəbbətilə çırpınan, Onun
kəramət və mərhəmətinə sığınan, Onun bəndəsinə göstərdiyi
doğru yoldan sapmamağa, Allahın dininə, Peyğəmbərinə (s),
imamlarına və Onun yaratdıqları bütün məxluqlarına qarşı
təvazökar olan, cahillərə qarşı alicənablıq göstərən, onlarla
xoş rəftar və mehriban münasibətdə olan, qəlbi geniş, xeyirxah
insanlara Allah-təala həmişə kömək edər və onları hər cür
Dostları ilə paylaş: |