55
İftira
(hekayə)
M
ən hər gün işə metro ilə gedib-gəlirəm. Metroda yaşlı
bir ağsaqqalla, qalstuklu, alicənab bir nəfərlə yol yoldaşı
olurdum. Hər ikimiz eyni stansiyadan, eyni vaqona minirdik.
Düşəndə isə o məndən bir stansiya əvvəl, “Sahil”də düşürdü.
Bir gün söhbət əsnasında məlum oldu ki, bu alicənab şəxs
APU-nun müəllimidir, özü də professordur. Çox səmimi
insandı. Hər dəfə metrodakı gəncləri mənə göstərib deyirdi:
“Görürsən də, indiki gənclərdə zərrəcə olsa, abır-həya,
böyüyə-kiçiyə hörmət qalmayıb. Bax, görürsən, qarşı
oturacaqda üç cavan qız uşağı oturub, qulaqlarına telefonun
qulaqcığını keçirib öz aləmindədirlər. Guya ki, onlar
qarşılarında ayaq üstə duran yaşlı qadını heç
görmürlər.
Bununla biz hara gedirik, heç cür ağlıma sığışdıra bilmirəm.
Bizim zamanda belə şey yoxdu, böyük-kiçiyə hörmət vardı. Bu
qədər də dönüklük olmaz ki?!”
Sonra Professorun sözünə mən də qüvvət verdim:
- Haqlısan, professor. İndiki gənclər özləri üçün başqa bir
dünya yaşayırlar. Onların böyüklərə qarşı bu cür davranışı
məni də çox narahat edir. Bir dəfə dözə bilməyib gənc bir
oğlana dedim ki, a bala, niyə anan yaşında olan qadına yer
vermirsən? Bilirsən heç o, gənc cavabında mənə nə dedi?
Dedi ki, “əmi, mənə göstəriş vermək lazım deyil, mən uşaq
deyiləm. Yer mənimdir, kimə vermək istədiyimi özüm bilərəm.”
Elə bu vaxt qatar növbəti stansiyaya çatdı, qapılar açıldı və
içəri cavan, yaraşıqlı bir qız daxil oldu. Həmin oğlan qızı
görcək cəld ayağa qalxdı və yerini ona verdi. Onun qarşısında
ayaq üstə duran qadın da bunu görüb sadəcə başını
56
yırğalamaqla kifayətləndi. Həmin gündən sonra bir daha
gənclərə nəsihətamiz söz deməkdən vaz keçdim.
- Daha nə deyəsən ki. Təkid etsəydin, hökmən sizə başqa
ağır sözlər də deyə bilərdi. Onsuz da indiki gənclər ağızlarına
sahib çıxa bilmirlər. Adam abırından qorxur, yoxsa... -
Professor sözünün gerisini gətirmədi.
Növbəti stansiyada professorun sol tərəfi boşaldı və bir qız
heç kəsə aman vermədən tez onun yanında oturdu. Mən
Professorun sağ tərəfində oturmuşdum. Birdən professorun
həyəcanlı səsini eşitdim:
- Qızım, sizə nə oldu?!
Mən tez dönüb professora baxdım. Gördüm ki, qız başını
professorun çiyninə qoyub, gözləri də qapanıb. Mən də təlaş
içində soruşdum:
- Professor, qıza nə oldu belə?
- Vallah, mən də bilmədim, nə oldu. Deyəsən, ürəyidir. -
Professor qızı silkələməyə başladı. – Qızım, qızım, aç
gözlərini! Nə oldu sizə
birdən
-
birə? Dillənsəniz! Əgər
ürəyinizdirsə, cibimdə “validol” var.
Qız isə bayılmış halda professorun çiyninə söykənmişdi.
Qızdan cavab gəlmədiyini görən digər sərnişinlər də əl-ayağa
düşdülər. Onlar da professora kömək etmək istədilər.
Professorun dayanacağı çatdı. O, qızı da ayağa qaldırıb, digər
adamların köməyi ilə vaqondan düşürtdü. İnsanlıq və yoldaşlıq
naminə mən də professora yardım etmək üçün vaqondan
düşmək istəyəndə
,
haqqı deyəsən
o, etiraz etdi:
- Siz zəhmət çəkməyin, onsuz da mən bu stansiyada düşürəm.
Siz yolunuzdan qalmayın. Metro polisləri bizə kömək
edəcəklər.
Həmin gündən sonra düz bir həftə professorla
qarşılaşmadıq. İkinci həftənin bazar ertəsi yenidən professorla
görüşdük.
Onunla
kef-əhvaldan
sonra
bir
həftə
görünməməyinin səbəbini soruşdum. Hətta, xəstə olub-
olmadığını da xəbər aldım.
57
Qocaman professor başını yırğalayıb:
- Danışma, qardaş. Başıma elə bir iş gəldi ki, utandığımdan
söyləməyə dilim də gəlmir - dedi.
- Nə oldu ki?! - Təəccüblə soruşdum.
- O qız mənim başıma bir oyun açdı ki, gəl görəsən. Qardaş,
qızı vaqondan düşürəndən sonra, ona bir “validol” verdim ki,
dilinin altına qoysun. Sonra metro polisini çağırdım. İki polis
gəldi, birlikdə polis otağına getdik. Onlar məndən qıza nə
olduğunu soruşdular. Mən də hadisəni olduğu kimi onlara
danışdım. Bu zaman qız at kimi üzümə durdu ki, bu kişi mənə
sataşdı. Polisə dedi ki, guya mən onun döşlərini əlləşdirmişəm.
Bunu eşidəndə, nitqim tutuldu, danışa bilmədim. Deyəcəyim
sözlər boğazımda ilişib qaldı. Qəhərdən rəngim avazıdı.
Polislərə də elə bu lazım imiş. Tez qızın izahatını aldılar. Və
qızı heç nə olmamış kimi buraxdılar. Sonra mənə izahat
yazdırdılar. Mən nə qədər and-aman etsəm də, polislər məni
dinləmək belə istəmədilər. Onlara professor olduğumu
söylədim, yüzlərlə bu qız kimi tələbələrə dərs verdiyimi, onların
təlim-tərbiyəsilə məşğul olduğumu dilə gətirdim: “Bir də ki,
metroda bu qədər adam olduğu halda, mən qıza necə sataşa
bilərdim. Məndən başqa digər sərnişinlər də qıza kömək etmək
istəyirdilər.” Polislər isə gülərək dedilər:
- Professor, sizi başa düşürük, amma qanun sizin
əleyhinizədir. Qız izahatında israrla göstərir ki, siz ona
sataşmısınız, yəni onun bayılmasından istifadə edib,
naməhrəm yerlərinə əl gəzdirmisiniz. Əlbəttə, sizin kimi bir
professorun dərs dediyiniz institutda biabır olmasını heç
istəməzdiniz.
Mən onların eyhamını başa düşdüm. Ona görə də birbaşa
mətləbə keçdim:
- Nə qədər verməliyəm ki, məndən əl çəkəsiniz
?
- soruşdum.
- Bax, bu başqa məsələ. Görürsünüz, biz sizinlə daha tez
anlaşdıq, - deyə polis serjantı qımışdı.
Dostları ilə paylaş: |